Showing posts with label Yapon Rok musiqisi/ Japan Rock Music. Show all posts
Showing posts with label Yapon Rok musiqisi/ Japan Rock Music. Show all posts

Wednesday, November 22, 2017

Orijinaldan daha yaxşı Cover. Volume 1

Həmişə ilklər ən gözəl olmur.
https://dreamhigh-happyday.blogspot.com/

  Biz həmişə orjinalların ən gözəli olduğunu düşünmüşük. İstər kitab baxımından, istər film və ya mahnı olsun. Ancaq bəzən bir mahnının coverini eşitdiyin zaman mahnıda orjinaldan fərqli, sanki tam başqa yeni bir şey tapırsan. Sanki orjinal olmasaydı, orjinalı eşitməsən, bu cover deyil deyəcəksənmiş kimi hiss etdirir. Cover mahnının orjinalını kölgədə belə qoya bilir. 
Bu cover üzərində işləyən insanların istedadından asılıdır. Orjinalı sevilən mahnını cover etmək xüsusi bacarıqdan əlavə həm də güclü duyumu və hissləri birləşdirib musiqini korlamadan dəyişməkdir, ona özündən nəsə qatmaqdır. Gəlin mənim sevdiyim mənə təsir etməyi bacaran mahnı coverlərini(kavrlar) və orjinallarını dinləyib müqayisə edək.
1.  İlk olaraq The NBHD( Neighbourhood-un qısa forması) dən bir cover seçdim. İlk dinlədiyim zaman cover olduğunu bilmirdim və öyrənən kimi orjinalını da axtarıb tapdım. Ancaq bu versiyanın yeri tam başqadır. Əslində The NBHD mahnının mashup  formasını yaradıb. Mashup- mahnıları birləşdirib yeni 1 şey yaratmaq. "Cry me a river/ Say my name" .  Destiny's child  qrupunun səsləndirdiyi versiyanı/"Say my name"  (Bilməyənlər üçün Destiny's Child qrupunun əsas ifaçısı Beyoncé olub və məhz bu qrupda məşhurlaşıb.) Justin Timberlake-in "Cry me a river" mahnısını qarısdırıb yeni və sevdiyim bir mahnı çıxaran The NBHD qrupu həm də mənim kimi araşdırmağı sevən insanların bu iki mahnını xatırlaması və ya bu mahnıları da ilk dəfə üçün dinləməsinə şərait yaratdı. 

2. "Eyes, Nose, Lips" mahnısına Epik High-dan Tablo-nun cover/kavr-ı da mükəmməllər içindədir. Həm əsas versiyanı və həm də bu versiyanı dinləməyi məsləhət görürəm. Qeyd edim ki mahnının ifaçısı Bigbang qrupundan Taeyang-dır və Tablonun rep cover/kavr-ında da yenə Taeynag mahnını səsləndirir. 
3. Jeff Buckley "Calling you". Bu mahnı və Jeffin Cover-i haqda Jeff Buckley haqqında yazdığım yazını oxusanız məlumat ala biləcəksiniz.  
                                    
4. Mad World - Jasmine Thompson. Mahnının orjinal versiyasını Gary Jules ifa edib. Mən hər iki versiyanı da çox sevirəm. 

                                 
5. Wicked Games Charlotte Cardin. Mahnı XX əsrin mahnısıdır. Əsas ifaçısının adını bəlkə eşitməmisiniz ancaq bu mahnınıəminəm ki eşitmisiniz. Həm də məhz onun- Chris İsaak in ifasında eşitmisiniz. (İfaçının adını klikləyərək orjinalı dinləyin)

                           
6. Unlike Pluto - No Scrubs ft. Joanna Jones. Mahnının orjinalı yenə XX əsrin mahnısının cover-idir. Amerika qrupu TCL (mahnının orjinalı üçün qrupun adını klikləyin) No scrubs mahnısını eşitsəm açığı bəyənməzdim. Amma cover-i sevdim. 
Bu arada ən möhtəşəmi ən sona saxladım. Sona qədər dinləyin hər mahnını. 
7. Taka (One Ok Rock qrupunun solisti) - Hello. One Ok Rock mənim çox sevdiyim yapon rok qrupudur. One Ok Rock qrupuna şans vermək istəyən oxucu qrupun adına klikləyərək sevimli qrupum haqda məlumat və əsası ən sevdiyim mahnılarını dinləyin. 
Qrupun solisti Taka məşhur müğənni Adele-in Hello mahnısını çox gözəl oxuyub. 
8. Ən sona ən əfsanı mahnını saxladım. (təbii ki mənim üçün) Mahnını yaxşıca araşdırdığım zaman çox təəccüblənmişdim. Orjinal və indiki versiya arasında yeganə ortaq cəhət sanki mahnının sözləridir. Əvvəla qeyd edim ki Mr. Sandman- əsasən nağıllarda istifadə olunan sehrli obraz olub. Adının mənasında qumadam olmasının səbəbi isə gözə sehrli qum töküb insana şirin, sehrli yuxu verməsinə inanılmasıdır. Mahnının ilk versiyası  Vaughn Monroe tərəfindən ifa edilib. Ardınca eyni ildə  The Chordettes qrupu da ifa edib. (xüsusuilə bu versiyanı bəyənmirəm. Zövqlər müxtəlifdir ;)) Hər iki versiya üçün ifaçı/qrupun adını klikləyin.  Mahnının yaşı da az deyil. mahnı 1954-cü ilin mahnısıdır. Mənim adına uyğun sehrini hiss etdiyim versiyanı isə SYML ifa edib. 
Mahnını dinləyəndə real dünyanı unuduram. Belə hiss etdirə bilən musiqi çox azdır. Ən sevdiyim mahnını da sizilə bölüşdüm, daha nə istəyirsiz ki . Musiqidən zövq alın ;) 

Saturday, September 5, 2015

Jang Keun Suk

Fərqli SƏS, ZÖvq, Gülüş, Musiqi, Dramaları sevən fərqli insanlar siz artıq EELS-siniz.!http://dreamhigh-happyday.blogspot.com/

Ad- Jang Keun Suk
Hangul(Koreyaca) - 장근석
Doğum Tarixi-  4 avqust 1987 ci il.
Təhsil- Nelson Kolleci, Han Yang Universiteti (Theater and Film major/ixtisaslaşmış teatr və film fakültəsi)
Boy- 1.82 sm.
Çəki- 62 kq.
Qan Qrupu- A. (bizdəkinə uyğun tam bilmirəm neçənci qrup gedir)
Twitter- @AsiaPrince_JKS
Rəsmi web saytı- www.princejks.com
İstedad Şirkəti/Çalışdığı Şirkət- TreeJ Entertainment
Səhnə adı/ləqəb- Asia Prince/ Asiya şəhzadəsi

Fanlarının adı- EELs
http://dreamhigh-happyday.blogspot.com/
 

Monday, May 4, 2015

One Ok Rock

Fool, Cool, Rock...!http://dreamhigh-happyday.blogspot.com/

Yaponiyanın məşhur rok qruplarından olan One Ok Rock qrup olaraq fəaliyyətə 2005 ci ildən başlayıb. Bu zaman qrup üzvləri təhsil alırdı. Qrupun yaranmasında əsas rol Toru Yamashita nındır. Əslində çoxumuz qrupun yaranmasında niyəsə həmişə solo ifaçının əsas rol oynadığını düşünürük. Belə ki, Toru hip-hop rəqs qrupu Heads (başlar) in üzvlərindən olan Ryota Kohama dan bass (gitara) öyrənməsini istəyir. Bundan başqa Toru Alex Onizawa və sinif yoldaşı Tomonu da qrupa cəlb edir. O vaxtlar Taka Moriuchi (qrupun hazırkı solisti) Chivalry of Music adlı başqa bir qrupda ifa edirdi. Ancaq Toru onu öz yeni qurduğu rok qrupuna keçməyə razı sala bilir. Bunda Takanın əvvəlki qrupuyla münasibətlərinin o qədər də yaxşı olmaması da rol oynayır. Qrupun debütü zamanı qrupda 6 üzv olub. Sonradan Tomo ailəsinin musiqinin rok qolu ilə məşğul olmasına etirazı səbəbi ilə qrupu tərk edib. ( adları bənzər olduğu üçün səhv salmayın, xüsususilə qeyd edim Tomo və Tomoya ayri-ayrı insanlardır) Tomoya Kanki isə həmin vaxt başqa bir şirkətin qrup üzvü idi və həmin qrupun işləri heç də yaxşı getmirdi. Tomoya bu səbəbdən 2006-cı ildən qrupa qoşulsa da yalnız qrupun 2007-ci il debütündə rəsmi olaraq qrupun üzvü kimi tanınıb. 
http://dreamhigh-happyday.blogspot.com/

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...