Sunday, November 30, 2014

BU DRAMALARI ÇOX SEVİRSİNİZ! ANCAQ..

BU DRAMALARI ATDIĞIMI BİLSƏNİZ MƏNİ DÖYMƏK İSTƏYƏCƏKSİNİZ. :D

http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.com/Bu yazımı belə adlandırma səbəbim, hər kəsin çox sevdiyi, tərifli, möhtəşəm, bəyənilən aşağıdakı Koreya seriallarını yarıda izləməyi dayandırmağım, başqa sözlə atmağımdır. Əlbəttə, səbəblərini və həmin dramalar haqqında da yazdığımı nəzərə alsaq, oxumağa dəyər. ;) P.s. Ən sona ən çox təəccüblənəcəyiniz serialları yazmışam.

Thursday, November 27, 2014

SUAL VERMƏK GÜNAH İMİŞ..



   Bu aralar ebay və bənzəri online alış-veriş, satış saytları çox məşhurdur. Əlbəttə mən də bunu nəzərə alıb bir şey sifariş etmək fikrinə düşdüm. İlk dəfə ebay dən mən də bir şey alım dedim. Bu hissədə problem olmadı, Şükür. Ancaq malın gəldiyi poçt idarəsindən sifariş etdiyim malı götürəndə kiçik bir problem yaşadım, hansı ki bu problem bu yazımın əsasını təşkil edir. Bu cür sifariş verənlərin bəlkə də çoxunun ilk ağlına gələn bir sual normal olaraq mənim də ağlıma gəldi. 

Thursday, November 20, 2014

ALİM QASIMOV

MUĞAMI DÜNYAYA SEVDİRƏN SƏS.

http://dreamhigh-happyday.blogspot.com/2014/11/alim-qasimov.html#more

   Azərbaycanın ən məşhur muğam ifaçısı Alim Qasımov haqqında qısa yazmaq istədim. Çoxumuz onu tanıyırıq. Alim Qasımov 1977ci ildən profesional olaraq muğam ifaçısıdır. Alim Qasımov musiqinin bütün sərhədləri aşa bildiyinin sübutudur. Çünki A. Qasımov yalnız Azərbaycan dilində muğam ifa etməsinə baxmayaraq dünyanın müxtəlif ölkələrində konsert proqramları ilə çıxış edir. Alim Qasımov 1999cu ildə UNESCO- Beynəlxalq Musiqi Şurasının musiqi mükafatına layiq görülmüşdür. Alim Qasımov 2009cu ildə dünyanın 500 ən nüfuzlu müsəlmanı arasında olan 4 azərbaycanlıdan biri olub ( Amerikanın məşhur Corctaun Universiteti və mərkəzi İordaniyada yerləşən Strateji Araşdırmalar Mərkəzinin keçirdiyi müsabiqədə). . Eyni ildə (2009cu il) Türkiyənin Zaman qəzeti onu "Mərkəzi Asiyanın Ən Böyük Səsi" adlandırıb. Dünyaca məşhur müğənni Bjork Alim Qasımovu ən sevimli müğənnilərindən biri adlandırmışdır. Alim Qasımov dünyanın İngiltərə, Fransa, Amerika Birləşmis Ştatları, Honk Kong, İspaniya, Braziliya, İran, Türkiyə kimi bir çox ölkələrində konsert vermişdir. 

Monday, November 17, 2014

BAD GUYS

BURDA QATİLLƏRİ POLİS YOX DAHA TƏHLÜKƏLİ QATİLLƏR HƏBS EDİR!! !!



dreamhigh-happyday.blogspot.com












Drama : Bad Guys (Pis adamlar) 
Koreya dilində : 나쁜 녀석들
Rejisor: Kim jung Min
Yazar: Han Jung Hun
Yayımlandığı kanal : OCN
Ümumi bölüm sayı: 11
Janr: Dedektiv, polisiyə, sirr, triller.
Yayımlandığı müddət: 4 Oktyabr- 13 Dekabr 2014
Yayımlandığı gün: Şənbə 22:00
Dil: Koreya dili
Ölkə: Cənubi Koreya 
Sujet:
Şəhərdə kriminal hadisələrin sayı artır. Yeni peyda olan manyak isə hər keçən gün öz qurbanlarının sayını artırır. Polis isə bu cinayətin qarşısında acizdir. Çünki qatil heç bir barmaq izi, ya da polislər üçün işin açılmasında kömək ola biləcək ip ucu/ səhv buraxmır. 
dreamhigh-happyday.blogspot.comdreamhigh-happyday.blogspot.comBu qatilin obyekti/qurbanları isə gənc qızlar/qadınlardır. Serial qatili tutmağa çox yaxın olan gənc bir polis işçisinin ölümü ilə başlayır. Bu polis işçisi isə Seul polis idarəsinin müdiri Nam Goo Hyun (Kang Shin İl-in oynadığı obraz) un oğludur. Gənc polis işçisi evli idi və balaca bir oğlu var idi. Nam Goo Hyun oğlunun qatili olan bu manyakın hələ də azadlıqda olması səbəbi ilə artıq tamamilə fəqrli bir üsul seçir. O işindən sui istifadəyə görə uzaqlaşdırılmış Oh Goo Tak a bu cinayəti həll etməyi tapşırır.

Saturday, November 15, 2014

NELL THE DAY BEFORE

1 FILMDƏN DAHA ARTIQ OLAN MAHNI. . 

dreamhigh-happyday.blogspot.com
istərdim ki, bəzən zaman sənin üçün də dayansın...










    
    Sadəcə 5.33 dəqiqəlik klipi izləməklə mahnının və musiqi videosunun təsirinə düşür insan. Mahnı, səs və klip o qədər bir-birini tamamlayır ki. Klipdə 2 aktyor Lee Min Ki və Song Jae Rim oynayıb. Bu aktyorlar bir neçə dəqiqə ərzində mahnının sözlərini bilməsək də bizi kədərləndirir. 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...