Thursday, August 21, 2014

YENI DRAMALAR

THE NIGHT WATCHMAN, HIGH SCHOOL! LOVE ON, IT'S OK, THAT'S LOVE, FATED TO LOVE YOU, JOSOEN GUNMAN, MY SECRET HOTEL.- 2014ün reytingli yeni dramaları.

dreamhigh-happyday.blogspot.com
Salam. Bu yazımda bir drama haqqında məlumat vermirəm. Yazı daha rəngarəng olacaq, çünki adlarını gördüyünüz dramalar haqqında məlumat verəcəyəm. Həm də yormayacaq sizi bu yazım, eyni vaxtda 6 drama haqqında yazı oxumuş olacaqsınız. ^_^.
1.The Night Watchman- Gecə Keşikçisi./ A Diary of a Night Watchman/ A Journal of a Night Watchman- Bir Gecə Keşikçisinin gündəliyi.
dreamhigh-happyday.blogspot.com
      Bu dramanı gözləmə səbəbimiz Jung İl Woo olub. Drama haqqında oxuyanda (asianwiki -dən) adi ruhlarla bağlı bir drama gözləyirdim. Həm də The Arang and Magistrate - dramasını xatırlatmışdı. Trailer fikrimi dəyişdi. Dramada - Fantastika, komediya, romantika, tarixi(tarixdən götürülmüyüb sadəcə hadisələr keçmişdə baş verir) mövcuddur. Fantastika və ruhlu dramalar sevənlər izləsin.  Dramanım bu trailerində ilk bölümlərdən hissələr var, spoi kimi olur. Ancaq tam baxmadan heç nə anlamayacaqsınız yəni çox maraqlı gəlibsə izləyin narahat olmayın ;)

Drama MBC kanalında yayımlanır. 24 bölüm olaraq nəzərdə tutulub. 
dreamhigh-happyday.blogspot.com

İl Woo yenə şirinliyini göstərə bilir. Xüsusən də ruhları gördüyünü gizlədəndə :D
Ümumi drama haqqında- hardan başlayım bilmədim. -_- səbəb hadisələr əvvəl keçmişdə başlasa da İl Woo 3cü bölümdən dramada görünür. Lee Rin (İl Woo) uşaqlıqda yaşadığı şokdan sonra (şok deyil şoklar əslində) ruhları görə bilsə də, bunu ətrafındakılardan gizlədir. Joseonun elə bir dönəmidir ki, ruhların varlığı belə inkar olunur. Lee Rin keçmiş kralın oğludur, həm də vəliəhd odur. Ancaq şok dediyim hadisələr zəncirində adi şəhzadə kimi saraydan sürgün edilir və başqa evdə yaşayır (narahat olmayın saray qədər olmasa da o dövrün villası demək olar :D) 
dreamhigh-happyday.blogspot.com
  İllər sonra böyük qardaşı yenidən Joseonda taorizm (şamanların dini)i bərpa etmək istəyir və başına da Lee Reni gətirir. Bundan başqa bacısını axtarmağa gələn dağlarda yaşayan qəbilənin üzvü (o da ruhları görür) baş rol qızımız da bu keşikçilər sırasına düşəcək. Hadisələri qarışdırmadan və spoi vermədən yazmaq çətindi -_- Keçmişdə bu qızın bacısı sayəsində Lee Renin həyatı xilas oldu, yenə bu qız sayəsində (dolayı yollarla səbəb oldu :P) Lee Ren daha böyük şok yaşadı. 6 bölümə o qədər çox hadisələr baş verib ki, 


bilmirəm spoi vermədən necə ümumi yazım. Çünki keçmişlə gələcəkdəki hadisələr sıx bağlıdır. AsianWiki ən yaşısın edib, bir cümlə yazıb drama haqqında - gecələr ruhları tutmağa çalışdıqlarını, vəssalam :D. İndi anlayın necə çətindi yazmaq ^_^ 
2. HİGH SCHOOL. LOVE ON.- şirin bir məktəbli dramasıdır. ^_^ Bir az məktəb, bir az sevgi, bir az sirr, bir az da fantastika. Baş rol qız çoox şirindir. İnfinite fanları amma seriala bu qıza görə başlamayıb. Nam Woo Hyun və Lee Sung Yeol -- İnfinite dən olan məşhur simalar. Dramada diqqətin onların üzərində olduğunu göstərən digər fakt adları dramada da eynidir, yalnız familyalar dəyişib. Shin Woo Hyun və Hwang Sung Yeol   ;) Baş rolumuz Lee Seul Bi(adın da öz "tarixi" var), bir Ezrayıl kimi mələkdir. Ölüm işinə baxır =) Ancaq bir oğlanın həyatını qurtaranda insan olur, və məcburən o oğlanın yanında yaşayır, çünki bunun-insana çevrilməsinin səbəbinin oğlanla bağlı olduğunu anlayır- ya da belə düşünür, izləyib öyrənəcəyik. Serial hələ də yayımlanır. 20 bölüm nəzərdə tutulub, sevildi drama, sevdim amma həftədə 1 dəfə verilir və bu səbəblə noyabrda (21 noyabrda-- dekabra qalaydı artıq :P) bitəcək drama..Serialı My Girlfriend is a Gumiho- ya bənzədirəm. Seul bi-Kim Sae Ron  , Shin Min Ah kimi şirindir. Və insanlar haqqında çox şey bilmir. Ancaq Seul Bi hələ mələk olduğu vaxtlardan drama həvəskarı idi. :D 
dreamhigh-happyday.blogspot.com

Tv satılan yerlərdə dramalar izləyirdi. NOT. Sehirli gücü Seul Bi dən tam alınmayıb. Sadəcə hər istifadədən sonra, ayaq üstündə dura bilməyəcək dərəcə yorulur. Baş rol oğlanımız - İnfinite qrupundandır. Elə ikinci oğlan da eyni qrupdandır. Not.-ikinci dərəcəli oğlanı üstün tutma problemi yaşaya bilərsiniz. ;) Çox üzün yazı olmamalıdır, bilirəm, ancaq sona qədər oxuyun. :)) Əlimdən gəldiyi qədər qısa yazıram :) Serialda çətir olan hissə çox qəşəng idi. ^_^ İkinci dərəcəli oğlan soyuqqanlı, hər zaman qulaqcıqla gəzən tipdir. :) Bu iki oğlanı təkcə Seul Bi bağlamayacaq ;) Başqa sirlər də var. Drama da bir az, Monstar, bir az da School 2013 havası var. Xüsusilə də, sinifdə ağalıq edən 3lü- School 2013 dəkinə çox oxşardır. Ümumilikdə sevimli bir serialdır, izləyin bəyənəcəksiniz. Çoxlu spoi yazmıram. Dadını qaçırmayım serialın, deyilmi?! ;)dreamhigh-happyday.blogspot.com

3. It's Ok, That's Love- Dəlixana.! dreamhigh-happyday.blogspot.com
Bu seriala bu ad daha uyğun gəlirdi, əmin olun. Ümumilikdə maraqlıdır. Baş rol qız, Master Sun və The Greatset Love dan tanıdığımız aktrisadır. Bu aktrisanı o qədər də sevmirəm etiraf edim ki, lakin onun oynadığı dramaları izləyirəm mütləq. Çünki düzgün seçim edir, aktrisalıq qabiliyyəti də var. :) Bu serialda o psixoloqdur. 
Baş rol oğlan isə yazar. Müəyyən uzun hadisələr sonra bir evdə qalacaqlar, amma digər otaq yoldaşlarını da unutmayaq. Deməli- 1 psixoloji problemi olan psixoloq(baş rol qızımız-anası ilə bağlı) + 1 orta yaşlı psixoloq+ 1 psixoloji problemi olan xəstə+bir yazar-psixoloji problemi yoxdusa da olacaq deyirəm :D Serial əsasən psixoloqlar və psixoloji problemlər üzərindədir. Bir də yazarın böyük qardaşı var. 
dreamhigh-happyday.blogspot.comdreamhigh-happyday.blogspot.comHəbsdədir. Həbsdən çıxan kimi, yazarı kürəyində vilkalayıb yenidən həbsə düşüb -_- Qəribə ailə münasibəti altında sirrlər var. ;) Qardaşı ilə telefon sohbətində, o yazara burdan çıxan kimi səni öldürəcəm deyir. Səbəb? baxın bilərsiniz. :P
Serialda EXO dan D.O. da rol alıb, yazarın yaxın dostu, yazar olmaq istəyir və atası onu döyür. Arada onun yazarın gəncliyi olduğunu düşünmədim deyil. İzləyək görək....







4.FATED TO LOVE YOU- 
dreamhigh-happyday.blogspot.com
Tayvan serialının Koreya versiyası. İlk dəqiqədən bəyənəcəksiniz. Gun baş rol oğlandır. Gun hər güləndə güldüm. :D O nə gülüşdür. Qısa gülüşünü desəm, filmlərdəki mənfi obrazların gülüşü Gun gülüşüdür. Bir də əla rep deyir. Mənim üçün serialda əsas Gun dur. Amma bir də Daniel var. Gu family book da çooox bəyəndiyim aktyor. Baş rol qızımız school 2013 dən saf müəllimdir. Daha da saf obrazla geri dönüb. :P Qısa hekayə- Bir səhvin ucbatından, baş rollar birlikdə bir gün keçirir və qız artıq hamilədir. Qeyd. İlk Koreya serialı demək olar buna, o mənada ki, baş rol hamilədir. Gun un ailəsində qəribə bir lənət var. 30 lu yaşlarda bütün kişilər vəfat edir. Genlə bağlı olduğunu düşünür hamı. Gun məşhur bir şirkətin sahibidir. tək varisdir. Rəsmi tək varis, qeyri rəsmi isə bir oğlan da var. Gun bu il evlənməsə və övladı olmasa bu oğlan şirkətin başına keçəcək. Bu oğlan bir az anauşağıdır. ;) Gun bizim post-it (niyə pos-it? nə xahiş etsən YOX cavabı almazsan, bir də qarşılıq olaraq təşəkkür belə almır.)  lə evlənməyə məcbur edilir, amma özünün də 6 illik sevgilisi var. Bütün günah o qızdadır. -_-
 Tanış olun Gun ailəsi :D Baş rol qız da ilk görəndə sizin kimi dəyişik salmışdı :D dreamhigh-happyday.blogspot.com

Bu arada Gun -- Master Sun dan So Ji Sub+ Secret Garden Hyun Bin+ Secret Garden Oska = Gun . Oxşarlığı tək mən görmürəm düzdür? (düz olmasa da biri rəyə düz dediyimi yazar deyilmi ?! Bu dəqər risk eləmişəm ;P) .
5. JOSOEN GUNMANdreamhigh-happyday.blogspot.com
Lee Jun Ki. Sırfbaş rol izləmək üçün yetər.! Bir də time between dogs and wolf dramasındakı baş rolu bölüşdüyü qızla yeni seriala çəkilməsi də sizə ikinci səbəb. Görünüşə görə bu il tarixi seriallar dəbdədir. Joseon gunman, the night watchman, three musketeers (Yong Hwanın draması). Hər biri də iddialı dramalardır. Joseon da yeniliklə köhnəliyin müharibəsidir. 

dreamhigh-happyday.blogspot.comBu soyuq müharibə, həm də kralla məmurlar arasındadır. Kral yenilik tərəfdarı olsa da məmurlar bundan narazıdır. Və yenliklə bağlı alimləri öldürmək üçün tətikçi tutublar. Bu qatildə silah var, yeni silahdır (o zaman üçün). Kralın adamlarında bu cür silah olmaması onların işini çətin və təhlükəli edir. Kralın ən yaxşı döyüşçüsü isə Lee Jun Ki nin atasıdır. Bunu spoi olduğu üçün yazmaq istəməzdim ancaq hələ ilk bölümü izləməmişdik artıq asianwiki də atasının ölüdüyü yazılmışdı. Daha doğrusu öldürüldüyü. Atası həmin tətikçi tərəfindən öldürülür. Ancaq həm də tətikçini qolundan yaralaya bilir. Park Youn Kang (Lee Jun Ki) atası ilə soyuq münasibəti olan özündən razı varlı oğludur. İlk baxışda gördüyümüz yalnız budur. Hadisələr çooox dəyişəcək. Youn Kang atasını öldürən adamlardan intiqam almalıdır.! Bəs bu intiqam üçün çıxdığı yolda nələr olacaq?.. Çox yazıb spoilər verməyim deyilmi ?! ;) Dramada intiqam, sevgi, sevgi üçbucağı(bu sözə ən az sizin qədər alışa bilmirəm :D), sirr, ailə münasibətləri, döyüş.. Nə desən var. Serial reytinqlərdəki ilk yerini saxlayır. Bunu nəzərə alaraq 20 bölüm nəzərdə tutulmuş serial 2 bölüm də artırılıb 22 bölüm yayımlanacaq. =)dreamhigh-happyday.blogspot.com

6- MY SECRET HOTEL- Gözlədiyim Yoo İn Na draması.

İlk olaraq, Yoo İn Na serialadkı geyimlərini çox bəyəndim. Zövqlə geyinir. Və yaraşır.! Bir də bu qız yaşlanmır -_- Yenə dəyişməyib. :))
dreamhigh-happyday.blogspot.com
Secret adlı oteldə toy təşkilatı ilə məşğul yeni işçi gələndən bəri qəribə şaiələr yayılıb- Burda evlənən cütlüklər 3aya boşanır!- 
Yeni toy təşkilatçısı isə Nam Sang Hyo dur. (Yoo İn Na ) Bu dedi-qodunun əslində reallığı əks etdirdiyi də ortaya çıxır. Ancaq bu sadəcə təsadüf idi. Bunu insanlara unutdurmaq üçün, otel rəhbərliyi  hər cəhətdən mükəmməl bir cütlüyün toyunu mediada otelin reklamı üçün istifadə etməyi qərara alır. Ancaq bəy Sang Hyo nun (Yoo İnNa) tanıdığı biri çıxır. Onu fikrindən yayındırmağa da çalışır buna görə. Bəylə keçmişdəki münasibətlərini tam yazmıram, baxmamısınızsa bildiyiniz, təxmin etdiyiniz düşünməyin ;). Həmin bəyin toy günü otağın tavanından (şüşə tavan olur) bir cəsəd yerə düşür. Bəs bu nə deməkdir? Bunları izləyib biləcəyik. ;) 
Bir də müdir var. Otelin müdiri dəhşətdi. :D Sang Hyo (Yoo İnNa) və başqa işində uğurlu olan qızla aralarında nəsə varmış kimi dedi-qodular gəzir və səbəb də müdirin hərəkətləridir. İnsanlar əslində hansı qızla münasibətinin (sevgili) olduğunu öyrənə bilmir. Elə qızlar özləri də eyni vəziyyətdədir :D Bir az sirr, bol komediya, sevgi, sevgi 3bucağı görünürdə tam var, gələcək bölümlərdə nə sürprizlər olar onu bilmirəm. ;) - Drama 16 bölüm olaraq nəzərdə tutulub və TVN kanalında yayımlanır. 
Bu qədər! Rəy yazmağı unutmayın.. Hələlik.. 
dreamhigh-happyday.blogspot.com

13 comments:

  1. hec cur davam eden seriallari izleye bilmirem.hefteni gozlemek agir gelir.senin yazdiqlarindan sonra ise lap sebrsiz oldum.bitse de izlesek seriallar))

    ReplyDelete
    Replies
    1. ha ha :D Nurlana sən bir serialı hər gün izləmək üçün seç bunlardan birinə də başla mən də sənin kimi düşünürdüm əvvəl Dr.stranger dən sonra belə də sevdim ;)

      Delete
  2. Əla. Yenə də marağımı cəlb etməyi bacardın :D İt's okay that's love mən də baxıram bu dramaya. Alışdığımız Korea dramalarından tamamilə fərqlidir. Çoxları məncə qınayır bura da açıq danışıq tərzinə görə, mənim ən sevdiyini yanı budu əslində. Bir də The Night Whatcman və My Secret Hotel -ə görə də tərəddüt edirdim bu yazıdan sonra baxmağı qərara aldım. Təşəkkürlər =)

    ReplyDelete
    Replies
    1. çox sevindim marağını cəlb edə bildiyimə görə :))) başla həqiqətən maraqlıdır. ;)

      Delete
  3. "İt's ok" bu dramadan başqa digərlərinə baxıram.Çox maraqlı yazmısan ,Məncə baxmayanlarda bu tanıtımnan sonra mütləq baxacaq.
    @k_pop_k_drama :))))

    ReplyDelete
    Replies
    1. Gül salam. bloguma xoş gəlmisən :) instaqram dostum ;) rəyə görə də çox sağol :))

      Delete
    2. Salam :)səndə çox sağol ki belə gözəl bir blogla məni tanış elədin,Doğurdanda çox gözəl hazırlamısan:*

      Delete
    3. təşəkkürlər. bəyənilməsi çox sevindirir məni ^_^

      Delete
  4. This comment has been removed by the author.

    ReplyDelete
  5. bu aralar heç izlye bilmedim guya its ok thats lova başlıyacaqdım boğazımda kaldı :D :(((((((((((((

    ReplyDelete
    Replies
    1. aaa niy' Yagmur, bunlardan birine mutleq basla ;)

      Delete
  6. its ok thats love izlemek istiyirdim amma qalmisdim bele indi gedib izliyecem nese cekdi ozune meni :)

    ReplyDelete
    Replies
    1. Hə, ən sevdiyim seriallar sırasındadır. İzlə peşman olmazsan ;)

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...