Showing posts with label Kitab. Show all posts
Showing posts with label Kitab. Show all posts

Tuesday, July 30, 2019

Being the happiest person without any reason?

I felt real happiness or what?

That day, the weather in Baku was perfect. 25.12.15. I fell in love with that weather. Really, it was like a twilight, although it was noon, there wasn't any sound or wind. I don't know how to express my feeling right now. But I loved that calmness. I should admit the power of art/

 I mean these sentences from Eleanor &Park that I had read before leaving home for job (working) ._ And I had come up with this awesome song. (I can't remember the song itself now but I still remember that feeling when i listened it then, lucky me)
May be three of them made my day. By the way I still haven't read the book. Because I'm afraid of my great expectations, sometimes this feeling is the main reason of the disappointment of the book you read.-_ At the end of the day I watched my colleague's preparation for the holiday tour for new year. I don't know why but I felt like I was the one who would go abroad. Isn't it weird? That's the short story of my day. If we can call it story. ;) All I wanted at that time living all my life with the feeling like that day I had. Sometimes, we all need such a different feeling. The key of the happiness is in living simple life. Life without any stress and problems.
p.s. I wrote this (may be) 2 days later that means It was written in 2015 which makes it so unique and beautiful for me

Wednesday, August 24, 2016

MIM№

Mim : Mid-Year Book Freakouthttp://dreamhigh-happyday.blogspot.com/   Salam, yeni mimdə bu ilin bu vaxtına qədər oxuduqlarımız haqqında suallara cavab yazırıq. Əyləncəlidir, çünki oxuduğumuz kitab haqqında kiməsə danışmağı, kitabdakı obrazları müzakirə etməyi əminəm çoxunuz sevirsiniz. Əslində bu mimi cavablandırarkən çətinlik çəkdim. Mən artıq sanki çoxdandır zaman anlayışını itirmiş kimi hiss etdim. Mənim üçün il məktəblərin tətil olması və ya açılması kimi dəyişikliklər sayəsində yadda qalan idi. Əgər hər günün eyni keçirsə, o zaman artıq zamanın ilin bəzən öz həqiqi mənasını itirdiyini düşünürsən. Ya da əslində zamanın heç bir mənası yox imiş, biz ona məna yükləməyə çalışırıqmış və zaman əslində böyük bir indidən ibarətmiş kimi. Keçmişdəki indiki zaman və gələcək indiki zaman. Bəs mənim sizə bunu dediyim zaman bunların hansındadır? Keçmiş ya gələcək?

http://dreamhigh-happyday.blogspot.com/

 Kimə görə? Axı kimə görə olması zaman anlayışını da dəyişir. Yenə də, əslində mövzuya aid olmayan fikirlərimi sizlə bölüşdüm. Ancaq bu sadəcə özlüyündə gələn fikirlərdir. Yəgin bu haqda siz də düşünün deyə elə məhz bu yazını yazdığım zaman bu fikirlər beynime gəlib. Çox yormayım sizi, keçək mimə. 
Sondakı mahnı da məndən sizə hədiyyə olsun. 

1. Bu ana qədər oxuduğum ən gözəl kitab.

Wednesday, April 20, 2016

George Orwell 1984

Corc Oruel 1984

Janr: Utopya və disutopya ədəbiyyatı, siyasi ədəbiyyat, sosial elmi                       fantastik ədəbiyyat
Çap Tarixi: 1949.il 8 iyun
Orijinal dil: İngilis dili.
    Uinston Londonda yaşayan və Həqiqət Nazirliyində işləyən adi vətəndaşdır. Uinston Smisin yaşadığı dünyada hamı, hər yerdə hətta insanlar yaşadığı evlərində quraşdırılan teleekranlar sayəsində izlənilir. Uinstonu digərlərindən fərqləndirən isə partiyaya olan gizli hər gün bir az da artan nifrətidir. O düşünməyi və ətrafındakı hər şeyi sorğulamağı bacarır. Uinstonun işinin də bunda rolu var. Belə ki, o tarixi qəzet və kitablarda qeydləri dəyişməklə məşğuldur. Hər dəfə bəzi insanları Partiya tarixdən siləndə onların keçmişdəki işləri də silinir. Bu zaman keçmişdə həmin şəxslərin qəzet və kitablardakı adları, xəbərlərini dəyişmək Uinston kimi işçilərə düşür. Digərləri isə nə qədər qəribə olsa da bütün bu dəyişikliklərdən xəbərsizdir. İnsanlar Böyük Qardaşın dediyi hər şeyə inanır. Hər yerdə Böyük qardaşın şəkli var. Uinstonun yaşadığı Okeaniyada düşüncə azadlığı qadağandır və düşüncə cinayəti adındakı bu növ ən dəhşətli cəzaların verildiyi bir cinayət növüdür. İndividual insanın varlığı deyəndə ağla gələn hər şey Okeaniyada Partiya tərəfindən qadağan edilib. Burada evlilik də yalnız partiyaya olan borcu yerinə yetirmək üçündür. Əgər tərəflər arasında sevgi hiss olunsa onların evliliyinə icazə verilmir. Uşaqlar kiçik yaşlarından casus kimi böyüdülür. Tarix yalnız partiyaya aiddir. Hər ixtira partiyanın adına yazılır. Ancaq Uinstonun öz uşaqlığı az da olsa yadındadır. Onu həmişə yuxularında narahat edən, kabus görməsinə səbəb olan ailəsi həmişə onu narahat edir. Ancaq o tam olaraq heç nə xatırlamır. Uinston bir dəfə özünə gündəlik alır. Bundan sonra isə o artıq öz düşüncələrini gündəliyə yazmağa başlayır. Hər şey də bundan sonra başlayır. O artıq düşüncə cinayətini həyata keçirirdi. Yalnız adını eşitdiyi partiyaya qarşı olan qardaşlıq təşkilatı və Goldstein haqqında maraq hər zaman ona üstün gəlir. Uinston qara camaat adlanan insanlara qibtə edir. Baxmayaraq ki, status olaraq onlardan qat-qat yuxarıda idi. 
Okeaniyada aşağıdakı nazirliklər fəaliyyət göstərir.
Sülh Nazirliyi, Həqiqət Nazirliyi, Sevgi Nazirliyi və Varlılıq/bolluq Nazirliyi. Hər nazirliyin isə iş prinsipi demək olar ki öz adının əksi idi. Məsələn müharibə ilə bağlı işlər Sülh Nazirliyinə aid idi. 

Arasında ən qorxuncu isə Sevgi Nazirliyi idi. Bu nazirlikdə yalnız partiyaya və Böyük Qardaşa sevgi aşılanırdı. Sevgi Nazirliyində insanlara ən ağır cəzalar verilirdi. Ən qorxunc otaq isə 101 nömrəli otaq idi. Bu otağa göndərilənlərin sonu hamıya qaranlıq idi. 
Okeaniyadan başqa yalnız iki ölkə vardı. Avrasiya və Şərqiasiya. Okeaniya həmişə bu ölkələrdən biri ilə sülh digəri ilə isə müharibə şəraitində idi. Ancaq hansı ölkə ilə müharibə, hansı ilə sülh şəraitində olduğunu dəqiq demək olmurdu. 
Əsas obrazlar: Big Brother/Böyük Qardaş- Qara gözlü, bığlı, Partiyanın təcəssümü olan Okeaniyanı idarə edən şəxs.
 Winston Smith/Uinston Smis- hekayədəki qəhrəman,                                                                        fleqmatik/soyuqqanlı, adi vətəndaş
Julia/Culia- Uinstonla eyni yerdə işləyir. Sonradan Uinstonla                                münasibətləri dəyişəcək.
Sonia Orwell
qeyd. Culia obrazı yazıçının ikinci həyat yoldaşı  Sonia Oruell-dən təsirlənək yaratdığı bir obrazdır.

O'Brayn- Uinstonla eyni yerdə işləyir. Nədənsə ilk baxışdan həmişə                 Uinston onu özünə dost hiss edir.
Emanuel Goldstein- Okeaniya partiyasına qarşı yaradılan                                                 qardaşlıq gizli birliyin lideri. 
Syme- Bu obrazı xüsusilə ona görə qeyd edirəm ki, onun sayəsində             yeni şeylər öyrənəcəyik. Yeni dilin, lüğətin yaradılması və               bunun arxasındakı əsas niyyəti bizə Syme izah edir. Ancaq               əlbəttə ki, o bunu fəxrlə deyir.
Əgər fikirlər dili korlaya bilirsə, dil də həmçinin düşüncəni korlaya bilər.

Mənim kitab haqqında fikirlərim.   Kitab sizə yeni bir dünyanı təqdim edir. Gələcəkdəki həyat həmişə insanları çox maraqlandırıb. İnsanlar bənzər mövzuda oxumağı, eşitməyi sevir. Bu kitabda da eyni mövzu işlənib. Ancaq bu yeni dünya, gələcək gözlədiyiniz kimi deyil. Kitabın ilk səhifəsindən etibarən özünüzü yaşadığınız dünyadan uzaq hiss edəcəksiniz. Kitabı oxuyanda onu yaşamaq tam da bu kitabı oxuduğum zaman həmin hissləri yaşadım. Yazıçı bu qurduğu yeni dünyasında hər şeyi ən kiçik incəliyinə qədər qeyd edib bizə təqdim edir. Kitabın adı da o zaman yazıçının təxminən kitabın çap olunduğu ilin tərsi olaraq adlandırdığı, seçdiyi ildir. Əslində isə yazıçının ikinci bir seçimi də vardı. The Last Man in Europe/ Avropada Son Adam. Ancaq sonradan indiki adı seçir. 

Daha maraqlısı isə kitab haqqında araşdırığım zaman qarşıma wikipediadan çıxan bu şəkil oldu. Bu isə yazıçının daha çox gələcək adı altında günündəki problemləri göstərdiyini deməyə əsas verir. Kitabı oxuduğumuz zaman da biz bunu hiss edirik. Sanki kitab tam olaraq gələcək ya da keşmiş deyil. Kitab mənə keçmişlə gələcəyin arasında ilişib qalan zaman kimi göründü. İlk şəkil 1930-cü illərin ortasında çəkilib və ikinci şəkildən fərqli olaraq Stalinin yanında dayanan şəxs isə Nikolay Yezovdur, hansı ki 1940-cı ildən sonra yeni versiyada artıq yoxdur və silinib. 





Xüsusilə sonu heç gözləmədiyim kimi bitdi. İnsanı düşündürən kitabdır. Eyni zamanda kitabı oxuduğunuz zaman kitabın qəhrəmanı kimi izlənildiyiniz hissi sizə hakim ola bilər. Kitabın təsirlərindən biridir. Eyni zamanda bu kitab müasir dövrdəki insanların Cctvlər və digər texnoloji yeniliklər sayəsində izlənildiyini nəzərə alsaq həqiqətən də yazıçı gələcəyin, inkişafın müəyyən mənada getdiyi inkişaf yolunu təxmin etmiş də ola bilər. Aşağıda son olaraq kitabdan bəzi hissələr oxuyacaq və kitabın müxtəlif illərdə üz qabığı ilə tanış ola biləcəksiniz.

http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.com/
ingilis sosializmi. qeyd:bu şəkil filmdəndir, kitabda partiyanın buna bənzər bir simvolu haqda yazılmayıb

http://dreamhigh-happyday.blogspot.com/
Müharibə Sülhdür
Azadlıq Köləlikdir
Cahillik Gücdür
Böyük Qardaş sizi izləyir
Birin Azlığı
Mən səni Satdım&Sən Məni Satdın
İki plus İki Beş Edir
Bizim Əmrlərimiz "Sən İncəsənəti"
O Azadlıq idi
O əsl Söz idi
Reallıq zahiri deyil
Fikir Cinayəti, Onlar bunu belə adlandırdı
Onlar heç vaxt üsyan etməyəcək
Bu yaxşıdır, Hər şey yaxşıdır
Əziyyət Bitirildi/Sonladı








Kim ki Keçmişi idarə edir, Gələcəyi də idarə edir. Kim ki, İndiki zamanı idarə edir Keçmişi idarə edir.
Güman ki insan sevilməyi başa düşülmək/anlaşılmaq qədər istəməzdi.
http://dreamhigh-happyday.blogspot.com/


http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/


http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/

Monday, November 2, 2015

Jack London Martin Eden

Martin İden axtarılır.


    Bu kitabı oxumağa dəyər. İstənilən dövrun insanı üçün marağını heç vaxt itirməyəcək bir kitabdır. Dünyaya Martinin gözündən baxmaq və onunla birlikdə dəyişmək. Kitabı oxuduğum zaman özümü məhz belə hiss edirdim. Dəyişən təkcə Martin deyildi, həm də dünya dəyişirdi. O bir insan kimi inkişaf etdikcə, kamilləşdikcə dünya da onun əvvəlki gördüyü dünyaya bənzəmirdi. Ən sevdiyim isə bunu yazıçının yox, Martinin öz ağzından oxumağımız idi. Burada Martin Edenin/İden əslində yazıçı Cek Londonun öz avtobioqrafiyası olma ehtimalının da rolu var. 
   Kitabın əsas obrazı, Martin dənizçidir. Həyatının çox hissəsini evdə yox gəmidə keçirir. Martin təsadüfən varlı ailədən olan Arturu küçədə döyməyə çalışan oğlanlardan xilas edir və əvəzində Artur onu öz evinə yeməyə dəvət edir.Məhz bu hadisə həyatının dönüş nöqtəsinə çevrilir. Martin yüksək təbəqənin həyatı ilə tanış olur. Martinin Arturun evindəki ilk təəssüratları oxucu kimi məni kitaba ilk bağlayan şey oldu. Martin evdə nəyisə salıb sındırmaqdan ehtiyat edirdi. Özünü çox kobud hiss edirdi. Martin də digər öz təbəqəsindən olan insanlar kimi idi. Yüksək təbəqəyə heyranlığı görməmək mümkün deyil. Ancaq burada heyranlığın səbəbi heç də düşündüyünüz kimi cah-cəlallı həyat tərzi deyil. Bu insanlar savadlı, oxumuş idi. Məhz bu Martini çox cəlb edirdi. Martin evdə elə stolun üstündəki şeiri görür. Bu zaman isə otağa bir nəfər daxil olur. Arturun bacısı Ruf. Ruf Martinin indiyə qədər gördüyü və tanış olduğu bütün qızlardan fərqli bir qız idi. Martin bu evdə söhbətlərin çoxuna yad idi. Çünki burda hamı ali təhsilli idi. O isə heç məktəbi də tam bitirə bilməmişdi. Ancaq onun kitaba, elmə sevgisi hələ də dəyişməmişdi. Martin Ruf üçün həyatını dəyişməyi qərara alır. Kitabda əsas cahil insanla savadlı, təhsilli insanın fərqi önə çəkilir. Kitabı oxuduğunuz zaman Martin kimi kitab oxumaq sevginiz artacaq. Yüksək təbəqənin göründüyü kimi olmadığını göztərməsi də yazının kitabını mənim üçün daha da dəyərli edir. Kitab sadəcə bir sevgi hekayəsi deyil. Bir insanın inkişaf yoludur. Bir insanın nə qədər dəyişə biləcəyini öyrənirik. Martinin dəyişimi bir anda da baş vermir. Daha çox izlədiyimiz filmlərdə 1-2 saata dəyişən baş qəhrəmanlarla eyni deyil. Çünki bu kitab reallığa daha yaxındır. Digər sevdiyim şey isə, insanların məşhur deyilsə, dəyərli ilə dəyərsizi ayıra bilmədiyini göstərməsi idi. Martin Rufla görüşdən sonra oxumağı və hətta kitab yazmağı, özünə tamamilə yeni həyat yolunu seçir. Yeni insanlarla tanışlıq, köhnə tanışların tez-tez dəyişən davranışları ilə birlikdə biz həm də kasıb bir insanın sıfırdan həyatını yenidən qurma cəhdlərini görürük. Kitabda tez-tez Martin əvvəlki və indiki özünü müqayisə edir. Kitabda həm də Rufu tanıyırıq. Ruf Martinə dərs keçməyə razı olur. O ilk olaraq Martinin qrammatik səhvlərini düzəldir. Ruf tanıdıqca Martini daha çox dəyişməyə çalışır. O Martini öz atası və ya həmişə Martinə nümunə göstərdiyi mister Betler idi. Kitabda ən sevdiyim və yadımda qalan dialoqlardan biri isə Rufla Martinin Mister Betler haqqında olan dialoqlar idi. Qısa yazmalı olsam burada (dialoq kitabda təxminən 3 səhifədir buna görə də dialoqu bir az qısaltsam da əsas fikirlər eynidir, ancaq cümlələr kitabdakı ilə tam eyni olmaya bilər) -həmişəki dərs günlərindən birində Ruf Martinə mister Betleri tərifləyir. Onun həyatına çox aşağı təbəqədən başlayıb sonda isə belə varlı olaraq davam etməsi haqqında ağız dolusu danışır. Mister Betler cavanlığında gündüzlər işləyib, gecələr isə oxuyub, çox çətin vəziyyətdə tək yaşayıb. O qənaətlə yaşamağı öyrənib. Nəticədə bugün o çox varlıdır. Nəhayət istədiyi yerə çatıb. Martin isə buna cavab olaraq onun yaşamaqdan artıq zövq ala bilmədiyini deyir. Mister Betler gəncliyində istirahət etməyib. O həmişə az yeyib, çox işləyib. Yəginki indi onun mədəsi də xarabdır, elə deyilmi? Ruf təsdiq əlaməti olaraq başını tərpətdikdə Martin davam etdi. Əminəm ki, mister Betler həmişə qaraqabaq adamdır. Ətrafında danışıb gülən insanlar olanda oranı tərk edir. Qazandığı 3-4 dollarla yaşamağa çalışmış bir adamın xarakteri başqa cür ola da bilməzdi. Mister Betler həyatının ən gözəl vaxtlarını- cavanlığını qurban verib. Artıq o gəncliyindəki kimi hiss edə bilməz. O öz sağlamlığını, vaxtını pula dəyişib. 
Kitabdakı Martin İden obrazını çox bəyəndim. O dərəcə çox ki dünyada belə insan olsa da onunla söhbət edə bilsəm dedim. Elə buna görə də, başlığa Martin axtarılır yazmışam. Kitab haqqında çox yazmaq istəmirəm, ancaq mütləq oxumalı olduğunuz kitablardan olduğuna əminəm. Sizə nə isə qatacaq, sizi dəyişəcək bir kitabdır. Kitabın sonunu isə daha çox bəyəndim. Sonu bundan fərqli ola da bilməzdi. Kitabı oxuduğum zaman onu bitirmək heç istəmirdim. Kitab 463 səhifəlik olsa da bu sizə çox az gələcək. Klassik ədəbiyyat sevən ya sevməyən hər yaşda insan oxuya bilər. (uşaq kitabı olmadığını qeyd edim) Oxuduqca sizi düşündürən kitab axtarırdınızsa artıq tapmısınız. 

Sunday, July 5, 2015

Isaac Asimov I Robot/Mən Robot.

Bir Nəfəsə Oxuyub Bitirdiyiniz Kitablardan.

   İsaac Asimovun oxuduğum ilk kitabıdır. Xüsusilə uni vaxtı imtahanlara görə İsaac Asimov haqda məlumatlar oxumuşdum və ən çox da yazıçının science-fiction (elmi-fantastik/bilim-kurqu) yazması və Will Smith in eyni adlı filmini bildiyim üçün kitab da mənə maraqlı gəlmişdi. Kitabla filmin fərqli və ya eyni olub olmadığını müqayisə də kitabı oxumaq üçün başqa bir səbəbim idi. Kitabı oxuyub bitirdikdən sonra, filmlə demək olar bənzərlik tapmadım. 
http://dreamhigh-happyday.blogspot.com/
Bir az araşdırmadan sonra isə məlum oldu ki, filmin sadəcə gələcəkdə baş verməsi, bir iki obraz və məşhur robot qanunlarından başqa kitabdan o qədər də çox şey götürülməyib. Hətta əksinə filmdə əsas ssenari Agathe Cristie nin kitablarından birindən rejisorun ilham alması ilə ərsəyə gəlib. Yəni Mən, Robot adı sadəcə izləyiciləri yanılda bilər. (Mənim kimi) Ancaq sizə daha maraqlı bir məlumat da verim. Kitabın əsl adı da heç bu olmayıb. Asimov özü kitaba tamamilə başqa bir ad verib. 

Asimov öz kitabını "Mind and Iron " (Ağıl və Dəmir) adlandırmaq istəyib. Lakin, kitabı yayımlayan şəxs kitabın adını Eando Binder-in eyni adlı məşhur kiçik və məhur hekayəsindən götürüb. Ancaq sonralar Asimovun kitabı daha çox şöhrət qazanıb. Yazıçı xüsusilə robot seriyalı kitabları ilə şöhrət qazanıb. Kitablarından ən yadda qalan isə az-çox yazıçı və ya kitabları haqqında məlumatı olan hamının bildiyi 3 Robot Qanunudur. Bu da həmin qanun:
http://dreamhigh-happyday.blogspot.com/



Kitab Syuzan Kalvin ( Susan Calvin) adlı yaşlı qadından gənc jurnalistin müsahibə götürməsi ilə başlayır.

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...