Showing posts with label DÜŞÜNDÜLƏRİM. Show all posts
Showing posts with label DÜŞÜNDÜLƏRİM. Show all posts

Tuesday, July 30, 2019

Being the happiest person without any reason?

I felt real happiness or what?

That day, the weather in Baku was perfect. 25.12.15. I fell in love with that weather. Really, it was like a twilight, although it was noon, there wasn't any sound or wind. I don't know how to express my feeling right now. But I loved that calmness. I should admit the power of art/

 I mean these sentences from Eleanor &Park that I had read before leaving home for job (working) ._ And I had come up with this awesome song. (I can't remember the song itself now but I still remember that feeling when i listened it then, lucky me)
May be three of them made my day. By the way I still haven't read the book. Because I'm afraid of my great expectations, sometimes this feeling is the main reason of the disappointment of the book you read.-_ At the end of the day I watched my colleague's preparation for the holiday tour for new year. I don't know why but I felt like I was the one who would go abroad. Isn't it weird? That's the short story of my day. If we can call it story. ;) All I wanted at that time living all my life with the feeling like that day I had. Sometimes, we all need such a different feeling. The key of the happiness is in living simple life. Life without any stress and problems.
p.s. I wrote this (may be) 2 days later that means It was written in 2015 which makes it so unique and beautiful for me

Tuesday, September 5, 2017

Utopya

Yaxşı ilə pisin arasında.


   Siz çox eqoistsiniz. Dünyanın gözəl yer olduğunu düşünürsünüz. Siz nəyisə dəyişdiyinizi nəyisə yaxşılığa dəyişdiyinizi düşünürsünüz. Amma hardasa bir kənddə bəlkə də dünyanın ən ağıllı adamı doğulub ve o kənddə məktəb olmadığı üçün ömrünü adi kənd sakini kimi ordaca başa vuracaq. Bəlkə də sizin o çox sevdiyiniz ən sevdiyiniz müğənninin səsindən qat qat gözəl səsi olan insan hal hazırda tam fərqli bir işdə vaxt öldürür və biz o səsdən, o beyindən məhrum olmuşuq. Hardasa dünyanın ən gözəl qızı da var amma o heç vaxt gözəllik yarışmasına qatılmayıb. Boş verin gördükləriniz ƏNləri. Ən ağıllı olan, ya ən güclü olan yoxdur.  Sadəcə düzgün anda düzgün yerdə olan  o yerçün ən düzgün insan var. Onu da bacara bilsəniz. Və bəlkə də siz ömrünüzün sonuna kimi heç vaxt sizin üçün olan düzgün yeri tapa bilməyəcəksiniz. Bəlkə də problem düzgün anı tapa bilməməkdədir. 
Sizin 1 nəfərə kömək etdiyiniz an əslində 10 nəfər itir gedir. İtkinin qarşısını ala bilərsiniz? Ümumiyyətlə həqiqətən mi, siz insanların, istisnasız hər kəsin yaxşı yaşamağını istəyirsiniz?  Siz sadəcə bunu istəmirsiniz. Insanların çoxu digərlərinə həqiqətən yaxşılıq etmək istəmir, sadəcə bizdə vicdan adlı hiss var ve bunu sakitləşdirməsək yaşamaq daha çətinləşər. Insanların çoxu dilənçiyə çörək, ya pul verməklə az qala 1 anlıq Cənnəti görmüş kimi hiss edir ya da qəhrəman kimi.  Digər insan isə o anda öz insanlıq borcunu yerinə yetirmişdir. Başqa bir insan isə o zaman özünü daha hörmətli, özünə arxayın hiss edib. Hər halda sonra hami öz həyatına geri qayidir. O dilənçini heç vaxt orda görməmiş kimi öz işiylə məşğul olur. Bəs dilənçi? O hələ də ordadir. Siz özünüzü yaxşi hiss edəsiniz deyə o hər gün orda durub dilənir. Bunu düşünmək bəlkə də sizə xoş təsir belə edə bilər. Axi dünyanın sizin, məhz sizin etrafinizda dönməsi hissini bir anliq düşünəndə belə yaşadiğiniz o sevinc sizinçün əvəzolunmazdir. Tanımadığınız bir yana siz heç tanıdığınız neçə nəfərə işiniz düşdü deyə yox bütün səmimiyyətinizlə sadəcə necə olduğunu necə yaşadığını bilməkçün yazmısınız? 
Belə bir çin atalar sözü var: 1 insana 1 balıq ver və sən onu 1 günlük yedizdirdin. Ona balıq tutmağı öyrət, və onu bir ömür yedirmiş ol. ( ümidvaram çincə yazacağımı düşünmədiniz).
   Image result for chinese proverb fish
 Aclığın qarşısını almağa çalışmırsız. Siz sadəcə ərzaq yardımı edərək yaxşı insan ola bilərsiniz.Sizin etdiyiniz kömək deyil siz özünüzə kömək etmişdiniz bütün ömrünüz boyu yalnız özünüz üçün yaşamısınız. Əsl kömək, problemi tam kökündən aradan qaldırmaqdır. Nəticəsi sizə ziyan gətirsə belə yaxşılıq edə bilərsiniz? Hətta maddi ziyana (milyonluq bir ziyan düşünün) gətirib çıxaracaqsa belə, siyasətçün, media üçün, etrafda yaxşi ad qazanmaqçün yox sirf istədiyinizçün yaxşılıq edin. Çalışın yaxşı ilə pisin arasında gedib gəlməyin. Yaxşı olmağa çalışın bir də baxacaqsınız artıq yaxsı insansınız. Dünya nə gözəl yerdir, nə də pis. Dünya çox qəribədir və onu daha çətin yaşanacaq vəziyyətə gətirməmək üçün özünüzü dəyişin. Bu yazınını sonunda sizdə nə dəyişdi?

Tuesday, March 22, 2016

Gecikmiş 8 mart yazısı olsun.

Kim dəyişməlidir?.http://dreamhigh-happyday.blogspot.com/

  Bərabərlik bir birinin zəif və güclü tərəflərini bilib qəbul etməkdir. Bərabərlikdə bir tərəf digərinə görə özünü qurban verməli deyil. Bərabərlik birlik olmaqdır. Bərabərlik eyni zamanda bir-birinin ən güclü tərəfi olub onu müdafiə etmək və həm də ən zəif tərəfi olub həmin insanın ən çox incitməkdən qorxduğu və sevdiyi tərəf olmaqdır. Qadın və kişi bərabərliyini mən məhz bu cür görürəm. Əslində isə görmək yox, daha çox belə düşünürəm. 
http://dreamhigh-happyday.blogspot.com/
Dünyada qadınlar üçün və uşaqlar üçün gün var. Demək olar ki, bütün dünya ölkələri tərəfindən ən çox da bu günlər qəbul olunub. Səbəb isə məhz qadın və uşaqların müdafiəyə daha çox ehtiyacı olduğu bir dünyada yaşamağımızdır. 
Kişilərə görə qadının yeri mətbəxdir. bunu nə cür izah etmələrindən asılı olmayaraq. Və yenə də kişilər məhz belə deyir: Kişilər qadınlardan daha ağıllıdır, üstündür. Hər sahədə demək olar ki, kişilər qadınlardan daha irəlidədir. Alimlərin, cərrahların, məşhur dedektiv yazarlarının, prezidentlərin çoxu da məhz buna görə qadın deyil. - Əslində biz bunun səbəbini də yaxşı bilirik. Ailə qadınların arzularından uzaqlaşmasına səbəb olur. Ancaq belə olmaya da bilər. Ailə qadına da kişiyə olduğu kimi arxa, dayaq olmalıdır. 
http://dreamhigh-happyday.blogspot.com/

Gələcəkdəki seçimlərində qadın da kişiyə (qadın tərəfdən) olduğu kimi inam və ümid verən birinin onun yanında olduğunu hiss etməlidir. Evdən işə gələndə yeməyin, çayın hazır stolun üstündə olmağı isə təəssüf ki, bütün dünya kişilərinin çoxunun istədiyi qadın obrazında cəmləşir. Qadınların nə düşündüyü isə  bəzən o qədər də maraqlı olmur. Məncə isə ən pisi məhz eyni cür düşünən qadınların olmasıdır. Ən çox da həyatda ikinci olmağı, arxa planda qalmağı qadınlara xas bir şey kimi qəbul edən qadınlar bunu daha çox qoruyur. Çünki, uşaqlara tərbiyə verən dünyanın hər yerində daha çox onlara təsir göstərə bilən elə qadınlardır. Hələ uşaqlıqdan fərqli böyüdülür.
http://dreamhigh-happyday.blogspot.com/
Niyəsə qadının başı həmişə aşağı olmalıdır. Niyəsə qadın çox danışmamalıdır. Qadının kariyerası ailəsi və övladlarına yaxşı baxmasıdır deyən insanlar da az deyil. Kariyera dalınca gedən qadın mütləq ailə və iş arasında seçim etməli olacaq deyə düşünənlər də çoxdur. Ancaq qadın hər ikisinin öhdəsindən uğurla gələ bilir. Mənim üçün kişi və ya qadın olmaq üstünlük deyil. Sənin uğuruna inanan tək bir insan belə olsa sən o işi bacaracaqsan. Sadəcə bütün cəmiyyətə, inamsız insanlara qarşı tək olmadığını bilmək belə yetər.
http://dreamhigh-happyday.blogspot.com/
Ədalətli olun. Hər birinizə eyni. Ən azı böyüyüb, Mikey nin heç bir yaxşı səbəbsiz daha çox alacağı vaxta qədər..
Bəzən adətdir və ya belə görmüşük böyüklərimizdən deyilir. Bu söz çox vaxt istəmədiyiniz biri olmağa sizi məcbur edə bilər. (qadın və ya kişi olmağınızdan asılı olmayaraq) Adət ənənələr deyirik, ancaq tam olaraq bunlar da nə vaxtsa ilk olaraq bir insan tərəfindən qəbul olunub, düşünülüb. Və heç də bütün adətlər eyni və xüsusilə də müdrik insanlar tərəfindən düşünülmüşdür deyə bilmərik. 
http://dreamhigh-happyday.blogspot.com/Dünyada bütün yaşlılar ağıllı və müdrik deyil. Gənclikdə o insanın necə yaşadığını və dünyadan nə götürdüyünü bilmirik. Çünki necə insan olmağından asılı olmayaraq hamı yaşlanır. Burada əsas demək istədiyim odur ki, biz keçmişimizə hörmət edib, tarix və adət ənənələrimizi sevməliyik. Ancaq necə ki inkişaf adı altında bizim olan adət-ənənələrimizi, tariximizi silmək fikrimiz yoxdur. Eləcə də sadəcə insanlıq üçün gerilik olan adət adını sonradan almış yazılmamış bəzi qanunları da qəbul etməyək. Hələ də az da olsa qızların oxumağının yararsız olduğunu, oxuyan qızın yaxşı ailə qadını ola bilməyəcəyini deyən insanlar tapa bilərik. Bu cür insanların yalnız bizim ölkədə olduğunu düşünməyin. Dünyanın hər yerində belə insanlar var. Biz onları dəyişə bilərik.


http://dreamhigh-happyday.blogspot.com/
Kişilər feminizmi məhz belə təsəvvür edir.
Feminizm isə nədənsə çox insanların və xüsusilə də oğlanların/kişilərin sevmədiyi bir kəlmədir. Halbuki feminizm qadınların kişilərdən üstün olduğu bir cəmiyyət uğrunda mübarizə aparmır. Sadəcə feminizm qadın hüquqlarının tapdalanmasına qarşıdır.

http://dreamhigh-happyday.blogspot.com/Eyni işə görə kişinin daha çox maaş almalı olduğunu da düşünənlər yetərincə çoxdur. Səbəbi isə kişinin ailə dolandırmasıdır. Sanki qadının ailəsi yoxdur. Ailəyə kimin çox pul gətirməsi əsl ailədə önəmsizdir! Əgər daha çox pul qazandığınız üçün həmin pulu xərcləmək üçün daha çox haqqınız olduğunu, ya da daha çox söz haqqına sahib olduğunu düşünürsünüzsə siz hələ tam ailə deyilsiniz.  Aşağıdakı əsl bərabərlik haqqındakı cümlə və şəkli həmin anda həmişə xatırlasaz da daha yaxşı olar. 
http://dreamhigh-happyday.blogspot.com/

Bərabərlik hamıya eyni qədər qayğı, kömək deyil. Əsl bərabərlik hamıya uğurlu ola biləcəyi qədər eyni şeydən verilməsidir. 



Cəmiyyət bu kimi problemlərin başlıca dayaq nöqtəsidir. Buna gündəlik həyatda ən çox işlədilən sözləri belə aid edə bilərik. Məsələn: Kişi kimi sözünün üstündə durmaq. Kişi kimi sözün düzünü demək. Ancaq qadın kimi sözünün üstündə durmaq deyilən bir söz yoxdur. Ümumilikdə isə xarakter insanların qadın və ya kişi olmalarına görə dəyişmir. Yəni yetərincə çox dürüst qadınların varlığından danışmasaq da çoxunuz belə insanları tanıyırsınız. 
http://dreamhigh-happyday.blogspot.com/
Kariyera baxımından da təəssüf ki, qadınlar geridə qalır. Üstünlük həmişə işə götürüləndə kişilərə verilir. Çünki, qadınların uşaq dünyaya gətirmək, uşaq baxmaq kimi məsuliyyətləri var, hansı ki iş yeri üçün bu sadəcə lüzumsuz tətillər və boşa axan pul deməkdir. Artıq bu problem də nisbətən həll olmaqdadır. Məncə kişilərə də atalıq məzuniyyəti verilməsi vəziyyəti daha yaxşı edə bilər. 
http://dreamhigh-happyday.blogspot.com/
Doğrudan da yaxşı kariyera- bərabər imkanda işçi

Əlbəttə, əgər bu məzuniyyətdə analara kömək etsələr. Ümumilikdə həmişə işdə kişilər, qadınlara nisbətən daha tez kariyerada qalxa bilir. Qadın və kişi arasında seçim həmişə kişinin xeyrinə baş verir.

Əslində isə bu həm də kişiləri də, qadınları da müxtəlif yük altına salır. Kişilər də müxtəlif peşələri seçəndə əslində qadınlar kimi problem yaşayır. Çünki peşələr də qadın və kişi işi olaraq artıq ayrılıb. Kişilər evdə qadına kömək edirsə belə, onu dostları məsxərəyə qoyub, qadından qorxduğunu deyirlər. Heç bir kişi köməyə ehtiyacı olduğunu açıq deyə bilmir. Xüsusilə də qadından kömək istəmək kişi üçün ən dəhşətli hal olar. Kişilərin nəyisə bilməyib qadından soruşduğu halla həyatda neçə dəfə rastlaşmısınız?-Məncə çox olmaz.
http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.com/"Mən qadın kimi geyinməkdən utanmıram, çünki mən qadın olmağın utanc olduğunu düşünmürəm."- İggy Pop






Dünyaya baxışınızı dəyişin. Sizə sadəcə düzgün kimi gələn bəzi şeyləri heç vaxt sorğulamadığınızın fərqinə varacaqsınız. Haqqında düşündüyünüz zaman isə mənasız olmasına baxmayaraq necə qorunan bir fikir olduğunu görəcəksiniz. İnsanlığın ən güclü silahı elm və inamdır.-imza MƏN.
http://dreamhigh-happyday.blogspot.com/

Monday, January 11, 2016

Jeff Buckley

Mahnılarını dinlədiyim zaman hisslərimi ifadə etməkdə çətinlik çəkdiyim ifaçı.. .. .. http://dreamhigh-happyday.blogspot.com/

Tam adı- Jeffrey "Jeff" Scott Buckley. 
Doğum tarixi- 17 noyabr 1966.
Doğum yeri- Anaheim, Kaliforniya, ABŞ.
Janr- Alternativ rok, folk rok, soul blues.
Sənət- Bəstəkar-müğənni, gitara ifaçısı/gitarist.
Alətlər (çala bildiyi)- gitara, appalachian dulcimerorganharmoniumesraj, bass gitara.
Vebsaytjeffbuckley.com
Fəaliyyətdə olduğu illər- 1991-1997
http://dreamhigh-happyday.blogspot.com/


Ölüm tarixi- 
düzünü desəm, hələ də mahnılarını dinləyib, səsini eşitdiyin və sevdiyin bir ifaçının dünyada olmadığı fikrini qəbul etmək çətin gəlir. Belədə, digər çox sevdiyimiz məşhurların çoxu da varlığını yalnız internetdən gördüyümüz insanlardır. Beləliklə həmin insanın səsinə, musiqisinə əlim hələ də çatırsa, həmin insanın səsində, dünyadakı bir çox insanın səsindəkindən daha çox canlılıq, həyat, hisslər varsa bu insan dünyada olmasa belə uzaqlarda bir yerdə varmış kimi hiss edirəm. Sadəcə canlı konsertini heç vaxt izləyə bilməyəcəm. Amma tam olaraq dünyada olmadığını düşünə bilmirəm. Bir şeyi bilmək başqa, qəbul edib həmin reallığı dərk etmək başqadır. Nədənsə bu müğənniyə ölüb sözünü yaraşdırmıram. Musiqisində səsi hələ də dünyadadır. Tək səsi yox, mahnıları ilə çatdırdığı fikirlər, hisslər, rənglər.- 29 may 1997
http://dreamhigh-happyday.blogspot.com/
Jeff Buckley, 

Wednesday, September 9, 2015

2013 Sentyabr ayında.

Bir Bloqun doğum günü olursa.

http://dreamhigh-happyday.blogspot.com/

dreamhigh-happyday.blogspot.com  İlk bloqu açanda, ya da ilk yazını yazanda nə düşündüyümü özüm də tam xatırlamıram. Sadəcə yazmaq istədim. Bəyəndiyim Koreya dramalarından məlumat vermək istədim. Qeyd edim ki, Koreya və kpop, k-drama, kmovie haqqında azərbaycanca ilk bloqun sahibiyəm. ^_^ 

 Amma elə ilk gündən yalnız koreya ilə məhdudlaşmamağını qərara almışdım. Məhz buna görə də, ad olaraq da fərqli ad seçdim. Dream High Happy Day- tərcüməsi çoxlarınız üçün aydındır. Bir mimdə də bu haqda yazmışdım. Bloqu davamlı izləyicilər bunu artıq bilir. 

Saturday, August 15, 2015

İLK BÖLÜM DRAMANIN KEYFİYYƏTİNİ GÖSTƏRİRMİ?

İLK SEVMƏDİYİM DRAMANIN İKİNCİ BÖLÜMÜNÜ İZLƏMƏYƏ ÇALIŞSAM NƏ OLAR?http://dreamhigh-happyday.blogspot.com/Belə bir başlıqla başlamaq istədim. Əminəm ki, sizdə də olub belə bir şey, olmayıbsa da olsun! :P Koreya serialları var ki, mən ilk bölümünə baxıb bəyənməyib yarıda atmışam. Ancaq sonra müxtəlif səbəblərdən yenidən izləməyə çalışmışam. Bu səbəblər bəzən serialın çox tərifli olması, bəzən baxmağa heç nə tapmamağımdır. ;) Dramalar var ki, ilk bir neçə dəqiqə izlədikdən sonra bezib atmışam, lakin sonra yenidən izləyəndə sadəcə bir az səbr etməli olduğumu anlamışam. Sizə o dramaların adını və əlbəttə ki, azca məlumat verim dramalar haqqında ;)

http://dreamhigh-happyday.blogspot.com/

Əvvəlcədən qeyd edim ki, siyahıda çox sevilən və təəccüblənəcəyiniz dramalar var. Əyləncəli bir yazını oxumağa davam edin.


1. 49 Days/ 49 Gün.
http://dreamhigh-happyday.blogspot.com/
Bu dramaya ilk yalnız 5-10 dəq. baxa bilmişdim. Səbəb isə şablon ssenari qorxusu olmuşdu. Çünki bildiyiniz ( və ya bilmirsinizsə də izləyin bilin ;)) kimi serial bir qızın öz nişanına gecikməsi ilə başlayır.  Yolda nişana gecikdikləri üçün maşından düşüb piyada gedirlər, dikdabandakı nişana tələsən qız ayaqqabısının dabanını qırır onun yanındakı rəfiqələrindən biri isə öz ayaqqabısını ona verir. Bəli özü ayaqyalın gedir. Bu dramanı həmin anda gözümdən bir və çox əsas pillə yerə saldı. Sadəcə bundan sonra çox kiçik bir səbəb belə yetərdi. 
Səbəb isə özünü çox gözlətmədi. Nişan ab-havası, nişanlanan qızın varlı olması. Bütün bunlardan əlavə bir oğlanın da qıza qarşı hissləri olması artıq minlərlə çəkilmiş film və serialları xatırlatdı. Mən də serialı atdım. 
http://dreamhigh-happyday.blogspot.com/
Sonra təsadüfən yenidən başlamaq qərarına gəldim və əslində serialın o ən darıxdırıcı dəqiqələrinə dözsəydim super bir serial izləyə bilərmişəm. Mən atdığım serial əslində bu imiş? deyib gördüyünüz qız kimi qaldım. Dramanı atma səbəblərim sırasına həm də baş rol oğlanı bəyənməməyimi əlavə etmək olar. Sanki rol üçün çox yaşlı idi. Digər əsas baş rol qız oğlandan guya daha yaşlı idi ancaq elə bir yaş fərqi görünmürdü. Hələ həmin oğlan öz yeniyetmə məktəbli dövrün özü oynayanda xüsusilə bu yaş fərqi diqqəti şəkir. Ancaq yenidən atmaq üçün bir səbəb ola bilmədi bu. 
http://dreamhigh-happyday.blogspot.com/Əksinə bu drama sayəsində çoxları kimi, Jung İl Woo nu tanıdım. Serialın əsas oğlanı da çoxumuza görə o idi. Təkcə xarici görünüşə görə yox, daha çox öz roluna və bu rolu əla oynadığına gör belə idi. 
2. Queen In Hyun's Man.
http://dreamhigh-happyday.blogspot.com/
Bu serial ən romantik seriallardandır. Serial haqqında daha geniş məlumat üçün _bura_ klikləyin.;) Bəs ilk bölümü atacaq dərəcədə nə baş vermişdi? Buna daha çox nə baş verməmişdiki deyə cavab verərdim. Çünki ilk bölüm çox qarışıq başlamışdı.
http://dreamhigh-happyday.blogspot.com/
Məni dramanı atmağa məcbur edən hissə
 O dərəcə ki, mən ilk dəqiqədən bəlkə 3-4 cü bölümü açmışam səhvən deyə düşünmüşdüm. Xüsusilə də, dramada hadisələr keçmiş və gələcəkdə eyni zamanda baş vermişdi. Əsasən keçmişdəki bir saraya edilən basqınla başlaması da insanı hansısa tarixi bir filmin ortasından baxdığına inandırır. Buna görə də, bu serial mənlik deyil deyib atmışdım. 

http://dreamhigh-happyday.blogspot.com/
Bir neçə həftə sonra təsadüfən və yəginki baxmağa serial tapmayıb yenidən ancaq qaldığım yerdən davamını izlədim. Ağlıma bu seriala qaldığım yerdən davam etmək gələndə Sam (eynəkli oğlan)də olduğu kimi oldum. İzlədikcə bu cür serialı sadəcə azca səbr etmədyim üçün izləyə bilməyəcəyimi anlamışdım. Halbuki izlədikdən sonra ən sevdiyim seriallar arasına gir bilib. 
İlk bölümdən diqqətimi əlbəttə ki, baş rol qızın şirinliyi çəkdi. Sonra da baş rol oğlan da roluna tam oturmuşdu. Əlavə məlumat istəyənlər də yəginki artıq drama haqqındakı yazımı oxuyub. ;)
3. The Rooftop Prince.
http://dreamhigh-happyday.blogspot.com/
Bu dramanı atmağımda və hətta uzun müddət bütün təriflərə baxmayaraq izləməməyimin səbəbi isə yuxarıda gördüyünüz şəkildir. Çox qıcıqlandırıcı olduğu üçün serialı gözümdən salırdı.Yoochun da qız da duruşu ilə dramaya mənfi hisslərimin səbəbkarı ola bilmişdilər. Növbəti dramanın ilk bölümlərində hadisələr sadəcə keçmişdə daha dəqiq Joseon(Coson) dövründə baş verir. Hər şey mənə o qədər də maraqlı gəlməmişdi, şablon görünürdü. Yenə də, ilk bölümdən sonra atdım! Sonra hər yerdə hamı yenidən izlə deyirdi. Deməkdən çox yazılırdı. Youtube-da ən yaxşı k-dramalar sırasında həmişə ilk sıralarda olurdu. Baxdım ki, dünyadakı bütün Koreya serialları izləyənlər izləyib bəyənib. Bu qədər insanın da xətrinə dəyməyim dedim, baxdım. (Aşağıdakı giffdə Deanin yerindəydim. :P)
http://dreamhigh-happyday.blogspot.com/










Bəs sonra nə oldu?

http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Gecə izlədiyim zaman gülüş səsindən evdə hamını oyatdığım bölümləri oldu məsələn. O ilk baxışdan şəkildəki pozası ilə gözümdən düşən Yoochun burada məni heyran etdi. Həqiqətən keçmişdən gələn imperator olduğuna sizi inandıra bilir. Həm də çox gülürsüz buna. 




4. It's Ok, That's Love.
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/
istədiyim alqış tipi :D
O çox təriflədiyin, hər serial məsləhəti istəyənə dediyin həmin o drama?- deyirsiniz yəgin. Bəli. Bütün sevgilər nifrətlə başlayır. (bu bərbad zarafatım üçün alqış istəyirəm :P :D)
Drama haqqında tam yazımı oxumaq üçün klikləyin. Yox səbirsiz olanlar və bir neçə dramalar birlikdə məlumat yazdığım yazıma buyurun.
İndi bu serialın ilk bölümünü izləyənlər üçün mövzu baxmayanlardakından da qarışıqdır, əminəm. Çünki, ilk bölümdə o qədər də atılası bir bəhanə yox idi. :P İlk bölümdə ən çox sevmədiyim yəginki D.O. idi. 
http://dreamhigh-happyday.blogspot.com/
(ExoL lər sakit, dərindən nəfəs alın və davamını oxuyun ;)) D.O. nun ilk vaxtlarda rolundanmı bilmirəm ancaq çox süni gəlirdi. Bu da daha çox yaltaq bir fan kimi göründüyü üçündür. Sonra fikrim əlbəttə çox dəyişdi. Digər bir səbəb isə serialın bir az açıq olması idi. Yəni baxdığımız digər k-dramalarla müqayisədə açıq idi. İlk bölümdən əsas rolların aralarındakı bağ haqda olan kiçik tanışlıq və serialın qərbə fərqliliyi insanı narahat edir.
http://dreamhigh-happyday.blogspot.com/

 Ancaq ən tez izləməyə qayıtdığım serial oldu. Təbriklər! 




http://dreamhigh-happyday.blogspot.com/




Aşağıdakı şəkil serialın ilk teaserindəndir. Və hətta bu teaser belə məni dramadan uzaqlaşdıra bilməmişdi. :P Sonradan ancaq icazəsiz başqa bir film/serialdan götürüldüyü üçün dəyişdirilmişdi. 


http://dreamhigh-happyday.blogspot.com/Finala hazır olun!. Ən sürpriz dramanı yenə də sona saxlamışam.








5. Secret Garden.
http://dreamhigh-happyday.blogspot.com/
 Bu serialı izləməyən insan hələ Koreya serial aləmini yaxşı tanımır.- Bir Nana atalar sözü :D Dramanı ilk izlədiyim vaxt k-drama aləminə yeni gələnlərdən idim. Yəgin təxmini 3-4 il olar. Hamının artıq ən sevdiyi dramalar sırasında ilk yerdə görməyə öyrəşdiyi bu serialı da ata bilmiş insanam.! ha ha :D
http://dreamhigh-happyday.blogspot.com/
Bu da mənəm :D

İlk 2 bölümünə baxdıqdan sonra serialın çox şişirdildiyinə qərar verib serialı atmışdım. Hətta bu iki bölümü də zorla izləmişdim. Dramanın ilk bölümündə hər şey çox qarışıq gəlmişdi. Baş rolları o qədər də bəyənməmişdim. Xüsusilə oğlanla qızın ruhunun yer dəyişməsi kimi şablon bir ssenari də bunda az rol oynamamışdı. 

Hələ Oskanı ilk gördüyüm vaxt heç sevməmişdim. 






secret garden izləyəndə mən :D
Beləliklə serialı atdıqdan bir neçə ay sonra tez-tez qarşıma çıxdığı üçün yenidən izləməyi qərara aldım. Ən çox gözlətdiyim serial elə ən çox təsirləndiyim oldu. Həm bol komediya, həm romantika vardı. Ən əsası isə, araya girməyə çalışan insanlar yox idi. 

Seriallarda bu cür cütlüklərin arasına girməyə çalışanlar sayəsində 10-100 arası bölümü uzada bildiklərindən siz də xəbərdarsınız. ;) Heç gəlinini sevməyən qaynana da problemə çevrilmədi. Əvəzində isə biz daha maraqlı mövzularla qarşılaşdıq. Bu iki zidd insanın yola gedə bilməsi idi. Serialı mənə sevdirən də bu oldu. Əlbəttə, Hyun Binin və Oskanın da yeri tam ayrıdır.
Yeni möhtəşəm drama tapanda ətrafda bax bu cür gəzirəm. :D Bilməyənlər də gifdəki kimi olurlar. ha ha :D Əminəm ki, aranızda eyni vəziyyətdə olanlar çoxdur. ;)

Bəs sizsə bütün bunlardan sonra yeni serial izləyəndə daha səbrli olmağa çalışırammı?- YOX. Həm də heç yox. Çünki əgər doğrudan da keyfiyyətli dramadırsa, yenidən necəsə qarşıma çıxacaq və mən də onu məmnuniyyətlə izləyəcəm. Həm inanın, belə daha maraqlı olur. Sonradan qədri bilinən dramalar bir başqa olur. ;) Nə edə bilərəm, insanlar o qədər də çox dəyişmir. ;) 

Sona isə bu Secret Garden dən ən çox bəyəndiyim şəkli sizlərlə paylaşıram. Şəkil, poza sizcə də hər şey çox mükəmməl görünmür ?!...

Friday, June 12, 2015

Bu Mimi çox sevdim../ Əgər Bir Kitab Olsaydım..

ƏGƏR BİR KİTAB OLSAM...

http://dreamhigh-happyday.blogspot.com/
Başlığı.

Dünyada Yaşayan Yad..
Almağı düşünmədiyiniz ancaq necəsə həmişə qarşınıza çıxıb diqqətinizi çəkən həmin kitab.


Necə kitab olardınız?

Əlbəttə ki, kitab mənim kimi olacaqdı, hər yazıçı kitaba bütün fikir və duyğuları özündən qatdığı kimi. İlk baxışda sadə ancaq oxuduqca mürəkkəbliyini anlayıb sevdiyiniz kitab. Həm çox sadə, həm çox çətin başa düşülən. Kitabda bacardığım qədər hər şey olardı. Dünya kimi olardı mənim kitabım. Bir səhifəsi rəngarəng, digər səhivəsi boz.. Bəzən oxuduqca hadisələrin yalnız ağ və qara rənglərin var olduğu bir dünyada baş verdiyini düşünəcəyiniz. Bəzən isə rəngsiz ancaq bununla da daha çox insanı cəlb edən sakitliyi sizə bəxş edən hüzünlü səhifələr olardı. Ancaq ən sevdiyim isə sizə ən rəngarəng səhifələrin qarışıqlığını göstərmək olardı. Dünyanın rəngarəng olmasının əslində, bir neçə rəngin, musiqinin, duyğuların, düşüncələrin bir insanda toplanmasının necə yaşamağı çətinləşdirdiyini göstərərdim. Yazmaq yox göstərmək, çünki biz yazıları hərf kimi sadəcə oxumur hər şeyi görürük, yaşamış qədər oluruq.
İçimdəki, bütün duyğulardan, dinlədiyim bütün musiqilərdən, düşündüyüm bütün fikirlərdən bir az olardı bu kitabda. 
Buna görə də hər kəsin sevdiyi kitab olmazdı, ancaq səbrlə oxumağı bacaranlar, kitaba şans verənlər dünyaya başqa gözlə baxa biləcək dərəcə dəyişərdi. Əslində elə bütün kitabların yazılma məqsədi də budur. 

Kimə həsr olunardın? 

Heç kimə. Ancaq həm də hamıya. Eyni zamanda yalnız özümə. (Belə kitabın ola biləcəyinin mümkünsüz olduğunu düşünməyin.)

Üz qabığı.

Ya  çox tünd ya da tam ağ rəngdə olsun istəyərdim. Yalnız bir mövsümdə yox bütün zamanlarda seviləcək bir görünüşü olsun deyə. 



Önsöz'ündə bunlar yazılardı

Hamıya yad həm də bəzən çox doğma hiss edən bir insan. Mehriban olanda belə, həmin anda dünyadakı bütün adətlərdən, söhbətlərdən uzaq olan insan. Sanki doğulduğu yerdəki insanlar kimi düşünməyə can atsa da həmişə bir yadlıq hiss edən insan. Bütün ömrü böyu özünə dost axtarsa da əsl dostunu tapmayan insan. Qarışıq fikirlərinə baxmayaraq qəti məqsədləri, qərarları ilə yaşayan insan. Bu insan həm siz hamınız ola bilərsiniz, həm də heç biriniz. Çünki hər insanın özündə gizlətdiyi bir tərəfi olur. Kitabda hekayəsi yazılan insanın sizə nə qədər yaxın olduğunu yalnız oxuduğunuz an anlayacaqsınız. Həm çox təəccüblənəcəyiniz, həm də çox şablon yazılmış səhifələrin vəhdətini təşkil edən bu kitab dünya və insanın nümunəsində yazıldığı üçün belədir. Ən sevdiyiniz kitabları qoyduğunuz rəfdə həmişə yeri boş qalan kitabı oxumaq şansınızı dəyərləndirin. 

Kitabın son söz hissəsi/arxa qabığında yazılan

Bu hissəni boş qoyardım. Kitabı oxuyub bitirdikdən sonra oxucu özü buranı kitabdan olan təsir ilə düşündüklərini istədiyi və son söz olaraq gördüyü kitab və özü haqqında düşüncələrini yazardı.
İmza günümdə də hamısın bir-bir oxuyardım :P
(İndidən xəbərdarlıq edirəm kitab yazmaq fikrinə düşüb bu ideyalarımı oğurlamaq ağlınıza belə gəlməsin.. )
Sonda bu mimi oxuyanlara belə bir sual siz olsaz belə bir kitabı almaq istəyərdiniz?  (bu orjinal mimdə yoxdur bunu mən özüm sizə verirəm cavablarınızı gözləyəcəm).
Mimi Viva (Vivamakyaj), Mydestiny və Sawako ya pasladım/göndərdim. Mim üçün isə Reyhana təşəkkür edirəm.

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...