Showing posts with label Comedy Movies. Show all posts
Showing posts with label Comedy Movies. Show all posts

Sunday, July 2, 2017

Sing/İfa et/Oxu

Animasiya cizgi filmi.http://dreamhigh-happyday.blogspot.com/

Bu animasiya filmi izləməyə dəyər edən pozitiv olmasıdır və izlədiyiniz zaman əylənəcək, bol enerjili, xoş bir gün yaşayacaqsınız. Animasiyanın digər bir üstünlüyü isə orada qəhrəmanların oxuduğu mahnılardır. İzlədiyiniz zaman ən azı 1 sevdiyiniz mahnını eşitmək belə üzünüzdə təbəssümün səbəbi ola bilər. Hər janrda mahnı eşidə biləcəksiniz. Çünki bu mahnı yarışması haqqında olan animasiyadır. Bu animasiya filmi bizi yeni səslərin kəşfinə dəvət edir. Qeyd edim ki, filmdə məşhur ifaçıların  60-dan çox mahnısı oxunub. Bundan əlavə orijinal olaraq bu animasiya filmi üçün  Stevie Wonder və Ariana Grande "Faith"/"İnam" adlı mahnını duet şəklində ifa edib. Etiraf edim ki, mənim üçün filmdəki qəhrəmanların mahnıları daha xoşdur. 
Animasiyada hadisələr heyvanların dünyasında baş verir. Burada heyvanlar əslində sadəcə görünüşünə görə belədir. Yəni hər şey bizim dünyada baş verir sadəcə insanlar əvəzinə heyvanlar var. 
http://dreamhigh-happyday.blogspot.com/
Bu aralar bu animasiya filmləri arasında insanlar yerinə heyvanların insan kimi davranması və qəhrəmanlar da daxil hər kəsin heyvanlar olaraq təsviri çox məşhurdur. Bu animasiya mənə özünü sevdirə bildi. Ailənizlə və ya dostlarınızla izləyə bilərsiniz.
http://dreamhigh-happyday.blogspot.com/
 Animasiyamızda hər şey koala Buster Moon kiçikliyində atası ilə teatrda opera şousu izlədiyi zaman başlayır. 
Balaca Buster üçün səhnə, işıqlar gözqamaşdırıcı bir dünya kimi görünür və o həmin gündən artıq özünə yeni gələcək xəyalları qurur. Koala  Buster Moon artıq şou-biznesə qatılmaq arzusu ilə böyüyür və atasının köməyi ilə məhz o həmin məşhur teatr binasını ala bilir. Bir zamanlar insanların növbəyə girdiyi bu bina artıq heç də əvvəlki şöhrətinə uyğun deyil. 
http://dreamhigh-happyday.blogspot.com/
Heç də hər şey xəyallardakı kimi olmur. Buster Moon borc içindədir və işçilərindən onun yanında yalnız yaşı 200-ü keçmiş 1 gözü taxma olan yaşlı kərtənkələ qadın var. (sizə də ilk oxuduğunuz zaman cümlədəki qadın sözü qəribə gəlsə də izləyəndə normal qəbul edəcəksiniz). Bank ondan aldığı krediti geri istəyir, əks təqdirdə onun teatr binasına əl qoyacaqlarını bildirirlər. Vəziyyəti düzəltmək məqsədilə isə kiçik koala öz varlı dostundan atasının özünün yeni səs yarışmasına sponsor olmasını istəyir. Koala bunun son şansı olduğunu anlayaraq sonda öz bütün olanını ortaya qoyur və nəticədə səs yarışmasının qalibinə 1000$ mükafat verməyi qərara alır. Ancaq katibəsi kərtənkələnin səhvi ucbatından elana 100.000$ mükafat veriləcəyi yazılır. Cəmi 1 neçə əlavə sıfır hər şeyi kökündən dəyişir. Hər şeydən xəbərsiz Buster Moon elanın verilməsindən 1 gün sonra binanın qarşısında uzanıb gedən böyük növbəni görəndə özünə inamı yenə də artır. Əlbəttə ki, Buster Moon mükafatın həcmindən xəbərsiz olduğu üçün əvvəlcə buna təəccüblənir ancaq bəlkə də bu sadəcə oxumaq həvəsli insanlardır. Bəs həqiqəti öyrənəndə o nə edəcək? 
http://dreamhigh-happyday.blogspot.com/
 Bu qədər heyvanın gəldiyi yarışma isə çox əyləncəli iştirakçılar sayəsində bizə zövq verir. 
http://dreamhigh-happyday.blogspot.com/
Ancaq digər tərəfdən isə bu yarışmaya həmişə gizli oxuma arzusu ilə yaşayan qəhrəmanlarımız da qoşulur. Hər biri hekayəyə ayrı rəng qatır. 
http://dreamhigh-happyday.blogspot.com/
Animasiyanın səslənməsini də məşhur Hollywood aktyorları öz üzərinə götürüb. Bu da aktyorları sevən film həvəskarlarının diqqətini çəkmək üçün əla seçimdir. Gəlin əsas rolları səsləndirən aktyorları tanıyaq.
1.Matthew McConaughey koala Buster Moon rolu ilə.
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/

2.Reese Witherspoon ev qadını donuz 25 uşaq anası (inanın) Rosita rolunu səsləndirib.
http://dreamhigh-happyday.blogspot.com/
Rosita qarşımıza ümidsiz ev qadını kimi çıxır. 25 uşaqla başqa bir məşğuliyyət də mümkün olmur. Rozita tez-tez evdə gəncliyində necə gözəl səsi olduğunu desə də uşaqları ona gülür və yoldaşı da onun sözünü dəstəkləmir. 
http://dreamhigh-happyday.blogspot.com/

Bu onun üçün ümidsizliyə qapılmaq idi. Ancaq o nəhayət həmin səs yarışmasının elanını görür və içində yenidən bir ümid doğur. Lakin onun 25 uşağını qoyacağı bir dayə yoxdur. Bəli heç bir dayə 25 uşağa baxmaq istəmir. Bəs Rozita nə edəcək? Mənim ən sevdiyim ikinci qəhrəmanımız məhz Rozita idi. Rozita kimi 25 uşağı olmasa da 😄,😆dünyanın hər yerində özünü onun kimi arzularını bir kənara qoyub uşaqlarına baxan və gəncliyindən və arzularından 1 işıq ili qədər uzaq hiss edən ev qadınları yetərincə çoxdur. 
3. Kirpi Ash obrazını isə Scarlett Johansson səsləndirib. 
http://dreamhigh-happyday.blogspot.com/Ash punk rock/rok musiqi ifaçısıdır. O yeniyetmədir və yaxşı gitara çalmağı bacarır. Yarışmaya öz sevgilisi ilə gəlib. Bu yarışma yeniyətməyə nə verəcək? Onun həyatını hansı yeniliklər gətirəcək? 
4. Tori Kelly isə fil Meena (Mina) obrazını səsləndirib. 
http://dreamhigh-happyday.blogspot.com/Mina isə səhnə qorxusu olan gəncdir. O sadəcə gözlərini yumanda və ya tək olanda oxuya bilir. Çox gözəl səsi olsa da bunu ailəsindən başqa heç kim bilmir. Ailəsində ən çox onun müğənni olmasını babası istəyir. Amma onun üçün hər şey elə də asan olmayacaq.
5. Seth MacFarlane isə yadda qalan obrazlardan olan siçan Mike(Mayk)-ı səsləndirir. Mayk özündən çox razıdır. 
http://dreamhigh-happyday.blogspot.com/Buradakı çoxun dərəcsini isə siz animasiyanı izlədiyiniz zaman biləcəksiniz. Ancaq Maykın özündən razılığına baxmayaraq onun çox gözəl səsi sizi keçmiş jaz havasına qaytaracaq. O həm də gözəl saksafon ifa edir. Siçanın səsi özünə görə çoox böyükdür. 
http://dreamhigh-happyday.blogspot.com/Image result for John C. Reilly as Eddie, a sheep6. John C. Reilly isə varlı ailənin tək övladı  qoyun Eddie obrazını səsləndirir. Edie hər şeyi olsa da həyatda onu maraqlandıran heç nə yoxdur. Buster Moon un ən yaxın və yeganə dostudur. Eyni zamanda onun nənəsi Busterin uşaqlıq xəyallarının əsas səbəbkarı  Nana Noodleman-dır. 
http://dreamhigh-happyday.blogspot.com/Image result for Jennifer Saunders  nana
http://dreamhigh-happyday.blogspot.com/Image result for Jennifer hudson nana Nana Noodleman obrazını isə 2 fərqli aktrisa səsləndirib. Gənc Nana nı Jennifer Hudson, yaşlı Nananı isə Jennifer Saunders səsləndirib. Burada hər iki aktrisanın adının eyni olması diqqətimi çəkdi.

http://dreamhigh-happyday.blogspot.com/Image result for Nick Kroll gunter7. Nick Kroll şou yönümlü rəqs sevgisi ilə seçilən donuz Gunter obrazını səsləndirir. O həmişə şən donuzdur və onun pozitivliyi sizə də keçəcək. Rozitanın səhnə partneri olur. 





Ən sevdiyim obrazı və səsi sona saxladım. Təbii ki bu uzun yazının sonuna qədər gələ bilmisinizsə sizi təbrik edirəm. 😎
http://dreamhigh-happyday.blogspot.com/johnny taron egerton sing movie
8. Taron Egerton isə yeniyetmə qorilla  Johnny/Coni obrazını səsləndirir. 
http://dreamhigh-happyday.blogspot.com/

Qorillanı animasiyada karizmatik göstərməyi bacarıblar! Səsi isə insanı heç yormur. Şirin səsi ilə mən ən çox onu bəyəndim. Coninin problemi isə odur ki, onun atası oğru dəstəsinin lideridir və öz oğlunu gələckdə bu dəstənin yeni lideri etmək istəyir. Belə bir ata üçün oğlunun müğənni olması mümkün belə deyil. 

Bu animasiyanı izləməyi hər birinizə tövsiyə edirəm. İndi isə ən sevdiyim mahnıları sizinlə bölüşüm. İlk olaraq animasiyada çox kiçik 1dəqiqəlik bir zümzümə şəklində eşidəcəyiniz mahnını dinləyin.
Bundan sonra İsə animasiyadan sonra dilimə düşən və çox sevdiyim digər bir mahnı və yenə də taron Egerton un ifasında. 
Animasiyadan olan digər mahnıların videolarını isə paylaşmıram. Çünki belədə filmin dadı, duzu qaçar. İzləyərək spoi-siz dinləmək ən gözəlidir. 
http://dreamhigh-happyday.blogspot.com/
Sonda Buster Moon teatr binasının əvvəlki məşhurluğunu qaytara biləcəkmi? Bu arada animasiya filmində ən az sevəcəyiniz və hərəkətlərinə görə bəzən yanınızda olsun deyə düşünəcəyiniz isə o kiçik siçan Mike/Mayk olacaq. 
Musiqinin eşidilməsi və sevilməsi üçün bəzən çox bir şeyə ehtiyac olmur. Böyük dekorlar, möhtəşəm səhnəyə ehtiyac yoxdur. Sadəcə 1 səhnə və səni qaranlıqda aya çevirən işıq yetər. Geriyə isə səsin və bacarığınla parlamaq qalır. -Koala Buster Moon-un yox mənim fikrimdir. Siz də aşağıda rəy bildirməyi unutmayın.
http://dreamhigh-happyday.blogspot.com/

Sunday, June 4, 2017

Sən

HƏR ŞEY SƏN'DƏN BAŞLAYIR.

dreamhigh-happyday.blogspot.com
  Suallara boğun bəzən özünüzü. Niyə? sualı həyatda ən çox haqqında düşündüyümüz sualdır, deyil mi? Gəlin başlayaq.
  Mən anlamıram. İnsanlar niyə bezmir. niyə eyni yerlərə gedirlər. Niyə həmişə harasa bağlı qalırlar. Niyə dəyişmirlər. Geyim və yemək üçün yaşayırıq. - bunu qəbul edin əvvəl. Sonra nə isə etmək haqqında düşünün. Əvvəl olduğunuz formanı qəbul etmək lazımdır. İnsanlar üçün necə də xoşdur, məqsədini övladına bağlamaq. Buna mən sadəcə bəhanə kimi baxıram. Ona verməyə çalışdığını əvvəl özün yaşamalısan. Bacararsan? Cəhd etmisən? Bu cümləni isə bu mənada daha dərindən anlamaq olur. 
Ya olduğunu kimi görün
Ya göründüyün kimi ol.
Mövlana.
Mən göründüyünüz kimi olmağınızı istəyərdim. Çünki haqqında danışdığınız özünüz  o qədər dürüstdür, mehribandır. Necə gözəl görünür sözlər o anlarda ağzından çıxanda, elə adam var kim olduğunu bilməsəm inanardım. Atın bu ikililiyin daşını. Yorğun olarsınız bəsdir hər şeyi cəmiyyətin, dünyanın, sistemin boynuna atdınız. Etməliyəm deyə bir şey yoxdur. Danışdığınız o cəmiyyət, dünya, sistem hər biriniz (hər birimiz) ilə bir bütün olub. Dəyişin. Danışmazdan əvvəl həmişə göründüyünüz kimi olduğunuza əmin olun. 
dreamhigh-happyday.blogspot.com
Bəzən və çox vaxt uşaq kimi olun. Təmiz və olmalı olduğumuz kimi. Dünya səni dəyişməsin. Çünki yolun ən sonunda anlayacaqsan ki, səni dəyişən dünya, ya nifrət etdiyin onlar deyil, SƏN və sənin SEÇİMlərindir. Daha yaxşı olmaq seçimlər arasında yoxdursa daha pis olmağı seçmə. Biz hamımız müəyyən mənada yaxşı insanıq və eyni zamanda pis insanıq. Bu cümlələr tək sənə, ya sizə ya mənə aid deyil. Bizim hamımıza aiddir. Şablonu sevmirəm, Ümidvaram şablon olmadı. fikirləriniz hər zaman maraqlıdır.
Bu arada, bu yazı üçün şəkil seçərkən, 13 Reasons Why- adlı serial diqqətimi çəkdi. Treyler maraqlı gəldi. Baxanlar fikir bildirsin ki, mən izləsəm haqqında burda yazı yaza bilim. Amma sadəcə seriala baxıb fikriniz dəyişməyin, yazının yazılma səbəbini düşünün. Uzun, yorucu işə qrafikinizə baxmayaraq düşünməyi unutmayın. Bizi robotdan fərqləndirən budur. Bu bacarığımızı inkişaf etdirək. Düşünməyi yadırğamayın. Özünüzə yaxşı baxın. Blogger dostlarımın yadında olmaq belə yazmaq üçün əla motivasiyadır. 
dreamhighhappydayblogspot.com

Friday, February 5, 2016

The Voice Azerbaijan/ Səs Azərbaycan

Ən sevdiyim tv yarışması.http://dreamhigh-happyday.blogspot.com/

   The Voice yarışmasının fərqli ölkələrdə olan versiyaları içindən ən layiqli yerlərdən biri məhz Azərbaycanın The Voice/Səs yarışmasıdır. Düzünü desəm hələ yarışma proqramını tvdə gördüyüm zaman da maraqlı olacağını düşünürdüm.

_47A0471.jpg
 Ancaq, gözlədiyimdən də möhtəşəm bir layihə ortaya çıxdı. Yarışmaçıların hər birinin mükəmməl səsi və istedadı var. Münsiflərin işi həqiqətən də çox çətindir. Bunu sadəcə şablon tərif kimi yazmıram. Əminəm ki, proqramı izləyənlərin çoxu mənim bu fikirlərimlə razılaşar. Bu qədər gözəl və yaxşı ifalar, səslər məni çox sevindirir. 
_47A0210.jpg

Elə ilk səsvermə günündən yarışmadan çıxan iştirakçılara görə nə qədər kədərləndim. Yarışmanın döyüş/battle hissəsində isə bəzən hər iki ifaçının qalmağını istəyirdim. Ən əsası isə izləyici olaraq verilişdən zövq alıram. 
http://dreamhigh-happyday.blogspot.com/
Yarışmanın münsiflər heyəti: xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev və əməkdar artistlər Tünzalə Ağayeva və Manana Caparidze-dir. 
Münsiflərdən Faiq Ağayevin iradlarını xüsusilə bəyənirəm. Çox vaxt da izləyici olaraq eyni düşünürəm.
Mənim ən sevdiyim iştirakçılar. Yəgin ki, siyahıya baxıb başqa kimsə qaldımı deyə düşündünüz. :)) Hələ siyahını azaltmışam. ;)

Sunday, September 13, 2015

Anime İzləmək istəyirəm..

Anime Fanı olmağa Könüllü Axtaranlar üçün.

http://dreamhigh-happyday.blogspot.com/2015/05/one-ok-rock.html
Hamıya salam. Burda yazı olaraq paylaşacaq dərəcədə anime izləmək istəyirəm.! Ancaq problem o məni hər bölüm daha da özünə bağlayacaq anime i tapa bilməməkdir. Azdan çoxdan demək olar ki, bütün məşhur animeləri tanıyıram və hadisələri baş qəhrəmanlarını bilirəm. Ən sevdiyim anime desəniz- Cavabım Digimon və Death Note olar. Əlbəttə ki, bu ikisinin yeri ayrıdır. Xüsusilə yaponların animelərə çox ciddi yanaşmasını sevirəm. Məsələn Death Note soundtrackları ən məşhur filmlərin belə soundtracklarından daha yaxşıdır. O dərəcə keyfiyyətlidir. Mövzuya layiq soundtracklarla sözsüz ki, məşhur olmalı idi. Death Note uşaqlıqdan bəri serial şəklindəki anime ləri izləməyən biri olaraq məni özünə bağladı. 
Soundtracklarını telefona yükləmişəm və tez-tez həmin soundtrackları dinləyirəm. Uzun-uzun yazmaq istərdim ancaq death note yazısında daha geniş yazaram. 
Bu yazının məqsədi anime izləyənlərdən anime məsləhəti almaqdır. Death Note dan sonra heç bir anime diqqətimi o qədər cəlb etmir. Death note dan daha möhtəşəm ancaq 200-300 bölüm kimi uzun olmayan bir anime bilirsinizsə yazın. Yəgin ki, yazacağınız anime lərin də çoxunun haqqında oxuşuş, araşdırmış olacam buna görə də sizdən xahişim spoisiz anime haqqındakı düşüncələrinizi filan yazmağınızdır. Death Note dan sonra romantik bir anime ə baxa bilməzdim. Bənzər anime də olmur, çünki təkrarçılığa qarşıyam. Soyuqqanlı obrazların olduğu anime olsun istərdim. Ancaq izləyəndə bu da fantastikanı da keçib deyəcək dərəcədə xəyal dünyamızın sərhədlərini aşmasın. Yəni anime lərdə ən sevdiyim tam olaraq dünyadan fərqli bir dünyanı bizə təqdim etmələridir. 
Bu cür səhnələr olan anime lərdən uzağam.
Xarakterim elədir ki, çox romantik olan film ya anime fərq etməz xüsusilə çox şablondursa baxmayacam. Ancaq eyni zamanda hər dəqiqə ölüm, qan, vəhşilik də insanı darıxdırır. Həm də iyrənc görünür. Ən əsası isə, buna baxmaq üçün psixoloji problemli olmaq lazımdır. İzləyən varsa, bunu təhqir kimi qəbul etməsin sadəcə bənzər bir şeyə baxmaq axır əvvlə insana mənfi təsir edər. (soldan yuxardakı şəkli nəzərdə tuturam)
Ağıllı oyunları olan, şablonlardan uzaq (ki yaponlar üçün bu çox da çətin deyil) və davamlı anime izləyicisi olmağım üçün də çox anormal qətl və qan dolu da olmamalıdır. Romantik sevmirəm deyil sadəcə həddində. O həddin hansı hədd olduğunu düşünənlər üçün deyim ki, cavabını tam bilmirəm. Hər halda bütün dünyası sevgilisindən ibarət bir anime izləyə bilməyəcəm. Komediya janrında anime tam olaraq necə olardı, izləyə bilərəmmi bilmirəm. Bir sözlə ən böyük problemim özüməm :D Bu dəfə mən sizə izləmək üçün məsləhət vermirəm, məsləhət alıram. Ümidvaram yazdıqlarım sizə çox qəribə gəlmədi. Ən əsası ümidvaram çoxlu məsləhət olan animelərlə bağlı fikirləriniz olan bol rəylər alaram bu yazıdan. Ən çox da Tokyo ghoul və Blech diqqətimi çəkir. Ancaq son zamanlar normal yeni serial, filmə belə baxmağa həvəsim yoxdur. Buna görə də başlayacağım anime keyfiyyətcə orta olsa əminəm ki, yarımçıq qalacaq. Anime sevərlər həmişə könüllü anime izləmək xüsusilə də fan/otaku dərəcəsində olacağı bir anime istəyən insan hələm-hələm çıxmaz. Bu fürsəti qaçırmayın. :D Vaxt ayırıb başdan sonadək oxuyanlar-(plus rəy yazanlar;) oxuduğunuz üçün sağ olun. Rəy/Comment/yorum yazmadan getməyin, fikirləriniz mənim üçün dəyərlidir. ^_^
http://dreamhigh-happyday.blogspot.com/

Not: Narutoya bir bölüm baxıb atmışam. Sizin bu haqda da fikrinizi bilmək istərdim. ;)

Wednesday, September 9, 2015

2013 Sentyabr ayında.

Bir Bloqun doğum günü olursa.

http://dreamhigh-happyday.blogspot.com/

dreamhigh-happyday.blogspot.com  İlk bloqu açanda, ya da ilk yazını yazanda nə düşündüyümü özüm də tam xatırlamıram. Sadəcə yazmaq istədim. Bəyəndiyim Koreya dramalarından məlumat vermək istədim. Qeyd edim ki, Koreya və kpop, k-drama, kmovie haqqında azərbaycanca ilk bloqun sahibiyəm. ^_^ 

 Amma elə ilk gündən yalnız koreya ilə məhdudlaşmamağını qərara almışdım. Məhz buna görə də, ad olaraq da fərqli ad seçdim. Dream High Happy Day- tərcüməsi çoxlarınız üçün aydındır. Bir mimdə də bu haqda yazmışdım. Bloqu davamlı izləyicilər bunu artıq bilir. 

Saturday, August 22, 2015

Bir Fransız Filmi İzləmək İstəsəniz..

Eyjafjallajökull - adını bilmədiyim o ən sevdiyim komediya filmi deyəcəksiniz.!

   Bu filmi ilk dəfə aztv də izləmişdim. Maraqsız bir film olacağını gözləyirdim ancaq tam yanıldım. Ən sevdiyim şablon komediya filmlərindən fərqlənməsi idi. Yenə baş rollar kişi və qadın idi. Ancaq maraqlı obrazlar düşünülmüşdü. Yəni, şablonu fərqli təqdimat sayəsində filmi mütləq izləniləsilər sırasına daxil edə bilərsiniz.  Təsəvvür edin film bitdiyi an mən onu internetdə yalnız baş rolların sayəsində tapa bildim. İngiliscə film haqqında demək olar məlumat tapmadım. Wikipediada belə ingiliscə məlumat yoxdur. Tərcüməsini bilmədiyim bu film son zamanlarda baxdığım ən çox güldürən komediya filmidir. Filmin adı İslandiyada yerləşən bir vulkandan (vulkan dağından) götürülüb.

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...