Showing posts with label AZƏRBAYCAN MUSİQİSİ/ AZERBAIJAN MUSIC. Show all posts
Showing posts with label AZƏRBAYCAN MUSİQİSİ/ AZERBAIJAN MUSIC. Show all posts

Saturday, December 6, 2014

Azərbaycan filmlərindən soundtrack lar.

Keçmişə səyahət....

dreamhigh-happyday.blogspot.com
Ən sevdiyim filmlərdən çox sevdiyim mahnıları dinləməyə hazırsınız? 
İlk Filmin adı " Gün Keçdi" dir. Eyni adlı mahnı/soundtrackı isə Flora Kərimovanın bənzərsiz səsi ilə eşidirik. 
Flora kərimova - Gün keçdi

Thursday, November 20, 2014

ALİM QASIMOV

MUĞAMI DÜNYAYA SEVDİRƏN SƏS.

http://dreamhigh-happyday.blogspot.com/2014/11/alim-qasimov.html#more

   Azərbaycanın ən məşhur muğam ifaçısı Alim Qasımov haqqında qısa yazmaq istədim. Çoxumuz onu tanıyırıq. Alim Qasımov 1977ci ildən profesional olaraq muğam ifaçısıdır. Alim Qasımov musiqinin bütün sərhədləri aşa bildiyinin sübutudur. Çünki A. Qasımov yalnız Azərbaycan dilində muğam ifa etməsinə baxmayaraq dünyanın müxtəlif ölkələrində konsert proqramları ilə çıxış edir. Alim Qasımov 1999cu ildə UNESCO- Beynəlxalq Musiqi Şurasının musiqi mükafatına layiq görülmüşdür. Alim Qasımov 2009cu ildə dünyanın 500 ən nüfuzlu müsəlmanı arasında olan 4 azərbaycanlıdan biri olub ( Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə). . Eyni ildə (2009cu il) Türkiyənin Zaman qəzeti onu "Mərkəzi Asiyanın Ən Böyük Səsi" adlandırıb. Dünyaca məşhur müğənni Bjork Alim Qasımovu ən sevimli müğənnilərindən biri adlandırmışdır. Alim Qasımov dünyanın İngiltərə, Fransa, Amerika Birləşmis Ştatları, Honk Kong, İspaniya, Braziliya, İran, Türkiyə kimi bir çox ölkələrində konsert vermişdir. 

Tuesday, April 8, 2014

Səsi, bəstələri ilə ürəyimə yol tapan müğənni.

Tünzalə Ağayeva.. 

Demək olar hər oxuduğu mahnı sevilir və hit olur ifaçının.. 
Tünzalə Ağayevanın dinlədiyim ilk mahnısı. Və bu ən sevdiyimdi. Sözləri şair Mikayıl Müşfiq(1908-1939) ə, Bəstəsi Tünazlə Ağayeva nın özünə məxsusdur. Musiqi və sözlər bir-birini mükəmməl tamamlayır..
Bu isə "Sən varsan" mahnısı. Klipi də izləməyə dəyər. Söz: İsmayıl Dadaşov
           Mus: Minayə İbrahimova



" BİR DƏ BAXIM"
 2001- ci ilin mahnısıdır.
Tunzala Agayeva - Bir de baxim
Music: Tunzale Agayeva 
Lyrics: Baba Veziroglu


 və digər sevdiyim mahnı müğənninin repertüarindan ..



"Gəlməz".. Çox qəmgin hiss edirəm dinləyəndə.. Mahnının sözlərindən bir parça da əlavə etdim.

Keçir ilir,ayım, günüm 
Çatmır ona səsin , ünüm
İstər selə suya dönüm, 
istər oda yarım gəlməz


SEVDİ CAN SENİ
bu mahnıdan da 1 hissəni yazdım ;)
Bu axşam röyamda gəzişə çıxdım
Aramızı vuran birini yıxdım
Titrəyə titrəyə əlini sıxdım
Baxdım zəhərləmiş o ilan səni..


İlk notlardan artıq Mahnı sənə təsir edir. 
Söz: Səməd Vurğun
Mus: Tünzalə Ağayeva



Son Mahnılarındandır İfaçının. 
"Xoş Gəldin Gülüm"

    "HƏDİYYƏ" SEVGİMİ SƏNƏ HƏDİYYƏ GÖNDƏRDİM DEYİR BU MAHNIDA İFAÇI : ))



     
 "SƏNSİZ".. MÖHTƏŞƏM İFA


Mahnının bu versiyasını Fərid Həsənovun ifasında dinləyin ;)
Məhz bu ifasına görə o Türkviziya musiqi yarışmasında Azərbaycanı təmsil üçün seçilmişdi. Çox sevinmişdim mən də :D Yarışmada ilk yeri də tutmuşdu =) 


SON OLARAQ " LAY-LAY " la  BİTİRİM İSTƏDİM 



Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...