Showing posts with label SofarBaku. Show all posts
Showing posts with label SofarBaku. Show all posts

Thursday, August 30, 2018

Sofar Baku concert/Sofar Bakı konserti

Musiqi..

http://dreamhigh-happyday.blogspot.com/
Həmin gündən xatirə şəkil.

Yayın sonunu məhz Sofar Bakı konserti ilə yekunlaşdırmaq- Bunu çox sevdim. Əslində Sofar haqqında elə ilk yazımda həm Sofarın öz tarixçəsi haqqında kiçik məlumat yazmaq, həm də Sofar Bakının son konserti barəsində və həmin konsertdən necə zövq aldığımı sizinlə paylaşmaq istəmişdim. Ancaq özlüyündə bir cümləyə belə güclə sığan məlumat və hisslərimi 1cə yazıya sığdırmaq çətin olardı. Sofar Bakıya əvvəllər heç vaxt dinləyici olmaq üçün qeydiyyatdan keçmirdim. Düşünürdüm ki, şansım gətirməz. Əvvəlki yazımı oxumusunuzsa dinləyicilərin təsadüfi yolla seçildiyini bilirsiniz (oxumayanlar geriyə qayıdıb əsas səhifədən oxuyub gəlsə çox mu şey istədim?) 
http://dreamhigh-happyday.blogspot.com/
SofarBaku-dan həmin o mail.
25 avqust- konsertdən 1 gün əvvəl həmin mail(meyl) gəldi. İlk görəndə inanmadım və SofarBaku instaqram səhifəsinə baxdım. Orda mail-lərinizi yoxlayın mesajını gördüm və əla. Seçilən dinləyicilərə aşağıdakı kimi bir mesaj gəlir. Konsertin yeri, performerlər bir gün əvvəldən və yalnız seçilən dinləyicilərə mail-də göndərilir. Çıxış 5 performer seçilib ki, bu da konsertin uzun olacağı demək idi. Konsertin məkanı isə Lunapark idi. Lunaparkda yere salınmış palazların üstündə oturub canlı musiqi dinləmək mənim üçün unudulmaz xatirə olaraq qalacaq. Konsertdə özümə səhnəyə yaxın yer seçdim, çünki qarşıda kiminsə söhbəti və sair. mənimlə səhnə və musiqi arasına girsin istəmirdim. 
Beləliklə konsert mail-də qeyd olunduğu kimi Vedad-ın çıxışı ilə başladı. İfaçı özü arada zarafatlar edərək, dinləyicilərin əhvalını musiqiyə hazırladı. Ümumilikdə yaxşı danışmağı bacaran, özünəinamlı insan təəssüratı bağışladı. İlk olaraq xalq mahnımız "Sarı gəlin"-i ifa etdi. Bu mahnını məncə sevməyən yoxdur. Sonra ifaçı dünyasını dəyişən xalasına mahnı həsr edib ifa etdi. Daha sonra oxuduğu mahnıları da müğənnin youtube kanalından bura əlavə edirəm.
Son olaraq isə müğənni Nigar ilə duet oxudular. Bu da maraqlı mahnı idi. Mən bəyəndim. Açığı bir az ifaçılardan Nigarın səsində ya ifasında izah edə bilmədiyim əksiklik hiss edirəm. Bu fikir xüsusilə mahnının əvvəllərində olur, sonlarına doğqu sanki hər şey normaldır. Hər halda bu mənim şəxsi fikrimdir. Vedad-da isə özünün də dediyi kimi Müslüm Maqomayev sənətindən bəhrələnib. Bundan əlavə mən ilk gördüyüm və səsini eşitdiyim andan nədənsə ağlıma Marilyn Manson gəldi. 
Bu çıxışdan sonra isə son zamanlar xüsusilə "Ey Gözəl" mahnısı ilə seçilən qrup The Half -ın sırası idi. 
http://dreamhigh-happyday.blogspot.com/

Əvvəlcə qrupun məhz bu mahnısını çox sevdiyimi qeyd etməliyəm. Klip olaraq isə qrup keçən əsrin sonlarından çox maraqlı filmdən kadrları seçiblər. Mahnını daha uğurlu edən səbəblərdən biri də düşünürəm ki, məhz bu seçimdir. Klipi unutmaq məncə mümkün olmayacaq. 
http://dreamhigh-happyday.blogspot.com/
konsertdən çəkdiyim şəkillərdən biri.

Təəssüf ki konsertdən daha çox şəkil çəkə bilmədim. Daha çox canlı musiqi dinləməklə məşğul idim. The Half rock (rok) qrupunun digər mahnılarını da canlı dinlədik. Yenə də canlı ifanı Sofar bakı-nın öz youtube kanallarına yerləşdirəcəkləri günü gözləyək. Canlı çıxışda qrupun bütün mahnılarını sevdim. Ümumilikdə həmin konsertdən bütün çıxışları Sofar Bakı-nın youtube kanalında paylaşmasını gözləyirəm. Həmin günü və musiqidən  zövq aldığım anları yenidən hiss etmək xoş olardı. Aşağıfakı paylaşdığım mahnının- "Neyniyim Qardaş"- canlı ifasını daha çox bəyəndim.
Digər mahnı "Sərxoş Qadın" mahnısı daha çox ilk notlarından kədər hiss etdirən gözəl mahnıdır. 
Təbii olaraq qrupun ən son və ən sevilən mahnısını sona saxladım. Qrupun son ifa etdiyi mahnı həm də onları tanımayanlara da tanıdan bir mahnıdır. Əvvəlcədən haqqında qeyd etdiyim "Ey Gözəl" mahnısıdır.  "Babamızın babasının babası" filmini izləməyən varsa məncə izləsin. 
The half qrupu konsertə bir rock konserti havası qatmışdı. Belə ki sakitcə oturub dinlədiyim konsertin yarısında artıq ayaqüstə idik. Tam da rock dinləyicisi və rock konserti kimi. 
The Half-dan sonra isə "East or West" qrupu çıxış etdi. Bu qrup daha çox milli və xarici mahnıları mix-i  və ya xarici populyar mahnıların milli alətlərimizlə ifası ilə seçilir. 
Konsert haqqında daha çox yazmaq istərdim amma təəssüf ki, saat 9-10 radələrində artıq yolu nəzərə alıb, konsert yerini tərk etməli oldum. Fikrimsə sonra çıxış edəcək "Ahmedovski trio" (qrupu dinləmək üçün adına klikləmək yetər)  və "Free from Four" qruplarında qaldı. Gözəl mahnı, qrup, konsert vaxtı musiqiylə bağlı hər cür fikrinizi, məlumatınızı bölüşün. Rəylər (comment/yorum) bölməsi bunun üçündür. Sona qədər oxuduğunuz üçün təşəkkür edirəm.

Monday, August 27, 2018

Sofar Sounds

Sofar Baku.

Arzuladığım konsert.http://dreamhigh-happyday.blogspot.com/


  İnsanları o qədər müxtəlif səbəblərdən bölürük ki, bunlardan biri də konsert və musiqiyə olan münasibətləridir. Bəzi insanlar konsert zaman ucadan mahnını ifaçı ilə oxumağı, dostları ilə musiqi haqqında dinləyərkən söhbət etməyi sevir. Ancaq digərləri musiqi başladığı andan sadəcə dinləmək və o an sadəcə musiqini düşünmək, yanında kimin olduğunu belə düşünmədən məhz həmin an yalnız musiqidən zövq  almağa üstünlük verir. Məncə artıq 2. tip insan olduğumu təxmin etdiniz. Sofar məhz belə insanlar üçündür. SOFAR- Songs From A Room. (Bir Otaqdan Gələn Mahnılar)
  Qısaca yaranma tarixinə baxsaq: 2009-cu il Londonda Rocky Start, Rafe Offer, Dave Alexander (Roki Start, Reyf Ofə, Deyv Aleksandr) tərəfindən qurulub. Onlar bir Friendly Fires konsertində ucadan danışanlar, içki şüşələrinin bir-birinə vurulma səsi və insanların mobil telefonlarına baxmalarından qıcıqlanıb və narahat olublar. Bundan sonra ilk Sofar konserti baş tutub. İlk olaraq özləri Aleksnadrın Londondakı mənzilində 5 mahnı ifa edib. Dinləyicilər isə yalnız yaxın 8 dost olub. Ancaq 2. konsertə daha çox insan gəlib. Sofar əsasən ağızdan ağıza məhşurlaşıb. 
Artıq Sofar 400-dən çox şəhərdə keçirilir. Sofarı fərqləndirən əsas bir neçə səbəb var. Bura gələn ifaçılar, qruplar əsasən elə həmin vaxtlar elə də məhşur olmur. İnsanları daha çox cəzb edən isə konsertin yeri və çıxış edəcək performerlərin adının yalnız 1gün əvvəl elan olunmasıdır. Konsertdə iştirak üçün isə siz Sofar-ın rəsmi saytından qeydiyyatdan keçməlisiniz. Ancaq bu kifayət deyil. Bundan sonrası bir az şans işidir. Belə ki qeydiyyatdan keçənlər arasından təsadüfi yolla konsertdə iştirak edəcək şəxslərə elektron poçt ünvanlarına (mail) seçildikləri, konsertin yeri və performerlərin adı olan mesaj gəlir. Konsertlərin təşkilində iştirak edənlər əsasən könüllülər olur. Konsert əsasən ödənişli olur. Bu ödəniş isə konsertin keçirilməsi (baş tutması) üçün xərclənir. Sofar UK(Birləşmiş Krallıq) və İrlandiyada konsertlərində bəzi məhşur, sevilən ifaçıların çıxışı da baş tutub. Bunlara James BayHozierEmeli SandéWill Young, Tom Odell, ShuraBenjamin Clementine, aktyor Robert Pattinson, Wolf AliceBastille  Lianne La Havas aiddir. Yazdıqlarım arasında xüsusilə James Bay, Hozier (hər 2 müğənninin Sofar çıxışlarını dinləmək üçün sadəcə adlarına klikləmək yetər) , Tom Odell dinləyən və sevən biri olaraq həmin konsertlərin necə gözəl olduğunu təsəvvür edə bilirəm. Əsasən konsertlərdə dinləyici normal konsertdəkindən az olur. İnsanda sanki dostlarıyla canlı musiqi dinlədiyi doğma bir yerdəymiş kimi bir hiss yaşadır. Sofar konsertləri ayda ən azı 1dəfə keçirilir. Sofar konsertlərini fərqli edən həm də konsertin keçirilmə yeridir. Belə ki, konsert ağlınıza gələn hər yerdə keçirilə bilir. Bu kiçik bir otaq, hansısa evin damı və ya adi bir geyim magazası belə ola bilər. Sonra konsertlər Sofar-ın youtube kanalına yerləşdirilir. Bu da o deməkdir ki, siz müxtəlif şəhərlərdən heç tanımadığınız bəlkə də, en sevdiyiniz olacaq ifaçını dinləmə imkanına sahibsiniz. 
SofarBaku/ Sofar Bakı. 2016-cı ildən fəaliyyət göstərir. Sofar Bakının rəhbəri Rəşad Nəzərlidir. 
http://dreamhigh-happyday.blogspot.com/
Sofarın rəsmi vebsaytı: https://www.sofarsounds.com 
Rəsmi instaqram səhifəsi və hər şəhərin rəsmi Sofar instaqram hesabı mövcuddur. 
Növbəti yazım SofarBakı-nın son konserti haqda olacaq. Həmin konsertdə mən də dinləyici idim. Buna görə də xüsusilə fikirlərimi məhz o yazıda sizinlə bölüəşəcəm.
Sofar ifaçılarını diqqətlə dinləyin. Kim bilir gələcəkdə nə baş verəcək. Bəziləri xatirələrə çevrilir, Bəziləri əfsanəyə.

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...