Showing posts with label Music. Show all posts
Showing posts with label Music. Show all posts

Monday, August 27, 2018

Sofar Sounds

Sofar Baku.

Arzuladığım konsert.http://dreamhigh-happyday.blogspot.com/


  İnsanları o qədər müxtəlif səbəblərdən bölürük ki, bunlardan biri də konsert və musiqiyə olan münasibətləridir. Bəzi insanlar konsert zaman ucadan mahnını ifaçı ilə oxumağı, dostları ilə musiqi haqqında dinləyərkən söhbət etməyi sevir. Ancaq digərləri musiqi başladığı andan sadəcə dinləmək və o an sadəcə musiqini düşünmək, yanında kimin olduğunu belə düşünmədən məhz həmin an yalnız musiqidən zövq  almağa üstünlük verir. Məncə artıq 2. tip insan olduğumu təxmin etdiniz. Sofar məhz belə insanlar üçündür. SOFAR- Songs From A Room. (Bir Otaqdan Gələn Mahnılar)
  Qısaca yaranma tarixinə baxsaq: 2009-cu il Londonda Rocky Start, Rafe Offer, Dave Alexander (Roki Start, Reyf Ofə, Deyv Aleksandr) tərəfindən qurulub. Onlar bir Friendly Fires konsertində ucadan danışanlar, içki şüşələrinin bir-birinə vurulma səsi və insanların mobil telefonlarına baxmalarından qıcıqlanıb və narahat olublar. Bundan sonra ilk Sofar konserti baş tutub. İlk olaraq özləri Aleksnadrın Londondakı mənzilində 5 mahnı ifa edib. Dinləyicilər isə yalnız yaxın 8 dost olub. Ancaq 2. konsertə daha çox insan gəlib. Sofar əsasən ağızdan ağıza məhşurlaşıb. 
Artıq Sofar 400-dən çox şəhərdə keçirilir. Sofarı fərqləndirən əsas bir neçə səbəb var. Bura gələn ifaçılar, qruplar əsasən elə həmin vaxtlar elə də məhşur olmur. İnsanları daha çox cəzb edən isə konsertin yeri və çıxış edəcək performerlərin adının yalnız 1gün əvvəl elan olunmasıdır. Konsertdə iştirak üçün isə siz Sofar-ın rəsmi saytından qeydiyyatdan keçməlisiniz. Ancaq bu kifayət deyil. Bundan sonrası bir az şans işidir. Belə ki qeydiyyatdan keçənlər arasından təsadüfi yolla konsertdə iştirak edəcək şəxslərə elektron poçt ünvanlarına (mail) seçildikləri, konsertin yeri və performerlərin adı olan mesaj gəlir. Konsertlərin təşkilində iştirak edənlər əsasən könüllülər olur. Konsert əsasən ödənişli olur. Bu ödəniş isə konsertin keçirilməsi (baş tutması) üçün xərclənir. Sofar UK(Birləşmiş Krallıq) və İrlandiyada konsertlərində bəzi məhşur, sevilən ifaçıların çıxışı da baş tutub. Bunlara James BayHozierEmeli SandéWill Young, Tom Odell, ShuraBenjamin Clementine, aktyor Robert Pattinson, Wolf AliceBastille  Lianne La Havas aiddir. Yazdıqlarım arasında xüsusilə James Bay, Hozier (hər 2 müğənninin Sofar çıxışlarını dinləmək üçün sadəcə adlarına klikləmək yetər) , Tom Odell dinləyən və sevən biri olaraq həmin konsertlərin necə gözəl olduğunu təsəvvür edə bilirəm. Əsasən konsertlərdə dinləyici normal konsertdəkindən az olur. İnsanda sanki dostlarıyla canlı musiqi dinlədiyi doğma bir yerdəymiş kimi bir hiss yaşadır. Sofar konsertləri ayda ən azı 1dəfə keçirilir. Sofar konsertlərini fərqli edən həm də konsertin keçirilmə yeridir. Belə ki, konsert ağlınıza gələn hər yerdə keçirilə bilir. Bu kiçik bir otaq, hansısa evin damı və ya adi bir geyim magazası belə ola bilər. Sonra konsertlər Sofar-ın youtube kanalına yerləşdirilir. Bu da o deməkdir ki, siz müxtəlif şəhərlərdən heç tanımadığınız bəlkə də, en sevdiyiniz olacaq ifaçını dinləmə imkanına sahibsiniz. 
SofarBaku/ Sofar Bakı. 2016-cı ildən fəaliyyət göstərir. Sofar Bakının rəhbəri Rəşad Nəzərlidir. 
http://dreamhigh-happyday.blogspot.com/
Sofarın rəsmi vebsaytı: https://www.sofarsounds.com 
Rəsmi instaqram səhifəsi və hər şəhərin rəsmi Sofar instaqram hesabı mövcuddur. 
Növbəti yazım SofarBakı-nın son konserti haqda olacaq. Həmin konsertdə mən də dinləyici idim. Buna görə də xüsusilə fikirlərimi məhz o yazıda sizinlə bölüəşəcəm.
Sofar ifaçılarını diqqətlə dinləyin. Kim bilir gələcəkdə nə baş verəcək. Bəziləri xatirələrə çevrilir, Bəziləri əfsanəyə.

Monday, July 30, 2018

HOOVERPHONIC

Yalnız gözəl musiqi başqa heç nə.
http://dreamhigh-happyday.blogspot.com/

Qrup 1995-ci ildə Belçikada yaranıb. Qrup yalnız 2000-ci illərdə məşhur ola bilib. Qrupun ilkin adı Hoover olub. Ancaq sonradan  eyni adda qrup artıq vardı deyə və eyni adda tozsoran şirkəti olduğuna görə, adla bağlı yaranabiləcək hər hansı rəsmi problemin qarşısını almaq üçün qrupun adını Hooverphonic olaraq dəyişiblər. 
Sizə daha qəribə bir məlumatı yazım, belə ki əslində qrupda solo ifaçı qrupdan çıxdığı zaman qrupların çoxu üçün bu son deməkdir. Bu qrupda isə belə deyil. Qrupda yalnız dəyişməz qalan 2 üzv var:
  • Alex Callier  bas gitar, programming (1995–indiyə qədər)
  • Raymond Geertz – əsas gitara (1995–indiyə qədər)
Keçmiş qrup üzvləri
  • Esther Lybeert – əsas vokal(1995–1996)
  • Frank Duchêne – keyboards (tuşla çalınan alətləri çalan şəxs. məs. piano və sair. (1995–1998) (qeyd. Keyboards- əgər bu sözün tərcüməsini düzgün verə bilmədiyimi düşünən musiqi biliyi olan biri varsa daha dolğun tərcüməni rəy olaraq qeyd edərsə şad olaram.
  • Liesje Sadonius – əsas vokal (1996–1997)
  • Kyoko Bartsoen – əsas vokal (1997)
  • Geike Arnaert – əsas vokal (1997–2008)
  • Noémie Wolfs – əsas vokal (2010–2015)
  • Luka Cruysberghs – əsas vokal (2018–hazırda/ indiyə qədər)
Qrupun "2Wicky" adlı mahnısı Bernardo Bertolucci-nin 1996-cı ildə çəkdiyi  " Stealing Beauty"/Gözəlliyi oğurlamaq adlı filmində, çoxunuzun bildiyi " I Know What You Did Last Summer / Mən sizin keçən yay nə etdiyinizi bilirəm" adlı filmdə və Heights adlı filmdə soundtrack kimi istifadə olunub. 
Qrupun belə çox solist dəyişməsinə görə qrupun dinləyiciləri də sevdikləri solistə görə fərqlənir. Əksəriyyət isə Geike A. və Noémie W. məhz bu 2 əsas vokalistlərə görə qrupu sevir. Qrupu Noémie Wolfs ilə işləyərkən əvvəlki mahnıları fərqli tərzdə yenidən təqdim edib. Bu da dinləyiciyə müqayisə fürsəti verir. 
Mən qrupu Noémie Wolfs-un əsas solist olduğu mahnılarıyla tanıyıb, bəyənmişəm. Bəyənmək sadəcə adi söz gələ bilər. Bəzən hamımızda olur. Təsadüfən çox gözəl mahnı qarşına çıxır. Bundan sonra isə həmin qrupun başqa belə mahnısını tapmısansa özünü çox sirli, gözəl və gizli bir şey tapmış kimi hiss edirsən. 
http://dreamhigh-happyday.blogspot.com/
Geike Arnaert-in solistli zamanı. 
Qrupun öz yaradıcılığının zirvəsini yaşadığı isə mənə görə 2012-ci ildə baş tutmuş  Koningin Elisabethzaal- dakı (Antverpendə yerləşir) konsertləridir. Böyük orkestrın müşaət etdiyi konsert ağ-qara rənglərdə lentə alınıb. Bu isə konsertə bir başqa rəng qatıb. Mahnıların da həmin ab-havaya uyğunluğu ilə ortaya çox gözəl bir iş çıxır. Sadəcə təəssüflənirəm ki, bu konserti canlı izləyə bilməmişəm. Noémie Wolfs-un qrupdan qarşılıqlı razılaşma ilə qrupu t ərk etdiyi üçün bir də belə bir konserti eyni zövqlə izləmək mümkün olmayacaq. Sizinlə həmin konsertdən yalnız ən sevdiyim mahnılar olan videolarını paylaşacam. Ağ-qara filmə baxmış kimi hiss edəcəksiniz.
Qrupu ilk kəşfim məhz "Mad about you" mahnısı ilə oldu. Sonra mahnının Geike Arnaert-nın ifasında da dinlədim. Hər iki ifa və oxu tərzi tam fərqlidir. Hər ikisi də özlüyündə çox gözəl alınıb. ilk olaraq Geikü A. nın ifasını dinləyək.

Qeyd edim ki, klip də fərqlidir. "Amalfi" mahnısını bəyənirəm. Çox pozitiv və tez yadda qalan mahnıdır. 


 Aşağıdakı isə "Mad about you" mahnısının Noémie Wolfs-nın ifasında olan versiyadır.



Noémie Wolfs, bu qadının səsini ifa tərzini çox bəyənirəm. Səsində sanki fərqli və sevdiyim bir cazibə var. "Eden" mahnısını da mütləq dinləyin. "Eden" mahnısını da ilk olaraq Geike ifa edib və klipi belə var. (Klipi izləmək üçün rəngli yazını klikləyin). Bu dəfə ilk ifa tərzi ilə elə də çox fərq yoxdur. 
 "2Wicky"- bu mahnı bu qədər filmlərə soundtrac olursa, deməli onu siz də dinləməlisiniz. 1996-cı ilin mahnısını da beləcə dinləmiş olacaqsınız. Bu mahnının da ilkin versiyası fərqlidir. Klipi də fərqli və maraqlıdır. Təbii ki mən yenə hansı versiyanı sevdiyimi deməyə ehtiyac duymuram. Tam bir canlı dinləniləsi mahnıdır.   (ilkin versiyanı dinləmək və klipini izləmək üçün mahnının adını klikləyin)

Hooverphonic qrupu 2018-ci ildə öz yeni solistini də təqdim edib. Luka Cruysberghs The voice of Vlaanderen yarışmasının qalibidir. Niyə The voice of Belgium yox? Çünki Belçikada 2 Voice proqramı var. Luka-nın 18 yaşı var. Mən Lukanın solist olduğu qrupun yeni "Romantic" mahnısını dinlədim Mahnıda Hooverphonic havası hiss olunur. Mahnını bəyəndim. Mahnını dinləmək üçün mahnının adını klikləyin.
http://dreamhigh-happyday.blogspot.com/

 Ancaq Lukanın ifasında "Mad about you" mahnısını heç bəyənmədim. Mahnın sehri onun ifasında sanki itmişdi. 
Hooverphonic fərqli təzriylə bəyəndiyim qrupdu. Əgər siz də qrupu bəyəndinizsə sizdən istəyim mahnını çox adamla paylaşmayın. Mən gözəl mahnıların heç də hamı tərəfindən bilinməyini və dinlənilməsini sevmirəm. Çünki bu mənə əlində hansı dəyərdə bir şey olduğunu bilməyən insana çox dəyərli nəsə vermək kimi gəlir. Okean Elzy- Obiymy mahnısı kimi. Bu mahnını indi bu tərz mahnılardan tamamilə uzaq olan insanların belə dinlədiyi görmək məni heç də sevindirmir. Mən bir mahnını daha az insanın bildiyini, dinlədiyini biləndə mahnı mənə daha çox hamının yox məhz anlayanın dinlədiyi üçün daha dəyərli xəzinə kimi gəlir.( Mahnıya neçə milyon izlənmə olmasından asılı olmayaraq ətrafınızda az insanın dinlədiyini bilmək- məhz bunu nəzərdə tuturam) Sizin də belə mahnılarınız və ya qrup varsa rəy bölməsinə adını yazsanız böyük maraqla dinləyərə. Fikrinizi mənimlə bölüşün, onlar dəyərlidir. 

Sunday, July 22, 2018

Sing Street

Siz keçmişdəsiniz, amma mən gələcəyi yazıram.



Filmin istehsal olunduğu il- 2016 
Rejissor: John Carney
Ssenari: John Carney
Filmin müddəti: 106 dəqiqə
Ölkə: İrlandiya, ABŞ(Amerika Birləşmiş Ştatları), BK (Birləşmiş Krallıq)
Filmin dili: İngilis dili
Büdcə: 4 milyon $
Qazanc: 13.6 milyon $
Filmdə çəkilmiş 
aktyor heyəti:                 Ferdia Walsh- Peelo          
                                       Lucy Boynto
                                      Maria Doyle Kennedy                                                Aidan Gillen
                                       Jack Reynor
                                       Kelly Thornton

Film İrlandiya, ABŞ və BK ortaq istehsalıdır. Filmdə hadisələr İrlandiyada cərəyan edir.
Bəzən ən gözəl iş məhz ən ümidsiz, ən pis həyatlarda ortaya çıxır. 
Film 80.illərdə gənc oğlanın ətrafında cərəyan edən hadisələri göstərir. Film keçmişə aidliyi və sadəliyi ilə diqqəti çəkir. Təkcə bu belə filmi izləmək üçün mükəmməl səbəbdir. Heç bir xəyalı olmayan oğlanın birdən elə arzuları yaranır ki, hər şey xəyal dünyasından reallığa doğru sürətlə keçir.

Filmin əsas qəhrəmanları yeniyetmələrdir. Hər biri də istər ailəsi, istər də ətrafı tərəfindən təcrid olunan gənclərdir. İrqinə, geyiminə, davranışına görə fərqlənən insanların təcrid olunduqları zaman belə bir həyatdan zövq almaq üçün bir yol tapmasını izləyəcəksiniz. Filmdə Jack Raynor (böyük qardaş rolunda) mənə nədənsə Nirvananın əfsanəvi solisti Kurt Cobain-i xatırladırdı. Əminəm ki, filmi izlədiyiniz zaman eynisini siz də düşünəcəksiniz.



 Film haqqında daha çox yazmağa ehtiyac yoxdur. Musiqini sevən,  kiçik bir yerdə ilişib qalsa da böyük xəyalları olan hər kəs izləsin. Bəlkə bu sizə xəyallarınızın arxasınca getmək üçün səbəb olar.  Ama möhtəşəm təsirli nəsə gözləyərək yox, film haqqinda heç nə oxuyub araşdırmadan açıb izləyin. Filmi hər şeyiylə o qədər çox bəyəndim ki, indicə baxdığımçün yazdığım zamankı qəribə sevinc və həyəcanımı yəgin təsəvvür edərsiniz. 
Bundan sonrasını isə yalnız filmi izlədikdən sonra yenidən yazıya qayıdıb oxumağı məsləhət görürəm. 
Filmdə irəliyə gedən ümidli 2gənc var. Həm də geridə qalanlar var. Geridə, həmin kiçik dünyada sadə insanlar arasında qalan bir adam seçilir. Əbədi arzularının xəyallara çevrilmiş forması içində yaşayacaq bir adam. 
Evin ilk oğlu. Filmdə əslində hər şey məhz onun üçün daha çətin idi. O həm kiçik qardaşının musiqi zövqünü formalaşdıran və onun əsas tənqidçisidir. Kiçik qardaşı həvəsləndirən və bu arzunu ona verən demək olar elə o özüdür. Onun qardaşı üzərində olan təsirini ilk andan hiss edəcəksiniz.  Kiçik qardaşın əsas dayağı, onun həyatının daha asan olmasının səbəbi də o özüdür. Filmdə kiçik ama mənə unudulmaz görünən hissə məhz bununla bağlı idi. Hər şeyin yoluna girdiyi üçün qardaşı üçün sevinsə də ortada bir həqiqət vardı. Kiçik qardaşı onun xeyalına doğru gedirdi. Onun ailəsinə qarşı bu yol üçün mübarizəsi boş, mənasız olmamışdı. O qardaşı üçün yol açmışdı. Təbii olaraq, o həm də buna görə kiçik üsyan da edir. Haqlı ancaq həm də buna baxmayaraq yenə də olduğu yerdə qalacaq insan. Onun üçün hər şey gec idi və o yenə qardaşının qanadları olmalıdır. Filmdə bu hissə sizə bəlkə də o qədər çox təsir etməzdi. Ancaq həmişə insan həyatında ən çox yer tutan: peşmanlıq və hər şeyin artıq gec olması. Bunları gördüyüm an üstündən sadəcə keçə bilmirəm. Çünki bu mənimçün insan həyatının ən pis dönüm nöqtəsidir. Sizlərə hər şeyi həmin anda yaşamağı və yalnız kiçik və gülümsətən peşmanlıqlar olan, mənalı həyat arzu etmək istədim. 
Image result for singstreet

Monday, January 1, 2018

Cem Adrian dinləyərək yazdım.

Keçən il nə qoyub keçdi

Related image
Resme baxanda qapıdan keçib çıxmaq istədiniz ya durub pəncərədən izləmək?
2017ni heç sevmədim. Uzun-uzun ədəbiyyat yaradıb, acı hekayələr danışmaq heç istəmirəm. Nə o məni sevə bildi, nə mən onu. Qarşılıqlı anlaşdıq 2018ə keçdik deyək. Yarı zarafat yarı ciddi. Bu il vaxt yoxluğunu daha çox problem edə bildim özümə. Dorian Greyin portreti kitabı ilə əslində günahın necə şirin ola bildiyini sadəcə oxumadım, hiss etdim. Ağıllı insan seçilmiş cümlələrlə sadəcə 10 dəqiqədə belə günahı sizə sadəcə sevdirməz, ən əsası sübhə və dünyanızın, düşüncələrinizin tam dəyişməsinə səbəb ola bilər. 

Image result for abstract painting
Bəlkə də dünyaya səhv tərəfdən baxmışam cümləsini hətta bir anlıq oxucuya belə düşündürə bilən bir güclü obrazı olan kitab düşünün. 2017nin bəxtinə düşən kitabı yay aylarında oxudum. Keçən ildə Alfred Adlerin Yaşamaq Sənəti kitabını da aldım. Amma oxumadım. Və bəlkə də heç vaxt oxumayacam. Seçimlərimiz bəzən məhz heç bir səbəbsiz olur ya da səbəbin kitaba dəxli olmur. 
Related image
Daniel Keyes in Elcernon üçün çiçəkləri-ni oxudum, çox lap çox bəyəndim və ən qəribəsi bu qədər çox bəyənməyim bitirməyim üçün səbəb ola bilmədi. Kitabları bəzən oxuyanda sanki məhz həyatımızın o anında oxuyaq deyə qarşımıza çıxıb, heç yazar da yazmayıb sadəcə haradansa məhz sən(biz ya da elə mən) o günlərini kimləsə söhbət, ya da bənzər kiçik həyat hekayələri ilə sənə, hisslərinə güzgü olan kitabı bitirmək bəzən düşündüyümüzdən çox daha çətin gəlir. Elcernonu bu ilə 2018ə keçən ilin hədiyyəsi kimi qəbul etdim. İnsanlar üçün əsl dəyərin nə olduğunu çox düşündüm və cavab heç də kitablar, öyrənərək böyüdüyümüz  reallıqların cavab olmayacağı kimi qarışıq cavablardan yenə suallar doğdu sualdan. Bir insan özü üçün belə tam bir sirdir, əminliklə arxasında dura biləcəyi çox az şey var. Zaman hər şeyi dəyişir. (insan buna daxil deyil o məhz dəyişimdən ən çox payını alandır.) Sonra SYML-Mr.Sandman mahnısını sevdim. Okean Elzi qrupunu özüm üçün kəşf etdim. Əslində bəlkə daha çox şey var amma, keçmiş nə qəribə şeydir ki, 1 il belə olsa 5il əvvəlki xatirələrlə birləşib bir bütün keçmiş olublar beynimdə artıq. Dəqiq olmağa çalışdığın zaman çox şeyi demirsən və çox düşünürsən. Bu il hamı kimi həm çox sevildim və həm də çox nifrət edilən oldum. Hamı üçün yaxşı anlayışının olmadığını özümə artıq qəbul etdirməkçün iri bir addım atdım. 
Image result for abstract painting
Ceron Devid Selincerdən Çovdarlıqda Uçurumdan Qoruyan kitabını oxudum. Kitab uzun müddətlik oxuyabilməmə problemi olan, vaxt azlığını bəhanə edə bilən mənim üçün çox tez təxminən 1həftəyə bitdi. Kitabda təmiz yeniyetmə oğlanı gördüm və ən sevdiyim isə adı oldu. Adı əsas obrazın təmizliyi göstərirdi, yalanların arxasında gizlənən saflıq vardı. Uşaq/yeniyetmə zəifliyi və acizliyini oxuanda hiss etdim. 17-18 yaş artıq böyümək deyil amma öz qərarlarını heç verə bilməmək də deyil, ikisinin arasında bir şeydir. Sonra tez Jose Saramago nun Korluq kitabını oxudum. O da sürətlə bitdi. 
Ölülərin yanından keçib onları görməmək insanların çoxdankı adətidir.(səh.361) 
Bilirsən biz hamımız hansı maddədən ibarətik- laqeydliklə alçaqllığın qarışığından. (səh.45)
Kitabdan mənə təsir edən cümlələri oxuduğum zaman seçmişdim. Bunlar da seçilmişlər içindən seçilənlər idi. Dünyada hər şey alış-verişdir ya mənası daha dərindir. -Cümləsi bəzən sizə də daha çox pulun açar olduğu yerdə düşündürücü gəlir mi?
Həyata bacardığımız qədər daha çox məna qatmalıyıq. İtməmkçün, ruhumuzu, düşüncələrimiz itirməməkçün. Bugünkü yazımı Cem Adrian sayəsində yazdım. Gecə Cem Adrian dinləyən insan necə düşüncələrlə yaza bilərsə,musiqinin təsiri ilə hansı ab-havayla, düşüncələrlə yaza bilərsə məhz elə də yazdım. 2017də Cem Adrian sevdim. Yazdığım anda isə Geçecek(Keçəcək), Gidemem (gedə bilmərəm) və Tut elimi (əlimi) mahnılarını dinlədim. ən azı bir cümlədə özünüzü tapdınızsa, ortaq cəhətimiz oldu deməkdir. 
Image result for abstract painting
Qış günbatımı kimi bir resm.Solğun ama rengarəng

Wednesday, November 22, 2017

Orijinaldan daha yaxşı Cover. Volume 1

Həmişə ilklər ən gözəl olmur.
https://dreamhigh-happyday.blogspot.com/

  Biz həmişə orjinalların ən gözəli olduğunu düşünmüşük. İstər kitab baxımından, istər film və ya mahnı olsun. Ancaq bəzən bir mahnının coverini eşitdiyin zaman mahnıda orjinaldan fərqli, sanki tam başqa yeni bir şey tapırsan. Sanki orjinal olmasaydı, orjinalı eşitməsən, bu cover deyil deyəcəksənmiş kimi hiss etdirir. Cover mahnının orjinalını kölgədə belə qoya bilir. 
Bu cover üzərində işləyən insanların istedadından asılıdır. Orjinalı sevilən mahnını cover etmək xüsusi bacarıqdan əlavə həm də güclü duyumu və hissləri birləşdirib musiqini korlamadan dəyişməkdir, ona özündən nəsə qatmaqdır. Gəlin mənim sevdiyim mənə təsir etməyi bacaran mahnı coverlərini(kavrlar) və orjinallarını dinləyib müqayisə edək.
1.  İlk olaraq The NBHD( Neighbourhood-un qısa forması) dən bir cover seçdim. İlk dinlədiyim zaman cover olduğunu bilmirdim və öyrənən kimi orjinalını da axtarıb tapdım. Ancaq bu versiyanın yeri tam başqadır. Əslində The NBHD mahnının mashup  formasını yaradıb. Mashup- mahnıları birləşdirib yeni 1 şey yaratmaq. "Cry me a river/ Say my name" .  Destiny's child  qrupunun səsləndirdiyi versiyanı/"Say my name"  (Bilməyənlər üçün Destiny's Child qrupunun əsas ifaçısı Beyoncé olub və məhz bu qrupda məşhurlaşıb.) Justin Timberlake-in "Cry me a river" mahnısını qarısdırıb yeni və sevdiyim bir mahnı çıxaran The NBHD qrupu həm də mənim kimi araşdırmağı sevən insanların bu iki mahnını xatırlaması və ya bu mahnıları da ilk dəfə üçün dinləməsinə şərait yaratdı. 

2. "Eyes, Nose, Lips" mahnısına Epik High-dan Tablo-nun cover/kavr-ı da mükəmməllər içindədir. Həm əsas versiyanı və həm də bu versiyanı dinləməyi məsləhət görürəm. Qeyd edim ki mahnının ifaçısı Bigbang qrupundan Taeyang-dır və Tablonun rep cover/kavr-ında da yenə Taeynag mahnını səsləndirir. 
3. Jeff Buckley "Calling you". Bu mahnı və Jeffin Cover-i haqda Jeff Buckley haqqında yazdığım yazını oxusanız məlumat ala biləcəksiniz.  
                                    
4. Mad World - Jasmine Thompson. Mahnının orjinal versiyasını Gary Jules ifa edib. Mən hər iki versiyanı da çox sevirəm. 

                                 
5. Wicked Games Charlotte Cardin. Mahnı XX əsrin mahnısıdır. Əsas ifaçısının adını bəlkə eşitməmisiniz ancaq bu mahnınıəminəm ki eşitmisiniz. Həm də məhz onun- Chris İsaak in ifasında eşitmisiniz. (İfaçının adını klikləyərək orjinalı dinləyin)

                           
6. Unlike Pluto - No Scrubs ft. Joanna Jones. Mahnının orjinalı yenə XX əsrin mahnısının cover-idir. Amerika qrupu TCL (mahnının orjinalı üçün qrupun adını klikləyin) No scrubs mahnısını eşitsəm açığı bəyənməzdim. Amma cover-i sevdim. 
Bu arada ən möhtəşəmi ən sona saxladım. Sona qədər dinləyin hər mahnını. 
7. Taka (One Ok Rock qrupunun solisti) - Hello. One Ok Rock mənim çox sevdiyim yapon rok qrupudur. One Ok Rock qrupuna şans vermək istəyən oxucu qrupun adına klikləyərək sevimli qrupum haqda məlumat və əsası ən sevdiyim mahnılarını dinləyin. 
Qrupun solisti Taka məşhur müğənni Adele-in Hello mahnısını çox gözəl oxuyub. 
8. Ən sona ən əfsanı mahnını saxladım. (təbii ki mənim üçün) Mahnını yaxşıca araşdırdığım zaman çox təəccüblənmişdim. Orjinal və indiki versiya arasında yeganə ortaq cəhət sanki mahnının sözləridir. Əvvəla qeyd edim ki Mr. Sandman- əsasən nağıllarda istifadə olunan sehrli obraz olub. Adının mənasında qumadam olmasının səbəbi isə gözə sehrli qum töküb insana şirin, sehrli yuxu verməsinə inanılmasıdır. Mahnının ilk versiyası  Vaughn Monroe tərəfindən ifa edilib. Ardınca eyni ildə  The Chordettes qrupu da ifa edib. (xüsusuilə bu versiyanı bəyənmirəm. Zövqlər müxtəlifdir ;)) Hər iki versiya üçün ifaçı/qrupun adını klikləyin.  Mahnının yaşı da az deyil. mahnı 1954-cü ilin mahnısıdır. Mənim adına uyğun sehrini hiss etdiyim versiyanı isə SYML ifa edib. 
Mahnını dinləyəndə real dünyanı unuduram. Belə hiss etdirə bilən musiqi çox azdır. Ən sevdiyim mahnını da sizilə bölüşdüm, daha nə istəyirsiz ki . Musiqidən zövq alın ;) 

Sunday, July 2, 2017

Sing/İfa et/Oxu

Animasiya cizgi filmi.http://dreamhigh-happyday.blogspot.com/

Bu animasiya filmi izləməyə dəyər edən pozitiv olmasıdır və izlədiyiniz zaman əylənəcək, bol enerjili, xoş bir gün yaşayacaqsınız. Animasiyanın digər bir üstünlüyü isə orada qəhrəmanların oxuduğu mahnılardır. İzlədiyiniz zaman ən azı 1 sevdiyiniz mahnını eşitmək belə üzünüzdə təbəssümün səbəbi ola bilər. Hər janrda mahnı eşidə biləcəksiniz. Çünki bu mahnı yarışması haqqında olan animasiyadır. Bu animasiya filmi bizi yeni səslərin kəşfinə dəvət edir. Qeyd edim ki, filmdə məşhur ifaçıların  60-dan çox mahnısı oxunub. Bundan əlavə orijinal olaraq bu animasiya filmi üçün  Stevie Wonder və Ariana Grande "Faith"/"İnam" adlı mahnını duet şəklində ifa edib. Etiraf edim ki, mənim üçün filmdəki qəhrəmanların mahnıları daha xoşdur. 
Animasiyada hadisələr heyvanların dünyasında baş verir. Burada heyvanlar əslində sadəcə görünüşünə görə belədir. Yəni hər şey bizim dünyada baş verir sadəcə insanlar əvəzinə heyvanlar var. 
http://dreamhigh-happyday.blogspot.com/
Bu aralar bu animasiya filmləri arasında insanlar yerinə heyvanların insan kimi davranması və qəhrəmanlar da daxil hər kəsin heyvanlar olaraq təsviri çox məşhurdur. Bu animasiya mənə özünü sevdirə bildi. Ailənizlə və ya dostlarınızla izləyə bilərsiniz.
http://dreamhigh-happyday.blogspot.com/
 Animasiyamızda hər şey koala Buster Moon kiçikliyində atası ilə teatrda opera şousu izlədiyi zaman başlayır. 
Balaca Buster üçün səhnə, işıqlar gözqamaşdırıcı bir dünya kimi görünür və o həmin gündən artıq özünə yeni gələcək xəyalları qurur. Koala  Buster Moon artıq şou-biznesə qatılmaq arzusu ilə böyüyür və atasının köməyi ilə məhz o həmin məşhur teatr binasını ala bilir. Bir zamanlar insanların növbəyə girdiyi bu bina artıq heç də əvvəlki şöhrətinə uyğun deyil. 
http://dreamhigh-happyday.blogspot.com/
Heç də hər şey xəyallardakı kimi olmur. Buster Moon borc içindədir və işçilərindən onun yanında yalnız yaşı 200-ü keçmiş 1 gözü taxma olan yaşlı kərtənkələ qadın var. (sizə də ilk oxuduğunuz zaman cümlədəki qadın sözü qəribə gəlsə də izləyəndə normal qəbul edəcəksiniz). Bank ondan aldığı krediti geri istəyir, əks təqdirdə onun teatr binasına əl qoyacaqlarını bildirirlər. Vəziyyəti düzəltmək məqsədilə isə kiçik koala öz varlı dostundan atasının özünün yeni səs yarışmasına sponsor olmasını istəyir. Koala bunun son şansı olduğunu anlayaraq sonda öz bütün olanını ortaya qoyur və nəticədə səs yarışmasının qalibinə 1000$ mükafat verməyi qərara alır. Ancaq katibəsi kərtənkələnin səhvi ucbatından elana 100.000$ mükafat veriləcəyi yazılır. Cəmi 1 neçə əlavə sıfır hər şeyi kökündən dəyişir. Hər şeydən xəbərsiz Buster Moon elanın verilməsindən 1 gün sonra binanın qarşısında uzanıb gedən böyük növbəni görəndə özünə inamı yenə də artır. Əlbəttə ki, Buster Moon mükafatın həcmindən xəbərsiz olduğu üçün əvvəlcə buna təəccüblənir ancaq bəlkə də bu sadəcə oxumaq həvəsli insanlardır. Bəs həqiqəti öyrənəndə o nə edəcək? 
http://dreamhigh-happyday.blogspot.com/
 Bu qədər heyvanın gəldiyi yarışma isə çox əyləncəli iştirakçılar sayəsində bizə zövq verir. 
http://dreamhigh-happyday.blogspot.com/
Ancaq digər tərəfdən isə bu yarışmaya həmişə gizli oxuma arzusu ilə yaşayan qəhrəmanlarımız da qoşulur. Hər biri hekayəyə ayrı rəng qatır. 
http://dreamhigh-happyday.blogspot.com/
Animasiyanın səslənməsini də məşhur Hollywood aktyorları öz üzərinə götürüb. Bu da aktyorları sevən film həvəskarlarının diqqətini çəkmək üçün əla seçimdir. Gəlin əsas rolları səsləndirən aktyorları tanıyaq.
1.Matthew McConaughey koala Buster Moon rolu ilə.
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/

2.Reese Witherspoon ev qadını donuz 25 uşaq anası (inanın) Rosita rolunu səsləndirib.
http://dreamhigh-happyday.blogspot.com/
Rosita qarşımıza ümidsiz ev qadını kimi çıxır. 25 uşaqla başqa bir məşğuliyyət də mümkün olmur. Rozita tez-tez evdə gəncliyində necə gözəl səsi olduğunu desə də uşaqları ona gülür və yoldaşı da onun sözünü dəstəkləmir. 
http://dreamhigh-happyday.blogspot.com/

Bu onun üçün ümidsizliyə qapılmaq idi. Ancaq o nəhayət həmin səs yarışmasının elanını görür və içində yenidən bir ümid doğur. Lakin onun 25 uşağını qoyacağı bir dayə yoxdur. Bəli heç bir dayə 25 uşağa baxmaq istəmir. Bəs Rozita nə edəcək? Mənim ən sevdiyim ikinci qəhrəmanımız məhz Rozita idi. Rozita kimi 25 uşağı olmasa da 😄,😆dünyanın hər yerində özünü onun kimi arzularını bir kənara qoyub uşaqlarına baxan və gəncliyindən və arzularından 1 işıq ili qədər uzaq hiss edən ev qadınları yetərincə çoxdur. 
3. Kirpi Ash obrazını isə Scarlett Johansson səsləndirib. 
http://dreamhigh-happyday.blogspot.com/Ash punk rock/rok musiqi ifaçısıdır. O yeniyetmədir və yaxşı gitara çalmağı bacarır. Yarışmaya öz sevgilisi ilə gəlib. Bu yarışma yeniyətməyə nə verəcək? Onun həyatını hansı yeniliklər gətirəcək? 
4. Tori Kelly isə fil Meena (Mina) obrazını səsləndirib. 
http://dreamhigh-happyday.blogspot.com/Mina isə səhnə qorxusu olan gəncdir. O sadəcə gözlərini yumanda və ya tək olanda oxuya bilir. Çox gözəl səsi olsa da bunu ailəsindən başqa heç kim bilmir. Ailəsində ən çox onun müğənni olmasını babası istəyir. Amma onun üçün hər şey elə də asan olmayacaq.
5. Seth MacFarlane isə yadda qalan obrazlardan olan siçan Mike(Mayk)-ı səsləndirir. Mayk özündən çox razıdır. 
http://dreamhigh-happyday.blogspot.com/Buradakı çoxun dərəcsini isə siz animasiyanı izlədiyiniz zaman biləcəksiniz. Ancaq Maykın özündən razılığına baxmayaraq onun çox gözəl səsi sizi keçmiş jaz havasına qaytaracaq. O həm də gözəl saksafon ifa edir. Siçanın səsi özünə görə çoox böyükdür. 
http://dreamhigh-happyday.blogspot.com/Image result for John C. Reilly as Eddie, a sheep6. John C. Reilly isə varlı ailənin tək övladı  qoyun Eddie obrazını səsləndirir. Edie hər şeyi olsa da həyatda onu maraqlandıran heç nə yoxdur. Buster Moon un ən yaxın və yeganə dostudur. Eyni zamanda onun nənəsi Busterin uşaqlıq xəyallarının əsas səbəbkarı  Nana Noodleman-dır. 
http://dreamhigh-happyday.blogspot.com/Image result for Jennifer Saunders  nana
http://dreamhigh-happyday.blogspot.com/Image result for Jennifer hudson nana Nana Noodleman obrazını isə 2 fərqli aktrisa səsləndirib. Gənc Nana nı Jennifer Hudson, yaşlı Nananı isə Jennifer Saunders səsləndirib. Burada hər iki aktrisanın adının eyni olması diqqətimi çəkdi.

http://dreamhigh-happyday.blogspot.com/Image result for Nick Kroll gunter7. Nick Kroll şou yönümlü rəqs sevgisi ilə seçilən donuz Gunter obrazını səsləndirir. O həmişə şən donuzdur və onun pozitivliyi sizə də keçəcək. Rozitanın səhnə partneri olur. 





Ən sevdiyim obrazı və səsi sona saxladım. Təbii ki bu uzun yazının sonuna qədər gələ bilmisinizsə sizi təbrik edirəm. 😎
http://dreamhigh-happyday.blogspot.com/johnny taron egerton sing movie
8. Taron Egerton isə yeniyetmə qorilla  Johnny/Coni obrazını səsləndirir. 
http://dreamhigh-happyday.blogspot.com/

Qorillanı animasiyada karizmatik göstərməyi bacarıblar! Səsi isə insanı heç yormur. Şirin səsi ilə mən ən çox onu bəyəndim. Coninin problemi isə odur ki, onun atası oğru dəstəsinin lideridir və öz oğlunu gələckdə bu dəstənin yeni lideri etmək istəyir. Belə bir ata üçün oğlunun müğənni olması mümkün belə deyil. 

Bu animasiyanı izləməyi hər birinizə tövsiyə edirəm. İndi isə ən sevdiyim mahnıları sizinlə bölüşüm. İlk olaraq animasiyada çox kiçik 1dəqiqəlik bir zümzümə şəklində eşidəcəyiniz mahnını dinləyin.
Bundan sonra İsə animasiyadan sonra dilimə düşən və çox sevdiyim digər bir mahnı və yenə də taron Egerton un ifasında. 
Animasiyadan olan digər mahnıların videolarını isə paylaşmıram. Çünki belədə filmin dadı, duzu qaçar. İzləyərək spoi-siz dinləmək ən gözəlidir. 
http://dreamhigh-happyday.blogspot.com/
Sonda Buster Moon teatr binasının əvvəlki məşhurluğunu qaytara biləcəkmi? Bu arada animasiya filmində ən az sevəcəyiniz və hərəkətlərinə görə bəzən yanınızda olsun deyə düşünəcəyiniz isə o kiçik siçan Mike/Mayk olacaq. 
Musiqinin eşidilməsi və sevilməsi üçün bəzən çox bir şeyə ehtiyac olmur. Böyük dekorlar, möhtəşəm səhnəyə ehtiyac yoxdur. Sadəcə 1 səhnə və səni qaranlıqda aya çevirən işıq yetər. Geriyə isə səsin və bacarığınla parlamaq qalır. -Koala Buster Moon-un yox mənim fikrimdir. Siz də aşağıda rəy bildirməyi unutmayın.
http://dreamhigh-happyday.blogspot.com/

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...