Sunday, June 4, 2017

Sən

HƏR ŞEY SƏN'DƏN BAŞLAYIR.

dreamhigh-happyday.blogspot.com
  Suallara boğun bəzən özünüzü. Niyə? sualı həyatda ən çox haqqında düşündüyümüz sualdır, deyil mi? Gəlin başlayaq.
  Mən anlamıram. İnsanlar niyə bezmir. niyə eyni yerlərə gedirlər. Niyə həmişə harasa bağlı qalırlar. Niyə dəyişmirlər. Geyim və yemək üçün yaşayırıq. - bunu qəbul edin əvvəl. Sonra nə isə etmək haqqında düşünün. Əvvəl olduğunuz formanı qəbul etmək lazımdır. İnsanlar üçün necə də xoşdur, məqsədini övladına bağlamaq. Buna mən sadəcə bəhanə kimi baxıram. Ona verməyə çalışdığını əvvəl özün yaşamalısan. Bacararsan? Cəhd etmisən? Bu cümləni isə bu mənada daha dərindən anlamaq olur. 
Ya olduğunu kimi görün
Ya göründüyün kimi ol.
Mövlana.
Mən göründüyünüz kimi olmağınızı istəyərdim. Çünki haqqında danışdığınız özünüz  o qədər dürüstdür, mehribandır. Necə gözəl görünür sözlər o anlarda ağzından çıxanda, elə adam var kim olduğunu bilməsəm inanardım. Atın bu ikililiyin daşını. Yorğun olarsınız bəsdir hər şeyi cəmiyyətin, dünyanın, sistemin boynuna atdınız. Etməliyəm deyə bir şey yoxdur. Danışdığınız o cəmiyyət, dünya, sistem hər biriniz (hər birimiz) ilə bir bütün olub. Dəyişin. Danışmazdan əvvəl həmişə göründüyünüz kimi olduğunuza əmin olun. 
dreamhigh-happyday.blogspot.com
Bəzən və çox vaxt uşaq kimi olun. Təmiz və olmalı olduğumuz kimi. Dünya səni dəyişməsin. Çünki yolun ən sonunda anlayacaqsan ki, səni dəyişən dünya, ya nifrət etdiyin onlar deyil, SƏN və sənin SEÇİMlərindir. Daha yaxşı olmaq seçimlər arasında yoxdursa daha pis olmağı seçmə. Biz hamımız müəyyən mənada yaxşı insanıq və eyni zamanda pis insanıq. Bu cümlələr tək sənə, ya sizə ya mənə aid deyil. Bizim hamımıza aiddir. Şablonu sevmirəm, Ümidvaram şablon olmadı. fikirləriniz hər zaman maraqlıdır.
Bu arada, bu yazı üçün şəkil seçərkən, 13 Reasons Why- adlı serial diqqətimi çəkdi. Treyler maraqlı gəldi. Baxanlar fikir bildirsin ki, mən izləsəm haqqında burda yazı yaza bilim. Amma sadəcə seriala baxıb fikriniz dəyişməyin, yazının yazılma səbəbini düşünün. Uzun, yorucu işə qrafikinizə baxmayaraq düşünməyi unutmayın. Bizi robotdan fərqləndirən budur. Bu bacarığımızı inkişaf etdirək. Düşünməyi yadırğamayın. Özünüzə yaxşı baxın. Blogger dostlarımın yadında olmaq belə yazmaq üçün əla motivasiyadır. 
dreamhighhappydayblogspot.com

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...