Wednesday, August 6, 2014

MIM

PLAZA MİMi

Salam. Bir Mim lə geri gəldim. Hilal ın blogunda gördüyüm bu Mimi çox sevdim. Bu adresdən onun Mimə olan cavablarını da oxuya bilərsiniz. ;)-http://saranghae-kore.blogspot.com O da sağolsun hamını Mimləmişdi. :D  Unutmadan, Mimi yazan http://yeter678.blogspot.com.tr bu blogun bloggeri, hələki onu tanımıram amma tanıyaram gələcəkdə )) Mən də Mimi yazdım. İnanıram ki, mənim kimi siz də bu Mim i sevəcəksiniz. 
1) Blog ismin neden bu? Özel bir anlamı var mı ki?


Blog adı çox önəmlidir. Bunu bilsəm də blog adımı o qədər çox düşündüm ki.. Blogumun adından çox düşündüyüm hiss olunmasa da ;) :P Dream high adını çoxu bəlkə də eyni adlı koreya serialından götürdüyüm düşünür. ancaq belə deyil, düzü heç o dramaya baxmamışam, sadəcə 1-2 bölüm )). Blog açanda çox böyük xəyallarla açdım, ad da onun nəticəsidir. Happ day bəs?- bilmirəm tam yadımda deyil, yəgin ki ya qəbul olmuyub, ya da Koreya dramasına çox bənzədiyi üçün bunu da əlavə etmişəm :D Happy day- hər günün xoş keçməsi üçün , həm mənim üçün, həm də blogumu oxuyanlar üçün ;)

2) Hayatının en acı olayı ne? Ölüm dışında sana ders veren bir olay yaşadın mı hiç?

Həyatımda keçmişi xatırlamağı xoşlamıram. Şükür, həyatımda çox böyük problem, qəm, kədər olmuyub. Amma dərs verməsi haqqında deyə bilərəm ki, həyatda hər şey bizə əslində dərs vermək üçündür. Bunu vaxtında anlayıb, dəsrimizdən nəticə çıxardığımız olanlar da var. Heç vaxt bilmədiklərimiz də. Həyat çox qəribədir. məncə həyat bu qədər qəribədir deyə yaşamaq daha da marqlıdır..

3) Yurt dışında görmek istediğin bir yer var mı?

Mən gəzməyi çox istəyirəm. Müxtəlif ölkələr, müxtəlif insanlar, ortaq və fəqrli məqamlar və hər ölkədə müxtəlif cür görəcəyim fəsillər. Hər yerdə qış eyni olmur məsələn. Bakıda, İstanbulda, Seulda olsun. Hər şəhərə eyni qar yağsa da, fəqrli olur. Çünki hər yerin insanları fəqrlilik qatır, xüsusilik qatır. Bütün bunlar çox maraqlıdır. Ən çox getmək istədiyim ölkələr Almaniya, Türkiyə, Cənubi Koreya, Böyük Britaniya, Yaponiya hələki əsas bunlardır. Məndən olsa bütün ölkələri gəzərdim yəgin. =D Ömrümün sonunda ən azından saydığım ölkələri gəzsəm, hər birində çox gözəl xatirələrim olsa bu da yetər. :)

4) Hayatının kitabı ne?

Jack London- Martin Eden. Hələ bitirməmişəm, amma o qədər çox bəyəndim ki, kitabı. Xüsusilədə insanların həyata baxış tərzi, fəqrlilikləri. Bunları aşmağa çalışması.. İki bir-birindən fəqrli sinifdən olan insanların sevgisi.. Bu yadıma Secret Garden dramasını saldı. O dramanı da buna görə çox sevmişdim. Martin Eden obrazını bəzən özümə o qədər yaxın hiss edirəm. Sanki dünyaya baxış tərzimiz belə eynidir. . . Kitabı bir bitirsəm onun haqqında da yazacağam. ;)

5) Koleksiyonun var mı varsa ne?

Kolleksion?- Bi ara Sailormoon şəkillərini alırdım o sayılır məncə =P Evdə məktəbdə yemək almaq üçün pul verirdilə, mən də şəkillər alırdım =D Kurtlar vadisi serialı vardı onun da şəkillərini almışdım.Kiçik yapışdırmaq üçün. Çozumuz bilirik. Bufetlərdə də satılırdı. Yemək üçün yox, bu şəkillər üçün düşürdüm bufetə o vaxt =D

6) Hang enstrüman olmak isterdin?

Pianino.. Uşaqlıqdan ən sevdiyim alət. Ən xoş və ən kədərli musiqilərin ən çox təsir etdiyi alətdir. Mən ilk notlardan pianinonun mənə tam fəqrli təsirini hiss edirəm. Kaşki çalmağı da bilsəydim. Ən yaxşı günlərimdə, yeni mahnı dinləriyim zaman, kədərli hiss etdiyim zaman çalardım. Qonşular ancaq heç sevinməzdi məncə :D
ETIRAF BU İLK MİM İM DEYİL . VİVA məni mimləmişdi. 

Xatirə Miminə. Şəkilləri yükləyim onu da paylaşacağam. ;)

Mən də kim yazmaq istədisə onu MİM lədim. ;) 

4 comments:

  1. Blogunun anlamını beğendim baya derin :)) inşallah sen de ben de piano çalmayı öğreniriz tez zamanda :)

    ReplyDelete
  2. martin edeni men de cox sevirem.ve de sailormoon sekilleri yigmaq deyesen bizim usaqligin esil debi olub :))pioninani men de sevdim ele onunla da tehsilime isime davam edirem.qonsular sevmese de bisey demir :)))ne yalan deyim men de dream high gorduyum zaman serialdan oldugunu dusunmusdum))

    ReplyDelete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...