Vampir Oğlan. Fərqli vampir hekayəsi..
![]() |
bu şəkli xoşlamıram , sırf bu şəklə baxsaydım heç bu seriala baxmazdım. |
Serial bir, yeni vampir olan və hələ tam vampir olmayan və əlbəttəki yaraşıqlı 15-16 yaşlarında bir oğlan Ruka Kuromiya ( ya da yarı vampir çünki dişləri belə yoxdur) və onun müəllimi Kaito (müəllimi yüz illər və daha çox yaşamış bir vampirdir) Tokyoya gəlməsi ilə başlayır. Gəlişlərinin səbəbi Ruko ilə bağlıdır.
Belə ki, insanın tam vapmir olması üçün son mərhələ sevdiyi qızın qanını içməkmiş. Bizim yeniyetmə vampir Rukonun heç dişləri də çıxmıyıb, çünki o hələ o qızı görmüyüb və sevmiyib. Burda vampirlərin günəşi sadəcə sevmədikləri deyilir, yəni vampirlər günəş işığında ölmür bu serialda.



Bu gənc qız məktəbdə müəllim işləyir. Elə alınırki, bizim vampir yeniyetmə bu müəllimin dərs dediyi sinifə yeni şagird kimi gəlir. Bütün bunların isə əlbəttə arxasında sevgisini tapıb onun qanını içmək və tam vampir olmaq dururdu. Yaşıdlarının arasında olsa o tezliklə sevə bilərdi və bunun üçün ən yaxşı yer də məktəbdir. Ancaq hər şey heç də yeniyetmə vampirin planladığı kimi olmur .
Onun dişləri gənc müəllim Makoto ya görə çıxır. Bu da o deməkdir ki, onun hədəfi yaşıdlarından bir qız yox, müəllimidir.

Eyni zamanda o müəllimin qanını içməkdə tərəddüd edir... Ancaq heç özü də bilmir niyə. Eyni zamanda nə qədər sinifdəki digər şagirdlərdən uzaq olmağa çalışsada , insanları zəif canlı kimi görən yeniyetmə vampirimizin sonradan sinifdən bir oğlanla dostlaşdığını görəcəksiniz izləsəniz.;)



Elə bu serialda da ən sevdiyim bu oldu. Digər vampir seriallarında vampirləri çox böyüdürdülər. Ama burda vampir olmağın, insan olmaqdan üstün olmadığını görəcəksiniz.
Serialın sonuna gəldikdə, bilmədim sevinim ya ağlayım. ..
Bu serialı izləmə səbəbim əlbəttə ki , Yuma Nakayam yəni Ruka oldu. Bu serialda hələ çox gəncdi, ama rolunun öhdəsindən gəlir. Yuma Nakayam nı indiki halını görsəniz tanımazsınız . Yaponlarda arıqlıq sevgisi nədir bilmirəm :/ Çox dəyişib ama cazibəsi yenə var ;P
Bu 3 şəkli götürdüyüm blogun linkini atacam çünki blogunun ən başında özü hazırladığını yazıb. Bir blogger, digər bloggerin əməyini yerə vurmaz deyilmi ;)
http://nakayamayuma.blogspot.com
Bu paylaşdığım video sizə serial haqqında daha çox məlumat rolunu oynayır. =)
Tam 1 saat axtardım ama bura paylaşmaq olmur məndən asılı olmayan səbəblərə görə. Ama soundtrack ı yuxarda musiqi olan yerdə digər mahnıların arasından tapıb dinləyə bilərsiniz ;) 58 nömrəli mahnı adını da yazmışam , tənbəllik etmiyib dinləyin çox pozitivdir. Və mahnını Yuma Nakayama nın da üzvü olduğu Bİ shadow grupu ifa edib. Halhazırda Yuma solo kariyerasına başlayıb və sizə Yuma Nakayam nın Peace mahnısını dinləməyi məsləhət görürəm.. :)
Bugün blogdanmı youtube danmıdır, problem var. linki atmalı oldum .
https://www.youtube.com/watch?v=pgehv3hqZg8
Deyim ki, Yuma nı klipdə tanımayacaqsınız. Burdakı Ruka dan çox fərqlidi..
Bu da son . Gələn yazılarımda görüşərik ;) Rəy/yorum/comment yazmağı unutmayın..
hmmmmmm......Maraqli geldi.........Qizda qesengdi.........Oglanda....Ammma oglanalrin ozunden boyuk qizlaar asiq olmasi elede xosuma gelmir........Bir ara baxaram............Amma bu yaponlarin dramalarina baxanda sebrim catmir............yeqin ancaq koreyalilara alismisam.....Birdeki bu yaponlarin kinolari, dramalari niyye bele olur 2012-2013-de cekilmis drama ve ya film sanki 1995-1996-da cekilib.....cox kohne gorsenirler............
ReplyDeletesalam Selena :) düzü mən də yapon seriallarına o qədər də öyrəşməmişəm ama bu başqadı əmin ol... əslində yaş məsələsi qabardılmayacaq, yəni yaş məsələsində gizli sirr var onu özüm yazmamışdım izləyəndə biləcəkdin ama yaş dediyin üçün yazdım artıq ;) :D köhnə görsənməyi yəginki texnikadanadı, mən Yuma - ya görə başladım. cəmi 10 bölümdü serial. sonluğu da hər şeyiylə maraqlıydı. ..
Delete