Sunday, June 4, 2017

Sən

HƏR ŞEY SƏN'DƏN BAŞLAYIR.

dreamhigh-happyday.blogspot.com
  Suallara boğun bəzən özünüzü. Niyə? sualı həyatda ən çox haqqında düşündüyümüz sualdır, deyil mi? Gəlin başlayaq.
  Mən anlamıram. İnsanlar niyə bezmir. niyə eyni yerlərə gedirlər. Niyə həmişə harasa bağlı qalırlar. Niyə dəyişmirlər. Geyim və yemək üçün yaşayırıq. - bunu qəbul edin əvvəl. Sonra nə isə etmək haqqında düşünün. Əvvəl olduğunuz formanı qəbul etmək lazımdır. İnsanlar üçün necə də xoşdur, məqsədini övladına bağlamaq. Buna mən sadəcə bəhanə kimi baxıram. Ona verməyə çalışdığını əvvəl özün yaşamalısan. Bacararsan? Cəhd etmisən? Bu cümləni isə bu mənada daha dərindən anlamaq olur. 
Ya olduğunu kimi görün
Ya göründüyün kimi ol.
Mövlana.
Mən göründüyünüz kimi olmağınızı istəyərdim. Çünki haqqında danışdığınız özünüz  o qədər dürüstdür, mehribandır. Necə gözəl görünür sözlər o anlarda ağzından çıxanda, elə adam var kim olduğunu bilməsəm inanardım. Atın bu ikililiyin daşını. Yorğun olarsınız bəsdir hər şeyi cəmiyyətin, dünyanın, sistemin boynuna atdınız. Etməliyəm deyə bir şey yoxdur. Danışdığınız o cəmiyyət, dünya, sistem hər biriniz (hər birimiz) ilə bir bütün olub. Dəyişin. Danışmazdan əvvəl həmişə göründüyünüz kimi olduğunuza əmin olun. 
dreamhigh-happyday.blogspot.com
Bəzən və çox vaxt uşaq kimi olun. Təmiz və olmalı olduğumuz kimi. Dünya səni dəyişməsin. Çünki yolun ən sonunda anlayacaqsan ki, səni dəyişən dünya, ya nifrət etdiyin onlar deyil, SƏN və sənin SEÇİMlərindir. Daha yaxşı olmaq seçimlər arasında yoxdursa daha pis olmağı seçmə. Biz hamımız müəyyən mənada yaxşı insanıq və eyni zamanda pis insanıq. Bu cümlələr tək sənə, ya sizə ya mənə aid deyil. Bizim hamımıza aiddir. Şablonu sevmirəm, Ümidvaram şablon olmadı. fikirləriniz hər zaman maraqlıdır.
Bu arada, bu yazı üçün şəkil seçərkən, 13 Reasons Why- adlı serial diqqətimi çəkdi. Treyler maraqlı gəldi. Baxanlar fikir bildirsin ki, mən izləsəm haqqında burda yazı yaza bilim. Amma sadəcə seriala baxıb fikriniz dəyişməyin, yazının yazılma səbəbini düşünün. Uzun, yorucu işə qrafikinizə baxmayaraq düşünməyi unutmayın. Bizi robotdan fərqləndirən budur. Bu bacarığımızı inkişaf etdirək. Düşünməyi yadırğamayın. Özünüzə yaxşı baxın. Blogger dostlarımın yadında olmaq belə yazmaq üçün əla motivasiyadır. 
dreamhighhappydayblogspot.com

Sunday, February 5, 2017

Bu aralar mən.

Son Zamanlar..

  Salam. Nəhayət çox uzun zamandan sonra bura yazmağın sevincini təsəvvür edin. Vaxt azlığı və yorğunluq bu il hər zamankından daha çox üstün gəlib. Bu aralar mən də yox kimiyəm. Çünki sevdiyin kitabı oxumağa vaxt tapmamaq, izləmək istədiyin fimlərə sadəcə uzaqdan baxmaq və blogunda nə yazacağını düşünüb də yaza bilməmək bu sıranı uzada da bilərəm, bütün bunlardır məni mən edən. 
Və bir neçə aydır onlardan uzağam. Məncə, vəziyyətin necə olduğunu siz anladınız. Bir də hər şeyin üstünə mövsümə uyğun qrip əlavə edək. Nəticə "möhtəşəm" olur. 
Bu aralar hər şeydən çox qripəm. Artıq qripi hardan, kimdən tutduğumu da bilmirəm. Bu ilki qədər qrip tutduğum olmamışdı. Bloqa yazılacaq qədər həyatıma daxil olmuş qrip virusu düşünün. 
Ancaq bütün bunlara baxmayaraq pozitiv yaşamağa davam edək. Məsələn saçlarımı qısaltmaq kimi bir dəyişiklik istəyirəm. İndi upuzun saçlı qız olduğumu düşünməyin sadəcə bir az çox uzanıb. Kəsilmə vaxtı gəlib çoxdan. Qısa saçları çox sevdiyimi desəm təəccüblənməzsiniz. Havaların isinəcəyi vaxtı hər ildən daha çox gözləmək səbəblərim içində saçlarım da ən öndən özünə yer tutub. Qalın geyimlərdən bezdim artıq, hava soyuqdursa bir az da geyim olaraq istədiyin rahatlığı tapmırsan. Mən tez üşüyən olduğumçün ikiqat problem olur. Aşağıdakı şəkildəki kimi görünən qız görsəz o mənəm əmin olun. 
Gözəl mahnılar dinləməyə vaxt çatdıra bilirəm. Qulaqcıqlarım yolda ən yaxın dostum olur. Qış sevən insan necə qışın tez getməsini istəyir? Qarışıq hislər deyək. Ya da Bakıda qış o qədər də qarlı olmur deyədir. Deməli hər şeyin səbəbkarı ya soyuq ya da qripdir. 
Hava yaz olsun bir parkda oturum səssizliyə dalıb gedim istəyirəm. Son zamanlar istədiyim az küləkli (Bakıda çətin), azca meh əsən günəşin yandırmadığı xoş mülayim havadır. Bunu canlandırın təsəvvürünüzdə. Və tək oturub buludlara dalmaqdan zövq almaq. Günəşin batdığı vaxt olsa o an oralar bir başqa gözəl rənglərə boyanar. Sonra bütün gün dinləyin deyə bu mahnını da əlavə etdim. (Mahnı sözünü basın/klikləyin). Jeff (tanımayanlar adın üstünə klikləyin və haqqında yazdığım kiçikyazıya keçid alın, xüsusilə sevdiyim mahnılarını da sizlə bölüşdüyüm yazıdır.) havasında 1 mahnı sevənlər üçün bu mahnı.
Gününüz xoş keçsin. Bu da içimdən gəldi. http://dreamhigh-happyday.blogspot.com/
Sizi siz edən şeylərdən uzaq qalmayın. Bu da bugünün tövsiyyəsi olsun. 

Wednesday, January 4, 2017

Yeni il yeni problem:Xidmətdən narazılıq

Papa John's pizza xatirəm.

Dreamhigh-happyday.blogspot.com

Yeni il ərəfələri olduğu üçün hər birimiz ən azı bir dəfə şəhərə dostları ilə çıxmış olarıq. Və yenə də eyni səbəbdən şəhərdə sıxlıq ilə qarşılaşmışıq. Bu sıxlığın ən pis hiss olunduğu an isə yemək ya nə isə içmək üçün bir yer seçdiyimiz zaman olur. Problemim əslində tam olaraq sıxlıqla bağlı deyil. Xidmətlə bağlıdır. Belə ki, Papa John's pizza artiq mənim seçib məsləhət bildiyim yerlər arasından qalxdi. Səbəbsə sadədir. Təsəvvür edin ki tam da yer yoxdu dediyiniz an bir masa boşalır və həmin andaca normal olaraq yaxınlaşırsınız masaya əlbəttə ki oturmaq üçün. Ele bu vaxt ofisiant uzaqdan qışqırır ki (bəli tam olaraq uzaqdan qışqırır) sizdən əvvəldə artiq gözləyən var ve hemin masa onlarındır. Bu yerə ilk gəlişim deyil deyə bu təəccübləndirdi. Çünki belə növbə prosesi olmayib. Problemsə bundan ibarətdir ki, əvvəla bura gələn şəxslər belə sıra gözləməlidirsə nəyə görə bu əvvəldən bildirilmək əvəzinə ofisiantin düşüncəsiylə haqlı saydığı formada bir müştəri yerindən edilir. Və digərinə verilir. Əslində bunu problem etməzdim. Sadəcə normal qaydada ofisiant yaxınlaşıb bildirsəydi ki, artiq bizdən əvvəl gəlib yer gözləyənlər var. Ancaq bunun əvəzində isə ofisiant sadəcə uzaqdan bunu ətrafa elan verərək sizin yerinizdən durmağınızı istəyirsə bu artıq xidmət zəifliyidir. Bir müştəri üçün kobud hərəkət edərək müştərinin gözlədiyi masani onunçün tapıb! hazirladi ancaq digər bir müştərini həmişəlik itirdi. Həm də nəzərə alsaq ki, bu hadisənin şahidi digər müştərilər də oldu. Əmin ola bilərsiniz ki onlar tərəfindən də bu hal xoş qarşılanmadı. Mən sırf bu halın günümü bərbad etməməsi üçün təbii olaraq oranı tərk etdim. Mənimçün o an vaxt önəmli olduğu üçün çıxıb basqa yerdə pizzamizi yedik. Anlamadığım budur ki, insanlara deyəsən elə gəlir ki, yalniz keyfiyyətli yemək müştəri məmnuniyyətinin başlıca səbəbi ola bilər. Halbuki ən ilkin şərt xidmət və gülərüz işçilər olmalidir. Müştəri ən əvvəl özünə hörmət və xüsusi diqqət gözləyir. Bunun tam tərsini gördüyü yerdə isə qalmir. Bu həmin yerin imicinə mənfi təsir edir. Ən azi ona görə ki bir müştərini itirdiyiniz zaman onun ətrafina da bu təsir edir. Bir sözlə sevdiklərimə, dostlarıma artiq oranı məsləhət görmürəm. Siz də bənzər xidmət zəifliyi ilə bağli narazı olduğunuz və ya indi ağlınıza gələn rastalşdığınız bu kimi situasiyani rəy/comment/yorum kimi paylaşsaniz sevinərəm. ☺

Thursday, September 8, 2016

Moonlight Drawn by Clouds

Park Bo Gum var deyə başlamışdım amma..http://dreamhigh-happyday.blogspot.com/

 Bu il o qədər yeni dramalar başlayır ki, insan artıq hansına baxsın bilmir. Çox iddialı və ya yeni sevilən aktyorlar, aktrisalar dramalarla geri qayıdır. Park Bo Gumu biz Reply 1988-dən tanımış və aktyorluğunu bəyənmişdik. Yeni dramasının hələ treyleri (trailer) çıxdığı zaman bu dramanın fərqli olacağını düşünmüşdüm. Kraliyyət dövründə gangam stilində bir video heç birimiz gözləmirdik. Sarayda Fləşmob(flashmob) havasındakı videonun ilk dəqiqəsindən insan ritm tutur, gülümsəyərək izləyir. 
Seriala tam olaraq mövzunu araşdırmadan başladım. Düzü drama haqqında yalnız baş rol qızımızın bir Asiya klassikası olan qızın oğlan paltarı geyib ətrafda özünü oğlan kimi təqdim etməsini bilirdim. Bu klassika və xüsusilə də tarixi serial havası mənə Sungkyunkwan Scandal -ı xatırlatdı. Bu tipdə şahzadə heç gözləmirdim. 
İzlədikdən sonra isə çox sevdim və bu səbəbdən siz də izləyin deyə sizinlə fikrimi paylaşmaq qərarına gəldim. 
Dramanın adı: Love in the Moonlight/ Moonlight Drawn by Clouds. (Ay işığında sevgi)
Hangul/Koreya: 구르미 그린 달빛
Senarist:  Yoon Yi-Soo (web novel/webtoon/internet romanı), kk (web novel), Kim Min-Jung, Im Ye-Jin
Rejissor:  Kim Sung-Yoon
Yayımlandığı Kanal: KBS2
Bölüm Sayı: 18
Yayım tarixi: 22.08.16- 18.10.16
Yayım gün və saatı: Bazar ertəsi&Çərşənbə axşamı 22:00
Dil: Koreya dili/Hangul
Ölkə: Cənubi Koreya
Əsas aktyor heyəti onların oynayacağı obraz və dramanın hekayəsi isə belədir. 
http://dreamhigh-happyday.blogspot.com/
Park Bo Gum/ 박보검 - Lee Young (Vəliəhd Şəhzadə Hyomyeong) rolunda. 
Vəliəhd şəhzadədir. Çox ağıllı və yaraşıqlı, eyni zamanda bacarıqlıdır. Ancaq baş rolumuz bir şəhzadə olaraq kral oğlu olmağın məsuliyyətindən çox ilk üstünlüklərindən yararlanır. :D Kralın yeganə oğlu olduğu üçün də istədiyini etməkdə azaddır. Çünki itirməkdən qorxacağı heç nə (taxt-tac) yoxdur. Əslində çox taxt-tac sevər də deyil. Hakimiyyət davasına çıxacağı qardaşı da yoxdur. İzlədiyimiz zaman isə, haqqında daha çox sirləri xüsusilə gələcək bölümlərdə az-az izləyib öyrənəcəyik. Baş rol qızla, qızın işindən dolayı tanış olacaq. Xarakterindəki tərsliyə görə sarayda ona verilməyən ad yoxdur. Təbii ki heç birindən xəbəri yoxdur. İlk eşidəndə üzünü görməyə dəyər. Çünki özündən çox razıdır. ;)
http://dreamhigh-happyday.blogspot.com/

Kim You Jung/ 김유정- Hong Ra On rolunda.
http://dreamhigh-happyday.blogspot.com/ Aktrisanın yaşının azlığı düzü sevmədiyim bir şey oldu. Aktrisa 1999-cu ildəndir.  Ancaq aktrisalıq bacarığını çox bəyəndim. Oğlan geyimində hərəkət və danışığı çox şirindir. Oğlansı davranmağa çalışır. Əsas səbəb budur ki, şirin görünməyə yox oğlan kimi danışmağa çalışır. Ən çox da qarşısındakının yuxarı təbəqədən olduğunu biləndə və ya işinin ondan asılı oldğunu biləndə davranışını, danışığını bəyənirəm. :D  Çox iri və gözəl gözləri var. 
Bu qız demək olar ki, setlərdə böyüyüb. :D Şəkildən də demək istədiyimi anladınız. :D Bu qız ancaq böyüdükcə gözəlləşir və bu gedişlə Suzydən daha gözəl olacaq. 
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/
Hong Ra On ailəsinin kim olduğunu bilmir, daha doğrusu biz bilmirik. Hələki sirdir bizə. Sirkdə işləyir. Ancaq həyatını dəyişəcək işi isə, gənc oğlanlarından adından sevdikləri qızlara(və ya tanış olmaq istədikləri) sevgi məktubu yazmaqdır. Bu məktublar sayəsində şəhzadə Lee yong la qarşılaşır. Aralarında xırda bir mübahisə də olur. Lee yongun vəliəhd şəhzadə olduğunu bilmədiyi üçün onu meşədə köməksiz qoyub qaçır. 
Bir daha onunla qarşılaşacağını düşünmədiyi üçün isə bunun qarşılığında bir də görsə onun iti belə olacağını və nə istəsə edəcəyini söz verir. Bu hissədə drama diqqətinizi daha çox çəkdi deyil mi? Etiraf edin, əyləncəli olacağını düşündünüz. 
Jin Young/진영 - Kim Yoon Sung rolunda. 
dreamhigh-happyday.blogspot.com
Bu oğlanın dramadkı adı ilə baş rol qızın əsl adı niyə bu qədər bənzəyir?!
Jin Young əslində aktyor deyil, B1A4 adlı kpop qrupunun üzvüdür. Kim Yoon Sung çox ağıllıdır. Rəsm çəkməyi çox sevir. Hong R On un qız olduğunu onu gördüyü andan anlayır ancaq bildirmir. Oxuduğunuzdan da artıq anladığınız kimi ikinci oğlan odur. Onun vəliəhd şəhzadə (Park Bo Gum) ilə olan münasibəti də diqqət çəkir. Soyuq münasibətləri olsa da bunun əvvəllər belə olmadığını öyrənəcəyik. Babası sarayda 
http://dreamhigh-happyday.blogspot.com/

kraldan belə daha çox gücə sahibdir. Artıq ikinci oğlan olacağını bildirən şəkillərimiz də var. ;)
Spoisiz və dolğun yazmaq bir azca çətin olsa da sizə 1 və 2. bölümdən heç spoi verməyəcəm. 
http://dreamhigh-happyday.blogspot.com/Chae Soo Bin/채수빈- Jo Ha-Yeon rolunda. 

Bu qız da çox güman hər görəndə əsəbləşəcəyimiz ikinci qız olacaq. Ümidvaram rejisor aranı çox qatmaz. Çünki qarışıqlığı bəyənmirəm.

http://dreamhigh-happyday.blogspot.com/2016/09/moonlight-drawn-by-clouds.htmlJung Hye Seong/정혜성- Şəhzadə Myungeun rolunda.
Çox şirin qızdır. İlk onu şişman görəcəyik, ancaq qrimlə üzünü şişirtdiklərini nəzərə alsaq arıqlamasına çox qalmayıb. Hong Ra On (baş rol qız) özü də bilmədən sifarişlə məhz bu qıza da sevgi məktubu yazıb. Ancaq nə bilsin ki yazdığı məktub kimə gedir. 
http://dreamhigh-happyday.blogspot.com/Hətta ilk görüşə də məktub adına yazılan oğlanın əvəzinə qız özü gedir. Ancaq onu orada şəhzadə deyil, Lee Young (qızın qardaşı vəliəhd şəhzadə, yəni baş rol oğlan)  qarşılayır. 
Elə hər şey də burdan başlayacaq. Qızın şişman görünüşünü də görüb müqayisə edə bilərsiniz. Bu qrim formasında ilk Shin Min Ah da Oh My Venus serialında görmüşdük. Mənim ən azı dramalar içində yalnız o serial yadımda qalıb. 
http://dreamhigh-happyday.blogspot.com/Kwak Dong Yeon/곽동연- Kim Byung Yeon rolunda.
O adlardakı Yeon lar yəgin sizi də bir anlıq çaşdırdı. Şəhzadənin 2 yaxın dostundan biri olduğunu və uşaqlıqdan onunla böyüdüyünü bilirik. Sarayda fanları belə var :D Rejisordan xahişim bu oğlanı da baş rol qızla birləşdirmə yoxsa bu artıq 3. oğlan olacaq və mən də 2. oğlan deyil 3.oğlan üçün daha çox kədərlənəcəm. :/ Şəhzadə qızla da yaraşardılar ha amma izləyək görək nə olacaq. :D Aranızda bu aktyoru hardasa gördüyünü düşünənlər üçün isə bir xatırlatma edim. Aktyor Inspiring Generation-da Kim Hyun Joong-un gəncliyini oynayırdı. Ona o qısa saçlarla çox bənzəyirdi ancaq bu dramada çox dəyişib. Uzun saçlar super yaraşıb. Yapon havası var sanki üzündə deyilmi?
Bu dramada da mənfi rol olmazsa olmaz. Koreya draması olduğunu nəzərə alsaq sonda onun da özünə görə səbəbləri çıxmasını istəmirəm doğrusu. Həmin obraz isə Şahın baş vəziridir. Az qala oynadığı bütün dramalarda pis rolu oynayıb da rolunun haqqını verən adam. 
Cheon Ho Jin/천호진-Kim Hun rolunda. 

http://dreamhigh-happyday.blogspot.com/
Təsadüfə baxın sentyabrın 9-u tam da aktyor haqqında yazdığım gün onun ad günüdür. Şəklin keyfiyyəti haqqında isə deyəcəyim budur- Bu qədər tarixi keçmişə aid rəsm hələ yaxşı keyfiyyətlə qalıb. :D İşin doğrusu odur ki bu dramadan aktyorun normal şəklini tapa bilmədim. 

  
http://dreamhigh-happyday.blogspot.com/ 
Drama çox şirin və əyləncəlidir. Hadisələr sirlərin açılması ilə bir az da dəyişəcək. Ən azı o video üçün bir şans verin. Başladıqdan sonra gerisi onsuz da gələcək. Əyləncəli olsun ancaq tarixi drama olsun deyəclər üçün mükəmməl serialdır. İzləyənlər fikirlərini, izləmədən blogdan postumla dramanı tanıyanlar siz isə rəyinizi aşağıya yazmadan getməyin. Sona qədər oxuduğunuz üçün təşəkkürlər. 

Wednesday, August 24, 2016

MIM№

Mim : Mid-Year Book Freakouthttp://dreamhigh-happyday.blogspot.com/   Salam, yeni mimdə bu ilin bu vaxtına qədər oxuduqlarımız haqqında suallara cavab yazırıq. Əyləncəlidir, çünki oxuduğumuz kitab haqqında kiməsə danışmağı, kitabdakı obrazları müzakirə etməyi əminəm çoxunuz sevirsiniz. Əslində bu mimi cavablandırarkən çətinlik çəkdim. Mən artıq sanki çoxdandır zaman anlayışını itirmiş kimi hiss etdim. Mənim üçün il məktəblərin tətil olması və ya açılması kimi dəyişikliklər sayəsində yadda qalan idi. Əgər hər günün eyni keçirsə, o zaman artıq zamanın ilin bəzən öz həqiqi mənasını itirdiyini düşünürsən. Ya da əslində zamanın heç bir mənası yox imiş, biz ona məna yükləməyə çalışırıqmış və zaman əslində böyük bir indidən ibarətmiş kimi. Keçmişdəki indiki zaman və gələcək indiki zaman. Bəs mənim sizə bunu dediyim zaman bunların hansındadır? Keçmiş ya gələcək?

http://dreamhigh-happyday.blogspot.com/

 Kimə görə? Axı kimə görə olması zaman anlayışını da dəyişir. Yenə də, əslində mövzuya aid olmayan fikirlərimi sizlə bölüşdüm. Ancaq bu sadəcə özlüyündə gələn fikirlərdir. Yəgin bu haqda siz də düşünün deyə elə məhz bu yazını yazdığım zaman bu fikirlər beynime gəlib. Çox yormayım sizi, keçək mimə. 
Sondakı mahnı da məndən sizə hədiyyə olsun. 

1. Bu ana qədər oxuduğum ən gözəl kitab.

Thursday, July 21, 2016

Sleeping Wolf/Uyuyan Canavar.

Sadəcə keyfiyyətli musiqi Dinləməyi sevənlər üçündür.dreamhigh-happyday.blogspot.com

   Təsəvvür edin ki, bir musiqi qrupunu təsadüfən kəşf edirsiniz. Bu qrup o qədər də məşhur deyil. Ən azından youtube da mahnıları milyon izləyici sayı ilə bəzənməyib. Ancaq siz onun xüsusi olduğunu anlayırsınız. Kiçik olsa da qəribə qığılcımı duyursunuz.-Elə bu yazıdakı hərflər kimi kiçik amma nədənsə bu diqqəti cəlb edir və sizi oxumağa vadar edir. Yeni yeni məşhurlaşan qrupu tanımayan varsa bir şans versin.
Sleeping Wolf qrupu ilk olaraq öz adı ilə maraqlı görünür. Qrupun mahnılarını dinlədim və həqiqətən də çox bəyəndim. Qrup haqqında demək olar ki, məlumat tapa bilmədim. Ancaq biz fərqli musiqi dinləmək üçün burdayıq deyilmi?! 
Qrup 2014-cü ildə prodüser Steven Solomon və sənətçi Jake Newton tərəfindən yaradılıb. Qrup bəzi tv proqramları və filmdən sonra daha çox tanınıb. 
İlk qrupun "Come and get me "adlı mahnısını dinləmişdim. Məncə həqiqətən də hit ola biləcək mahnılardandır. 
İlk mahnını bəyənidinizsə siz də qrupun digər mahnılarını dinləmək istəyərdiniz. Beləliklə ikinci mahnı və onu da çox sevdim. "Blindfold"

Xoş və bir o qədər də insana tanış gələn (aman plagiat olmasın da -_-) ritmlərlə "THE WRECK OF OUR HEARTS" dinləyin.
Bir az pozitivliyi artıran musiqi istəsəniz bu mahnını seçin. "DEMONS AT THE DOOR"
Ən sona isə ən sevdiyimi, daha doğrusu hələyeni dinləyib bəyənidiyim və dayanmadan qulaq asmaq istəidyim mahnını saxladım. ;) "Get You Alone" Video üçün seçdikləri çəkil də mahnı ilə çox gözəl uyub. Gözəl görünür.

Qrupun digər mahnılarını da dinləmək istəyənlər, rəngli yazını klikləyin qrupun  mahz axtardığınız rəsmi youtube kanalı soundcloud səhifəsidir ki, orada digər mahnıları tapacaqsınız. qrupun rəsmi saytı üçün klikləyin.
Mahnılardan sevdiyinizin adını rəydə/yorumda yazın. Sizin də bənzər sevdiyiniz ifaçı və ya qrup varsa mənimlə paylaşın. 


Tuesday, June 21, 2016

Harry Potter sevərlərin yeni filmi.

Fantastic Beasts and Where to Find Them.
http://dreamhigh-happyday.blogspot.com/
  Hər bir Harry Potter sevər kimi film haqqında gördüyüm ankı həyəcanımı, sevincimi, içimdəki qəribə qığılcımı təsəvvür edərsiniz. Film J. K. Rowling-in eyni adlı kitabı əsasında çəkilib. J. K. Rowling Harry Potter kitab seriyasının müəllifidir. Bu dəfə treylerində Harry potter soundtrackı eşitmək isə həyəcanımı ikiqat artırdı. İndi isə sizə bir az gözlədiyizdən fərqli yenilik deyim, film bu dəfə Harry və dostlarının deyil, Newt Scamander in macəralarını bizə göstərəcək. Ancaq bu da bir Harry Potter havası olduğundan izlənəcək. Ən azı mən izləyəcəm. Film 2016-cı il noyabrdan kinoteatrda yayımlanacaq. Azərbaycana da maksimum bir aydan sonra gələcəyini düşünür və ümid edirəm. Filmin azərbaycancada adı Fantastik heyvanlar(bədheybətlər) və onları harada tapmaq kimi tərcümə olunur. 
 Mən o köhnə dünya havasını treylerdən (trailer) artıq sevdim. 
dreamhigh-happyday.blogspot,com
Təxmin etdiyiniz kimi filmdə hadisələr XIX əsrdə (1926-cı il) cərəyan edəcək. İnşaAllah Harry Potter filmləri qədər şirin və maraqlı olar. Fantastik olacaq deyə film soyuq olmasın. Soyuq fantastik filmlər boldur. İçində dostluğa daha çox yer verilən Harry Potter ə bənzər film olsun istəyərəm. Doğrusu bu dəfə baş qəhrəmanımız məktəbli deyil, müəllim olacağı üçün hekayədə fərq mütləq olacaq. Bir də filmdə Harry Potter filmindən Dambledore u görmək ehtimalımız var, həm də bir az daha gənc olaraq. 
Hadisələr 1926-cı ildə Newt Scamander New Yorka, Amerika Birləşmiş Ştatlarına ABŞ Sehr Konqresinə gəlir. Burada o çox vacib bir şəxslə görüşməlidir. Treylerindən də görəcəyiniz kimi Newt Scamanderin artıq çox ağır bir məsuliyyəti var. Ona içi saysız sehrli bədheybətləri yaşadığı bir çamadan verilib. Çamadandan artıq bir neçə bədheybət dünyaya qaçıb. Yəgin ki, Newt Scamander həmin fantastik və təhlükəli canlıları geri qaytarmalıdır. Film haqqında çox da geniş bir məlumat yoxdur. Məlumat olduqca sizinlə bölüşərəm. Keçək aktyor heyəti ilə tanışlığa:
dreamhigh-happyday.blogspot.comFilmin baş rolu aktyor Eddie Redmayne-a həvalə olunub. Doğrusu bu aktyoru o qədər də bəyənmədim. (Filmi bir tərifləyib bir pislədiyimi düşünməyin, filmə yenədə baxacam) Üz qurluşumu( dodaqları xüsusilə) ya mimikası ilə mi bilmirəm azca məni filmdən uzaqlaşdırır. Amma ümidvaram filmi izləyəndə bu tərəddüdüm yox olar.
dreamhigh-happyday.blogspot.com

Aktrisa Katherine Waterston isə əsl həyatda və digər şəkillərdə daha gözəl və səmimi gəlir. Filmin treylerində sanki çox az görsəm də qısa saçlarına görədirmi bilmədim ancaq daha solğun görünürdü. O filmdə əsas qadın qəhrəman Porpentina "Tina" Goldstein obrazını canlandıracaq. Ümidvaram aranızda Goldstein familyasını gördüyü an George Orwel in 1984 kitabını(kitab haqqında yazı üçün kitabın adına basın/klikləyin/tiklayin) xatırlayanlar oldu. ;)
dreamhigh-happy.blogspot.com
Məni ən çox da fantastik filmdə gördüyümə təəccübləndirən isə aşağıda şəklini gördüyünüz aktyor Colin Farrell oldu.Aktyoru daha çox triller (thriller) janrındakı filmlərdə görməyə alışmış olsaq da bu filmdə fantastik filmdə öz bacarıqlarını göstərəcək. 
dreamhigh-happyday.blogspot.comAlison Sudol isə Porpentinanın kiçik bacısı Queenie Goldstein rolunu oynayacaq. 







Dan Fogler  isə filmdə Jacob Kowalski olaraq qarşımıza çıxacaq.
dreamhigh-happyday.blogspot.com
Bu da filmin treylerləri. Bu arada blogger dostlarım mənə bloga youtube-dan bloga video yükləməyin doğru olub olmadığı ilə bağlı (xüsusilə aşağıdakı film trailer i kimi rəsmi videolar) məlumat verməyinizi xahiş edirəm. Çünki çox axtarıb az məlumat tapdım bu haqda. (sona qədər oxuyan bütün bloqqer dostlarımdan cavab gözləyirəm)

İkinci treylerdə isə daha çox Harry Potter soundtrackı, ya da bənzər saundtrak diqqətimizi çəkir. 



Ümidvaram yorulmadan oxudunuz və filmi izlənəcəklər listinizə qeyd etdiniz. Özünüzə yaxşı baxın. Hələlik.

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...