Showing posts with label WereWolf/Canavar adam. Show all posts
Showing posts with label WereWolf/Canavar adam. Show all posts

Saturday, January 10, 2015

A WEREWOLF BOY/ CANAVAR ADAM.

SONUNA GÖRƏ BU FİLMƏ BAXMAĞA DƏYƏR!


http://dreamhigh-happyday.blogspot.com  Bu filmə Song Jook Ki üçün başlamışdım (baş roldakı oğlan) , bir də çox tərifli idi deyə, başqa səbəbim də Koreya seriallarına çox baxsam da az filmə baxmağım oldu. Bir az da filmlərinə baxaq dedim, baxdım, çox bəyəndim və o andan bura yazmaq istədim. Çünki filmin təsiri güclü oldu və bu anda hisslərimi, düşüncələrimi bölüşmək istədim..

Film 2012ci il 31 oktyabr da cıxıb. 125 dəqiqəlik romantik, fantastik filmdir. Film bir çox mükafatın da sahibidir.- 2013 Baesang mədəniyyət mukafatlarında ən yaxşı ssenari, ən yaxşı film və ən yaxşı aktyor (Song Joong Ki) nominasiyalarında qalib olub. Hələ bu yalnız bir festivaldan topladıqları mükafatdır, maraqlananlar digərlərini wikipediadan öyrənə bilərsiniz.
    Başda film sizə adi indiyə qədər baxdığınız yüzlərlə filmdən fərqli gəlməyəcək bəlkə, ancaq səbrli olun. Dəqiqələr keçdikcə film sizi özünə bağlayır. Başlayanda tam başqa cür olacağını təsəvvür etmişdim. Lakin film fikirlərimi alt-üst etdi. 
http://dreamhigh-happyday.blogspot.com/Qeyd edim ki, bu yazımın əvvəli filmlə tanışlıq üçündür, yəni izləməyənlər üçündür. Yarıdan sonra (əvvəldən xəbərdarlıq üçün yazacağam, spoi sevməyənlər üçün) filmi tam izləyənlərlə bölüşmək istədiyim fikirlərim yer alacaq.
Film bir yaşlı qadının Amerikadan Cənubi Koreyayadan gələn bir zənglə yenidən vətəninə qayıtması ilə başlayır. Qayıtma səbəbi isə, Cənubi Koreyadakı kənddə yerləşən evini satmaqla bağlı olur. Qadının öz evinə geri getməsi ilə bu indi baxımsız qalan evdəki gənliyi, xatirələri və O yadına düşür. Beləliklə də bizim əhvalat başlayır. 
http://dreamhigh-happyday.blogspot.com
SEVGİ ONUN ÖYRƏNDİYİ İLK İNSAN DİLİ İDİ.

Thursday, October 9, 2014

TEEN WOLF SEASON 1

YENIYETMƏ CANAVAR ADAM! dreamhigh-happyday.blogspot.com

  Son zamanlar Koreya seriallarından uzaqlaşmaq fasilə vaxtının gəldiyini hiss edirdim, bu hiss sizə də tanışdır. Dramalar əvvəlki kimi maraqlı gəlmir. Belə bir anda nə izləsəm dedim. Hər dəfə necəsə qarşıma çıxıb izlə məni deyən Amerika serialı nəhayət istədiyini aldı.! Fantastika varsa film ya da serialda mütləq nəzər yetirirəm. Çoxumuz Harry Poter kimi filmləri də bu fantastika marağımız sayəsində izləmədikmi?! :) Twilight, Vampire Diaries kimi fantastikdir. Amma burda vampir yoxdur.

dreamhigh-happyday.blogspot.com Hal-hazırda 4cü sezondayam (hətta artıq tamamilə bitirdim :(_) və yeni fantastik varlıqlar görürəm serialda amma vampirlər heç yoxdu.- nəzərə alaq ki, uşaqlıqdan az qala bütün fantastik filmləri və serialları sevə sevə izləyən biriyəm və fantastik varlıqların çoxunu sizin kimi tv dən yaxşı tanıyıram. :D  Amma vampirləri heç axtarmayacaqsınız da. Burda əsas canavar adamlardır. Hadisələrin məktəbli yeniyetmələrin başına gəlməsi də ikiqat baxımlı edir serialı. Çünki bu cür hadisələr yeniyetmələrin başına gələndə hadisələr daha əyləncəli baş verir. Serialı həm də seçdikləri soundtracklara görə bəyəndim. Soundtrack ları aşağıda paylaşmışam. ;) Şəkildəkilər K-drama üslubunda desək, Teen Wolf oppalar ^_^. 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...