Showing posts with label Robopsixologiya. Show all posts
Showing posts with label Robopsixologiya. Show all posts

Sunday, September 13, 2015

Anime İzləmək istəyirəm..

Anime Fanı olmağa Könüllü Axtaranlar üçün.

http://dreamhigh-happyday.blogspot.com/2015/05/one-ok-rock.html
Hamıya salam. Burda yazı olaraq paylaşacaq dərəcədə anime izləmək istəyirəm.! Ancaq problem o məni hər bölüm daha da özünə bağlayacaq anime i tapa bilməməkdir. Azdan çoxdan demək olar ki, bütün məşhur animeləri tanıyıram və hadisələri baş qəhrəmanlarını bilirəm. Ən sevdiyim anime desəniz- Cavabım Digimon və Death Note olar. Əlbəttə ki, bu ikisinin yeri ayrıdır. Xüsusilə yaponların animelərə çox ciddi yanaşmasını sevirəm. Məsələn Death Note soundtrackları ən məşhur filmlərin belə soundtracklarından daha yaxşıdır. O dərəcə keyfiyyətlidir. Mövzuya layiq soundtracklarla sözsüz ki, məşhur olmalı idi. Death Note uşaqlıqdan bəri serial şəklindəki anime ləri izləməyən biri olaraq məni özünə bağladı. 
Soundtracklarını telefona yükləmişəm və tez-tez həmin soundtrackları dinləyirəm. Uzun-uzun yazmaq istərdim ancaq death note yazısında daha geniş yazaram. 
Bu yazının məqsədi anime izləyənlərdən anime məsləhəti almaqdır. Death Note dan sonra heç bir anime diqqətimi o qədər cəlb etmir. Death note dan daha möhtəşəm ancaq 200-300 bölüm kimi uzun olmayan bir anime bilirsinizsə yazın. Yəgin ki, yazacağınız anime lərin də çoxunun haqqında oxuşuş, araşdırmış olacam buna görə də sizdən xahişim spoisiz anime haqqındakı düşüncələrinizi filan yazmağınızdır. Death Note dan sonra romantik bir anime ə baxa bilməzdim. Bənzər anime də olmur, çünki təkrarçılığa qarşıyam. Soyuqqanlı obrazların olduğu anime olsun istərdim. Ancaq izləyəndə bu da fantastikanı da keçib deyəcək dərəcədə xəyal dünyamızın sərhədlərini aşmasın. Yəni anime lərdə ən sevdiyim tam olaraq dünyadan fərqli bir dünyanı bizə təqdim etmələridir. 
Bu cür səhnələr olan anime lərdən uzağam.
Xarakterim elədir ki, çox romantik olan film ya anime fərq etməz xüsusilə çox şablondursa baxmayacam. Ancaq eyni zamanda hər dəqiqə ölüm, qan, vəhşilik də insanı darıxdırır. Həm də iyrənc görünür. Ən əsası isə, buna baxmaq üçün psixoloji problemli olmaq lazımdır. İzləyən varsa, bunu təhqir kimi qəbul etməsin sadəcə bənzər bir şeyə baxmaq axır əvvlə insana mənfi təsir edər. (soldan yuxardakı şəkli nəzərdə tuturam)
Ağıllı oyunları olan, şablonlardan uzaq (ki yaponlar üçün bu çox da çətin deyil) və davamlı anime izləyicisi olmağım üçün də çox anormal qətl və qan dolu da olmamalıdır. Romantik sevmirəm deyil sadəcə həddində. O həddin hansı hədd olduğunu düşünənlər üçün deyim ki, cavabını tam bilmirəm. Hər halda bütün dünyası sevgilisindən ibarət bir anime izləyə bilməyəcəm. Komediya janrında anime tam olaraq necə olardı, izləyə bilərəmmi bilmirəm. Bir sözlə ən böyük problemim özüməm :D Bu dəfə mən sizə izləmək üçün məsləhət vermirəm, məsləhət alıram. Ümidvaram yazdıqlarım sizə çox qəribə gəlmədi. Ən əsası ümidvaram çoxlu məsləhət olan animelərlə bağlı fikirləriniz olan bol rəylər alaram bu yazıdan. Ən çox da Tokyo ghoul və Blech diqqətimi çəkir. Ancaq son zamanlar normal yeni serial, filmə belə baxmağa həvəsim yoxdur. Buna görə də başlayacağım anime keyfiyyətcə orta olsa əminəm ki, yarımçıq qalacaq. Anime sevərlər həmişə könüllü anime izləmək xüsusilə də fan/otaku dərəcəsində olacağı bir anime istəyən insan hələm-hələm çıxmaz. Bu fürsəti qaçırmayın. :D Vaxt ayırıb başdan sonadək oxuyanlar-(plus rəy yazanlar;) oxuduğunuz üçün sağ olun. Rəy/Comment/yorum yazmadan getməyin, fikirləriniz mənim üçün dəyərlidir. ^_^
http://dreamhigh-happyday.blogspot.com/

Not: Narutoya bir bölüm baxıb atmışam. Sizin bu haqda da fikrinizi bilmək istərdim. ;)

Sunday, July 5, 2015

Isaac Asimov I Robot/Mən Robot.

Bir Nəfəsə Oxuyub Bitirdiyiniz Kitablardan.

   İsaac Asimovun oxuduğum ilk kitabıdır. Xüsusilə uni vaxtı imtahanlara görə İsaac Asimov haqda məlumatlar oxumuşdum və ən çox da yazıçının science-fiction (elmi-fantastik/bilim-kurqu) yazması və Will Smith in eyni adlı filmini bildiyim üçün kitab da mənə maraqlı gəlmişdi. Kitabla filmin fərqli və ya eyni olub olmadığını müqayisə də kitabı oxumaq üçün başqa bir səbəbim idi. Kitabı oxuyub bitirdikdən sonra, filmlə demək olar bənzərlik tapmadım. 
http://dreamhigh-happyday.blogspot.com/
Bir az araşdırmadan sonra isə məlum oldu ki, filmin sadəcə gələcəkdə baş verməsi, bir iki obraz və məşhur robot qanunlarından başqa kitabdan o qədər də çox şey götürülməyib. Hətta əksinə filmdə əsas ssenari Agathe Cristie nin kitablarından birindən rejisorun ilham alması ilə ərsəyə gəlib. Yəni Mən, Robot adı sadəcə izləyiciləri yanılda bilər. (Mənim kimi) Ancaq sizə daha maraqlı bir məlumat da verim. Kitabın əsl adı da heç bu olmayıb. Asimov özü kitaba tamamilə başqa bir ad verib. 

Asimov öz kitabını "Mind and Iron " (Ağıl və Dəmir) adlandırmaq istəyib. Lakin, kitabı yayımlayan şəxs kitabın adını Eando Binder-in eyni adlı məşhur kiçik və məhur hekayəsindən götürüb. Ancaq sonralar Asimovun kitabı daha çox şöhrət qazanıb. Yazıçı xüsusilə robot seriyalı kitabları ilə şöhrət qazanıb. Kitablarından ən yadda qalan isə az-çox yazıçı və ya kitabları haqqında məlumatı olan hamının bildiyi 3 Robot Qanunudur. Bu da həmin qanun:
http://dreamhigh-happyday.blogspot.com/



Kitab Syuzan Kalvin ( Susan Calvin) adlı yaşlı qadından gənc jurnalistin müsahibə götürməsi ilə başlayır.

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...