Showing posts with label FACİƏ. Show all posts
Showing posts with label FACİƏ. Show all posts

Monday, January 19, 2015

20 YANVAR. QANLI YANVAR.

ŞƏHİDLƏR UNUDULMUR!


  Bu gün Qanlı 20 Yanvar hadisələrindən 25 il ötür.  Qara Yanvar və ya 20 Yanvar faciəsi — (Daha geniş məlumat üçün klikləyin.1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə Sovet ordusunun Azərbaycanda həyata keçirdiyi qətliam. 1990-cı ilin 20 yanvarında Qarabağa qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı sovet ordusunun döyüş hissələrinin yeridilməsi faciəyə gətirib çıxardı. 
Həmin gündən Azərbaycanda qərənfil al qana boyanmış şəhərin rəmzi olaraq, bu hadisədən sonra qırmızı qərənfil ölkəmizdə matəm gülüdür. Vətən uğrunda canından keçən bütün şəhidlərimizə ALLAH Rəhmət Eləsin!.




ŞƏHİDLƏR! 

Qatil gülləsinə qurban gedirkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Zalim öyünməsın zülümləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü, -
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.
Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”, – deyə.
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.
Bəxtiyar Vahabzadə.

Tuesday, June 17, 2014

NICE GUY OSTllar

Sadəcə ost larını dinləmək belə yetər.... Nice Guy / İnnocent Man




dreamhigh-happyday.blogspot.com
  
     Drama özlüyündə çox maraqlıdır. Ancaq çox vaxt ən yaxşı serialların ost-soundtrack ları da seriallara laiq olur.- MÜKƏMMƏL..  Bu serialda hansısa bir ifanı (müğənninin ifa etdiyi mahnılar) sevmədim ancaq bunun əvəzinə heç vaxt əminliklə deyə bilərəm ki, HEÇ VAXT Bezməyəcəyim musiqi, ost lar dinlədim. Heç serialı izləməmiş biri də bu musiqinin ilk notlarından çooox qəmgin hiss edər, əminəm.. Bu musiqi bu ostlar sadəcə serialı xatırlatmır. Sadəcə serialdakı hansısa hadisələrə görə sevmirəm bu ostları (ki çox vaxt seriallara görə mahnıları ikiqat sevirik)..  Telefonumda Nice Guy ostları üçün bir playlistim var.. Özümü yaxşı hiss etmədiyim vaxtlarda, ya da məsələn başım da ağrıyanda bu ostlara qulaq asıram, çünki incitmir insanı , yormur beyni səs-küylə..
 Serialın ilk açılış ost u... Hadislərin necə olcağını, serialın necə həyəcanlı olduğunu 51saniyəlik ost dan bilirsən artıq.. Həm də o ab-havaya düşürsən ;)



    Serialın başlıq ost u hər serial başladığı vaxt gözləyəcəyiniz ost dur.. Serialın özüdür.  Serialdakı bütün hadisələr bu 1dəq.27saniyəlik ost da var.. Dinləyəndə biləcəksiniz.. 

Ən Sevdiyim də 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...