Showing posts with label DRAMA OST. Show all posts
Showing posts with label DRAMA OST. Show all posts

Thursday, September 8, 2016

Moonlight Drawn by Clouds

Park Bo Gum var deyə başlamışdım amma..http://dreamhigh-happyday.blogspot.com/

 Bu il o qədər yeni dramalar başlayır ki, insan artıq hansına baxsın bilmir. Çox iddialı və ya yeni sevilən aktyorlar, aktrisalar dramalarla geri qayıdır. Park Bo Gumu biz Reply 1988-dən tanımış və aktyorluğunu bəyənmişdik. Yeni dramasının hələ treyleri (trailer) çıxdığı zaman bu dramanın fərqli olacağını düşünmüşdüm. Kraliyyət dövründə gangam stilində bir video heç birimiz gözləmirdik. Sarayda Fləşmob(flashmob) havasındakı videonun ilk dəqiqəsindən insan ritm tutur, gülümsəyərək izləyir. 
Seriala tam olaraq mövzunu araşdırmadan başladım. Düzü drama haqqında yalnız baş rol qızımızın bir Asiya klassikası olan qızın oğlan paltarı geyib ətrafda özünü oğlan kimi təqdim etməsini bilirdim. Bu klassika və xüsusilə də tarixi serial havası mənə Sungkyunkwan Scandal -ı xatırlatdı. Bu tipdə şahzadə heç gözləmirdim. 
İzlədikdən sonra isə çox sevdim və bu səbəbdən siz də izləyin deyə sizinlə fikrimi paylaşmaq qərarına gəldim. 
Dramanın adı: Love in the Moonlight/ Moonlight Drawn by Clouds. (Ay işığında sevgi)
Hangul/Koreya: 구르미 그린 달빛
Senarist:  Yoon Yi-Soo (web novel/webtoon/internet romanı), kk (web novel), Kim Min-Jung, Im Ye-Jin
Rejissor:  Kim Sung-Yoon
Yayımlandığı Kanal: KBS2
Bölüm Sayı: 18
Yayım tarixi: 22.08.16- 18.10.16
Yayım gün və saatı: Bazar ertəsi&Çərşənbə axşamı 22:00
Dil: Koreya dili/Hangul
Ölkə: Cənubi Koreya
Əsas aktyor heyəti onların oynayacağı obraz və dramanın hekayəsi isə belədir. 
http://dreamhigh-happyday.blogspot.com/
Park Bo Gum/ 박보검 - Lee Young (Vəliəhd Şəhzadə Hyomyeong) rolunda. 
Vəliəhd şəhzadədir. Çox ağıllı və yaraşıqlı, eyni zamanda bacarıqlıdır. Ancaq baş rolumuz bir şəhzadə olaraq kral oğlu olmağın məsuliyyətindən çox ilk üstünlüklərindən yararlanır. :D Kralın yeganə oğlu olduğu üçün də istədiyini etməkdə azaddır. Çünki itirməkdən qorxacağı heç nə (taxt-tac) yoxdur. Əslində çox taxt-tac sevər də deyil. Hakimiyyət davasına çıxacağı qardaşı da yoxdur. İzlədiyimiz zaman isə, haqqında daha çox sirləri xüsusilə gələcək bölümlərdə az-az izləyib öyrənəcəyik. Baş rol qızla, qızın işindən dolayı tanış olacaq. Xarakterindəki tərsliyə görə sarayda ona verilməyən ad yoxdur. Təbii ki heç birindən xəbəri yoxdur. İlk eşidəndə üzünü görməyə dəyər. Çünki özündən çox razıdır. ;)
http://dreamhigh-happyday.blogspot.com/

Kim You Jung/ 김유정- Hong Ra On rolunda.
http://dreamhigh-happyday.blogspot.com/ Aktrisanın yaşının azlığı düzü sevmədiyim bir şey oldu. Aktrisa 1999-cu ildəndir.  Ancaq aktrisalıq bacarığını çox bəyəndim. Oğlan geyimində hərəkət və danışığı çox şirindir. Oğlansı davranmağa çalışır. Əsas səbəb budur ki, şirin görünməyə yox oğlan kimi danışmağa çalışır. Ən çox da qarşısındakının yuxarı təbəqədən olduğunu biləndə və ya işinin ondan asılı oldğunu biləndə davranışını, danışığını bəyənirəm. :D  Çox iri və gözəl gözləri var. 
Bu qız demək olar ki, setlərdə böyüyüb. :D Şəkildən də demək istədiyimi anladınız. :D Bu qız ancaq böyüdükcə gözəlləşir və bu gedişlə Suzydən daha gözəl olacaq. 
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/
Hong Ra On ailəsinin kim olduğunu bilmir, daha doğrusu biz bilmirik. Hələki sirdir bizə. Sirkdə işləyir. Ancaq həyatını dəyişəcək işi isə, gənc oğlanlarından adından sevdikləri qızlara(və ya tanış olmaq istədikləri) sevgi məktubu yazmaqdır. Bu məktublar sayəsində şəhzadə Lee yong la qarşılaşır. Aralarında xırda bir mübahisə də olur. Lee yongun vəliəhd şəhzadə olduğunu bilmədiyi üçün onu meşədə köməksiz qoyub qaçır. 
Bir daha onunla qarşılaşacağını düşünmədiyi üçün isə bunun qarşılığında bir də görsə onun iti belə olacağını və nə istəsə edəcəyini söz verir. Bu hissədə drama diqqətinizi daha çox çəkdi deyil mi? Etiraf edin, əyləncəli olacağını düşündünüz. 
Jin Young/진영 - Kim Yoon Sung rolunda. 
dreamhigh-happyday.blogspot.com
Bu oğlanın dramadkı adı ilə baş rol qızın əsl adı niyə bu qədər bənzəyir?!
Jin Young əslində aktyor deyil, B1A4 adlı kpop qrupunun üzvüdür. Kim Yoon Sung çox ağıllıdır. Rəsm çəkməyi çox sevir. Hong R On un qız olduğunu onu gördüyü andan anlayır ancaq bildirmir. Oxuduğunuzdan da artıq anladığınız kimi ikinci oğlan odur. Onun vəliəhd şəhzadə (Park Bo Gum) ilə olan münasibəti də diqqət çəkir. Soyuq münasibətləri olsa da bunun əvvəllər belə olmadığını öyrənəcəyik. Babası sarayda 
http://dreamhigh-happyday.blogspot.com/

kraldan belə daha çox gücə sahibdir. Artıq ikinci oğlan olacağını bildirən şəkillərimiz də var. ;)
Spoisiz və dolğun yazmaq bir azca çətin olsa da sizə 1 və 2. bölümdən heç spoi verməyəcəm. 
http://dreamhigh-happyday.blogspot.com/Chae Soo Bin/채수빈- Jo Ha-Yeon rolunda. 

Bu qız da çox güman hər görəndə əsəbləşəcəyimiz ikinci qız olacaq. Ümidvaram rejisor aranı çox qatmaz. Çünki qarışıqlığı bəyənmirəm.

http://dreamhigh-happyday.blogspot.com/2016/09/moonlight-drawn-by-clouds.htmlJung Hye Seong/정혜성- Şəhzadə Myungeun rolunda.
Çox şirin qızdır. İlk onu şişman görəcəyik, ancaq qrimlə üzünü şişirtdiklərini nəzərə alsaq arıqlamasına çox qalmayıb. Hong Ra On (baş rol qız) özü də bilmədən sifarişlə məhz bu qıza da sevgi məktubu yazıb. Ancaq nə bilsin ki yazdığı məktub kimə gedir. 
http://dreamhigh-happyday.blogspot.com/Hətta ilk görüşə də məktub adına yazılan oğlanın əvəzinə qız özü gedir. Ancaq onu orada şəhzadə deyil, Lee Young (qızın qardaşı vəliəhd şəhzadə, yəni baş rol oğlan)  qarşılayır. 
Elə hər şey də burdan başlayacaq. Qızın şişman görünüşünü də görüb müqayisə edə bilərsiniz. Bu qrim formasında ilk Shin Min Ah da Oh My Venus serialında görmüşdük. Mənim ən azı dramalar içində yalnız o serial yadımda qalıb. 
http://dreamhigh-happyday.blogspot.com/Kwak Dong Yeon/곽동연- Kim Byung Yeon rolunda.
O adlardakı Yeon lar yəgin sizi də bir anlıq çaşdırdı. Şəhzadənin 2 yaxın dostundan biri olduğunu və uşaqlıqdan onunla böyüdüyünü bilirik. Sarayda fanları belə var :D Rejisordan xahişim bu oğlanı da baş rol qızla birləşdirmə yoxsa bu artıq 3. oğlan olacaq və mən də 2. oğlan deyil 3.oğlan üçün daha çox kədərlənəcəm. :/ Şəhzadə qızla da yaraşardılar ha amma izləyək görək nə olacaq. :D Aranızda bu aktyoru hardasa gördüyünü düşünənlər üçün isə bir xatırlatma edim. Aktyor Inspiring Generation-da Kim Hyun Joong-un gəncliyini oynayırdı. Ona o qısa saçlarla çox bənzəyirdi ancaq bu dramada çox dəyişib. Uzun saçlar super yaraşıb. Yapon havası var sanki üzündə deyilmi?
Bu dramada da mənfi rol olmazsa olmaz. Koreya draması olduğunu nəzərə alsaq sonda onun da özünə görə səbəbləri çıxmasını istəmirəm doğrusu. Həmin obraz isə Şahın baş vəziridir. Az qala oynadığı bütün dramalarda pis rolu oynayıb da rolunun haqqını verən adam. 
Cheon Ho Jin/천호진-Kim Hun rolunda. 

http://dreamhigh-happyday.blogspot.com/
Təsadüfə baxın sentyabrın 9-u tam da aktyor haqqında yazdığım gün onun ad günüdür. Şəklin keyfiyyəti haqqında isə deyəcəyim budur- Bu qədər tarixi keçmişə aid rəsm hələ yaxşı keyfiyyətlə qalıb. :D İşin doğrusu odur ki bu dramadan aktyorun normal şəklini tapa bilmədim. 

  
http://dreamhigh-happyday.blogspot.com/ 
Drama çox şirin və əyləncəlidir. Hadisələr sirlərin açılması ilə bir az da dəyişəcək. Ən azı o video üçün bir şans verin. Başladıqdan sonra gerisi onsuz da gələcək. Əyləncəli olsun ancaq tarixi drama olsun deyəclər üçün mükəmməl serialdır. İzləyənlər fikirlərini, izləmədən blogdan postumla dramanı tanıyanlar siz isə rəyinizi aşağıya yazmadan getməyin. Sona qədər oxuduğunuz üçün təşəkkürlər. 

Tuesday, February 16, 2016

Double S 301 Comeback!

Ur man is Back!http://dreamhigh-happyday.blogspot.com/

   Çoxdandır bütün dünyadakı tripleS lərin gözlədiyi comebacklardən biri gəldi. Demək olar ki SS501 i tanımayan bir Koreya fanı yoxdur. Varsa da araşdırsın, itirdiyi çox şey var. Bu qrupun yeri apayrıdır. İlk sevdiyim Kpop qrupudur. SS501 qrup üzvləri ayrı solo fəaliyyətə tam da məşhurluqlarının ən zirvəsində başlamışdılar. Qrup ayrı fəaliyyət göstərsə də tam olaraq ayrılıqla bağlı rəsmi qərar yox idi. Bütün fanlar artıq 6 ildir ki, ümidini itirmədən qrupun yenidən birləşəcəyi anı gözləyir. Nəhayət keçən il qrupun alt qrupu olan SS301 qrupunun yeni bir albomla qayıdacağı xəbəri 

Sunday, June 7, 2015

Yenə Mim, Yenə Mən.

Mən Uşaq Olanda.http://dreamhigh-happyday.blogspot.com/

Bu aralar mim şəhzadəsiyəm. Mimlərə cavab yazmaq da insana məşhur havası verir. Sanki jurnalist və ya aparıcının suallarına cavab verən ulduzam. :D
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Mimin əslində adında kiçik dəyişiklik etmişəm. Əsl adı Ben küçükken-dir , bu da bizim dildə mən kiçik ikən kimi olur ancaq nədənsə mimi gördüyüm andan ağlımda bu ad dəyişdi. Ümidvaram məni bu əyləncəli mimə mimləyən Rana üçün problem olmaz bu. ;) Elə isə başlayaq.

Sunday, January 18, 2015

KILL ME HILL ME!

Shin Se Gi üçün fan klubmu açsaq?!

http://dreamhigh-happyday.blogspot.com/
SHİN SE Gİ ..
2015 ci ilin ilk seriallarındandır. Yanvarın 7si yayımlanmağa başlayıb və martın 2 sinə qədər yayımlanması nəzərdə tutulub. 20 bölüm olmalıdır, ancaq bildiyimiz kimi bu serialın reytinqinə bağlı olaraq azala və y arta bilər ;) MBC kanalında çərşənbə və cümə axşamları yayımlanır. Eyni vaxtda mövzu etibarilə bənzər olan və bu serialdakı kimi çox məşhur, sevilən aktyor Hyun Bin in Hyde, Jekyll and İ serialı tezliklə yayıma başlayacaq. Hər iki serialın bəyəniləcəyini düşünürəm. izlədiyim Kill Me, Heal Me haqda deməliyəm ki, çox bəyəndim. Əvvəl bu mövzunun 2014 ə damğasını vuran serial İts Ok, Thats Love (bu dramanı çox sevirəm) draması sayəsində (dramanın ostları haqda yazımı oxumaq və ostları dinləmək üçün kliklə )Koreya serial aləmində yeni bir tapıntı kimi həmin andaca iki serialda da istifadə olunması məni bu serialdan uzaqlaşdırmışdı. İzlədikdən sonra bu cür fikrimi dəyişən serial ikiqat əziz olur. ! Komediya, sirr, dram, fantastik, azca da psixologiya və serial hazırdır. 

Saturday, August 23, 2014

IT'S OK THAT'S LOVE

BU DƏLİXANANIN OSTLARI SİZİ DƏLİ ETMƏYƏ YETƏR. ! .

dreamhigh-happyday.blogspot.com
Əhvalınızı dəyişəcək pozitivlik həddini aşmış ostlarla qarşı qarşıyayıq.! Mahnıların çoxu Koreya mahnıları deyil və qarışıqdır. Dramanın dadını ostlar sayəsində biləcəksiniz. (dad hə nə olsun -_- :P) Drama haqqında qısa və öz bu (rəngli hissəni kliklə) İt's ok, That's Love  yazımda oxuya bilərsiniz. Mahnıları telefonuma köçürdüm mən. Mənim telefonum bildiyin mp3 əvəzidir, nəyinki msj yazmaq, zənglərə cavab vermək. :D Bu yazımı yazma səbəbim Kore delisi nin bu yazısı oldu.
Ilk mahnı. Twin Forks- cross my minds .

Saturday, July 19, 2014

TROT LOVERS

Gıcık bir serial ama yaxşı mənada.

dreamhigh-happyday.blogspot.comSerial haqqında deməliyəm ki, serialda aktyor heyəti seriala başlama səbəbim oldu. Ji Hyun Woo, Jung Eun Ji, Shin Sung Rok.
Serial haqqında ümumi məlumat verim ki, Jang Jun Hyun məşhur bir müğənni ikən Choi Choon Hee ilə qarşılaşıdığı gündən eniş yaşayır. Hətta eniş yaşamaq demiyim də bu tam işıq sürəti ilə eniş oldu. Və bitdi.. O artıq hamının sevimlisi deyil. Geri dönüş üçün isə yeganə şansı işlədiyi şirkət ona təklif edir, daha doğrusu CEOsu. Bir qızı səhnəyə hazırlamalı idi. Seriallar təsadüfləri sevir.. Həmin o qız onun həyatını və kariyerasını alt-üst edən Choi Choon Hee imiş. Giriş üçün bu qədər. Niyə gıcık yazdım deyə düşünənlər üçün şəkil. 
dreamhigh-happyday.blogspot.com
Dramanın ilk reklam videolarını da izləyin drama haqqında məlumat olmayan ilkin videolarını(trailer) çox bəyəndim tam gıcık tipdə :D 
Mahnı da qıcıqlandırır ama eyni zamanda ritmikdi və bəyəndim :D Gıcık etsələr də sevdiyiniz dostlarınız kimidir :P (Bir NaNa atasözü deyir ki, hər kəsin ən az bir gıcık dostu vardır) 


dreamhigh-happyday.blogspot.com - bu aktyoru Queen İn Hyun's Man - serialından çoxumuz tanıyırıq. Serial ən sevdiyim seriallardandır. Aktyorun rolu da özünə çox yaraşmışdı. Üzünü görəndə ilk tarix dramaları yadıma düşür. Ancaq burdakı rolu tam fəqrlidir. Buna görə də əvvəl rolun ona uyğun olmadığını düşündüm. Sonra serialı izlədim vəəəə ....................................................................fikrim dəyişmədi -_-

Thursday, July 10, 2014

DOCTOR STRANGER FINAL

DOCTOR STRANGER FINAL EP. 
Bu da SON...!!
dreamhigh-happyday.blogspot.com Çox sevdim bu dramanı.. Bu ilə damğasını vurdu. Hətta deyərdim ki, ən yaxşı K-drama listində həmişə yer alacaq bir drama oldu!
Hər bir aktyoru, aktrisası sevimli ola bildi.(az qala =P)
   Baxmayanların bu yazını oxuMAmasını məsləhət görürəm. ;) 
Həm güldüm, həm də ağladım serialı izlədiyim zaman.. Əsasən drama yaxı idi hadisələr. Serialda, ana-ata-övlad sevgisi, ailə sevgisi, təmiz sevgi, Vətənə sevgi, sədaqət, dostluq, işinə sevgi... hər çey vardı.. Serialda əvvəllər bəyənmədiyimiz obrazları belə vaxt keçdikcə sevdirirdilər bizə..
dreamhigh-happyday.blogspot.com   Kimlə başlasam dedim və Lee Jae Won- u seçdim. Bu rolu xoşlamırdım ilk başlarda səbəbi , qızlara olan münasibəti idi əlbəttə ki.! Amma sonra dəyişdi. Daha doğrusu gıcıqlandırmırdı əvvəlki kimi. Hyung-hyung deyib Dr.Park ı çağıran (Bora) Lee Chang Yi ilə olan münasibəti olsun, Moon Hyun Wook ilə olan atışmaları olsun. Serialın ağır havasına əla təsir idi. Komik olan səhnələr əsasən onlarla bağlı olurdu.  Və həm də Dr. Han la da dostluq və bu məhur qalanın alınması söhbətləri də maraqlı idi. Aktyor rolunu əla oynadı. Və sevdim bu aktyoru. (Hyungum olur Bora demiş :D) =)

dreamhigh-happyday.blogspot.com

Yoon Bo Ra dan da yazım. Oppa əvəzinə Hyung deməsi Hoon aya xoşumgəlirdi. Dediyim kimi arada Kim Chi Gyu( Lee Jae Won) u vururdu və super idi :D 







dreamhigh-happyday.blogspot.com

Həm başda qorxduğum kimi Hoon a sevgi etirafı filan da olmadı. Çox sevindim buna görə. Seriallarda ən sevmədiyim araya girən adamlardı çünki. Sonda onun da sevimli sonu oldu.. Əlbəttə ki, Kim Chi Gyu ilə =D Yaraşırdılaaaar <3 
dreamhigh-happyday.blogspot.com
20ci bölüm

Monday, June 23, 2014

FULL HOUSE 2/FULL HOUSE TAKE 2

 Axtardığım drama- FULL HOUSE 2

 

dreamhigh-happyday.blogspot.com

 Son zamanlar Personal Taste, You are Beautiful, Coffee Prince, Marry stayed out all night və buna bənzər Koreya dramaları axtarışındaydım. Çünki halhazırda baxdığım və Cənubi Koreyada da yayımlanan seriallarda komediya azdı.( Çoxunuz bəlkə də You Are All Sorounded- i düşünüb razılaşmadınız ama tam komediya deyil o serial. Saydığım seriallara baxanlar bilir ki, bu seriallarda əsas mərkəzdə sevgi və bu baş rolların komik halları olur. Ama son zamanlar əsasən dram havasındakı seriallara baxıram və bu məni yordu. Seriallarda problem yoxdu, sadəcə dramın da həddi var, bu qədəri ziyan edir ;P Və çoxdandır baxımmı? dediyim seriala başladım! Və ÇOX BƏYƏNDİM! 
dreamhigh-happyday.blogspot.com


Serial balaca qızın bir taekvando zalına gəlişi ilə başlayır. Bir qadın onu zaldakı taekvando ustasına tanış edir. Tanışlıq zamanı bizə məlum olur ki, baş rol-əsas qızın adı Jang Michielle-dir. Ama elə o zaman da yaşlı kişi(taekvando ustası) ki, balaca qızın babası imiş, onun adını dəyişib Jang Man Ok olaraq dəyişir. Qızın təkcə adı yox saç düzümü, geyimi hər şeyiyilə dəyişir. Sonra babası ilə bir açıq havada ziyafətə gedir- taekvando geyimində -_- :D Orda ev sahibinin taekvando da müəllimi olduğunu öyrənirik. Həmin ev sahibinin  oğlu isə Lee Tae İk -baş rol-əsas oğlandır. Oğlan ilk olaraq qıza niyə qız kimi səsin var və əlimi qız kimi tutursan deyir :D qız da mən qızam deyəndə cavab gəlir. Onda niyə oğlan kimisən .=D Bundan sonra illər keçir və hamı böyüyür və əlbəttə ki, bu görüşmə də unudulur. Bəs indi bu uşaqlar nə edir?
dreamhigh-happyday.blogspot.com  
   Lee Tae İk haqqında.- Bu rolu No Min Woo oynayır. Çoxumuz onu My Girlfriend is a Gumiho- dramasından atnıyırıq və o serialdakı rolu maraqlı, özü isə yaraşıqlı idi. Lee Tae İk -in alergiyası var. Nəyə? - az qala hər şeyə :D Pişiklərə, və paltarlara yəni tərkibi tam ipək və ya pambıq olmalıdı paltarların. 





dreamhigh-happyday.blogspot.com

  O məşhur bir müğənnidir. Və Take One qrupunun üzvüdür. Qrup iki üzvdən ibarətdir. Onlar yola getmir. Serialın ən sevəcəyiniz hissəsi də elə bu iki oğlan arasında olan kiçik mübahisələr olur :D Lee Tae İk xaraktercə çox sərt, soyuqqanlı, özündənrazı, kobuddur. Lee Tae İk rolunu No Min Woo oynayır. Seriala baxdığım zaman bu rol mənə bir obrazı xatırlatdı.

Tuesday, June 17, 2014

NICE GUY OSTllar

Sadəcə ost larını dinləmək belə yetər.... Nice Guy / İnnocent Man




dreamhigh-happyday.blogspot.com
  
     Drama özlüyündə çox maraqlıdır. Ancaq çox vaxt ən yaxşı serialların ost-soundtrack ları da seriallara laiq olur.- MÜKƏMMƏL..  Bu serialda hansısa bir ifanı (müğənninin ifa etdiyi mahnılar) sevmədim ancaq bunun əvəzinə heç vaxt əminliklə deyə bilərəm ki, HEÇ VAXT Bezməyəcəyim musiqi, ost lar dinlədim. Heç serialı izləməmiş biri də bu musiqinin ilk notlarından çooox qəmgin hiss edər, əminəm.. Bu musiqi bu ostlar sadəcə serialı xatırlatmır. Sadəcə serialdakı hansısa hadisələrə görə sevmirəm bu ostları (ki çox vaxt seriallara görə mahnıları ikiqat sevirik)..  Telefonumda Nice Guy ostları üçün bir playlistim var.. Özümü yaxşı hiss etmədiyim vaxtlarda, ya da məsələn başım da ağrıyanda bu ostlara qulaq asıram, çünki incitmir insanı , yormur beyni səs-küylə..
 Serialın ilk açılış ost u... Hadislərin necə olcağını, serialın necə həyəcanlı olduğunu 51saniyəlik ost dan bilirsən artıq.. Həm də o ab-havaya düşürsən ;)



    Serialın başlıq ost u hər serial başladığı vaxt gözləyəcəyiniz ost dur.. Serialın özüdür.  Serialdakı bütün hadisələr bu 1dəq.27saniyəlik ost da var.. Dinləyəndə biləcəksiniz.. 

Ən Sevdiyim də 

Thursday, March 6, 2014

Man From The Stars

ULDUZLARDAN GƏLƏN SEVGİ ..

dreamhigh-happyday.blogspot.com
Baxmasan bilmərsən ;)
Cənubi Koreyanın SBS kanalında yayımlanan serialın baş rollarını Gianna Jun yəni Jeon Ji-Hyeon (전지현) və Kim Soo Hyun (김수현) paylaşır.
dreamhigh-happyday.blogspot.com
 Serial əslində 20 bölüm nəzərdə tutulmuşdu ama yüksək  reytinqinə görə 1 bölüm də artırıldı və 21 bölümlük oldu və hətta 2. sezonun çekilməsi mümkündür, bu da serialın uğurundan xəbər verir. ;) Serial haqda ilk olaraq ümumi məlumat verim, bu drama da 1 serialda ola biləcək hər şey var :D - 

dreamhigh-happyday.blogspot.com


Yaraşıqlı 1 yadplanetli (not. əslində bu aktyoru o qədərdə yaraşıqlı hesab etmirəm ;)) , özündənrazı, çox gözəl və 1 o qədərdə sərt, açıqsözlü 1 qiz həmdə aktrisa olduğunu da unutmayaq, digər 1 yandan 15 il əsas qızımızı sevən və hər dəfə də ona sevgisini etiraf edib yox cavabı alan varlı, yaraşıqlı 1 oğlan, bu 15 il ərzində elə həmin bu oğlana vurulan və bu oğlanın ən yaxın dostunu (əsas qızı) sevməsi səbəbiylə sevgisini gizlədən və istər bu istərsədə kariyeradakı uğurlarına görə onu qısqanan ən yaxın rəfiqə və MANYAK -həmdə bu manyak qarşılıqsız Song Yi ni sevən oğlanın böyük qardaşıdır. 1 seriala baxmaq üçün bu qədər səbəb yetər, hətta bu seriala sadəcə baxmaq üçün yox serialı ən sevdiyiniz seriallar sırasına daxil etməy üçün də bu yetərlidir. Ümumi giriş üçün bu qədər bəsdir. Keçək obrazlarla tanışlığa ))

dreamhigh-happyday.blogspot.com

Cheon Song Yi (Jeon Ji-Hyeon)-

həm şirindi və həmdə daha 

çox cazibədardi. Çox məşhur və sevilən aktrisadi, bu aktrisa

dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.com

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...