Tuesday, August 11, 2020

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 an çox kiçik bir an məhz həmin insanı düşünəcək və darıxacaqsan. Sadəcə içində 1ce kiçik an belə olsa izahedilməz dərəcədə güclü və dərin bir istəklə məhz onunla olan 1 ana, 1 gune, 1 saata qayıtmaq istəyəcəksən. Bu hissin gücü səni təəccübləndirəcək. Hiss keçsə də bəlkə özünə bağışlamayacaqsan niyə belə boşluğa düsdüyünü. Bunu zəiflik mi ya qəribəlik mi adlandıracağına qərar verə bilməsən də olar. Neticə isə dəyişmir. İnsan xatirələrində mütləq sevəcəyi və darixacagi şeyləri tapir hətta ən pis anlardan və ən qarşılaşmağı istəmədiyi insanlardan belə gözel xatirələr qala bilər geriyə.

Thursday, April 16, 2020

Extraordinary You

Extra+Ordinary=You

http://dreamhigh-happyday.blogspot.com/

  Karantin insanlarına salam. Mövzu haqda kəlmə yazmasam olmazdı. Yazdım bu da tamamlandı keçək əsas məsələyə. Bənzər mövzulu seriallar sizi bezdiribsə oxumağa davam edin. Bu serial indiyə qədər bütün seriallarda izləyəndə içimdən qıcıqlandığım hər şeyə eyni şəkildə qıcıq olan qız haqdadır.(cümlə qarışıq gəlibsə bunu keç). Serialı 1 nəfəsə (ya da 1günə) izləyib bitirəcəyinizə o qədər əminəm ki. Koreyada bir webtoon(vebtun)-un drama versiyasıdır. Qeyd webtoon- rəqəmsal manhwa-dır. Bir sözlə düşünürəm ki, anime sevərlər də sevərək izləyəcək. Drama haqqında uzunca oxumadan belə izlənə bilər. Hətta belə daha maraqlı olur. Məsələn, baş rol kimdir, əsas kimlərdir deyə suallarla izləməkdən zövq almışdım. Amma mən bilmədiyim dramanı izləmərəm desəniz oxumağa davam 😉 :

Tuesday, July 30, 2019

Being the happiest person without any reason?

I felt real happiness or what?

That day, the weather in Baku was perfect. 25.12.15. I fell in love with that weather. Really, it was like a twilight, although it was noon, there wasn't any sound or wind. I don't know how to express my feeling right now. But I loved that calmness. I should admit the power of art/

 I mean these sentences from Eleanor &Park that I had read before leaving home for job (working) ._ And I had come up with this awesome song. (I can't remember the song itself now but I still remember that feeling when i listened it then, lucky me)
May be three of them made my day. By the way I still haven't read the book. Because I'm afraid of my great expectations, sometimes this feeling is the main reason of the disappointment of the book you read.-_ At the end of the day I watched my colleague's preparation for the holiday tour for new year. I don't know why but I felt like I was the one who would go abroad. Isn't it weird? That's the short story of my day. If we can call it story. ;) All I wanted at that time living all my life with the feeling like that day I had. Sometimes, we all need such a different feeling. The key of the happiness is in living simple life. Life without any stress and problems.
p.s. I wrote this (may be) 2 days later that means It was written in 2015 which makes it so unique and beautiful for me

Monday, July 15, 2019

Uzun Aradan Sonra

Strangers/Yadlar
http://dreamhigh-happyday.blogspot.com/


Salam. Upuzun aradan sonra yenidən yazmaq istəyiylə başlayıram yazıya. Ancaq blog da, hər işimiz də özlüyündə elə insanlara bənzəyir. Blogu yazmağı, oxunmağını və heç tanımadığım insanların fikirlərini oxumağı sevirəm. Yazılarıma gələn fikirlər və kiçik söhbətləri də sevirəm. Bu həm çox yaxşı tanıdığın həm də heç tanımadığın dostunla vaxt keçirməyə bənzəyir. 
Vaxtınızın çoxunu 1 insanla keçirdiyinizi düşünün. Sonra birdən müxtəlif milyon səbəbdən 1-i məhz sizin rastınıza çıxanına görə bu insanla uzaqlaşırsınız. Bu sevgi, dost, qonşunuz və ağlınıza oxuduğunuz an gələcək ilk insanın elə özüdür. Yenidən səbəblər aradan qalxır və siz həmin insanla görüşürsünüz. Amma nəsə yolunda deyil. İlk andan bu hissi qova bilmirsiniz. Bu insanla söhbətə can atan hissinizə baxmayaraq eyni zamanda çox güclü 1 qopma hiss edirsiniz. Həm deyəsi çox sözünüz var, həm də ağzınızı hər açanda nədənsə heç də lazım olan kəlmələr gəlmir. Həmişə soyuq, qoruyucu və mehribanmış kimi göstərməyə çalışılma hissi sizdən əl çəkmir. Nəsə düz deyil ancaq nə? 
Uzun müddətli uzaqlaşılan insanlar haqdakı qarşınıza çıxan milyon cümlənin hər biri indi özlüyündə sizə daha mənalı gəlir. Siz onu yaşayırsınız. Qarşınızdakı insan keçmişdən gələn çox doğma xatirələrinizi yada salır. Ancaq o an anlayırsınız ki bu insan sizin üçün artıq tam da köhnə tanış olub. Yəni daha aydın və uyğun söz isə YAD -dır. Siz danışa bilmirdiniz çünki onu məhz indiki onu tanımırsınız. Bunu isə çox lap dərindəki düşüncələriniz sizə deyirdi. Bu hissin yadlıq hissinin qarşılıqlı olması isə vəziyyəti daha çətin ya da bəlkə də daha asan hala salır. Ona görə çətin ki, yenidən söhbətə başlamaq və eyni yaxınlıq, doğmalığı qazanmaq çox ağır yük kimi hiss etdirir. Asanlığı isə budur ki, siz asanlıqla hər şeyi geridə qoyub unuda bilərsiniz. Beyninizdə bu insanın yeri hər hansı çox sevdiyiniz filmlə eyni rəfə girən xatirəyə çevrilər. 
Yenə mən bloqa yazmağın necə hiss etdirdiyini sizə fərqli tərzdə yazdım. Həmişə mənim nümunələrim bu cür fərqli olur. Belə, bura qədər oxuyub gəldinizsə istəyimi sizlə bölüşə bilərəm. Mənə bloga yenidən yazmağıma dəstək olucu, yadlaşmadan burda yazılarımı oxuya biləcək rəyiniz (comment/yorum) lazımdır. 
Qısa qeyd: Əslində çox dinlədiyim və hədsiz sevdiyim mahnılar paylaşmaq istəmişdim. Amma olmadı. Sanki çox gizli və çox dəyərli olduqlarını hiss etdim. İndi isə mənə siz öz Ən çox hiss edərək dinlədiyiniz mahnının və bu aralar dinlədiyiniz mahnının adını yazsanız möhtəşəm bir şey etmi olarsınız. 

Bu yazını bu mahnı sədaları altında gecə 4 radələrində səssiz şəhərin sükutunu arada pozan maşın səslərinin müşayiəti ilə yazdım. Sevərək oxumağınız ümidi ilə fikirlərinizi gözləyəcəm. 

Sunday, May 5, 2019

Bloggerlik

  Blog və problemlərim.
http://dreamhigh-happyday.blogspot.com/

Əvvəla uzun zamandır yaza bilməmə səbəbim haqda xüsusilə yazmalıyam. Təsadüfən bəyənərək pulsuz şablon (theme) yükləmişdim bloguma və uzun müddət də heç bir problem olmamışdı. Ancaq bir gün bloga google dan girməyə çalışanda blogumun google tərəfindən təhlükəli saytlar siyahısına daxil olunduğunu gördüm. Bəlkə də siz də o vaxtlar bunu görmüsünüz. Renklitirtil blog adli Zühal dadıma yetişdi. Bağlanma təhlükəsi olan blogun probleminin məhz neçə müddətdir problem yaratmayan şablon linki olduğunu bilmirdim. Blogu başqa linkə yönləndirirmiş. Bu xoşagəlməz hadisə sayəsində bloggerliyin dost qazandırdığını bir daha görmüş oldum. Bir müddət bloqumdan işlərimlə əlaqədar ayrı qalıb yazmağa vaxt tapmadığım müddət ərzində blogun bağlanma təhlükəsi mənə çox pis təsir etmişdi. Nəhayət Zühalın köməyi ilə blogumu geri gətirə bildim. Nəhayət yaz-yay ayları da gəlir. Yenə yazılarımla gələcəm. Ümidvaram oxuyub zövq alarsınız.  

http://dreamhigh-happyday.blogspot.com/

Tuesday, December 4, 2018

Yolun sonunda nə var?

2həftəlik ömrünüz qalsa nə edərdiniz? 

Məsələn sevdiyimiz filmdə klassik bir şey baş verir. Sevdiyimiz qəhrəman həkimə gedir sonra həkim səhvən analizləri dəyişik salır və tanıdığımız baş roldakı adam xəstə olduğunu və tezliklə öləcəyini öyrənir. Biz də o an həmin obrazla birlikdə hadisənin əslini bilmirik. Və çox kədərlənirik. Onun ölməməsi üçün bəlkə dua edən də olur. Nəticədə sonda məlum olur hər şey. Balaca bir səhv olub analiz əslində başqasına aidmiş. Və bizim o an sevincimizin həddi olmur. Demək olar hər birimiz yaşamışıq bunu. Əslində biz başqa biri tanımadığımız biri öldü deyə sevinirik. Biz bu qədər kiçik düşünürük. Çünki bizə o an yalnız sevdiyimiz baş qəhrəmanın sağ qalması önəmlidir. Bu qeder egoist canlıyıq. Gəlin ən rahat yoldan gedək. Içinizi ən çox sakitləşdirəcək yol hələ də var. O məhz bu cümlədir: " Bu dünyanın sistemidir. Daha güclü daha zəifi əzir keçir." Və onlar haqqında düşünmürük. Beləcə daha sakit vicdanla yaşayarıq. Nəysə bu yazı da belə keçdi tarixə.
42.bölüm "7numara" izləyin.

Saturday, September 1, 2018

Elcernon üçün çiçəklər/Flowers for Algernon

Ən yaxşı insan axmadır, yoxsa axmaq ən yaxşı insandır?

http://dreamhigh-happyday.blogspot.com/
məhz bu üz qabığı kitabın ən sevdiyim və ən mənalı üz qabığıdır.

  Kitabı bitirən kimi onun təəssüratları təzə ikən bu yazını yazmaq istədim. Əslində siz bu yazını oxumadan da sadəcə kitabı alıb oxuya bilərsiniz. Hətta belə çox daha maraqlı olar. (Əlbəttə əgər hələ də kitabın mövzusundan xəbəriniz yoxdursa) XX əsrin ikinci yarsında işıq üzü görmüş kitab mənim bir neçə ildir ki, hər yerdə  rastıma çıxır. Daha aydın desəm "Kürk paltolu madonna" nı hər yerdə əvvəlcədən sözləşmiş kimi müxtəlif insanların əlində gördüyüm kimi bu kitab da nisbətən həmin tipdə son zamanlar məhşurlaşıb. (təbii ki şəxsi fikrimdir).
Yazıçı Daniel Keyes in ən məhşur əsəridir. Amerikalı yazıçı ilk olaraq mövzunu qısa hekayə olaraq 1958-ci ildə yazıb. 1959-cu ildə isə elmi fantastik jurnalda kiçik hekayə yayımlanır. Hekayənin uğurundan sonra 1966-cı ildə kitab çap olunur. 


http://dreamhigh-happyday.blogspot.com/
Bu üz qabığı isə mənim kitabımındır.

Əslində öz oxuduğum kitabın üz qabığına görə çox da maraqlı gəlməzdi almazdım. Kitabın içini nəzərə alsaq bu üz qabığı uşaq kitabını və ya romantik kitabı xatırladır. Bu romanın sadəcə adi romantik olduğunu düşünmürəm.
   Romanın mövzusu haqqında mümkün qədər qısa yazmağa çalışacam. Bütün insanların hüququ bərabərdir. Yalnız üzərinizdə işləməklə, həyatda daha çox nailiyyətlər əldə edə bilərsiniz və bu da çox ədalətli yoldur. Ancaq bəzi insanlar həyata eyni bacarıqlarla başlamır. Romanda əsas qəhrəmanımız əqli cəhətdən geri qalmış (əqli qüsurlu) Çarli Qordondur. Onun həyatı ürəyincədir. İşi var, dostları var və yeganə arzusu hamı kimi ağıllı olmaqdır. O bunun üçün özü kimi insanlar üçün nəzərdə tutulmuş axşam məktəbinə gedir. Orada yazmağı və oxumağı öyrənməyə çaılışır. O sinifdəki ən çalışqan və ən həvəsli adamdır. Keçmişi və ailəsi haqqında demək olar heç nə xatırlamır. Yalnız qısa dumanlı xatirələr var. Təsadüf nəticəsində o üzərində təcrübə xarakterli onun əqli qabiliyyətini inkişaf etdirəcək əməliyyat üçün seçilən ilk insan olur. Əməliyyat uğurlu keçsə o hamı kimi ola biləcək. Romanda biz yaşadığı dünyaya 2Çarlinin gözü ilə baxırıq. Əqli qüsurlu Çarli 30lu yaşlarında olsa da balaca uşaq kimidir. Dünyanı da elə uşağın gözləriylə görür. Biz ilk kitabda hər şeyi məhz həmin Çarlinin gözləriylə görürük. Çarli olduqca yaxşı, xeyirxah insandır. Əməliyyatdan sonrakı Çarlinin gördüyü dünya isə zaman zaman sizi təəccübləndirəcək, kədərləndirəcək və düşündürəcək. Çarli üçün əməliyyatdan sonra dünya özü dəyişəcək. Biz isə kitabın hər səhifəsində onun tədricən gedən inkişafını və onda olan dəyişiklikləri oxuyacayıq. Əvvəlcə ona kəmağıl kimi baxırdılar. İndi isə o həddindən artıq inkişaf etmişdir və güclü intellekti var. Cəmiyyətin fərqli münasibəti və Çarlinin özünün düşüncələrindəki dəyişikliklərin şahidi olacaqsınız. Çarli təkcə daha ağıllı olmur, o həm də şəxsiyyət, bir fərd kimi inkişaf edir və dəyişir. Siz kitabı oxuyarkən onunla birlikdə bunu hiss edəcəksiniz. Məhz bütün bunları oxuduğunuz zaman zövq alacaqsınız. 
Roman əsasında bir neçə film çəkilib. Kitabını oxuduqdan sonra məncə ilk olaraq elə 1968-ci ildə çəkilmiş filmi izləmək olar. Məndən sizə məsləhət kitabı oxumamış kitab əsasında çəkilmiş filmmi izləməyin. Hətta filmin afişasına belə baxmayın. Kitabın baş qəhrəmanını təxəyyülünüzdə özünüz canlandırın. Hansısa aktyor ağlınıza gələndə həmişə kitab daha az cəlbedici olur. Ən azı mənə görə elədir. Ancaq 1968-ci ildə çəkilmiş filmdə üzlər görünmür deyə xüsusilə paylaşmaq istəyirəm. Filmin adı romanla eyni deyil. Filmin adı "Charly"/CHAЯLY (Çarli) dir. Filmin adı elə qəhrəmanımızın öz adını yazdığı kimi təqdim olunur. Tərsinə yazılmış R hərfi ilə. 
http://dreamhigh-happyday.blogspot.com/
Romanın əsasında müxtəlif filmlər, tamaşalar, musical/myuzikl, seriallar çəkilib. Xüsusilə seçilənlər sırasında isə fransız filmi "Des fleurs pour Algernon" (2006-ci il) filmi var. Xüsusilə diqqətimi çəkən isə yaponların roman əsasında fərqli illərdə 2 serial (Yapon draması) çəkməsi oldu. "Algernon ni Hanataba wo" (romanın adının yaponcası) 2015-ci ildəki mini serialda baş rolda aktyor, müğənni Tomohisa Yamashita (səhnə adıyla Yamapi) oynayıb. 
Kitab haqqında oxumayanları nəzərə alıb sadəcə spoi-siz qısa məlumat yazdım. Ancaq kitabdakı bir sözü paylaşmaya bilməzdim. İngiliscədən düzgün tərcümə olunmayan sözün altından qara xətt çəkmişəm. Hərfi tərcümə edilib. Əslində isə serial sözü düzgün tərcümə olardı. Kitabın son səhifələrindən olduğunu nəzərə alsaq kitabı oxumayanlara xəbərdarlıq edim ki, məhz səhifəni oxumayın. 
http://dreamhigh-happyday.blogspot.com/
Sonda isə başlıqdakı cümləni sual kimə yazını oxuyan sənə ünvanlayıram. Ən yaxşı insan məhz yaxşı olmağa çalışdığı üçün axmaqdır? Ya əvvəlcədən elə axmaq adam məhz ən yaxşı adamdır? Suala bir neçə tərəfdən baxmaq olar. Tərəfinizi seçin və fikriniz bölüşün. 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...