Thursday, May 15, 2014

DÜŞÜNMƏDƏN YAZSAM DÜŞÜNDÜKLƏRİMİ O AN..

Sadəcə yazmaq istədim..

Əslində nə yazım bilmirəm indi. Sadəcə yazmaq istədim... Əvvəlcədən deyim ki, yazdıqlarımı bir mahnını dinləyərək oxumağınızı istəyərdim. Mən də bu mahnını dinləyərək yazdım bu yazımı.. 




Mahnılara nə qədər çox bağlı bir insan olduğumu az qala hər yazımda qeyd edirəm. Düşünün, bunu hər yazımda deyə biləcək qədər çox sevirəm yeni musiqiləri dinləməyi. Bu yazımın tam bir mövzusu yoxdur, sadəcə yazmaq istədim. Hər birimizə tanışdır bu hiss, bəzən sadəcə danışmaq istədiyimiz anlar olur. Bugün mən danışmaq əvəzinə yazmağı seçdim. Ola bilsinki heç kim oxumayacaq,ya da oxusa da bilməyəcəm ( əlbəttə ki, rəy yazılmayanda , aşağıdakı 3 seçim olan cool/interesting/funny dən birini seçmədikdə bunu bilmirəm )
  Sizdə heç olubmu bilmirəm, ama mən deyəkki depressiv hiss edirəm, ya da həyatımda qəribə bir boşluq hiss edirəm halbuki hər 

şey öz yerindədir.. Bax bu zaman mənim çıxış yolum yeni bir mahnı, ən yaxşı halda isə yeni bir film, ya da serial olur. Ama ruh halıma uyğun olan bir musiqi , film, ya da serial... Yenidən başlamış kimi hiss edirəm, ya da update olmuş kimi :D  Belə vaxtlarda optimist serial istərdim, daha doğrusu komediya kimi yox. Düşündürən serial, reallığa çox yaxın, ama reallıq dedim deyə drammatik olmasın, kədərli də ola bilər ama faciəvi olmasın. Əslində bunlar bəzən o dərəcə önəmli deyil, nə istədiyimi özüm də bilmirəm, sadəcə axtaranda serialların arasından ki, bunlar asiya serialları olur, əsasən Koreya serialları çünki seçim etmək daha asandı və boş uzanmalar, şablon mövzular olmur, olanlara da mən baxmazdım yəginki =)
   Bu dəfə Vamipir oğlan / vampire boy/ Koishite Akuma yazımdan sonra Yuma Nakayama və bu serial yadıma düşdü və Yuma nın başqa serialını axtarmaq qərarına gəldim. Halbuki mən əslində Yapon seriallarını elə də sevmirəm, sadəcə bir yapon serialına tam və böyük maraqla baxmışam o da vampir oğlan dır. Ancaq son olmayacağına da şübhə yoxdur. Yuma nın missing piece mahnısını dinlədim youtube dan  sonra , ÇOX XOŞUM GƏLDİ, HƏM musiqi , həm də SÖZLƏRİ..


 Mahnının ancaq bu hissəini tapib yükləmək olur :/


Və bu mahnının soundtrack ı / ost u olduğu serial haqqında məlumat axtardım necə serialdı baxmaq olarmı deyə. Çünki artıq əlimdə iki səbəbim vardı, biri Yuma baş roldaydı, digəri isə əsas ost u serialın.. Mövzunu oxudum , ama o dərəcə də serial haqqında məlumat deyildi bu. Çünki, serial haqqında deyilirdiki sinif yoldaşları dünyasını gənc yaşda dəyişir və məktəbdə hamıdan gizli  sevgi yaşamış (çoxdan ayrılıblar)  Narumi-kun və Suga-chan qızın anasının istəyi ilə qızın gizlətdiyi sevgilisinin kimliyini öyrənməyə çalışırlar.
dreamhigh-happyday.blogspot.com

4 NÖV İNSAN MÖVCUDDUR. HEÇ VAXT SƏHV AVTOBUSA MİNMƏYƏNLƏR, HƏMİŞƏ SƏHV AVTOBUSA MİNƏNLƏR,  SƏHV AVTOBUSA MİNƏN ANCAQ TEZ DÜZGÜN AVTOBUSU SEÇƏNLƏR VƏ SƏHV AVTOBUSA MİNDİYİNİ BİLSƏ DƏ YOLUNA DAVAM EDƏNLƏR.. -PİECE 
BƏS SƏN HANSI NÖVƏ AİDSƏN ?..

Amma serial bu qədər deyildi. Burda insanların , eyni sinifdə oxuyan insanların düşündükləri, heç kimə demədikləri də vardı. Məsələn, Suga-chan : bu rolu çox sevdim niyəsə... əvvəldə demişdim Narumi ilə gizli sevgiləri olmuşdu. Ancaq seralda Suga -chan ın xarakterini açırlar bizə. Bəzən Suga -chan ın dilindən, bəzən isə Naruminin ..Sevməkdən çəkinən bir qız kimi tanıyırıq Suga-chanı Ən sevdiyim hissəydi bu, Suga ilə Naruminin söhbətləri, düşündükləri. Narumi Suga-chanın düşüncəsinə görə ANLAŞILMASI ÇƏTİN BİR İNSAN DIR... Bunu həmişə düşünür Suga-chan.. Seriallarda insanların bu cür düşünməsi , insanlar, özü haqqındakı fikirləri mənə həmişə maraqlı gəlib. Suga-chan ən ağıllı qızdır məktəbdə hər mənada. Narumi isə onun əksinə xarakterdə olan bir oğlandır. Lakin əslində xasiyyətləri oxşardır. Hər ikisi də özlərini ifadə etməkdə çətinlik çəkir. Sadəcə Suga-chan insanlara sirrini vermir, düşüncələrini heç vaxt demir və insanlardan özünü uzaqlaşdırırsa da , Narumi istədiyi kimi düşüncələrini deyir. Bu ama sadəcə görünüşdə beləydi, Narumi (Yuma Nakayama) görünüşdə beləydi. O əslində ustalıqla gizlədirdi özünü. Məktəbdə çox populyar idi Nakumi, az qala bütün qızlarla görüşmüşdü və hər həftə yeni sevgilisi ilə görünürdü. Eyni zamanda gizli sevgilisi olmuşdu bu Suga-chan idi, münasibətləri sevgilidən daha fərqli idi. Amma etiraf edirdi ki, mən heç vaxt onlardan( məktəbdəki oqızlardan)  birinə də sevdiyimi deməmişəm. Yenə də Narumi bilirdi qızlara necə xoş sözlər demək lazımdır. ;) Məktəbdə qiymətləri həmişə aşağı olurdu ama bir dəfə Suga (suga nı Park Shin Hye yə oxşatdım mən siz oxşatmazsınız bəlkə də) nın dəftəri evdə qalanda öz dəftərini vermişdi onda Suga-chan ona bu çalışmaları edə bilirsə necə aşağı qiymət alır deyə soruşmuşdu. Bu cür çox səbəblər vardı Suga-chanın Narumini anlaşılması çətin adam adlandırmasında. Suga-chan sevdiyini belə başa düşmürdü, etiraf edə bilmirdi özünə..

 Nəysə hardan hara gəldim, guya özüm haqqında nəsə yazmaq istəmişdim ama baxmaqda olduğum serial haqda yazdım, bilmirəm bəlkə də baxdığımız seriallar bizi ifadə edir müəyyən mənada ..  
Bu mahnını da dinləyiiiiiin ;)

    Elə buna görə də bu cür yazımda mövzu qarışdı. Hər dinlədiyimiz mahnı bizi dəyişir, hər dinlədiyimiz mahnıda biraz biz var, ona görə sevirik., ya da sevdiklərimiz var həm də.. Hər sevdiyimiz mahnı xatirələrimizə rəng qatır..
Bu da belə bir yazı oldu... Hələlik..

3 comments:

  1. elə anlar tez tez olur. məsələn mən də belə vaxtlarda yeni bir drama axdarıram və ona baxmaqla həyatıma yenidən maraq qatıram. Sonra o drama bittikdən sonra hər dəfə OST-larnı dinləyəndə sanki pis bir şey baş veribmiş kimi hiss edirəm. Sonra həmin dramadakı oyunçular başqa dramalarına baxıram təsəlli kimi və yenə də sonda eyni duyğu ilə baş başa qalıram :D

    ReplyDelete
    Replies
    1. ha ha :D mən də OST lar da olmasaydı nə olardı bizə :D Oxşar düşünən birinin olması super hissdi Ilahama :))

      Delete
    2. ayy bağışla adını düz yazmamışam İlhama =)

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...