Showing posts with label Science-Fiction. Show all posts
Showing posts with label Science-Fiction. Show all posts

Saturday, September 1, 2018

Elcernon üçün çiçəklər/Flowers for Algernon

Ən yaxşı insan axmadır, yoxsa axmaq ən yaxşı insandır?

http://dreamhigh-happyday.blogspot.com/
məhz bu üz qabığı kitabın ən sevdiyim və ən mənalı üz qabığıdır.

  Kitabı bitirən kimi onun təəssüratları təzə ikən bu yazını yazmaq istədim. Əslində siz bu yazını oxumadan da sadəcə kitabı alıb oxuya bilərsiniz. Hətta belə çox daha maraqlı olar. (Əlbəttə əgər hələ də kitabın mövzusundan xəbəriniz yoxdursa) XX əsrin ikinci yarsında işıq üzü görmüş kitab mənim bir neçə ildir ki, hər yerdə  rastıma çıxır. Daha aydın desəm "Kürk paltolu madonna" nı hər yerdə əvvəlcədən sözləşmiş kimi müxtəlif insanların əlində gördüyüm kimi bu kitab da nisbətən həmin tipdə son zamanlar məhşurlaşıb. (təbii ki şəxsi fikrimdir).
Yazıçı Daniel Keyes in ən məhşur əsəridir. Amerikalı yazıçı ilk olaraq mövzunu qısa hekayə olaraq 1958-ci ildə yazıb. 1959-cu ildə isə elmi fantastik jurnalda kiçik hekayə yayımlanır. Hekayənin uğurundan sonra 1966-cı ildə kitab çap olunur. 


http://dreamhigh-happyday.blogspot.com/
Bu üz qabığı isə mənim kitabımındır.

Əslində öz oxuduğum kitabın üz qabığına görə çox da maraqlı gəlməzdi almazdım. Kitabın içini nəzərə alsaq bu üz qabığı uşaq kitabını və ya romantik kitabı xatırladır. Bu romanın sadəcə adi romantik olduğunu düşünmürəm.
   Romanın mövzusu haqqında mümkün qədər qısa yazmağa çalışacam. Bütün insanların hüququ bərabərdir. Yalnız üzərinizdə işləməklə, həyatda daha çox nailiyyətlər əldə edə bilərsiniz və bu da çox ədalətli yoldur. Ancaq bəzi insanlar həyata eyni bacarıqlarla başlamır. Romanda əsas qəhrəmanımız əqli cəhətdən geri qalmış (əqli qüsurlu) Çarli Qordondur. Onun həyatı ürəyincədir. İşi var, dostları var və yeganə arzusu hamı kimi ağıllı olmaqdır. O bunun üçün özü kimi insanlar üçün nəzərdə tutulmuş axşam məktəbinə gedir. Orada yazmağı və oxumağı öyrənməyə çaılışır. O sinifdəki ən çalışqan və ən həvəsli adamdır. Keçmişi və ailəsi haqqında demək olar heç nə xatırlamır. Yalnız qısa dumanlı xatirələr var. Təsadüf nəticəsində o üzərində təcrübə xarakterli onun əqli qabiliyyətini inkişaf etdirəcək əməliyyat üçün seçilən ilk insan olur. Əməliyyat uğurlu keçsə o hamı kimi ola biləcək. Romanda biz yaşadığı dünyaya 2Çarlinin gözü ilə baxırıq. Əqli qüsurlu Çarli 30lu yaşlarında olsa da balaca uşaq kimidir. Dünyanı da elə uşağın gözləriylə görür. Biz ilk kitabda hər şeyi məhz həmin Çarlinin gözləriylə görürük. Çarli olduqca yaxşı, xeyirxah insandır. Əməliyyatdan sonrakı Çarlinin gördüyü dünya isə zaman zaman sizi təəccübləndirəcək, kədərləndirəcək və düşündürəcək. Çarli üçün əməliyyatdan sonra dünya özü dəyişəcək. Biz isə kitabın hər səhifəsində onun tədricən gedən inkişafını və onda olan dəyişiklikləri oxuyacayıq. Əvvəlcə ona kəmağıl kimi baxırdılar. İndi isə o həddindən artıq inkişaf etmişdir və güclü intellekti var. Cəmiyyətin fərqli münasibəti və Çarlinin özünün düşüncələrindəki dəyişikliklərin şahidi olacaqsınız. Çarli təkcə daha ağıllı olmur, o həm də şəxsiyyət, bir fərd kimi inkişaf edir və dəyişir. Siz kitabı oxuyarkən onunla birlikdə bunu hiss edəcəksiniz. Məhz bütün bunları oxuduğunuz zaman zövq alacaqsınız. 
Roman əsasında bir neçə film çəkilib. Kitabını oxuduqdan sonra məncə ilk olaraq elə 1968-ci ildə çəkilmiş filmi izləmək olar. Məndən sizə məsləhət kitabı oxumamış kitab əsasında çəkilmiş filmmi izləməyin. Hətta filmin afişasına belə baxmayın. Kitabın baş qəhrəmanını təxəyyülünüzdə özünüz canlandırın. Hansısa aktyor ağlınıza gələndə həmişə kitab daha az cəlbedici olur. Ən azı mənə görə elədir. Ancaq 1968-ci ildə çəkilmiş filmdə üzlər görünmür deyə xüsusilə paylaşmaq istəyirəm. Filmin adı romanla eyni deyil. Filmin adı "Charly"/CHAЯLY (Çarli) dir. Filmin adı elə qəhrəmanımızın öz adını yazdığı kimi təqdim olunur. Tərsinə yazılmış R hərfi ilə. 
http://dreamhigh-happyday.blogspot.com/
Romanın əsasında müxtəlif filmlər, tamaşalar, musical/myuzikl, seriallar çəkilib. Xüsusilə seçilənlər sırasında isə fransız filmi "Des fleurs pour Algernon" (2006-ci il) filmi var. Xüsusilə diqqətimi çəkən isə yaponların roman əsasında fərqli illərdə 2 serial (Yapon draması) çəkməsi oldu. "Algernon ni Hanataba wo" (romanın adının yaponcası) 2015-ci ildəki mini serialda baş rolda aktyor, müğənni Tomohisa Yamashita (səhnə adıyla Yamapi) oynayıb. 
Kitab haqqında oxumayanları nəzərə alıb sadəcə spoi-siz qısa məlumat yazdım. Ancaq kitabdakı bir sözü paylaşmaya bilməzdim. İngiliscədən düzgün tərcümə olunmayan sözün altından qara xətt çəkmişəm. Hərfi tərcümə edilib. Əslində isə serial sözü düzgün tərcümə olardı. Kitabın son səhifələrindən olduğunu nəzərə alsaq kitabı oxumayanlara xəbərdarlıq edim ki, məhz səhifəni oxumayın. 
http://dreamhigh-happyday.blogspot.com/
Sonda isə başlıqdakı cümləni sual kimə yazını oxuyan sənə ünvanlayıram. Ən yaxşı insan məhz yaxşı olmağa çalışdığı üçün axmaqdır? Ya əvvəlcədən elə axmaq adam məhz ən yaxşı adamdır? Suala bir neçə tərəfdən baxmaq olar. Tərəfinizi seçin və fikriniz bölüşün. 

Sunday, September 13, 2015

Anime İzləmək istəyirəm..

Anime Fanı olmağa Könüllü Axtaranlar üçün.

http://dreamhigh-happyday.blogspot.com/2015/05/one-ok-rock.html
Hamıya salam. Burda yazı olaraq paylaşacaq dərəcədə anime izləmək istəyirəm.! Ancaq problem o məni hər bölüm daha da özünə bağlayacaq anime i tapa bilməməkdir. Azdan çoxdan demək olar ki, bütün məşhur animeləri tanıyıram və hadisələri baş qəhrəmanlarını bilirəm. Ən sevdiyim anime desəniz- Cavabım Digimon və Death Note olar. Əlbəttə ki, bu ikisinin yeri ayrıdır. Xüsusilə yaponların animelərə çox ciddi yanaşmasını sevirəm. Məsələn Death Note soundtrackları ən məşhur filmlərin belə soundtracklarından daha yaxşıdır. O dərəcə keyfiyyətlidir. Mövzuya layiq soundtracklarla sözsüz ki, məşhur olmalı idi. Death Note uşaqlıqdan bəri serial şəklindəki anime ləri izləməyən biri olaraq məni özünə bağladı. 
Soundtracklarını telefona yükləmişəm və tez-tez həmin soundtrackları dinləyirəm. Uzun-uzun yazmaq istərdim ancaq death note yazısında daha geniş yazaram. 
Bu yazının məqsədi anime izləyənlərdən anime məsləhəti almaqdır. Death Note dan sonra heç bir anime diqqətimi o qədər cəlb etmir. Death note dan daha möhtəşəm ancaq 200-300 bölüm kimi uzun olmayan bir anime bilirsinizsə yazın. Yəgin ki, yazacağınız anime lərin də çoxunun haqqında oxuşuş, araşdırmış olacam buna görə də sizdən xahişim spoisiz anime haqqındakı düşüncələrinizi filan yazmağınızdır. Death Note dan sonra romantik bir anime ə baxa bilməzdim. Bənzər anime də olmur, çünki təkrarçılığa qarşıyam. Soyuqqanlı obrazların olduğu anime olsun istərdim. Ancaq izləyəndə bu da fantastikanı da keçib deyəcək dərəcədə xəyal dünyamızın sərhədlərini aşmasın. Yəni anime lərdə ən sevdiyim tam olaraq dünyadan fərqli bir dünyanı bizə təqdim etmələridir. 
Bu cür səhnələr olan anime lərdən uzağam.
Xarakterim elədir ki, çox romantik olan film ya anime fərq etməz xüsusilə çox şablondursa baxmayacam. Ancaq eyni zamanda hər dəqiqə ölüm, qan, vəhşilik də insanı darıxdırır. Həm də iyrənc görünür. Ən əsası isə, buna baxmaq üçün psixoloji problemli olmaq lazımdır. İzləyən varsa, bunu təhqir kimi qəbul etməsin sadəcə bənzər bir şeyə baxmaq axır əvvlə insana mənfi təsir edər. (soldan yuxardakı şəkli nəzərdə tuturam)
Ağıllı oyunları olan, şablonlardan uzaq (ki yaponlar üçün bu çox da çətin deyil) və davamlı anime izləyicisi olmağım üçün də çox anormal qətl və qan dolu da olmamalıdır. Romantik sevmirəm deyil sadəcə həddində. O həddin hansı hədd olduğunu düşünənlər üçün deyim ki, cavabını tam bilmirəm. Hər halda bütün dünyası sevgilisindən ibarət bir anime izləyə bilməyəcəm. Komediya janrında anime tam olaraq necə olardı, izləyə bilərəmmi bilmirəm. Bir sözlə ən böyük problemim özüməm :D Bu dəfə mən sizə izləmək üçün məsləhət vermirəm, məsləhət alıram. Ümidvaram yazdıqlarım sizə çox qəribə gəlmədi. Ən əsası ümidvaram çoxlu məsləhət olan animelərlə bağlı fikirləriniz olan bol rəylər alaram bu yazıdan. Ən çox da Tokyo ghoul və Blech diqqətimi çəkir. Ancaq son zamanlar normal yeni serial, filmə belə baxmağa həvəsim yoxdur. Buna görə də başlayacağım anime keyfiyyətcə orta olsa əminəm ki, yarımçıq qalacaq. Anime sevərlər həmişə könüllü anime izləmək xüsusilə də fan/otaku dərəcəsində olacağı bir anime istəyən insan hələm-hələm çıxmaz. Bu fürsəti qaçırmayın. :D Vaxt ayırıb başdan sonadək oxuyanlar-(plus rəy yazanlar;) oxuduğunuz üçün sağ olun. Rəy/Comment/yorum yazmadan getməyin, fikirləriniz mənim üçün dəyərlidir. ^_^
http://dreamhigh-happyday.blogspot.com/

Not: Narutoya bir bölüm baxıb atmışam. Sizin bu haqda da fikrinizi bilmək istərdim. ;)

Sunday, July 5, 2015

Isaac Asimov I Robot/Mən Robot.

Bir Nəfəsə Oxuyub Bitirdiyiniz Kitablardan.

   İsaac Asimovun oxuduğum ilk kitabıdır. Xüsusilə uni vaxtı imtahanlara görə İsaac Asimov haqda məlumatlar oxumuşdum və ən çox da yazıçının science-fiction (elmi-fantastik/bilim-kurqu) yazması və Will Smith in eyni adlı filmini bildiyim üçün kitab da mənə maraqlı gəlmişdi. Kitabla filmin fərqli və ya eyni olub olmadığını müqayisə də kitabı oxumaq üçün başqa bir səbəbim idi. Kitabı oxuyub bitirdikdən sonra, filmlə demək olar bənzərlik tapmadım. 
http://dreamhigh-happyday.blogspot.com/
Bir az araşdırmadan sonra isə məlum oldu ki, filmin sadəcə gələcəkdə baş verməsi, bir iki obraz və məşhur robot qanunlarından başqa kitabdan o qədər də çox şey götürülməyib. Hətta əksinə filmdə əsas ssenari Agathe Cristie nin kitablarından birindən rejisorun ilham alması ilə ərsəyə gəlib. Yəni Mən, Robot adı sadəcə izləyiciləri yanılda bilər. (Mənim kimi) Ancaq sizə daha maraqlı bir məlumat da verim. Kitabın əsl adı da heç bu olmayıb. Asimov özü kitaba tamamilə başqa bir ad verib. 

Asimov öz kitabını "Mind and Iron " (Ağıl və Dəmir) adlandırmaq istəyib. Lakin, kitabı yayımlayan şəxs kitabın adını Eando Binder-in eyni adlı məşhur kiçik və məhur hekayəsindən götürüb. Ancaq sonralar Asimovun kitabı daha çox şöhrət qazanıb. Yazıçı xüsusilə robot seriyalı kitabları ilə şöhrət qazanıb. Kitablarından ən yadda qalan isə az-çox yazıçı və ya kitabları haqqında məlumatı olan hamının bildiyi 3 Robot Qanunudur. Bu da həmin qanun:
http://dreamhigh-happyday.blogspot.com/



Kitab Syuzan Kalvin ( Susan Calvin) adlı yaşlı qadından gənc jurnalistin müsahibə götürməsi ilə başlayır.

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...