Thursday, March 6, 2014

Man From The Stars

ULDUZLARDAN GƏLƏN SEVGİ ..

dreamhigh-happyday.blogspot.com
Baxmasan bilmərsən ;)
Cənubi Koreyanın SBS kanalında yayımlanan serialın baş rollarını Gianna Jun yəni Jeon Ji-Hyeon (전지현) Kim Soo Hyun (김수현) paylaşır.
dreamhigh-happyday.blogspot.com
 Serial əslində 20 bölüm nəzərdə tutulmuşdu ama yüksək  reytinqinə görə 1 bölüm də artırıldı və 21 bölümlük oldu və hətta 2. sezonun çekilməsi mümkündür, bu da serialın uğurundan xəbər verir. ;) Serial haqda ilk olaraq ümumi məlumat verim, bu drama da 1 serialda ola biləcək hər şey var :D - 

dreamhigh-happyday.blogspot.com


Yaraşıqlı 1 yadplanetli (not. əslində bu aktyoru o qədərdə yaraşıqlı hesab etmirəm ;)) , özündənrazı, çox gözəl və 1 o qədərdə sərt, açıqsözlü 1 qiz həmdə aktrisa olduğunu da unutmayaq, digər 1 yandan 15 il əsas qızımızı sevən və hər dəfə də ona sevgisini etiraf edib yox cavabı alan varlı, yaraşıqlı 1 oğlan, bu 15 il ərzində elə həmin bu oğlana vurulan və bu oğlanın ən yaxın dostunu (əsas qızı) sevməsi səbəbiylə sevgisini gizlədən və istər bu istərsədə kariyeradakı uğurlarına görə onu qısqanan ən yaxın rəfiqə və MANYAK -həmdə bu manyak qarşılıqsız Song Yi ni sevən oğlanın böyük qardaşıdır. 1 seriala baxmaq üçün bu qədər səbəb yetər, hətta bu seriala sadəcə baxmaq üçün yox serialı ən sevdiyiniz seriallar sırasına daxil etməy üçün də bu yetərlidir. Ümumi giriş üçün bu qədər bəsdir. Keçək obrazlarla tanışlığa ))

dreamhigh-happyday.blogspot.com

Cheon Song Yi (Jeon Ji-Hyeon)-

həm şirindi və həmdə daha 

çox cazibədardi. Çox məşhur və sevilən aktrisadi, bu aktrisa

dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.com
aktrisanın daha gənclik illərindən olan şəkli çox sevdim budur sizin de görməyiniz üçün paylaşdım həm də 1-2 effektlə şəkli bəzəmişəm yəni bu şəkil yalız bu blogda var ;) 
 ilk dəfə cəmi 15 saniyəlik reklamda çəkilməklə insanların 

dreamhigh-happyday.blogspot.com
həmin o 15 saniyə 

sevimlisi ola bilib həmdə erkən yaşlarından və elə buna    

görədə ona 15 san. Cheon Song Yi də deyilir. Lakin esas 

problemi isə budurki, aktrisa hər danişanda yada oz rəsmi 

profilində nəsə yazanda bu skandala səbəb olur.!  NİYE? 

Çünki insanların onu ağılsız adlandıra biləcəyi qədər sadə 

səhvlər edir.(Not. Ama düşünmüyünki bu əksər Koreya 

seriallarındaki qədər şişirdilir, sadəcə serialı romantik-

komediya adlandırırıqsa burda esas komediya hissəsi Jun Ji 

Hyun un öhdəsinə düşürki o da bunun öhdəsindən gəlib 

əmin olun) Hətta yazdığı cümlələrdə də səhvsiz ötüşmür, 

buna görədə meneceri əlindən gələni edirki o çox 

danışmasın və sosial şəbəkələrdə paylaşımlar etməsin, ama 

heç vaxt onun üzünə bunu demirlər çünki çox məşhurdur. 

Bu obrazda ən sevdiyim nə düşünürsə insanlarin özünə deməsidi ki elə 
bu səbəbdəndə onu əslində heç kim sevmir və hamı onun bir balaca səhvini gözləyir ona zərbə endirməkçün və azca da kobudluğu var, ama şirinliyi onu vəziyyətdən çıxarır (məncə;) ).Serialda bu aktrisanın obrazı çox güldürür)) Hadisələr haqqında yazmadım, çünki biləndə serialın dadı duzu qalmir.Buna görədə həmşə çalışıram serialın
bolümləri haqda az danışım, özümdə sınamışam və əvvəldən biləndə maraqsız olur, axı nə olacağın əvvəldən bilirəm._- bu hissə niyə məhz burda yazılıdı sualını özümədə verirəm indi O.o

dreamhigh-happyday.blogspot.com

    400 il yaşamış biri üçün heyat maraqli gəlmir və  öz planetinə geri qayıtmaq üçün günləri sayır daha doğrusu düz 400 il sayib :D Ancaq baş verən hadisələr hər şeyi o qədər çox dəyişdirirki o artiq geridə qalan 3 ayın çox az müddət olduğunu düşünür- Niye? Çünki Yer planetinə ilk gəldiyi vaxt aşiq olduğu qıza çox bənzəyən qızla tanış olur son 3ayda ..

    Serialda diqqət çəkən başqa məqam serialın sonunda baş qəhrəmanlarımızın müsahibə şəklində olan qısa monoloqudur.
dreamhighhappyday.blogspot.com


dreamhigh-happyday.blogspot.com
  Yoo İn Na - aktrisa Queen İn Hyun's man serialındakı baş roluyla sevdiyim Koreya aktrisaları sırasına girdi ama bilmirəmki niyə dediyim drama dakı baş rolundan sonra ikinci dərərcəli rol təklifini qəbul edib  :/  Çünki haqqında danışdığım serial da çox sevilən serialdı və romantikdi ;) Queen İn Hyun's man serialına da mütləq baxın, düzü mənim kimi serialın sujet xətti haqqında oxuyub bele seriallar çoxdu demiyin sonradan peşman oldum niyə əvvəldən baxmamışam bu seriala deyə mən.( 1 Serialın yazısında ancaq mən digər bir serial haqda bu qədər yaza bilərdim :P ))


dreamhigh-happyday.blogspot.com
Digər obrazlar haqqında daha qısa yazacam : Song Yi nin anası- onu hamı esasən pul dəlisi olaraq tanıyır və əlbəttəki çox pul xərcləyən biridir ama əlbəttəki elə bu xasiyyətinə görə qızıyla araları o qədər də yaxşı deyil, Song Yi nin ailədə yaxşı, sıx munasibəti olan 1 nəfərdə yoxdu səlində, hələ məktəb yaşlarında atası ilə olan problemlərdən sonra atasını heç vaxt görmüyüb heç kiçik qardaşı atasını yolda görüb tanımır, elə bu qardaşı ilə də arası yaxşı deyil çünki o bacısının işindən razı deyil onun aktrisa olmasına məşhurluğuna qarşıdır və ətrafında heç kim onun məşhur aktrisanın qardaşı olduğunu bilmir, ama ümumilikdə o bacısını çox sevir elə buna görə əslində ona qarşı çıxır və soyuqqanlı, özünəqapalı xarakteri var. Aktyor Park Hae Jin in oynadığı rol haqda ne? esasən onun iş yeri maceraları maraqqlıdı qısa da olsa , çünki əvvəl iş yerində heç kim bilmirki o əslində şirkətin sahibinin ikinci oğludur :D Kim Chang Wan isə yadplanetli Do Min Joon (Kim Soo Hyun)un dünyada əsil kimliyini bilən yeganə insandır, gəncliyindən onunla dostdurlar ama əlbəttəki artıq ətrafdakılara əsasən ata oğul olduqları yalanını demək məcburiyyətində qalırlar. Bu qədər yazı yetər indi serial haqqında onun OST ları dinləyin  və serialdan olan bəzi şəkillərə baxaraq qərar verin . . . .
Sadəcə bu soundtrack (OST) a qulaq asmaqla belə bu serialı sevmək olar.. 



Not -aşağıdakı şəkilləri başqa heç bir saytda tapa bilməzsiniz, mən qeyd edim istədim ;P

dreamhigh-happyday.blogspot.com

dreamgigh-happyday.blogspot.com

Bu da serial haqqinda ilkin video,yayımlanmadan əvvəlki video.









dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.com


MAN FROM THE STARS

No comments:

Post a Comment

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...