Showing posts with label bloggers. Show all posts
Showing posts with label bloggers. Show all posts

Monday, July 15, 2019

Uzun Aradan Sonra

Strangers/Yadlar
http://dreamhigh-happyday.blogspot.com/


Salam. Upuzun aradan sonra yenidən yazmaq istəyiylə başlayıram yazıya. Ancaq blog da, hər işimiz də özlüyündə elə insanlara bənzəyir. Blogu yazmağı, oxunmağını və heç tanımadığım insanların fikirlərini oxumağı sevirəm. Yazılarıma gələn fikirlər və kiçik söhbətləri də sevirəm. Bu həm çox yaxşı tanıdığın həm də heç tanımadığın dostunla vaxt keçirməyə bənzəyir. 
Vaxtınızın çoxunu 1 insanla keçirdiyinizi düşünün. Sonra birdən müxtəlif milyon səbəbdən 1-i məhz sizin rastınıza çıxanına görə bu insanla uzaqlaşırsınız. Bu sevgi, dost, qonşunuz və ağlınıza oxuduğunuz an gələcək ilk insanın elə özüdür. Yenidən səbəblər aradan qalxır və siz həmin insanla görüşürsünüz. Amma nəsə yolunda deyil. İlk andan bu hissi qova bilmirsiniz. Bu insanla söhbətə can atan hissinizə baxmayaraq eyni zamanda çox güclü 1 qopma hiss edirsiniz. Həm deyəsi çox sözünüz var, həm də ağzınızı hər açanda nədənsə heç də lazım olan kəlmələr gəlmir. Həmişə soyuq, qoruyucu və mehribanmış kimi göstərməyə çalışılma hissi sizdən əl çəkmir. Nəsə düz deyil ancaq nə? 
Uzun müddətli uzaqlaşılan insanlar haqdakı qarşınıza çıxan milyon cümlənin hər biri indi özlüyündə sizə daha mənalı gəlir. Siz onu yaşayırsınız. Qarşınızdakı insan keçmişdən gələn çox doğma xatirələrinizi yada salır. Ancaq o an anlayırsınız ki bu insan sizin üçün artıq tam da köhnə tanış olub. Yəni daha aydın və uyğun söz isə YAD -dır. Siz danışa bilmirdiniz çünki onu məhz indiki onu tanımırsınız. Bunu isə çox lap dərindəki düşüncələriniz sizə deyirdi. Bu hissin yadlıq hissinin qarşılıqlı olması isə vəziyyəti daha çətin ya da bəlkə də daha asan hala salır. Ona görə çətin ki, yenidən söhbətə başlamaq və eyni yaxınlıq, doğmalığı qazanmaq çox ağır yük kimi hiss etdirir. Asanlığı isə budur ki, siz asanlıqla hər şeyi geridə qoyub unuda bilərsiniz. Beyninizdə bu insanın yeri hər hansı çox sevdiyiniz filmlə eyni rəfə girən xatirəyə çevrilər. 
Yenə mən bloqa yazmağın necə hiss etdirdiyini sizə fərqli tərzdə yazdım. Həmişə mənim nümunələrim bu cür fərqli olur. Belə, bura qədər oxuyub gəldinizsə istəyimi sizlə bölüşə bilərəm. Mənə bloga yenidən yazmağıma dəstək olucu, yadlaşmadan burda yazılarımı oxuya biləcək rəyiniz (comment/yorum) lazımdır. 
Qısa qeyd: Əslində çox dinlədiyim və hədsiz sevdiyim mahnılar paylaşmaq istəmişdim. Amma olmadı. Sanki çox gizli və çox dəyərli olduqlarını hiss etdim. İndi isə mənə siz öz Ən çox hiss edərək dinlədiyiniz mahnının və bu aralar dinlədiyiniz mahnının adını yazsanız möhtəşəm bir şey etmi olarsınız. 

Bu yazını bu mahnı sədaları altında gecə 4 radələrində səssiz şəhərin sükutunu arada pozan maşın səslərinin müşayiəti ilə yazdım. Sevərək oxumağınız ümidi ilə fikirlərinizi gözləyəcəm. 

Sunday, May 5, 2019

Bloggerlik

  Blog və problemlərim.
http://dreamhigh-happyday.blogspot.com/

Əvvəla uzun zamandır yaza bilməmə səbəbim haqda xüsusilə yazmalıyam. Təsadüfən bəyənərək pulsuz şablon (theme) yükləmişdim bloguma və uzun müddət də heç bir problem olmamışdı. Ancaq bir gün bloga google dan girməyə çalışanda blogumun google tərəfindən təhlükəli saytlar siyahısına daxil olunduğunu gördüm. Bəlkə də siz də o vaxtlar bunu görmüsünüz. Renklitirtil blog adli Zühal dadıma yetişdi. Bağlanma təhlükəsi olan blogun probleminin məhz neçə müddətdir problem yaratmayan şablon linki olduğunu bilmirdim. Blogu başqa linkə yönləndirirmiş. Bu xoşagəlməz hadisə sayəsində bloggerliyin dost qazandırdığını bir daha görmüş oldum. Bir müddət bloqumdan işlərimlə əlaqədar ayrı qalıb yazmağa vaxt tapmadığım müddət ərzində blogun bağlanma təhlükəsi mənə çox pis təsir etmişdi. Nəhayət Zühalın köməyi ilə blogumu geri gətirə bildim. Nəhayət yaz-yay ayları da gəlir. Yenə yazılarımla gələcəm. Ümidvaram oxuyub zövq alarsınız.  

http://dreamhigh-happyday.blogspot.com/

Monday, August 27, 2018

Sofar Sounds

Sofar Baku.

Arzuladığım konsert.http://dreamhigh-happyday.blogspot.com/


  İnsanları o qədər müxtəlif səbəblərdən bölürük ki, bunlardan biri də konsert və musiqiyə olan münasibətləridir. Bəzi insanlar konsert zaman ucadan mahnını ifaçı ilə oxumağı, dostları ilə musiqi haqqında dinləyərkən söhbət etməyi sevir. Ancaq digərləri musiqi başladığı andan sadəcə dinləmək və o an sadəcə musiqini düşünmək, yanında kimin olduğunu belə düşünmədən məhz həmin an yalnız musiqidən zövq  almağa üstünlük verir. Məncə artıq 2. tip insan olduğumu təxmin etdiniz. Sofar məhz belə insanlar üçündür. SOFAR- Songs From A Room. (Bir Otaqdan Gələn Mahnılar)
  Qısaca yaranma tarixinə baxsaq: 2009-cu il Londonda Rocky Start, Rafe Offer, Dave Alexander (Roki Start, Reyf Ofə, Deyv Aleksandr) tərəfindən qurulub. Onlar bir Friendly Fires konsertində ucadan danışanlar, içki şüşələrinin bir-birinə vurulma səsi və insanların mobil telefonlarına baxmalarından qıcıqlanıb və narahat olublar. Bundan sonra ilk Sofar konserti baş tutub. İlk olaraq özləri Aleksnadrın Londondakı mənzilində 5 mahnı ifa edib. Dinləyicilər isə yalnız yaxın 8 dost olub. Ancaq 2. konsertə daha çox insan gəlib. Sofar əsasən ağızdan ağıza məhşurlaşıb. 
Artıq Sofar 400-dən çox şəhərdə keçirilir. Sofarı fərqləndirən əsas bir neçə səbəb var. Bura gələn ifaçılar, qruplar əsasən elə həmin vaxtlar elə də məhşur olmur. İnsanları daha çox cəzb edən isə konsertin yeri və çıxış edəcək performerlərin adının yalnız 1gün əvvəl elan olunmasıdır. Konsertdə iştirak üçün isə siz Sofar-ın rəsmi saytından qeydiyyatdan keçməlisiniz. Ancaq bu kifayət deyil. Bundan sonrası bir az şans işidir. Belə ki qeydiyyatdan keçənlər arasından təsadüfi yolla konsertdə iştirak edəcək şəxslərə elektron poçt ünvanlarına (mail) seçildikləri, konsertin yeri və performerlərin adı olan mesaj gəlir. Konsertlərin təşkilində iştirak edənlər əsasən könüllülər olur. Konsert əsasən ödənişli olur. Bu ödəniş isə konsertin keçirilməsi (baş tutması) üçün xərclənir. Sofar UK(Birləşmiş Krallıq) və İrlandiyada konsertlərində bəzi məhşur, sevilən ifaçıların çıxışı da baş tutub. Bunlara James BayHozierEmeli SandéWill Young, Tom Odell, ShuraBenjamin Clementine, aktyor Robert Pattinson, Wolf AliceBastille  Lianne La Havas aiddir. Yazdıqlarım arasında xüsusilə James Bay, Hozier (hər 2 müğənninin Sofar çıxışlarını dinləmək üçün sadəcə adlarına klikləmək yetər) , Tom Odell dinləyən və sevən biri olaraq həmin konsertlərin necə gözəl olduğunu təsəvvür edə bilirəm. Əsasən konsertlərdə dinləyici normal konsertdəkindən az olur. İnsanda sanki dostlarıyla canlı musiqi dinlədiyi doğma bir yerdəymiş kimi bir hiss yaşadır. Sofar konsertləri ayda ən azı 1dəfə keçirilir. Sofar konsertlərini fərqli edən həm də konsertin keçirilmə yeridir. Belə ki, konsert ağlınıza gələn hər yerdə keçirilə bilir. Bu kiçik bir otaq, hansısa evin damı və ya adi bir geyim magazası belə ola bilər. Sonra konsertlər Sofar-ın youtube kanalına yerləşdirilir. Bu da o deməkdir ki, siz müxtəlif şəhərlərdən heç tanımadığınız bəlkə də, en sevdiyiniz olacaq ifaçını dinləmə imkanına sahibsiniz. 
SofarBaku/ Sofar Bakı. 2016-cı ildən fəaliyyət göstərir. Sofar Bakının rəhbəri Rəşad Nəzərlidir. 
http://dreamhigh-happyday.blogspot.com/
Sofarın rəsmi vebsaytı: https://www.sofarsounds.com 
Rəsmi instaqram səhifəsi və hər şəhərin rəsmi Sofar instaqram hesabı mövcuddur. 
Növbəti yazım SofarBakı-nın son konserti haqda olacaq. Həmin konsertdə mən də dinləyici idim. Buna görə də xüsusilə fikirlərimi məhz o yazıda sizinlə bölüəşəcəm.
Sofar ifaçılarını diqqətlə dinləyin. Kim bilir gələcəkdə nə baş verəcək. Bəziləri xatirələrə çevrilir, Bəziləri əfsanəyə.

Friday, August 3, 2018

Love Blog

Blogların gücühttp://dreamhigh-happyday.blogspot.com/

Blog oxumağı da, yazmağı da çox sevirəm. Bloq yazmağı boşluq, işsizlik kimi görənlərə isə yaxşı ki varsınız deyirəm. Niyə?- Çünki, onların sayəsində blog yazarları çox deyil. (mənə görə) Bir insan bloqdan nələr öyrənə bilər bir düşünək. Ən başlıcası qarşımda bir insanın təcrübələri var. Musiqi, film, kitab haqqında, və ya elə həyatın özü haqqında. Bu insan təcrübəsi nə qədər səmimi olursa o qədər çox oxuyuram. Bloq sayəsində haqqında heç nə bilmdiyim kitablar haqqında bilgim olur. İçlərindən bəyənəcəklərimi seçib oxuya bilirəm. Yeni mahnılar kəşf edirəm. Fərqli düşüncə tərzləri ilə tanış oluram.
http://dreamhigh-happyday.blogspot.com/
 Bloggerlər olaraq bir-birimizi çox yaxından tanımağa ehtiyacımız yoxdur. Sadəcə yazdığımız qədər tanıyırıq bir-birimizi. Ancaq bloq yazıları sayəsində  çoxdanın tanışı hissini verir. Bu hissəni də çox sevirəm. Bu tanımadığın hər hansı bir insanı müşahidəyə bənzəyir. Və ya tanımadığın insanla kiçik bir söhbətə, hansı ki o insanı heç tanımağa ehtiyac da yoxdur. Sanki bloqla tamam başqa dünyaya keçirəm. Bir toxunuşla dünyanın digər ucundakı bir insanın çox sevdiyin film haqqında eyni fikirləri bölüşdüyünü görə bilərsən. Bloqu hər kəsin yazmağını və bloq yazmağın dəb olmağını da heç istəmirəm. İnstaqram məsələn dəbdir. Hər istifadə edəndə  neçə saatımız gedir, amma çox lap çox vaxtımız getsə də düşünürəm ki son zamanlar xüsusilə reallığı itib. Az qala hər kəsin Cənnətə bənzər həyat yaşadığı yerdir İnstaqram. Çoxluq da şəkillərində effektlərlə dəyişikliklər edir. Və hər kəsin bir profili var. Dünya görüşü sənə uyğun olan, olmayan və ümumiyyətlə dünyagörüşü yox dərəcə olanlar. Bloq dünyası ancaq mənə görə elə deyil. Burda daha çox istədiyim, düşüncəmə uyğun yazılar tapa bilirəm. Özünə uyğun bloqları mütləq tapacaqsan. Bloq yazıb fikirlərimi, izlədiyim, dinlədiyim, oxuduqlarım haqqında təəssüratlarımı paylaşmağı da sevirəm. Siz də öz səbəbinizi yaza bilərsiniz, istər bloq yazarı, istər bloq oxuyucusu olaraq. 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...