Bol Romantika, bir az Fantastika, həm Tarixi həm Müasir drama olsun baxım deyənlər, bu mümkünsüz deyil. Bu drama tam axtardığınızdır!
2012 ci il çəkilmiş drama 16 bölümdən ibarətdir. Drama Cənubi Koreyanın TVN kanalında yayımlanıb. Baş rollarda isə Ji Hyun Woo, Yoo In Na bölüşür. Dramanın ssenarisi çox gözəl idi, ancaq məhz bu cütlük serialın iki qat maraqlı alınmasında xüsusi rol oynayib. Serialın başlanması da fərqlidir. İlk şəkil də həmin videodandır. Həmin video belə insanı dramanı izləməyə sövq edir.
Hadisələr Joseon ilində başlayır. (Joseon Koreyanın tarixi adıdır. Həmin illər də Joseon dönəmi, illəri adlanır). İlk baxışdan aldana bilərsiniz.! DİQQƏT. Çünki mən bir dəfə ilk bölümdən təxmini 10-15 dəq. izləyib dramanı atmışdım. Ancaqdan uzun müddət sonra peşman da olmuşdum yenidən izləyəndə. Belə ki, ilk dəqiqələrdən sizə hər şey çox qarışıq gələ bilər. Hətta mən dəqiq ilk bölümdən başlamışammı? deyə də bilərsiniz özünüzə. Ancaq səbr edin. Həmin qarışıqlıqda qəhrəmanımız 2012ci ilə düşəcək.
Əvvəlcə bunun necə baş verdiyi bir yana heç gələcəkdə olduğunu da anlamır. Çünki saray həmin saray idi və sarayda həmin vaxt onun yaşadığı illərdəki kralın həyatından bəhs edən bir serial çəkilirdi. O isə gələcəkdə ilk elə kraliça rolunu qazanan qızla tanış olur. Qız da geyiminə və danışığına görə onun aktyorlardan biri olduğunu düşünür. Ona şirniyyat verir.
Baş rol- Kim Boong Do (Ji Hyun Woo) - Joseon dövründə yaşayan zadəgan ailəsindən olan çox ağıllı bir oğlandır. O dövrün bir kral testindən birinci olaraq keçib. Bir döyüşdə ölüm təhlükəsi altında qalır və elə bu anda müasir zamana düşür. Əvvəlcə heç nə anlamır və səbəbin nə olduğunu və nə qədər burda qalacağını bilmir. Ancaq sonradan bu zaman səyahətlərinin səbəbinin Joseonda ona vurulan bir qızın ona verdiyi tilsim olduğunu anlayır.
Oğlanı ölümdən qoruması üçün yazılmış tilsim isə hər dəfə ölüm təhlükəsi baş verən anlarda gücünü göstərir. Yalnız bu zaman səyahətindən keçmişdə tilsimi oğlana verən qızın belə xəbəri yox idi. Serialda oğlanın çox ağıllı olması onun tez-tez köməyinə çatır.
Xüsusilə də yeni dünyaya adaptə olmaqda. Ən qəribəsi isə o həmişə necəsə bir qızın yanında peyda olur. Yəni müasir dünyaya gələndə necəsə bir qızla qarşılaşır. Bu qız həmin kraliça rolunu alan aktrisa idi. Elə sirrini də bir ona deyir. Ən sevdiyim şeylərdən biri də o oldu ki, Kim Boong Do 2012ci ilə gələn kimi kitabxanaya gedir. Bu da normal haldır. Sarayla əlaqəsi olan, kralın etibar etdiyi biri idi və tarixlə
maraqlanması da normaldır. Xüsusilə özünün tarixdə necə qalması ilə bağlı. Nəysə çox məlumat verməyim serialın marağı qaçmasın. ;) Əlbəttə ki, Kim Boong Do kitabxananı özü tək tapmır. Ona əsas qızımız kömək edir.
Sözsüz ki, həm də oğlanın yeni dünya haqqında heç nə bilməməsindən öz xeyrinə sui istifadə də edir. Şəkildən də görüldüyü kimi qız artıq bütün şirinliyinə bürünüb. :D Amma həqiqətən də çox şirin qızdır ;)
Choi Hee Jin- (Yoo İnNa )
adi bir aktrisadır yəni o qədər də məşhur deyil. Joseon dövrü haqqında çəkiləcək dramanın cast- aktyor heyətinə daxil olmaq üçün intervyuya gedir. İntervyuya tələsən zaman başına bəzi tərsliklər gəlir və keçmiş sevgilisi ilə qarşılaşır. Qarşılaşma bir yana hələ bu keçmiş sevgilisi onunla kiçik zarafat da edir. İntervyuda isə onu seçməli olan insanlar arasında öz keçmiş sevgilisini də görür. Bu oğlan-keçmiş sevgilisi onu məşhur olduqdan sonra atmışdı.
Və playboy kimi tanınır. Yenidən qarşılaşmaqla qızın serialda rol almasının əyləncəli olacağını düşünən oğlan onun bu rolu almasında kömək də olur. Ancaq bu qızımızın aktyorluq bacarığının zəif olması demək deyil. ;) Beləliklə dramamızın adındakı queen İn Hyun yəni Joseon dönəmində Kim Boong Do nun yaşadığı vaxt kralın həyat yoldaşı olan İn Hyun obrazını əsas qızımız oynayır. Boong Do nun da gələcəyə gəlməsində bu kraliça ilə bağlı olan səbəblər var.
Buna görə də dramanın adı məhz belə qoyulub. Yoo İn Na çox şirindir. Serialda onu çox bəyəndim. Əsasən Koreya seriallarında qızlar hamısı şirin olmağa çalışır, ancaq burda hiss olunurdu ki, qızın öz xarakterində bu var. Yəni özünü bu cür görünməyə, danışmağa məcbur edirmiş kimi hiss yaratmırdı.
Bir dramada 2-ci oğlan yoxdursa o serial... (bir az düşündüm və..O.o), belə drama varmı? -_- Seriallarda ən sevmədiyim də ikinci qız və ya oğlan olmasıdır. Bu mənada bu serial iki qat bəyəniləsidir. İkinci oğlan o dərəcə problem yaratmır. Ümumiyyətlə iki insan bir-birini sevirsə mütləq deyil ki, hər dəfə üçüncü insan araya girməyə çalışsın, bəlkə başqa problemləri də ola bilər.
Bizim bu serialdakı ikinci oğlan isə, Han Dong Min (Kim Jin Woo) idi. Xaraktercə düşündüyünü deyən, zarafatcıl insandır. Bəyənmişdim aktyorun həm rolunu, həm də bu rolu oynamağını.
Hee Jin nin meneceri, köməkçisi, müdafiəçisi, işinə ondan da çox diqqət yetirən Yoon Na Jung (Park Young Rin) həm də onun ən yaxın dostudur. Na Jung ilə Boong Do arasındakı söhbət sizə maraqlı olacaq. ;)
Dramadakı bütün obrazlar haqqında yox, daha əsas yer tutan rollar haqda yazdım. Serialın xüsusilə Joseonda olan hissələri serialın ən həyəcanlı hissələridir. Boong Do nun təhlükələri, onunqarşısına çıxan çətinliklər keçmişdə baş verirsə, bizi daha çox əyləndirən, güldürən və romantik hissələr gələcəkdə olur.
Baş rol qız- Yoo İn Na məni aktyorluq qabiliyyəti ilə də heyran etdi. Serialda ağladığı bir yer var, görəndə çox gerçək sanırsan. Sanki bu rol deyildi və həqiqətən də çox pis bir şey baç vermişdi. İnsana çox pis təsir edir, izləyiciyə duyğularını hiss etdirə bilən aktrisadır.
Yoo İn Na Secret Garden də oynamışdı. Yəginki daha çox ordakı bir səhnəni yadınıza salacaq sağdakı gif.
Yazıma seçdiyim başlıq şəkilin real olanı isə aşağıdakıdır.
Artıq siz də bildiyiniz kimi baş rollarımız bir-birini sevəcək. Hee Jin nin ideal tipi olan birini görüb də sevməməsi normal olmazdı, ancaq Boong Do qıza yalnız hava limanındakı tv-dən qızın oynadığı serialın anonsunu gördüyü zaman qıza aşiq olur.
Sadəcə onu öz dövrünün geyimində gördüyü zaman onun çox gözəl olduğunun fərqinə varır. Bu mənim çox bəyəndiyim nüans idi. Joseon dövrünün insanı olaraq onu Joseon dövrünün geyimində görüb sevməsi daha real gəlir. Bəs tez-tez öz dövrünə qayıdan, gözlənilmədən peyda olan bir insan-keçmişə aid olan bir insanla, müasir zamana aid bir qızın sevgisinin sonu necə ola bilər? Bax sırf bunu belə bilmək üçün izləməyə dəyər.!
Serialın çəkildiyi müddətdə baş rollar bir birinə aşiq olmuşdu və bir müddət sevgili olublar. Ancaq heyf ki, oğlan əsgərliyə getdikdən sonra münasibətlərinə son qoyublar. Bu da ayrı bir mövzudur, Koreyada oğlanlar əsgərliyə getdiyi zaman sevgililərindən ayrılır. -_- Bu cütlük isə həqiqətən bir-birinə çox yaraşırdı.

Bura qədər oxuyub gələ bildinizsə təşəkkürlər. :D 100 danışmaqdan bir görmək yaxşıdır.-sözünə uyğun olaraq şəkillər paylaşdım. ;)
Bir də Choi Hee nin telefon zəngi çox maraqlı idi. Başda sevmirsən bu nəyinki qız , oğlan üçün belə telefon zəngi olmaz deyirsən. Getdikcə bəyənirsən ama -_- =D Əgər Koreya dramalarındakı telefon zəngləri ilə maraqlanırsınızsa rəngli yazıya klikləyib bu haqda olan post/yazımı oxuya və həmin zəngləri dinləyə bilərsiniz.

Bu da yazımın sonu, hələlik. Bəyənənlər, bəyənməyənlər öz fikirlərini rəy/yorum/comment də yazsa sevinərəm.
b menim en cox sevdiyim dramalardadi cox romatikdi ))) bas rollar arasinda nese oldugunu dramadan hiss elemisdim cunki esil cutluk kimi gorsenirdiler sonradan oglanda sevgili olduqlarin testiqlemisdi amma heyif ki ayrildilar..
ReplyDeletehəə heyf çox yaraşırdılar. ;)
Delete