Showing posts with label K-DRAMA. Show all posts
Showing posts with label K-DRAMA. Show all posts
Thursday, April 16, 2020
Extraordinary You
Thursday, September 8, 2016
Moonlight Drawn by Clouds
Park Bo Gum var deyə başlamışdım amma..
Bu il o qədər yeni dramalar başlayır ki, insan artıq hansına baxsın bilmir. Çox iddialı və ya yeni sevilən aktyorlar, aktrisalar dramalarla geri qayıdır. Park Bo Gumu biz Reply 1988-dən tanımış və aktyorluğunu bəyənmişdik. Yeni dramasının hələ treyleri (trailer) çıxdığı zaman bu dramanın fərqli olacağını düşünmüşdüm. Kraliyyət dövründə gangam stilində bir video heç birimiz gözləmirdik. Sarayda Fləşmob(flashmob) havasındakı videonun ilk dəqiqəsindən insan ritm tutur, gülümsəyərək izləyir.
Seriala tam olaraq mövzunu araşdırmadan başladım. Düzü drama haqqında yalnız baş rol qızımızın bir Asiya klassikası olan qızın oğlan paltarı geyib ətrafda özünü oğlan kimi təqdim etməsini bilirdim. Bu klassika və xüsusilə də tarixi serial havası mənə Sungkyunkwan Scandal -ı xatırlatdı. Bu tipdə şahzadə heç gözləmirdim.
İzlədikdən sonra isə çox sevdim və bu səbəbdən siz də izləyin deyə sizinlə fikrimi paylaşmaq qərarına gəldim.
Dramanın adı: Love in the Moonlight/ Moonlight Drawn by Clouds. (Ay işığında sevgi)
Hangul/Koreya: 구르미 그린 달빛
Senarist: Yoon Yi-Soo (web novel/webtoon/internet romanı), kk (web novel), Kim Min-Jung, Im Ye-Jin
Rejissor: Kim Sung-Yoon
Yayımlandığı Kanal: KBS2
Bölüm Sayı: 18
Yayım tarixi: 22.08.16- 18.10.16
Yayım gün və saatı: Bazar ertəsi&Çərşənbə axşamı 22:00
Dil: Koreya dili/Hangul
Ölkə: Cənubi Koreya
Əsas aktyor heyəti onların oynayacağı obraz və dramanın hekayəsi isə belədir.
Park Bo Gum/ 박보검 - Lee Young (Vəliəhd Şəhzadə Hyomyeong) rolunda.
Vəliəhd şəhzadədir. Çox ağıllı və yaraşıqlı, eyni zamanda bacarıqlıdır. Ancaq baş rolumuz bir şəhzadə olaraq kral oğlu olmağın məsuliyyətindən çox ilk üstünlüklərindən yararlanır. :D Kralın yeganə oğlu olduğu üçün də istədiyini etməkdə azaddır. Çünki itirməkdən qorxacağı heç nə (taxt-tac) yoxdur. Əslində çox taxt-tac sevər də deyil. Hakimiyyət davasına çıxacağı qardaşı da yoxdur. İzlədiyimiz zaman isə, haqqında daha çox sirləri xüsusilə gələcək bölümlərdə az-az izləyib öyrənəcəyik. Baş rol qızla, qızın işindən dolayı tanış olacaq. Xarakterindəki tərsliyə görə sarayda ona verilməyən ad yoxdur. Təbii ki heç birindən xəbəri yoxdur. İlk eşidəndə üzünü görməyə dəyər. Çünki özündən çox razıdır. ;)
Kim You Jung/ 김유정- Hong Ra On rolunda.
Aktrisanın yaşının azlığı düzü sevmədiyim bir şey oldu. Aktrisa 1999-cu ildəndir. Ancaq aktrisalıq bacarığını çox bəyəndim. Oğlan geyimində hərəkət və danışığı çox şirindir. Oğlansı davranmağa çalışır. Əsas səbəb budur ki, şirin görünməyə yox oğlan kimi danışmağa çalışır. Ən çox da qarşısındakının yuxarı təbəqədən olduğunu biləndə və ya işinin ondan asılı oldğunu biləndə davranışını, danışığını bəyənirəm. :D Çox iri və gözəl gözləri var.
Bu qız demək olar ki, setlərdə böyüyüb. :D Şəkildən də demək istədiyimi anladınız. :D Bu qız ancaq böyüdükcə gözəlləşir və bu gedişlə Suzydən daha gözəl olacaq.

Hong Ra On ailəsinin kim olduğunu bilmir, daha doğrusu biz bilmirik. Hələki sirdir bizə. Sirkdə işləyir. Ancaq həyatını dəyişəcək işi isə, gənc oğlanlarından adından sevdikləri qızlara(və ya tanış olmaq istədikləri) sevgi məktubu yazmaqdır. Bu məktublar sayəsində şəhzadə Lee yong la qarşılaşır. Aralarında xırda bir mübahisə də olur. Lee yongun vəliəhd şəhzadə olduğunu bilmədiyi üçün onu meşədə köməksiz qoyub qaçır.
Bir daha onunla qarşılaşacağını düşünmədiyi üçün isə bunun qarşılığında bir də görsə onun iti belə olacağını və nə istəsə edəcəyini söz verir. Bu hissədə drama diqqətinizi daha çox çəkdi deyil mi? Etiraf edin, əyləncəli olacağını düşündünüz.
Jin Young/진영 - Kim Yoon Sung rolunda.
Bu oğlanın dramadkı adı ilə baş rol qızın əsl adı niyə bu qədər bənzəyir?!
Jin Young əslində aktyor deyil, B1A4 adlı kpop qrupunun üzvüdür. Kim Yoon Sung çox ağıllıdır. Rəsm çəkməyi çox sevir. Hong R On un qız olduğunu onu gördüyü andan anlayır ancaq bildirmir. Oxuduğunuzdan da artıq anladığınız kimi ikinci oğlan odur. Onun vəliəhd şəhzadə (Park Bo Gum) ilə olan münasibəti də diqqət çəkir. Soyuq münasibətləri olsa da bunun əvvəllər belə olmadığını öyrənəcəyik. Babası sarayda

kraldan belə daha çox gücə sahibdir. Artıq ikinci oğlan olacağını bildirən şəkillərimiz də var. ;)
Spoisiz və dolğun yazmaq bir azca çətin olsa da sizə 1 və 2. bölümdən heç spoi verməyəcəm.
Chae Soo Bin/채수빈- Jo Ha-Yeon rolunda.
Bu qız da çox güman hər görəndə əsəbləşəcəyimiz ikinci qız olacaq. Ümidvaram rejisor aranı çox qatmaz. Çünki qarışıqlığı bəyənmirəm.
Jung Hye Seong/정혜성- Şəhzadə Myungeun rolunda.
Çox şirin qızdır. İlk onu şişman görəcəyik, ancaq qrimlə üzünü şişirtdiklərini nəzərə alsaq arıqlamasına çox qalmayıb. Hong Ra On (baş rol qız) özü də bilmədən sifarişlə məhz bu qıza da sevgi məktubu yazıb. Ancaq nə bilsin ki yazdığı məktub kimə gedir.
Hətta ilk görüşə də məktub adına yazılan oğlanın əvəzinə qız özü gedir. Ancaq onu orada şəhzadə deyil, Lee Young (qızın qardaşı vəliəhd şəhzadə, yəni baş rol oğlan) qarşılayır.
Elə hər şey də burdan başlayacaq. Qızın şişman görünüşünü də görüb müqayisə edə bilərsiniz. Bu qrim formasında ilk Shin Min Ah da Oh My Venus serialında görmüşdük. Mənim ən azı dramalar içində yalnız o serial yadımda qalıb.
Kwak Dong Yeon/곽동연- Kim Byung Yeon rolunda.
O adlardakı Yeon lar yəgin sizi də bir anlıq çaşdırdı. Şəhzadənin 2 yaxın dostundan biri olduğunu və uşaqlıqdan onunla böyüdüyünü bilirik. Sarayda fanları belə var :D Rejisordan xahişim bu oğlanı da baş rol qızla birləşdirmə yoxsa bu artıq 3. oğlan olacaq və mən də 2. oğlan deyil 3.oğlan üçün daha çox kədərlənəcəm. :/ Şəhzadə qızla da yaraşardılar ha amma izləyək görək nə olacaq. :D Aranızda bu aktyoru hardasa gördüyünü düşünənlər üçün isə bir xatırlatma edim. Aktyor Inspiring Generation-da Kim Hyun Joong-un gəncliyini oynayırdı. Ona o qısa saçlarla çox bənzəyirdi ancaq bu dramada çox dəyişib. Uzun saçlar super yaraşıb. Yapon havası var sanki üzündə deyilmi?
Bu dramada da mənfi rol olmazsa olmaz. Koreya draması olduğunu nəzərə alsaq sonda onun da özünə görə səbəbləri çıxmasını istəmirəm doğrusu. Həmin obraz isə Şahın baş vəziridir. Az qala oynadığı bütün dramalarda pis rolu oynayıb da rolunun haqqını verən adam.
Cheon Ho Jin/천호진-Kim Hun rolunda.
Təsadüfə baxın sentyabrın 9-u tam da aktyor haqqında yazdığım gün onun ad günüdür. Şəklin keyfiyyəti haqqında isə deyəcəyim budur- Bu qədər tarixi keçmişə aid rəsm hələ yaxşı keyfiyyətlə qalıb. :D İşin doğrusu odur ki bu dramadan aktyorun normal şəklini tapa bilmədim.
İzlədikdən sonra isə çox sevdim və bu səbəbdən siz də izləyin deyə sizinlə fikrimi paylaşmaq qərarına gəldim.
Dramanın adı: Love in the Moonlight/ Moonlight Drawn by Clouds. (Ay işığında sevgi)
Hangul/Koreya: 구르미 그린 달빛
Senarist: Yoon Yi-Soo (web novel/webtoon/internet romanı), kk (web novel), Kim Min-Jung, Im Ye-Jin
Rejissor: Kim Sung-Yoon
Yayımlandığı Kanal: KBS2
Bölüm Sayı: 18
Yayım tarixi: 22.08.16- 18.10.16
Yayım gün və saatı: Bazar ertəsi&Çərşənbə axşamı 22:00
Dil: Koreya dili/Hangul
Ölkə: Cənubi Koreya
Əsas aktyor heyəti onların oynayacağı obraz və dramanın hekayəsi isə belədir.
Park Bo Gum/ 박보검 - Lee Young (Vəliəhd Şəhzadə Hyomyeong) rolunda.
Vəliəhd şəhzadədir. Çox ağıllı və yaraşıqlı, eyni zamanda bacarıqlıdır. Ancaq baş rolumuz bir şəhzadə olaraq kral oğlu olmağın məsuliyyətindən çox ilk üstünlüklərindən yararlanır. :D Kralın yeganə oğlu olduğu üçün də istədiyini etməkdə azaddır. Çünki itirməkdən qorxacağı heç nə (taxt-tac) yoxdur. Əslində çox taxt-tac sevər də deyil. Hakimiyyət davasına çıxacağı qardaşı da yoxdur. İzlədiyimiz zaman isə, haqqında daha çox sirləri xüsusilə gələcək bölümlərdə az-az izləyib öyrənəcəyik. Baş rol qızla, qızın işindən dolayı tanış olacaq. Xarakterindəki tərsliyə görə sarayda ona verilməyən ad yoxdur. Təbii ki heç birindən xəbəri yoxdur. İlk eşidəndə üzünü görməyə dəyər. Çünki özündən çox razıdır. ;)
Kim You Jung/ 김유정- Hong Ra On rolunda.
Aktrisanın yaşının azlığı düzü sevmədiyim bir şey oldu. Aktrisa 1999-cu ildəndir. Ancaq aktrisalıq bacarığını çox bəyəndim. Oğlan geyimində hərəkət və danışığı çox şirindir. Oğlansı davranmağa çalışır. Əsas səbəb budur ki, şirin görünməyə yox oğlan kimi danışmağa çalışır. Ən çox da qarşısındakının yuxarı təbəqədən olduğunu biləndə və ya işinin ondan asılı oldğunu biləndə davranışını, danışığını bəyənirəm. :D Çox iri və gözəl gözləri var. Bu qız demək olar ki, setlərdə böyüyüb. :D Şəkildən də demək istədiyimi anladınız. :D Bu qız ancaq böyüdükcə gözəlləşir və bu gedişlə Suzydən daha gözəl olacaq.

Hong Ra On ailəsinin kim olduğunu bilmir, daha doğrusu biz bilmirik. Hələki sirdir bizə. Sirkdə işləyir. Ancaq həyatını dəyişəcək işi isə, gənc oğlanlarından adından sevdikləri qızlara(və ya tanış olmaq istədikləri) sevgi məktubu yazmaqdır. Bu məktublar sayəsində şəhzadə Lee yong la qarşılaşır. Aralarında xırda bir mübahisə də olur. Lee yongun vəliəhd şəhzadə olduğunu bilmədiyi üçün onu meşədə köməksiz qoyub qaçır.
Bir daha onunla qarşılaşacağını düşünmədiyi üçün isə bunun qarşılığında bir də görsə onun iti belə olacağını və nə istəsə edəcəyini söz verir. Bu hissədə drama diqqətinizi daha çox çəkdi deyil mi? Etiraf edin, əyləncəli olacağını düşündünüz.
Jin Young/진영 - Kim Yoon Sung rolunda.
Bu oğlanın dramadkı adı ilə baş rol qızın əsl adı niyə bu qədər bənzəyir?!
Jin Young əslində aktyor deyil, B1A4 adlı kpop qrupunun üzvüdür. Kim Yoon Sung çox ağıllıdır. Rəsm çəkməyi çox sevir. Hong R On un qız olduğunu onu gördüyü andan anlayır ancaq bildirmir. Oxuduğunuzdan da artıq anladığınız kimi ikinci oğlan odur. Onun vəliəhd şəhzadə (Park Bo Gum) ilə olan münasibəti də diqqət çəkir. Soyuq münasibətləri olsa da bunun əvvəllər belə olmadığını öyrənəcəyik. Babası sarayda

kraldan belə daha çox gücə sahibdir. Artıq ikinci oğlan olacağını bildirən şəkillərimiz də var. ;)
Spoisiz və dolğun yazmaq bir azca çətin olsa da sizə 1 və 2. bölümdən heç spoi verməyəcəm.
Chae Soo Bin/채수빈- Jo Ha-Yeon rolunda. Bu qız da çox güman hər görəndə əsəbləşəcəyimiz ikinci qız olacaq. Ümidvaram rejisor aranı çox qatmaz. Çünki qarışıqlığı bəyənmirəm.
Jung Hye Seong/정혜성- Şəhzadə Myungeun rolunda.Çox şirin qızdır. İlk onu şişman görəcəyik, ancaq qrimlə üzünü şişirtdiklərini nəzərə alsaq arıqlamasına çox qalmayıb. Hong Ra On (baş rol qız) özü də bilmədən sifarişlə məhz bu qıza da sevgi məktubu yazıb. Ancaq nə bilsin ki yazdığı məktub kimə gedir.
Hətta ilk görüşə də məktub adına yazılan oğlanın əvəzinə qız özü gedir. Ancaq onu orada şəhzadə deyil, Lee Young (qızın qardaşı vəliəhd şəhzadə, yəni baş rol oğlan) qarşılayır. Elə hər şey də burdan başlayacaq. Qızın şişman görünüşünü də görüb müqayisə edə bilərsiniz. Bu qrim formasında ilk Shin Min Ah da Oh My Venus serialında görmüşdük. Mənim ən azı dramalar içində yalnız o serial yadımda qalıb.
Kwak Dong Yeon/곽동연- Kim Byung Yeon rolunda.O adlardakı Yeon lar yəgin sizi də bir anlıq çaşdırdı. Şəhzadənin 2 yaxın dostundan biri olduğunu və uşaqlıqdan onunla böyüdüyünü bilirik. Sarayda fanları belə var :D Rejisordan xahişim bu oğlanı da baş rol qızla birləşdirmə yoxsa bu artıq 3. oğlan olacaq və mən də 2. oğlan deyil 3.oğlan üçün daha çox kədərlənəcəm. :/ Şəhzadə qızla da yaraşardılar ha amma izləyək görək nə olacaq. :D Aranızda bu aktyoru hardasa gördüyünü düşünənlər üçün isə bir xatırlatma edim. Aktyor Inspiring Generation-da Kim Hyun Joong-un gəncliyini oynayırdı. Ona o qısa saçlarla çox bənzəyirdi ancaq bu dramada çox dəyişib. Uzun saçlar super yaraşıb. Yapon havası var sanki üzündə deyilmi?
Bu dramada da mənfi rol olmazsa olmaz. Koreya draması olduğunu nəzərə alsaq sonda onun da özünə görə səbəbləri çıxmasını istəmirəm doğrusu. Həmin obraz isə Şahın baş vəziridir. Az qala oynadığı bütün dramalarda pis rolu oynayıb da rolunun haqqını verən adam.
Cheon Ho Jin/천호진-Kim Hun rolunda.
Təsadüfə baxın sentyabrın 9-u tam da aktyor haqqında yazdığım gün onun ad günüdür. Şəklin keyfiyyəti haqqında isə deyəcəyim budur- Bu qədər tarixi keçmişə aid rəsm hələ yaxşı keyfiyyətlə qalıb. :D İşin doğrusu odur ki bu dramadan aktyorun normal şəklini tapa bilmədim.
Drama çox şirin və əyləncəlidir. Hadisələr sirlərin açılması ilə bir az da dəyişəcək. Ən azı o video üçün bir şans verin. Başladıqdan sonra gerisi onsuz da gələcək. Əyləncəli olsun ancaq tarixi drama olsun deyəclər üçün mükəmməl serialdır. İzləyənlər fikirlərini, izləmədən blogdan postumla dramanı tanıyanlar siz isə rəyinizi aşağıya yazmadan getməyin. Sona qədər oxuduğunuz üçün təşəkkürlər.
Tuesday, February 16, 2016
Double S 301 Comeback!
Ur man is Back!
Çoxdandır bütün dünyadakı tripleS lərin gözlədiyi comebacklardən biri gəldi. Demək olar ki SS501 i tanımayan bir Koreya fanı yoxdur. Varsa da araşdırsın, itirdiyi çox şey var. Bu qrupun yeri apayrıdır. İlk sevdiyim Kpop qrupudur. SS501 qrup üzvləri ayrı solo fəaliyyətə tam da məşhurluqlarının ən zirvəsində başlamışdılar. Qrup ayrı fəaliyyət göstərsə də tam olaraq ayrılıqla bağlı rəsmi qərar yox idi. Bütün fanlar artıq 6 ildir ki, ümidini itirmədən qrupun yenidən birləşəcəyi anı gözləyir. Nəhayət keçən il qrupun alt qrupu olan SS301 qrupunun yeni bir albomla qayıdacağı xəbəri
Wednesday, September 9, 2015
2013 Sentyabr ayında.
Bir Bloqun doğum günü olursa.
Amma elə ilk gündən yalnız koreya ilə məhdudlaşmamağını qərara almışdım. Məhz buna görə də, ad olaraq da fərqli ad seçdim. Dream High Happy Day- tərcüməsi çoxlarınız üçün aydındır. Bir mimdə də bu haqda yazmışdım. Bloqu davamlı izləyicilər bunu artıq bilir.
Saturday, August 15, 2015
İLK BÖLÜM DRAMANIN KEYFİYYƏTİNİ GÖSTƏRİRMİ?
İLK SEVMƏDİYİM DRAMANIN İKİNCİ BÖLÜMÜNÜ İZLƏMƏYƏ ÇALIŞSAM NƏ OLAR?
Belə bir başlıqla başlamaq istədim. Əminəm ki, sizdə də olub belə bir şey, olmayıbsa da olsun! :P Koreya serialları var ki, mən ilk bölümünə baxıb bəyənməyib yarıda atmışam. Ancaq sonra müxtəlif səbəblərdən yenidən izləməyə çalışmışam. Bu səbəblər bəzən serialın çox tərifli olması, bəzən baxmağa heç nə tapmamağımdır. ;) Dramalar var ki, ilk bir neçə dəqiqə izlədikdən sonra bezib atmışam, lakin sonra yenidən izləyəndə sadəcə bir az səbr etməli olduğumu anlamışam. Sizə o dramaların adını və əlbəttə ki, azca məlumat verim dramalar haqqında ;)
Əvvəlcədən qeyd edim ki, siyahıda çox sevilən və təəccüblənəcəyiniz dramalar var. Əyləncəli bir yazını oxumağa davam edin.
Bu dramaya ilk yalnız 5-10 dəq. baxa bilmişdim. Səbəb isə şablon ssenari qorxusu olmuşdu. Çünki bildiyiniz ( və ya bilmirsinizsə də izləyin bilin ;)) kimi serial bir qızın öz nişanına gecikməsi ilə başlayır. Yolda nişana gecikdikləri üçün maşından düşüb piyada gedirlər, dikdabandakı nişana tələsən qız ayaqqabısının dabanını qırır onun yanındakı rəfiqələrindən biri isə öz ayaqqabısını ona verir. Bəli özü ayaqyalın gedir. Bu dramanı həmin anda gözümdən bir və çox əsas pillə yerə saldı. Sadəcə bundan sonra çox kiçik bir səbəb belə yetərdi.
Səbəb isə özünü çox gözlətmədi. Nişan ab-havası, nişanlanan qızın varlı olması. Bütün bunlardan əlavə bir oğlanın da qıza qarşı hissləri olması artıq minlərlə çəkilmiş film və serialları xatırlatdı. Mən də serialı atdım.
Sonra təsadüfən yenidən başlamaq qərarına gəldim və əslində serialın o ən darıxdırıcı dəqiqələrinə dözsəydim super bir serial izləyə bilərmişəm. Mən atdığım serial əslində bu imiş? deyib gördüyünüz qız kimi qaldım. Dramanı atma səbəblərim sırasına həm də baş rol oğlanı bəyənməməyimi əlavə etmək olar. Sanki rol üçün çox yaşlı idi. Digər əsas baş rol qız oğlandan guya daha yaşlı idi ancaq elə bir yaş fərqi görünmürdü. Hələ həmin oğlan öz yeniyetmə məktəbli dövrün özü oynayanda xüsusilə bu yaş fərqi diqqəti şəkir. Ancaq yenidən atmaq üçün bir səbəb ola bilmədi bu.
Əksinə bu drama sayəsində çoxları kimi, Jung İl Woo nu tanıdım. Serialın əsas oğlanı da çoxumuza görə o idi. Təkcə xarici görünüşə görə yox, daha çox öz roluna və bu rolu əla oynadığına gör belə idi.
2. Queen In Hyun's Man.

Bu serial ən romantik seriallardandır. Serial haqqında daha geniş məlumat üçün _bura_ klikləyin.;) Bəs ilk bölümü atacaq dərəcədə nə baş vermişdi? Buna daha çox nə baş verməmişdiki deyə cavab verərdim. Çünki ilk bölüm çox qarışıq başlamışdı.
O dərəcə ki, mən ilk dəqiqədən bəlkə 3-4 cü bölümü açmışam səhvən deyə düşünmüşdüm. Xüsusilə də, dramada hadisələr keçmiş və gələcəkdə eyni zamanda baş vermişdi. Əsasən keçmişdəki bir saraya edilən basqınla başlaması da insanı hansısa tarixi bir filmin ortasından baxdığına inandırır. Buna görə də, bu serial mənlik deyil deyib atmışdım.
Bir neçə həftə sonra təsadüfən və yəginki baxmağa serial tapmayıb yenidən ancaq qaldığım yerdən davamını izlədim. Ağlıma bu seriala qaldığım yerdən davam etmək gələndə Sam (eynəkli oğlan)də olduğu kimi oldum. İzlədikcə bu cür serialı sadəcə azca səbr etmədyim üçün izləyə bilməyəcəyimi anlamışdım. Halbuki izlədikdən sonra ən sevdiyim seriallar arasına gir bilib.
İlk bölümdən diqqətimi əlbəttə ki, baş rol qızın şirinliyi çəkdi. Sonra da baş rol oğlan da roluna tam oturmuşdu. Əlavə məlumat istəyənlər də yəginki artıq drama haqqındakı yazımı oxuyub. ;)
3. The Rooftop Prince.

Bu dramanı atmağımda və hətta uzun müddət bütün təriflərə baxmayaraq izləməməyimin səbəbi isə yuxarıda gördüyünüz şəkildir. Çox qıcıqlandırıcı olduğu üçün serialı gözümdən salırdı.Yoochun da qız da duruşu ilə dramaya mənfi hisslərimin səbəbkarı ola bilmişdilər. Növbəti dramanın ilk bölümlərində hadisələr sadəcə keçmişdə daha dəqiq Joseon(Coson) dövründə baş verir. Hər şey mənə o qədər də maraqlı gəlməmişdi, şablon görünürdü. Yenə də, ilk bölümdən sonra atdım! Sonra hər yerdə hamı yenidən izlə deyirdi. Deməkdən çox yazılırdı. Youtube-da ən yaxşı k-dramalar sırasında həmişə ilk sıralarda olurdu. Baxdım ki, dünyadakı bütün Koreya serialları izləyənlər izləyib bəyənib. Bu qədər insanın da xətrinə dəyməyim dedim, baxdım.(Aşağıdakı giffdə Deanin yerindəydim. :P)
Bəs sonra nə oldu?
Gecə izlədiyim zaman gülüş səsindən evdə hamını oyatdığım bölümləri oldu məsələn. O ilk baxışdan şəkildəki pozası ilə gözümdən düşən Yoochun burada məni heyran etdi. Həqiqətən keçmişdən gələn imperator olduğuna sizi inandıra bilir. Həm də çox gülürsüz buna.
4. It's Ok, That's Love.

O çox təriflədiyin, hər serial məsləhəti istəyənə dediyin həmin o drama?- deyirsiniz yəgin. Bəli. Bütün sevgilər nifrətlə başlayır. (bu bərbad zarafatım üçün alqış istəyirəm :P :D)
Drama haqqında tam yazımı oxumaq üçün klikləyin. Yox səbirsiz olanlar və bir neçə dramalar birlikdə məlumat yazdığım yazıma buyurun.
İndi bu serialın ilk bölümünü izləyənlər üçün mövzu baxmayanlardakından da qarışıqdır, əminəm. Çünki, ilk bölümdə o qədər də atılası bir bəhanə yox idi. :P İlk bölümdə ən çox sevmədiyim yəginki D.O. idi.

(ExoL lər sakit, dərindən nəfəs alın və davamını oxuyun ;)) D.O. nun ilk vaxtlarda rolundanmı bilmirəm ancaq çox süni gəlirdi. Bu da daha çox yaltaq bir fan kimi göründüyü üçündür. Sonra fikrim əlbəttə çox dəyişdi. Digər bir səbəb isə serialın bir az açıq olması idi. Yəni baxdığımız digər k-dramalarla müqayisədə açıq idi. İlk bölümdən əsas rolların aralarındakı bağ haqda olan kiçik tanışlıq və serialın qərbə fərqliliyi insanı narahat edir.
Ancaq ən tez izləməyə qayıtdığım serial oldu. Təbriklər!

Aşağıdakı şəkil serialın ilk teaserindəndir. Və hətta bu teaser belə məni dramadan uzaqlaşdıra bilməmişdi. :P Sonradan ancaq icazəsiz başqa bir film/serialdan götürüldüyü üçün dəyişdirilmişdi.
Finala hazır olun!. Ən sürpriz dramanı yenə də sona saxlamışam.
5. Secret Garden.

Bu serialı izləməyən insan hələ Koreya serial aləmini yaxşı tanımır.- Bir Nana atalar sözü :D Dramanı ilk izlədiyim vaxt k-drama aləminə yeni gələnlərdən idim. Yəgin təxmini 3-4 il olar. Hamının artıq ən sevdiyi dramalar sırasında ilk yerdə görməyə öyrəşdiyi bu serialı da ata bilmiş insanam.! ha ha :D
Bu serial ən romantik seriallardandır. Serial haqqında daha geniş məlumat üçün _bura_ klikləyin.;) Bəs ilk bölümü atacaq dərəcədə nə baş vermişdi? Buna daha çox nə baş verməmişdiki deyə cavab verərdim. Çünki ilk bölüm çox qarışıq başlamışdı.
| Məni dramanı atmağa məcbur edən hissə |
Bir neçə həftə sonra təsadüfən və yəginki baxmağa serial tapmayıb yenidən ancaq qaldığım yerdən davamını izlədim. Ağlıma bu seriala qaldığım yerdən davam etmək gələndə Sam (eynəkli oğlan)də olduğu kimi oldum. İzlədikcə bu cür serialı sadəcə azca səbr etmədyim üçün izləyə bilməyəcəyimi anlamışdım. Halbuki izlədikdən sonra ən sevdiyim seriallar arasına gir bilib.
İlk bölümdən diqqətimi əlbəttə ki, baş rol qızın şirinliyi çəkdi. Sonra da baş rol oğlan da roluna tam oturmuşdu. Əlavə məlumat istəyənlər də yəginki artıq drama haqqındakı yazımı oxuyub. ;)
3. The Rooftop Prince.
Bu dramanı atmağımda və hətta uzun müddət bütün təriflərə baxmayaraq izləməməyimin səbəbi isə yuxarıda gördüyünüz şəkildir. Çox qıcıqlandırıcı olduğu üçün serialı gözümdən salırdı.Yoochun da qız da duruşu ilə dramaya mənfi hisslərimin səbəbkarı ola bilmişdilər. Növbəti dramanın ilk bölümlərində hadisələr sadəcə keçmişdə daha dəqiq Joseon(Coson) dövründə baş verir. Hər şey mənə o qədər də maraqlı gəlməmişdi, şablon görünürdü. Yenə də, ilk bölümdən sonra atdım! Sonra hər yerdə hamı yenidən izlə deyirdi. Deməkdən çox yazılırdı. Youtube-da ən yaxşı k-dramalar sırasında həmişə ilk sıralarda olurdu. Baxdım ki, dünyadakı bütün Koreya serialları izləyənlər izləyib bəyənib. Bu qədər insanın da xətrinə dəyməyim dedim, baxdım.
Bəs sonra nə oldu?
Gecə izlədiyim zaman gülüş səsindən evdə hamını oyatdığım bölümləri oldu məsələn. O ilk baxışdan şəkildəki pozası ilə gözümdən düşən Yoochun burada məni heyran etdi. Həqiqətən keçmişdən gələn imperator olduğuna sizi inandıra bilir. Həm də çox gülürsüz buna. 4. It's Ok, That's Love.
| istədiyim alqış tipi :D |
Drama haqqında tam yazımı oxumaq üçün klikləyin. Yox səbirsiz olanlar və bir neçə dramalar birlikdə məlumat yazdığım yazıma buyurun.
İndi bu serialın ilk bölümünü izləyənlər üçün mövzu baxmayanlardakından da qarışıqdır, əminəm. Çünki, ilk bölümdə o qədər də atılası bir bəhanə yox idi. :P İlk bölümdə ən çox sevmədiyim yəginki D.O. idi.

(ExoL lər sakit, dərindən nəfəs alın və davamını oxuyun ;)) D.O. nun ilk vaxtlarda rolundanmı bilmirəm ancaq çox süni gəlirdi. Bu da daha çox yaltaq bir fan kimi göründüyü üçündür. Sonra fikrim əlbəttə çox dəyişdi. Digər bir səbəb isə serialın bir az açıq olması idi. Yəni baxdığımız digər k-dramalarla müqayisədə açıq idi. İlk bölümdən əsas rolların aralarındakı bağ haqda olan kiçik tanışlıq və serialın qərbə fərqliliyi insanı narahat edir.
Ancaq ən tez izləməyə qayıtdığım serial oldu. Təbriklər!
Aşağıdakı şəkil serialın ilk teaserindəndir. Və hətta bu teaser belə məni dramadan uzaqlaşdıra bilməmişdi. :P Sonradan ancaq icazəsiz başqa bir film/serialdan götürüldüyü üçün dəyişdirilmişdi.
Finala hazır olun!. Ən sürpriz dramanı yenə də sona saxlamışam.5. Secret Garden.
Bu serialı izləməyən insan hələ Koreya serial aləmini yaxşı tanımır.- Bir Nana atalar sözü :D Dramanı ilk izlədiyim vaxt k-drama aləminə yeni gələnlərdən idim. Yəgin təxmini 3-4 il olar. Hamının artıq ən sevdiyi dramalar sırasında ilk yerdə görməyə öyrəşdiyi bu serialı da ata bilmiş insanam.! ha ha :D
| Bu da mənəm :D |
İlk 2 bölümünə baxdıqdan sonra serialın çox şişirdildiyinə qərar verib serialı atmışdım. Hətta bu iki bölümü də zorla izləmişdim. Dramanın ilk bölümündə hər şey çox qarışıq gəlmişdi. Baş rolları o qədər də bəyənməmişdim. Xüsusilə oğlanla qızın ruhunun yer dəyişməsi kimi şablon bir ssenari də bunda az rol oynamamışdı.
Hələ Oskanı ilk gördüyüm vaxt heç sevməmişdim.
| secret garden izləyəndə mən :D |
Seriallarda bu cür cütlüklərin arasına girməyə çalışanlar sayəsində 10-100 arası bölümü uzada bildiklərindən siz də xəbərdarsınız. ;) Heç gəlinini sevməyən qaynana da problemə çevrilmədi. Əvəzində isə biz daha maraqlı mövzularla qarşılaşdıq. Bu iki zidd insanın yola gedə bilməsi idi. Serialı mənə sevdirən də bu oldu. Əlbəttə, Hyun Binin və Oskanın da yeri tam ayrıdır.
Yeni möhtəşəm drama tapanda ətrafda bax bu cür gəzirəm. :D Bilməyənlər də gifdəki kimi olurlar. ha ha :D Əminəm ki, aranızda eyni vəziyyətdə olanlar çoxdur. ;)
Sona isə bu Secret Garden dən ən çox bəyəndiyim şəkli sizlərlə paylaşıram. Şəkil, poza sizcə də hər şey çox mükəmməl görünmür ?!...
Wednesday, June 10, 2015
My Unfortunate Boyfriend/ Mənim Uğursuz Sevgilim.
Romantik-Komediya axtarışlarımın ən uğurlu nəticəsi..
Bu dramanın belə olacağını heç gözləmirdim. Həm gözləmədiyimiz dramaların çox maraqlı olması mükəmməl hisdir. Sırf baş rollara görə başlamışdım. Ən çox da No Min Woo-nun instaqram hesabından tez-tez şəkil və videolar paylaşması sayəsində dramaya başladım. Heç peşman olmadım. Belə dramaya çoxdan idi, ki ehtiyacım vardı. Fərqli hekayəsi ilə şablon baş rol oğlan və qızlarsız da baxılası serialın çəkildiyini sübut edən dramadır. Elə sırf bu səbəbdən də əvvəl bir az tərəddüd edirdim ancaq ilk bölümdən dramanı çox sevdim.

Wednesday, April 8, 2015
Who_Are_You: SCHOOL 2015
School 2013 sevərlərin gözlədiyi drama.!
Yenə KBS2 kanalının yayımlayacağı serial xüsusilə school 2013 sevərlərin gözlədiyi serialdır. Serial 2015 ci il apreli 27 sindən yayıma başlayacaq. School 2013 kimi həftənin bazar ertəsi və çərşənbə axşamları yayımlanacaq. Serialın neçə bölüm olacağı hələ bilinmədiyi üçün bitmə vaxtı da dəqiq deyil. Əslində School 2013 ün şöhrəti və son zamanlarda sevilən dramaların əsasən 20 bölüm olmasını nəzərə alsaq 20 bölüm ola bilər. Ancaq School 2013 16 bölüm olmuşdu. İndi isə drama haqqənda daha geniş:
Sunday, March 1, 2015
QUEEN IN HYUN'S MAN
Bol Romantika, bir az Fantastika, həm Tarixi həm Müasir drama olsun baxım deyənlər, bu mümkünsüz deyil. Bu drama tam axtardığınızdır!
2012 ci il çəkilmiş drama 16 bölümdən ibarətdir. Drama Cənubi Koreyanın TVN kanalında yayımlanıb. Baş rollarda isə Ji Hyun Woo, Yoo In Na bölüşür. Dramanın ssenarisi çox gözəl idi, ancaq məhz bu cütlük serialın iki qat maraqlı alınmasında xüsusi rol oynayib. Serialın başlanması da fərqlidir. İlk şəkil də həmin videodandır. Həmin video belə insanı dramanı izləməyə sövq edir.
Subscribe to:
Posts (Atom)
Dağınıq düşüncələr
Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...
-
MİM № Bir bloqqer özü haqqında yazarsa.. Bu mimə özüm özümü mimlədim. Halbuki başqa 2 mim artıq çoxdandır yolumu gözləyir. Tezliklə o...
-
Sadəcə keyfiyyətli musiqi Dinləməyi sevənlər üçündür. Təsəvvür edin ki, bir musiqi qrupunu təsadüfən kəşf edirsiniz. Bu qrup o qədər ...
-
Axtardığım drama- FULL HOUSE 2 Son zamanlar Personal Taste , You are Beautiful , Coffee Prince, Marry stayed out all night və...








