THE NIGHT WATCHMAN, HIGH SCHOOL! LOVE ON, IT'S OK, THAT'S LOVE, FATED TO LOVE YOU, JOSOEN GUNMAN, MY SECRET HOTEL.- 2014ün reytingli yeni dramaları.
Salam. Bu yazımda bir drama haqqında məlumat vermirəm. Yazı daha rəngarəng olacaq, çünki adlarını gördüyünüz dramalar haqqında məlumat verəcəyəm. Həm də yormayacaq sizi bu yazım, eyni vaxtda 6 drama haqqında yazı oxumuş olacaqsınız. ^_^.
1.The Night Watchman- Gecə Keşikçisi./ A Diary of a Night Watchman/ A Journal of a Night Watchman- Bir Gecə Keşikçisinin gündəliyi.
İlk olaraq, bu dramanı çox sevdim. Bu dramanı bir başqa sevdim...
Baş rolda Yuma Nakayamanın olması sayəsində izlədim. Yuma nın ilk izlədiyim draması isə Vampire Boy/Koishite Akuma/Vampir Oğlan idi. Dramanın adına klikləməklə o drama haqqında da oxuya bilərsiniz. ;)
Piece adlı bu serial da çox maraqlıdır. Yuma baş rola çəkildiyi serialları əla seçir. Serial indiyə qədər baxdığınız seriallardan fəqrlidir. Biz hadisələri əsasən Suga adlı bir qızın dilindən öyrənirik. Və buna uyğun olaraq da dünyaya onun gözündən baxmış oluruq. Mən bu obrazı çox sevdim. Həm də çox gözəl qızdır.
Suga rolunu Tsubasa Honda oynayır. Tsubasa haqqında qısa yazım. doğum tarixi. 1992 İyunun 27 si.
boy: 166sm.
Bir az Park Shin Hye yə oxşayır. Çox vaxt dramalarda qızların rolu məni qıcıqlandırır. Amma bu rol yox. Çox hissə də onu anladım. Suga-chan sinifin ən yaxşı şagirdlərindəndir. (İnək də deyə bilərik =)- zarafat) Və həm də, özünə qapalıdır.
Bu serialda sevdiyim hissə odur ki, bizə sinif yoldaşı olmuş insanların, həyat fəlsəfəsini, dünyaya baxış tərzini göztərir. Və ən əsası onları anlayırıq. Suga-chan ideal bir övladdır. O nə valideynlərinin, nə də müəllimlərinin sözündən çıxmır. Suganın heç vaxt sevdiyi biri olmayıb. Burda Narumi ilə Suga nın ilk başda nə qədər fərqli insanlar olduğunu görürük. Ancaq sonra anlayacaqsınız ki, görünənlər hər şey deyilmiş. Serialı sevmək səbəbim reallığa çox oxşamasıdır. Düşüncələr, fəqrli insanlar.. Həyat seriallarda göründüyü qədər də asan deyil.. Hər kəsin özünə görə səbəbləri var. Sirrləri var. Və heç kim ağlına da gətirmir ki, başqaları da onun kimi ola bilər. Gözləmədiyimiz insanlardan gözləmədiyimiz hadisələr. Əslində uzun müddət eyni sinifdə sinif yoldaşı olduğunuz insanları nə qədər tanıyırsınız? - Bu serialda bu hissəni də çox sevdim. Sinif yoldaşların uzun müddət sonra görüşməsi anı.
Ancaq görüşmə səbəbləri kədərli bir hadisədir. Sinif yoldaşları xərçəng xəstləyindən dünyasını dəyişib. Suga bu görüş sayəsində keçmişə gedir xəyalən. Narumi ilə olan o qəribə münasibətlərinin olduğu xoşbəxt vaxtlarına.
Qəribə çünki, bu münasibət tam olaraq nə dostluq, nə də sevgi deyildi. Və ən əsası bu onların sirri idi. Bu iki nəfərin sirri. Ölən qızın anası Suga dan qızının keçmiş sevgilisinin kimliyini soruşur. Çünki qızı ona Suga nın ən yaxın dostu olduğunu demişdi.
Reallıq isə fəqrli idi. Suga ilə qızın aralarındakı dostluq yox idi. Heç vaxt danışmamışdılarda. Ancaq o zaman, Suga-chan ömründə ilk dəfə biri üçün bir şey etmək istəyir. Bu oğlanın kimliyini tapmaq. Bu yolda o çoxdandır görmədiyi sinif yoldaşları ilə görüşür, Onları tanıyır. Niyə tanıyır? Çünki Suga sinif yoldaşlarından ən yaxın dostunu belə yaxşı tanıyacaq qədər yaxın deyildi. Və bu təkcə ona aid deyil. Və ən əsası o yenidən Naruminin olduğu şəhərdə idi. Suga nın Narumi haqqında düşüncələri haqqında bu yazımda məlumat vermişdim. ;) Və ən sevdiyim tərəfi də budur bu dramanın.
Gələk Narumiyə.
Əvvəlcə playboy adı çıxarmış biri olduğu üçün sevməyəcəyiniz, tanıdıqca bəyənəcəyiniz biridir. Nə yaxşı ki, bu rolu Yuma Nakayama oynayıb =D dedim izlədiyim zaman.
Narumi həyatını istədyi kimi yaşayır. Məktəbdə az qala görüşmədiyi qız qalmayıb. Və qızların dediyi kimi, o gözəl kompliment deməyi bacarır. Ancaq Suga ilə münasibətləri tam fərqli idi. Suga onun evinə dəvət edtiyi ilk qız idi. Suga-chan da ancaq evdə xidmətçi olduğu zaman gəlməyə razılaşdı.
Narumi rolundakı Yuma Nakayama Vampire boy serialındakı Yumaya heç oxşamır. İlk dəfə görəndə heç inanmamışdım eyni adam olduğuna. Yuma çox arıqlayıb. Yaponiyada insanlar üçün çəki bildiyimiz kimi çox önəmlidir. Maraqlı bir məlumat yazım: Obezite (həddindən artıq çəki xəstəliyi) yə qarşı ən çox tədbir görən ölkələr sırasındadır. Baxmayaraq ki, məsələn Amerika və digər bu sıradakı ölkələrlə müqayisə belə etmək olmur. Çünki yaponlarda bizim normal dediyimiz insan kök sayılır. Onların qorxulu yuxusu köklükdür yəni. İstər oğlanlarda, istə qayidaq seriala... Naruminin ailəsi onunla yaşamırdı. Suga-chanın normal olaraq Narumiyə verecək sualları vardı.
Ancaq Narumidən soruşsa da cavab almırdı. Nəyinsə qəribə olduğu əvvəldən hiss olunurdu. Narumi Suga-chana bir sual vermişdi. Elə bu sual Suganın həyatını dəyişmişdi. - Həyatda nəyisə sırf lazım olduğu üçün, olmalı olduğu üçün yox istədiyin üçün etmisənmi?- Suga nın cavabı yox idi. O nə qədər fikirləşsə də cavab tapa bilməmişdi.(nağıl kitabları kimi yazdım deyəsən -_-)
Əvvəlki postumda da yazdığım kmi bu şəkili çox sevdim. Sözlər çox mənalı olduğu üçün.
Salam. Bir Mim lə geri gəldim. Hilal ın blogunda gördüyüm bu Mimi çox sevdim. Bu adresdən onun Mimə olan cavablarını da oxuya bilərsiniz. ;)-http://saranghae-kore.blogspot.com O da sağolsun hamını Mimləmişdi. :D Unutmadan, Mimi yazan http://yeter678.blogspot.com.tr bu blogun bloggeri, hələki onu tanımıram amma tanıyaram gələcəkdə )) Mən də Mimi yazdım. İnanıram ki, mənim kimi siz də bu Mim i sevəcəksiniz. 1) Blog ismin neden bu? Özel bir anlamı var mı ki?
Blog adı çox önəmlidir. Bunu bilsəm də blog adımı o qədər çox düşündüm ki.. Blogumun adından çox düşündüyüm hiss olunmasa da ;) :P Dream high adını çoxu bəlkə də eyni adlı koreya serialından götürdüyüm düşünür. ancaq belə deyil, düzü heç o dramaya baxmamışam, sadəcə 1-2 bölüm )). Blog açanda çox böyük xəyallarla açdım, ad da onun nəticəsidir. Happ day bəs?- bilmirəm tam yadımda deyil, yəgin ki ya qəbul olmuyub, ya da Koreya dramasına çox bənzədiyi üçün bunu da əlavə etmişəm :D Happy day- hər günün xoş keçməsi üçün , həm mənim üçün, həm də blogumu oxuyanlar üçün ;)
2) Hayatının en acı olayı ne? Ölüm dışında sana ders veren bir olay yaşadın mı hiç?
Həyatımda keçmişi xatırlamağı xoşlamıram. Şükür, həyatımda çox böyük problem, qəm, kədər olmuyub. Amma dərs verməsi haqqında deyə bilərəm ki, həyatda hər şey bizə əslində dərs vermək üçündür. Bunu vaxtında anlayıb, dəsrimizdən nəticə çıxardığımız olanlar da var. Heç vaxt bilmədiklərimiz də. Həyat çox qəribədir. məncə həyat bu qədər qəribədir deyə yaşamaq daha da marqlıdır..
Koreya dramalarında da sevmədiyim mövzular, xoşuma gəlməyən hissələr var.
1. İçki sevdası..- SOJU XÜSUSİLƏ
Ən çox sevmədiyim də elə budur. Koreya seriallarına baxıb da içki sevgisini görməmək mümkün deyil! Nəzərə alaq ki, bu seriallara istənilən yaçda insanlar baxır. Və baxdığımız serial, filmlərdəki əsas qəhrəmanların bu cür içki içməsi istər-istəməz izləyiciyə təsir edir. Bu da əsas reallıqdır. Televizorda bir neçə il əvvəl belə bir xəbər vardı. Yeniyetmələrin daha çox içkiyə meylinin səbəbi həm də izlədikləri film/seriallarda insanların çoxlu içki içməsidir. Xüsusilə də, içkini çox dadlı bir içki növü kimi düşünürsən izlədiyin an. Bu düzgün deyil. Əlbəttə bu sadəcə Koreyanın bizim ölkədən fərqidir. Çünki, orda məsələn bir dramada - Man From The Stars dramasında baş rol qızımıza atası böyüyəndə səninlə birlikdə içki içə biləcəyik deyir. Bu bizim ölkədə qəbul edilməzdir. Ancaq Koreyalılara görə normaldır. Bu hissəni keçdim. Amma seriallar var ki, içki içilən hissələr digər hissələrdən çoxdur. Bu cümləyə ən uyğun drama isə Marry Me Mary/Mary Stayed Out All Night dramasıdır. Drama çox sevdiyim seriallardandır. Baş rolları Jang Geun Suk, Kim Jae Wook, Moon Geun Young bölüşür. Çox sadə mövzü ancaq əyləncəlidir drama əslində..
Həm də Jang Geun Suk un oxuduğu drama ostları da seriala rəng qatır . Jang Geun Suk səsi bir başqadır ;) Ancaq, dramada ən çox işlədilən sözlərdən biri də "Haydi gedək içək" olurdu. Yaxşı və ya pis hadisəni içməklə qeyd edirdilər. Bekarşılıq olanda da həmçinin. Xüsusilə də gənclərin bu qədər içməsi. Bəyənmirəm.
Salam. Məncə çoxunuz bilirsiniz, bilməyənləri bilsin və bilənlər də fikrini bölüşsün deyə yazdım bu mövzudan.. Məşhurların ən böyük problemi halını alan (xüsusilədə Koreyada) sasaeng fan adlandırdıqları fanlar var. Onları fan olduqları məşhurlar da sevmir.. Niyə? Bu niyə sualının cavabını ən yaxşı Sehun və DongHae deyərdi.. :D Çoxunuzun da bildiyi kimi SEhun və Donghae nin İnstaqram hesabı hakerlər tərəfindən hakk(xak) olundu.. Sehun köhnə hesabındadır yenə hesabını geri ala bildi ama Donghae yeni hesab açmalı oldu. İlk fotosunun altındakı rəyə baxın :/ Yalnız bunu deyə bilir o..
Serial haqqında deməliyəm ki, serialda aktyor heyəti seriala başlama səbəbim oldu. Ji Hyun Woo, Jung Eun Ji, Shin Sung Rok.
Serial haqqında ümumi məlumat verim ki, Jang Jun Hyun məşhur bir müğənni ikən Choi Choon Hee ilə qarşılaşıdığı gündən eniş yaşayır. Hətta eniş yaşamaq demiyim də bu tam işıq sürəti ilə eniş oldu. Və bitdi.. O artıq hamının sevimlisi deyil. Geri dönüş üçün isə yeganə şansı işlədiyi şirkət ona təklif edir, daha doğrusu CEOsu. Bir qızı səhnəyə hazırlamalı idi. Seriallar təsadüfləri sevir.. Həmin o qız onun həyatını və kariyerasını alt-üst edən Choi Choon Hee imiş. Giriş üçün bu qədər. Niyə gıcık yazdım deyə düşünənlər üçün şəkil.
Dramanın ilk reklam videolarını da izləyin drama haqqında məlumat olmayan ilkin videolarını(trailer) çox bəyəndim tam gıcık tipdə :D
Mahnı da qıcıqlandırır ama eyni zamanda ritmikdi və bəyəndim :D Gıcık etsələr də sevdiyiniz dostlarınız kimidir :P (Bir NaNa atasözü deyir ki, hər kəsin ən az bir gıcık dostu vardır)
- bu aktyoru Queen İn Hyun's Man - serialından çoxumuz tanıyırıq. Serial ən sevdiyim seriallardandır. Aktyorun rolu da özünə çox yaraşmışdı. Üzünü görəndə ilk tarix dramaları yadıma düşür. Ancaq burdakı rolu tam fəqrlidir. Buna görə də əvvəl rolun ona uyğun olmadığını düşündüm. Sonra serialı izlədim vəəəə ....................................................................fikrim dəyişmədi -_-
DOCTOR STRANGER FINAL EP. Bu da SON...!! Çox sevdim bu dramanı.. Bu ilə damğasını vurdu. Hətta deyərdim ki, ən yaxşı K-drama listində həmişə yer alacaq bir drama oldu! Hər bir aktyoru, aktrisası sevimli ola bildi.(az qala =P) Baxmayanların bu yazını oxuMAmasını məsləhət görürəm. ;) Həm güldüm, həm də ağladım serialı izlədiyim zaman.. Əsasən drama yaxı idi hadisələr. Serialda, ana-ata-övlad sevgisi, ailə sevgisi, təmiz sevgi, Vətənə sevgi, sədaqət, dostluq, işinə sevgi... hər çey vardı.. Serialda əvvəllər bəyənmədiyimiz obrazları belə vaxt keçdikcə sevdirirdilər bizə.. Kimlə başlasam dedim və Lee Jae Won- u seçdim. Bu rolu xoşlamırdım ilk başlarda səbəbi , qızlara olan münasibəti idi əlbəttə ki.! Amma sonra dəyişdi. Daha doğrusu gıcıqlandırmırdı əvvəlki kimi. Hyung-hyung deyib Dr.Park ı çağıran (Bora) Lee Chang Yi ilə olan münasibəti olsun, Moon Hyun Wook ilə olan atışmaları olsun. Serialın ağır havasına əla təsir idi. Komik olan səhnələr əsasən onlarla bağlı olurdu. Və həm də Dr. Han la da dostluq və bu məhur qalanın alınması söhbətləri də maraqlı idi. Aktyor rolunu əla oynadı. Və sevdim bu aktyoru. (Hyungum olur Bora demiş :D) =)
Yoon Bo Ra dan da yazım. Oppa əvəzinə Hyung deməsi Hoon aya xoşumgəlirdi. Dediyim kimi arada Kim Chi Gyu( Lee Jae Won) u vururdu və super idi :D
Həm başda qorxduğum kimi Hoon a sevgi etirafı filan da olmadı. Çox sevindim buna görə. Seriallarda ən sevmədiyim araya girən adamlardı çünki. Sonda onun da sevimli sonu oldu.. Əlbəttə ki, Kim Chi Gyu ilə =D Yaraşırdılaaaar <3