Showing posts with label New Movies. Show all posts
Showing posts with label New Movies. Show all posts

Sunday, July 22, 2018

Sing Street

Siz keçmişdəsiniz, amma mən gələcəyi yazıram.



Filmin istehsal olunduğu il- 2016 
Rejissor: John Carney
Ssenari: John Carney
Filmin müddəti: 106 dəqiqə
Ölkə: İrlandiya, ABŞ(Amerika Birləşmiş Ştatları), BK (Birləşmiş Krallıq)
Filmin dili: İngilis dili
Büdcə: 4 milyon $
Qazanc: 13.6 milyon $
Filmdə çəkilmiş 
aktyor heyəti:                 Ferdia Walsh- Peelo          
                                       Lucy Boynto
                                      Maria Doyle Kennedy                                                Aidan Gillen
                                       Jack Reynor
                                       Kelly Thornton

Film İrlandiya, ABŞ və BK ortaq istehsalıdır. Filmdə hadisələr İrlandiyada cərəyan edir.
Bəzən ən gözəl iş məhz ən ümidsiz, ən pis həyatlarda ortaya çıxır. 
Film 80.illərdə gənc oğlanın ətrafında cərəyan edən hadisələri göstərir. Film keçmişə aidliyi və sadəliyi ilə diqqəti çəkir. Təkcə bu belə filmi izləmək üçün mükəmməl səbəbdir. Heç bir xəyalı olmayan oğlanın birdən elə arzuları yaranır ki, hər şey xəyal dünyasından reallığa doğru sürətlə keçir.

Filmin əsas qəhrəmanları yeniyetmələrdir. Hər biri də istər ailəsi, istər də ətrafı tərəfindən təcrid olunan gənclərdir. İrqinə, geyiminə, davranışına görə fərqlənən insanların təcrid olunduqları zaman belə bir həyatdan zövq almaq üçün bir yol tapmasını izləyəcəksiniz. Filmdə Jack Raynor (böyük qardaş rolunda) mənə nədənsə Nirvananın əfsanəvi solisti Kurt Cobain-i xatırladırdı. Əminəm ki, filmi izlədiyiniz zaman eynisini siz də düşünəcəksiniz.



 Film haqqında daha çox yazmağa ehtiyac yoxdur. Musiqini sevən,  kiçik bir yerdə ilişib qalsa da böyük xəyalları olan hər kəs izləsin. Bəlkə bu sizə xəyallarınızın arxasınca getmək üçün səbəb olar.  Ama möhtəşəm təsirli nəsə gözləyərək yox, film haqqinda heç nə oxuyub araşdırmadan açıb izləyin. Filmi hər şeyiylə o qədər çox bəyəndim ki, indicə baxdığımçün yazdığım zamankı qəribə sevinc və həyəcanımı yəgin təsəvvür edərsiniz. 
Bundan sonrasını isə yalnız filmi izlədikdən sonra yenidən yazıya qayıdıb oxumağı məsləhət görürəm. 
Filmdə irəliyə gedən ümidli 2gənc var. Həm də geridə qalanlar var. Geridə, həmin kiçik dünyada sadə insanlar arasında qalan bir adam seçilir. Əbədi arzularının xəyallara çevrilmiş forması içində yaşayacaq bir adam. 
Evin ilk oğlu. Filmdə əslində hər şey məhz onun üçün daha çətin idi. O həm kiçik qardaşının musiqi zövqünü formalaşdıran və onun əsas tənqidçisidir. Kiçik qardaşı həvəsləndirən və bu arzunu ona verən demək olar elə o özüdür. Onun qardaşı üzərində olan təsirini ilk andan hiss edəcəksiniz.  Kiçik qardaşın əsas dayağı, onun həyatının daha asan olmasının səbəbi də o özüdür. Filmdə kiçik ama mənə unudulmaz görünən hissə məhz bununla bağlı idi. Hər şeyin yoluna girdiyi üçün qardaşı üçün sevinsə də ortada bir həqiqət vardı. Kiçik qardaşı onun xeyalına doğru gedirdi. Onun ailəsinə qarşı bu yol üçün mübarizəsi boş, mənasız olmamışdı. O qardaşı üçün yol açmışdı. Təbii olaraq, o həm də buna görə kiçik üsyan da edir. Haqlı ancaq həm də buna baxmayaraq yenə də olduğu yerdə qalacaq insan. Onun üçün hər şey gec idi və o yenə qardaşının qanadları olmalıdır. Filmdə bu hissə sizə bəlkə də o qədər çox təsir etməzdi. Ancaq həmişə insan həyatında ən çox yer tutan: peşmanlıq və hər şeyin artıq gec olması. Bunları gördüyüm an üstündən sadəcə keçə bilmirəm. Çünki bu mənimçün insan həyatının ən pis dönüm nöqtəsidir. Sizlərə hər şeyi həmin anda yaşamağı və yalnız kiçik və gülümsətən peşmanlıqlar olan, mənalı həyat arzu etmək istədim. 
Image result for singstreet

Tuesday, June 21, 2016

Harry Potter sevərlərin yeni filmi.

Fantastic Beasts and Where to Find Them.
http://dreamhigh-happyday.blogspot.com/
  Hər bir Harry Potter sevər kimi film haqqında gördüyüm ankı həyəcanımı, sevincimi, içimdəki qəribə qığılcımı təsəvvür edərsiniz. Film J. K. Rowling-in eyni adlı kitabı əsasında çəkilib. J. K. Rowling Harry Potter kitab seriyasının müəllifidir. Bu dəfə treylerində Harry potter soundtrackı eşitmək isə həyəcanımı ikiqat artırdı. İndi isə sizə bir az gözlədiyizdən fərqli yenilik deyim, film bu dəfə Harry və dostlarının deyil, Newt Scamander in macəralarını bizə göstərəcək. Ancaq bu da bir Harry Potter havası olduğundan izlənəcək. Ən azı mən izləyəcəm. Film 2016-cı il noyabrdan kinoteatrda yayımlanacaq. Azərbaycana da maksimum bir aydan sonra gələcəyini düşünür və ümid edirəm. Filmin azərbaycancada adı Fantastik heyvanlar(bədheybətlər) və onları harada tapmaq kimi tərcümə olunur. 
 Mən o köhnə dünya havasını treylerdən (trailer) artıq sevdim. 
dreamhigh-happyday.blogspot,com
Təxmin etdiyiniz kimi filmdə hadisələr XIX əsrdə (1926-cı il) cərəyan edəcək. İnşaAllah Harry Potter filmləri qədər şirin və maraqlı olar. Fantastik olacaq deyə film soyuq olmasın. Soyuq fantastik filmlər boldur. İçində dostluğa daha çox yer verilən Harry Potter ə bənzər film olsun istəyərəm. Doğrusu bu dəfə baş qəhrəmanımız məktəbli deyil, müəllim olacağı üçün hekayədə fərq mütləq olacaq. Bir də filmdə Harry Potter filmindən Dambledore u görmək ehtimalımız var, həm də bir az daha gənc olaraq. 
Hadisələr 1926-cı ildə Newt Scamander New Yorka, Amerika Birləşmiş Ştatlarına ABŞ Sehr Konqresinə gəlir. Burada o çox vacib bir şəxslə görüşməlidir. Treylerindən də görəcəyiniz kimi Newt Scamanderin artıq çox ağır bir məsuliyyəti var. Ona içi saysız sehrli bədheybətləri yaşadığı bir çamadan verilib. Çamadandan artıq bir neçə bədheybət dünyaya qaçıb. Yəgin ki, Newt Scamander həmin fantastik və təhlükəli canlıları geri qaytarmalıdır. Film haqqında çox da geniş bir məlumat yoxdur. Məlumat olduqca sizinlə bölüşərəm. Keçək aktyor heyəti ilə tanışlığa:
dreamhigh-happyday.blogspot.comFilmin baş rolu aktyor Eddie Redmayne-a həvalə olunub. Doğrusu bu aktyoru o qədər də bəyənmədim. (Filmi bir tərifləyib bir pislədiyimi düşünməyin, filmə yenədə baxacam) Üz qurluşumu( dodaqları xüsusilə) ya mimikası ilə mi bilmirəm azca məni filmdən uzaqlaşdırır. Amma ümidvaram filmi izləyəndə bu tərəddüdüm yox olar.
dreamhigh-happyday.blogspot.com

Aktrisa Katherine Waterston isə əsl həyatda və digər şəkillərdə daha gözəl və səmimi gəlir. Filmin treylerində sanki çox az görsəm də qısa saçlarına görədirmi bilmədim ancaq daha solğun görünürdü. O filmdə əsas qadın qəhrəman Porpentina "Tina" Goldstein obrazını canlandıracaq. Ümidvaram aranızda Goldstein familyasını gördüyü an George Orwel in 1984 kitabını(kitab haqqında yazı üçün kitabın adına basın/klikləyin/tiklayin) xatırlayanlar oldu. ;)
dreamhigh-happy.blogspot.com
Məni ən çox da fantastik filmdə gördüyümə təəccübləndirən isə aşağıda şəklini gördüyünüz aktyor Colin Farrell oldu.Aktyoru daha çox triller (thriller) janrındakı filmlərdə görməyə alışmış olsaq da bu filmdə fantastik filmdə öz bacarıqlarını göstərəcək. 
dreamhigh-happyday.blogspot.comAlison Sudol isə Porpentinanın kiçik bacısı Queenie Goldstein rolunu oynayacaq. 







Dan Fogler  isə filmdə Jacob Kowalski olaraq qarşımıza çıxacaq.
dreamhigh-happyday.blogspot.com
Bu da filmin treylerləri. Bu arada blogger dostlarım mənə bloga youtube-dan bloga video yükləməyin doğru olub olmadığı ilə bağlı (xüsusilə aşağıdakı film trailer i kimi rəsmi videolar) məlumat verməyinizi xahiş edirəm. Çünki çox axtarıb az məlumat tapdım bu haqda. (sona qədər oxuyan bütün bloqqer dostlarımdan cavab gözləyirəm)

İkinci treylerdə isə daha çox Harry Potter soundtrackı, ya da bənzər saundtrak diqqətimizi çəkir. 



Ümidvaram yorulmadan oxudunuz və filmi izlənəcəklər listinizə qeyd etdiniz. Özünüzə yaxşı baxın. Hələlik.

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...