Showing posts with label Japan anime. Show all posts
Showing posts with label Japan anime. Show all posts

Monday, May 25, 2015

Death Note Drama

Anime, Film ya da Myuzkl Yox, Serialı gəlir.!!http://dreamhigh-happyday.blogspot.com/

   Bu xəbər mənim üçün də möhtəşəm sürpriz oldu. Xüsusilə də bu xəbəri oxuduğum vaxt Death Note -un myuziklından mahnılar dinləyirdim (həmin vaxt dinlədiyim mahnıları dinləmək üçün rəngli yazıya klikləyin ;)) və tamamilə təsadüfən qarşıma bu əla xəbər çıxdı. Death Note anime ini çox bəyəndiyim üçün serialını səbirsizliklə gözləyirəm. Serialdakı heç bütün cast/rollar açıqlanmayıb. Ancaq 3 rol oynayacaq insanların adları bizə bəllidir.
http://dreamhigh-happyday.blogspot.com/Ən maraqlısı isə odur ki, bu il-2015 ci ildə həm də Death Note un myuzkl-nın Koreya versiyası Cənubi Koreyada 11 iyun-11 avqust tarixlərində baş tutacaq. Death Note un serialı da 2015 ci il iyul ayından yayımlanacaq. Hələ ki serialın bitiş tarixi, yayımlanacaq bölüm sayı da məlum deyil.
http://dreamhigh-happyday.blogspot.com/
Serial Yaponiyanın NTV kanalında yayımlanacaq. Həftənin bazar günləri yayımlanacaq serialın rejisoru belə bəlli olmayıb. Bəs axı bu qədər bəlli olmayan bir serialı sizcə yazma səbəbim və böyük ümidlərimin olmasınən əsas səbəbi sizcə nədir?- Cavabım isə aşağıdakı şəkildir. Bu serialın bəlli olan 3 aktyor/aktrisasının şəklidir. Və ən çox Light anime dəki Light a oxşarlığı ilə diqqətimi çəkdi.  Light-a oxşayırsansa bu, avtomatik Jaejoonga da oxşamaq deməkdir. Mərkəzədki aktyorun həm də Jaejoonga bənzərliyini görürsünüz. ;)
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Keçək 3 aktyora-

Light Yagami ----  Masataka Kubota
Yaponca adı--------窪田正孝 (くぼた まさたか)
Doğum Tarixi------6 avqust 1988
Doğum yeri---------Kanagawa Prefecture, Yaponiya
Boyu-----------------1.75sm.
Qan qrupu ----------B.
Çalışdığı şirkəti----Stardust Promotion
http://dreamhigh-happyday.blogspot.com/
Bu aktyor həqiqətən də Light-i xatırladır. Əslində aktyorun rolun öhdəsindən necə gələcəyini bilmirəm. Ümidvaram ki, ümidlərim boşa çıxmaz. Çünki anime boş anime deyil. Əslində yapon myuzkl-ını da bəyəndim, əlbəttə ki səs olaraq tam uymuşdular nəyinki görünüş, ancaq bu myuzkl üçün normaldır. Səslər, mahnılar ab-havanı yenidən yaşadır. Əgər anime i izləmisnizsə.;)
http://dreamhigh-happyday.blogspot.com/
Death Note da ən maraqlı ikilidən digəri isə L dir. Mənim çox sevdiyim L rolunu isə (Light ı da çox bəyənirəm rol olaraq izləyənlər bilir niyə L mənim üçün bir addım öndədəri, spoi olmasın deyə yazmıram)
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/L--------------------------Kento Yamazaki
Yaponca adı------------山崎賢人
Doğum tarixi-----------7 sentyabr 1994.
Doğum yeri------------ Tokio Yaponiya.
Boy---------------------1.78sm
Qan qrupu-------------A
Çalışdığı şirkəti----Stardust Promotion

Kento hələ çox gənc bir aktyor olaraq L rolunu alıb. Sözsüz bu onun uğurudur. 
http://dreamhigh-happyday.blogspot.com/Gənc olmasına baxmayaraq Yamazaki Kento artıq çoxlu filmlərə çəkilib. Bunlardan anime sevərlərin çoxunun izlədiyi və ya haqqında bildiyi Another/Başqa adlı anime-in 2012ci il çəkilən filmində rol alıb. Son olaraq isə L-DK adlı yapon filmində baş rol oynayıb.  
http://dreamhigh-happyday.blogspot.com/
L-DK romantik bir filmdirsə də, Another tam əksinədir. Baxmayanlar şəkillərlə də müqayisə edə bilər. Hər iki filmdə də məktəbli və baş rol oynayıb.

http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Əslində Kento ilə bağlı bir az narahatam. Çünki oğlan L rolu üçün gəncdir. L anime də də gənc idi, ancaq dünyagörmüş və tez olqunlaşmış, böyümüş bir obraz idi. Bu mənada Kento Yamazaki üzdən həllə də uşaqsı görünür. Anime in filminə sırf Light saysəində baxa bilməmişdim. Çünki anime ilə uyğun gəlməyən təkcə görünüş deyildi. 
http://dreamhigh-happyday.blogspot.com/
Həm də xarakter və hadisələrin inkişaf xətti uyğun getmirdi. İlk dəqiqələrdən hətta L i izləmədən sırf bu səbəbədən filmi izləmədim. 

http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.com/Əvvəldən də qeyd etdiyim kimi 3 rol bizə məlumdur. Üçüncü rol isə N/Near dir. Mən əslində daha çox ilk üçlü kimi misa ya da Ryukun bəlli olmasını gözləyirdim. Near haqqında oxumaq istəyənlər təəssüf ki bu obraz haqda yazmaq anime in ən başlıca spoisi deməkdir. Bircə onu deyə bilərəm ki, Near məncə anime də qız deyildi. Məhz buna görə də ilk şəkli görəndə çox təəccübləndim. Ancaq əslində eyni şey digər ölüm mələyi ilə də olmuşdu. Ən çox bəyənmədiyim budur. Death Note romantikanın ola biləcəyi növ drama deyil. Əgər məqsədləri budursa anime dən fərqli olacaq və izləyici itirəcəklər.
Adı: Mio Yuki
Yaponca adı----優希美青
Əsl adı------------Rina Kanno (菅野莉奈)
Doğum tarixi---- April 5, 1999
Doğum yeri------Yamagata Prefecture, Japan
Boyu--------------- 158 cm.
Qan qrupu------- O
Twitter------------@mioyukihoripro

http://dreamhigh-happyday.blogspot.com/
Serial haqqında yeni məlumatlar gəldikcə burda da yazımı yeniləyəcəm, buna görə də bu yazını tez-tez yoxlamağı məsləhət görürəm. ;)
http://dreamhigh-happyday.blogspot.com/

Monday, May 4, 2015

One Ok Rock

Fool, Cool, Rock...!http://dreamhigh-happyday.blogspot.com/

Yaponiyanın məşhur rok qruplarından olan One Ok Rock qrup olaraq fəaliyyətə 2005 ci ildən başlayıb. Bu zaman qrup üzvləri təhsil alırdı. Qrupun yaranmasında əsas rol Toru Yamashita nındır. Əslində çoxumuz qrupun yaranmasında niyəsə həmişə solo ifaçının əsas rol oynadığını düşünürük. Belə ki, Toru hip-hop rəqs qrupu Heads (başlar) in üzvlərindən olan Ryota Kohama dan bass (gitara) öyrənməsini istəyir. Bundan başqa Toru Alex Onizawa və sinif yoldaşı Tomonu da qrupa cəlb edir. O vaxtlar Taka Moriuchi (qrupun hazırkı solisti) Chivalry of Music adlı başqa bir qrupda ifa edirdi. Ancaq Toru onu öz yeni qurduğu rok qrupuna keçməyə razı sala bilir. Bunda Takanın əvvəlki qrupuyla münasibətlərinin o qədər də yaxşı olmaması da rol oynayır. Qrupun debütü zamanı qrupda 6 üzv olub. Sonradan Tomo ailəsinin musiqinin rok qolu ilə məşğul olmasına etirazı səbəbi ilə qrupu tərk edib. ( adları bənzər olduğu üçün səhv salmayın, xüsususilə qeyd edim Tomo və Tomoya ayri-ayrı insanlardır) Tomoya Kanki isə həmin vaxt başqa bir şirkətin qrup üzvü idi və həmin qrupun işləri heç də yaxşı getmirdi. Tomoya bu səbəbdən 2006-cı ildən qrupa qoşulsa da yalnız qrupun 2007-ci il debütündə rəsmi olaraq qrupun üzvü kimi tanınıb. 
http://dreamhigh-happyday.blogspot.com/

Monday, April 13, 2015

Xia Junsu yeni Musical.

Kim Junsu Death Note un L i olacaq!!!

dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.comDeath Note sevərlərin maraqla gözlədiyi anime in Koreya musical/myuzikl ı və kimlərin rol alacağı bəlli oldu. Junsunun işlədiyi şirkətin bu musical ı öz üzərinə götürməsi və Junsunun bu sahədə öz sözünü demiş olması onun bu heyətdə yer alacağına tam əmin olmaq üçün bəs idi. Ancaq əsas məsələ o idiki hansı obraz olacaq. Light ya L? Sonda L rolunu öhdəsinə götürdüyü məlum oldu. Death Note izləməyənlər çox şey itirirsiniz, xüsusilə anime olduğu üçün izləməyənlər siz daha çox itirirsiniz. 
Keçək musicala , C-Jes entertainment in rəhbərliyi ilə
hazırlanan musicalda əsas 
rolları 

Monday, March 30, 2015

DİGİMON ADVENTURE 01

BU ANİME İN YERİNİ HEÇ NƏ ALA BİLMƏZ.!
http://dreamhigh-happyday.blogspot.com

   Sizə elə bir anime dən yazacağam ki, mən bu anime i hədsiz çox sevirəm. Hər bölümü, soundtrack ları ilə çox maraqlıdır. Ancaq heyf ki, çox adam hələ də bəlkə də gördüyü zaman Pokemon la dəyişik salır. Pokemona heç baxmamışam ancaq Digimon həqiqətən baxılasıdır.
http://dreamhigh-happyday.blogspot.com
Bu yaşda belə fikrim dəyişmədi. Soundtrack lar isə hər yaşda dinlənilə bilər. Digimon digər uşaqlar üçün olan anime ya da cizgi filmlərdən çox fəqrlidir. Ən əsası isə bildiyimiz kimi animelər sırf uşaqlar üçün olmur. Elə Digimon da belə animelərdəndir. Mənim kimi, tom və cerri, sevimli qəhrəmanları uşaqlıqdan çox uşaqsı qəbul edənlər bu anime i izləyin. Sevgi,romantika bol deyil. Ancaq dostluğa geniş yer verilir. Bəlkə də rok musiqisi ilə ilk bu anime sayəsində tanış olmuşam. Və əlbəttə ki çox sevmişdim. ;) Yapon anime lərinin ən əsas cəhəti də odur ki, animi çox ciddi qəbul edirlər. Bəzən, sırf uşaqlar üçün olduğu üçün elə cizgi filmlərlə qarşılaşırıq ki, buna uşaqlar niyə baxmalıdır ki deyir insan istər istəməz. Çünki uşaqları  bəzən insanlar gözlərində çox kiçildir . (Bu da başqa bir mövzuya gedir , başqa yazımda İnşaAllah) Bu anime təkcə mahnı seçimi deyil, uşaqların geyim tərzi ilə də fərqlənirdi. Keçək anime in özünə.

http://dreamhigh-happyday.blogspot.com
Hadisələr məktəblilərin yay pikniyi üçün gəldiyi yerdə başlayır. Belə ki, məktəblilərdən bəziləri (bizim qəhrəmanlarımız) bir anda başqa dünyaya keçir. Ancaq bunun necə başverdiyini bilmirlər. Ən əsası isə bu dünyada digimonların olmasıdır. Bura digimonların yaşadığı virtual dünyadır. Bəs Digimon nədir?

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...