Mahnılarını dinlədiyim zaman hisslərimi ifadə etməkdə çətinlik çəkdiyim ifaçı.. .. .. 
Tam adı- Jeffrey "Jeff" Scott Buckley.
Doğum tarixi- 17 noyabr 1966.
Doğum yeri- Anaheim, Kaliforniya, ABŞ.
Janr- Alternativ rok, folk rok, soul blues.
Sənət- Bəstəkar-müğənni, gitara ifaçısı/gitarist.
Vebsayt- jeffbuckley .com
düzünü desəm, hələ də mahnılarını dinləyib, səsini eşitdiyin və sevdiyin bir ifaçının dünyada olmadığı fikrini qəbul etmək çətin gəlir. Belədə, digər çox sevdiyimiz məşhurların çoxu da varlığını yalnız internetdən gördüyümüz insanlardır. Beləliklə həmin insanın səsinə, musiqisinə əlim hələ də çatırsa, həmin insanın səsində, dünyadakı bir çox insanın səsindəkindən daha çox canlılıq, həyat, hisslər varsa bu insan dünyada olmasa belə uzaqlarda bir yerdə varmış kimi hiss edirəm. Sadəcə canlı konsertini heç vaxt izləyə bilməyəcəm. Amma tam olaraq dünyada olmadığını düşünə bilmirəm. Bir şeyi bilmək başqa, qəbul edib həmin reallığı dərk etmək başqadır. Nədənsə bu müğənniyə ölüb sözünü yaraşdırmıram. Musiqisində səsi hələ də dünyadadır. Tək səsi yox, mahnıları ilə çatdırdığı fikirlər, hisslər, rənglər.- 29 may 1997
Jeff Buckley,
Mary Guibert və Tim Buckley in yeganə övladıdır. Atası Tim Buckley çox məşhur musiqiçidir. Mary və Tim çox gənc yaşlarında (uyğun olaraq 17 və 18) evlənib. Və elə Jeff dünyaya gəlməmiş də ayrılıblar.
![]() |
Tim Buckley & Mary Guibert |
![]() |
Jeff və Corey |
fransız,yunan, amerikalı və panama əsilli qarışıq bir nəsildəndir, Tim isə irland (atası)və italyan amerika(anası) əsillidir.

Jeff 12 yaşında olanda gitaraya olan marağı onun musiqiçi olmaq istəyini də ardınca gətirir. Başqa sözlə, hər şey həmin maraqla başlayıb. Sonradan ailəsi Hollivuda köçən Jeff musiqi inistitutuna daxil olur. Növbəti 6 ilini isə o oteldə işləyərək və müxtəlif qruplarda jazdan, heavy metal/ağır metala qədər müxtəlif janrlarda mahnılar ifa edib. 1990-cı ildə isə Jeff New Yorka köçür.
![]() |
Nusrat Ali Khan & Jeff Buckley |
![]() |
Jeff Buckley |
Bu şəhərdə isə o Qavvali/Qawwali musiqi növü ilə və həmin musiqinin ən mahir ifaçılarından biri olan Nüsrət Fateh Əli Xan/Nusrat Fateh Ali Khan -Pakistanlı müğənni, ilə tanış olur. Onun tanışlığı həyatında xüsusi rol oynayır. Jeff özü də Nüsrət Fateh Əli Xanın pərəstişkarına çevrilir. Xüsusilədə sufizm əsaslı bu
janrda mahnılara olan marağı isə yazdığı bir neçə mahnılarda da hiss olunur. Buna ən gözəl nümunə isə ən sevdiyim mahnılarından olan "Dream Brother" mahnısıdır. Bu mahnı insana dünyanı unutdurur. 5dəq 26. saniyəyə sanki dinlədiyin anda ruhunla mahnını duyursan. Varlıqla yoxluğun arasında qəribə hislər yaşadan mahnıdır.
![]() |
iyul 1995ci il, Parisdə Olimpiyadakı festivaldan |
:format(jpeg):mode_rgb()/discogs-images/R-1309819-1268347945.jpeg.jpg)
Parisdə keçirilimiş, "Festival of Sacred Music" adlı festivaldan "What Will Yoou Say" adlı mahnının duetidir. Festival 1995-ci il 18 iyulda keçirilib. Bu mahnı da sonradan 2001-ci ildə "Live À L'Olympia" adlı canlı alboma daxil edilir. Əslində albomun adı həmin ildə Jeffin Olimpiyadakı festivaldakı çıxışına uyğun götürülüb. Eyni ildə keçirilən festivaldan olan Alim Qasımovla olan duet də bura əlavə edilib.
İki fərqli dil və janr ancaq çox gözəl alınıb. Eyni festivaldan başqa bir duet də var, hansı ki youtube-a hələ 2015-ci ildə yüklənib.
Jeff Buckley debüt üçün həm də öz atası üçün hazırlanmış "Greetings from Tim Buckley"/"Tim Buckley dən salamlar" adlı konsertdə çıxış edir. O konsertdə atasının mahnıları içindən ona və anasına yazılmış "I Never Asked To Be Your Mountain"/" Heç Vaxt Sənin Dağın Olmağı İstəməmişdim"( mahnının koverini/cover dinləmək üçün adını klikləyin) adlı mahnısını ifa edib.

Ümumilikdə Jeff həmişə atası ilə müqayisə olunmağı sevməyib. Jeffin ilk və son albomu olan Grace albomuna adını verdiyi "Grace" adlı mahnısını tvdə BBC kanalında çıxışı zamanı atasının adının çəkildiyi zaman da kiçik reaksiyasını göstərir.

oxuduğu versiya. Jeff Buckley cover/kaver üçün Bob Telsonun versiyasını seçib. Hər iki versiyadan da çox cover/kover versiyasını bəyəndim. Əminəm dinlədikdən sonra siz də eyni düşünəcəksiniz. Jeff Buckley- "Calling you/Səni Çağırıram".
![]() |
mərkəzdəki uzunsaçlı Jeff Buckleydir. |

Ümumilikdə Jeff bundan başqa qruplarda da üzv olub. Sonradan 1993-1994 cü illərdə üzərində işləyib ortaya çıxardığı "Grace" albomu sayəsində onun öz oxu tərzini dinləyə bilirik. Grace, Jeff Buckleyin özünün/sağlığında çıxardığı yeganə studio albomudur. Albom 2003-cü ildə Rolling Stone's 500 Greatest Albums of All Time/ Rolling Stone-un Bütün vaxtların 500 ən yaxşı albomu siyahısında yer alıb. Bu bir az qəribədir, çünki albom 1994-cü ildə işıq üzü görüb. Grace albomu 1994cü il avqustun 23-ü buraxılıb. Ümumlikdə albom çox sevilib.
Original track listing/Orijinal trek listi/sırası | |||
---|---|---|---|
No. | Title/ad | Writer(s)/Yazan(lar)-burada mahnını yazanlar, yazıçı yox. | Length/uzunluq |
1. | "Mojo Pin" | 5:42 | |
2. | "Grace" |
| 5:22 |
3. | "Last Goodbye" | Jeff Buckley[41] | 4:35 |
4. | "Lilac Wine" | James Shelton | 4:32 |
5. | "So Real" |
| 4:43 |
6. | "Hallelujah" | Leonard Cohen | 6:53 |
7. | "Lover, You Should've Come Over" | Jeff Buckley | 6:43 |
8. | "Corpus Christi Carol" |
| 2:56 |
9. | "Eternal Life" | Jeff Buckley | 4:52 |
10. | "Dream Brother" |
| 5:26 |
Posthumous releases additional tracks[42]/ Ölümündən sonra çıxarılan əlavə trek/parça | |||
---|---|---|---|
No. | Title/ Ad | Writer(s)/Yazan(lar)-burada mahnını yazanlar, yazıçı yox. | Length/uzunluq |
11. | "Forget Her" | Jeff Buckley | 5:13 |

Ancaq həmin adla bağlı fikirləri də oxumağa dəyər- Mojo Pin sözünü daha çox Afrika dilində çoxumuz filmlərdən eşidib gördüyümüz- vodoo magic/vuduu sehri, cadusu sözü ilə

Albomdan ən sevdiyim mahnılar isə "Dream Brother", " So Real", "Grace", "Mojo Pin" və "Lover, you should've come over" mahnılarıdır. Hər birini dinləməy dəyər.! Albomdan klip üçün isə Jeff "So Real" mahnısını seçib. Klipdə qəribəlik var, belə ki ilk baxışdan hər şeyin bizə aydın olduğu adi kliplərə heç bənzəmir. Klipdən ən çox yadımda qalan isə, Jeffin musiqi videosunda, kafedə ou kamera çəkəndə gördüyümüz baxışıdır. 1:54-cü saniyədəki. Dərin, kədərli. Eyni sözləri mahnı və səsi barəsində də demək mümkündür. Mahnıdan isə ən sevdiyim hissə -" I love you, But I'm afraid to love you"- hissəsidir. Mahnıda çox səmimi səslənir.
Albomdakə "Eternal Life" (dinləmək üçün mahnının adına basın/klikləyin) mahnısı isə sözlərindəki insanlara mesajı ilə seçilir.






Ancaq düzü mənə hələ də onun ölümünün daha çox sui-qəsd kimi olması ehtimalını ağlımdan çıxara bilmirəm. Xüsusilə də, ayaqqabılarla üzməyə getmək və ya iş yoldaşının onun batdığını görməyib və ya ardınca gedib tapa bilməsi məndə şübhə yaradır. Ancaq hər halda bu şübhə nəticəni dəyişdirmir.
Jeff Buckley i mənim üçün digərlərindən ən çox fərqləndirən onun yalnız bir musiqi janrında bir stildə, üslubda oxumamasıdır. Bir mahnısında soul blues, digər birində folk rok və caz və rok qarışıq janrlar görmək olar. (musiqi təhsilim yoxdur sadəcə dinlədiyim, mahnılarından hiss etdiklərimi yazmışam, yəni tam janrlarla bağlı dəqiq bir şey deyə bilməyəcəm)
"Sketches for My Sweetheart the Drunk" adlı ikinci albom isə Jeff
![]() |
Bu albomun üz qabığı kimi olmasını istədiyim mənim ən çox bəyəndiyim nədənsə bu şəkildir. |
Buckleyin 1997-ci ildə üzərində işlədiyi mahnılarından ibarətdir. Albomdakı mahnıların çoxu 1996 cı ildən yazılmış və 1997-ci ildə Jeff bəzilərini bəyənməyib yenidən oxumaq istəyirmiş. Albom 1998-ci il may ayının 26-sı çıxarılıb. Bu albom " My Sweetheart the Drunk" adlanmalı idi, ancaq Jeff özü albomu tamamlaya bilmədiyi üçün adın əvvəlinə skeçləri/sketchs sözü əlavə olunub. Buna baxmayaraq albom uğur qazanıb.
Son yarımçıq qalan albomun bütün mahnılarını tək-tək çox sevirəm. Hər birinin videosunu burada sizinlə məmnunyyətlə paylaşardım. Ancaq bu daha az söz və daha çox ardıcıl mahnı deməkdir, hansı ki mən buna özüm üstünlük verərdim. ;)
Track listing/ Trek sıralaması
All tracks composed by Jeff Buckley; except where indicated/ Göstərilənlərdən başqa bütün treklər Jeff Buckley tərəfindən bəstələnib.
- Disc One/ Disk Bir
- "The Sky Is a Landfill" (Jeff Buckley, Michael Tighe) – 5:09
- "Everybody Here Wants You" – 4:46
- "Opened Once" – 3:29
- "Nightmares by the Sea" – 3:53
- "Yard of Blonde Girls" (Audrey Clark, Lori Kramer, Inger Lorre) – 4:07
- "Witches' Rave" – 4:40
- "New Year's Prayer" – 4:40
- "Morning Theft" – 3:39
- "Vancouver" (Jeff Buckley, Mick Grøndahl, Michael Tighe) – 3:12
- "You & I" – 5:39
- Disc Two/ Disk İki
- "Nightmares by the Sea" [Original Mix] – 3:49
- "New Year's Prayer" [Original Mix] – 4:10
- "Haven't You Heard" – 4:07
- "I Know We Could Be So Happy Baby (If We Wanted to Be)" – 4:27
- "Murder Suicide Meteor Slave" – 5:55
- "Back in N.Y.C." (Tony Banks, Phil Collins, Peter Gabriel, Steve Hackett, Mike Rutherford) – 7:37
- "Demon John" (Jeff Buckley, Michael Tighe) – 5:13
- "Your Flesh Is So Nice" – 3:37
- "Jewel Box" – 3:37
- "Satisfied Mind" (Red Hayes, Jack Rhodes) (recorded 1992.10.11 WFMU) – 6:00
Albomun 2. diskinin(Birləşmiş Ştatlardan başqa) Beynəlxalq yayımında bonus trek olaraq "Gunshot Glitter" (Jeff Bukley) ümumilikdə 21 trekin üçündə 7. sırada yayımlanıb. Disk 2 nin Yaponiya yayımında isə həmçinin "Thousand Fold" (Jeff Buckley) 22 trekin içində 11. olaraq bonus trek kimi yer alıb.
Bu ikinci skeçlərdən ibarət albomdan isə ən çox sevdiklərimi sizinlə paylaşıram. "Everybody here wants you"/ "Burada hamı səni istəyir" Klip də həmçinin sonra çəkilib.
"Opened Once" mahnısında dinlədiyin sanki anda atrafında hər şey dəyişir.
"Nightmares by the Sea" mahnısı da albomdan favorit mahnılarımdandır.
" New Year's Prayer" mahnısında Nüsrət Əli Xan musiqisinə bənzər ritm var. Mahnıda bir az şərq təsiri duyulur.
"Haven't You Heard" mahnısı.
Daha çox "Dream Brother" mahnısını yada salan bu albomda eyni üslubdakı mahnı isə "You and I"/Sən və Mən adlanan mahnısıdır.
"Morning Theft" - Jeff Buckley.
Jeff Buckleyi ilk tanıdığım vaxtdan onu bir aktyora bənzədirdim. James Franco/Frankoyla bir birlərinə çox bənzəyirlər. Xüsusilə James Frankonun Freeks and Geeks serialından olan bu şəklini ilk gördüyüm zaman xüsusilə seçilməyəcək dərəcə bənzədiklərini gördüm.
Əgər Jeff haqqında film çəkilsə baş rol aktyorluğa J.Frankodan daha yaxşı namizəd ağlıma da gəlmirdi. Artıq həmin filmin də çəkilməsi haqqında xəbərlər var. Tam olaraq film haqqında heç bir şey məlum deyil ancaq baş rol demək olar məlumdur. Düşündüyünüz kimi baş rol J.Franko olmayıb.
Namizədlər arasında adı olsa da. Müəyyən mənada sonradan bunun yəginki həm də aktyorun yaşı ilə bağlı ola biləcəyi ağlıma gəldi. Təsdiqlənən aktyor isə Reeve Corney-dir. Bu aktyor da Jeffə bənzərliyi ilə seçilir. Sadəcə göz rəngləri fərqlidir. Filmi səbirsizliklə gözləyirəm.

Bütün paylaşdığım şəkillərindən də mənimlə razı olarsınız ki, Jeff şəkillərin çoxunda fərqli çıxır. Aşağıda bir neçə şəkillərini də sizin üçün paylaşmışam. Qeyd edim ki, Jeff Buckleyin öz şəxsi həyatı və xüsusilə sevgi həyatı barəsində bilərəkdən heç bir məlumatı yazıma əlavə etmədim. Çünki özüm Jeff Buckleyin şəxsi həyatı ilə maraqlanmıram. Musiqi fəaliyyəti daha maraqlıdır. Sizə isə bütün mahnılarınıdinləməyi məsləhət görürəm. Bəyəndiyiniz ən az 5 mahnı çıxavaq.

Jeff i özüm üçün yeni kəşf etdiyim zaman isə (2014-cü il) ən pisi artıq yeni mahnılarının olmayacağı, canlı onu eşidə bilməyəcəyim oldu.
Son mahnı olaraq isə daha ritmli mahnı seçdim. "Vancouver"- Jeff Buckley.


" New Year's Prayer" mahnısında Nüsrət Əli Xan musiqisinə bənzər ritm var. Mahnıda bir az şərq təsiri duyulur.
"Haven't You Heard" mahnısı.
![]() |
Daha çox "Dream Brother" mahnısını yada salan bu albomda eyni üslubdakı mahnı isə "You and I"/Sən və Mən adlanan mahnısıdır.
![]() |
sağda Jeff Buckley, solda isə James Franco |
![]() |
James Franco |
Jeff Buckley |
![]() |
Reeve Corney |

Bütün paylaşdığım şəkillərindən də mənimlə razı olarsınız ki, Jeff şəkillərin çoxunda fərqli çıxır. Aşağıda bir neçə şəkillərini də sizin üçün paylaşmışam. Qeyd edim ki, Jeff Buckleyin öz şəxsi həyatı və xüsusilə sevgi həyatı barəsində bilərəkdən heç bir məlumatı yazıma əlavə etmədim. Çünki özüm Jeff Buckleyin şəxsi həyatı ilə maraqlanmıram. Musiqi fəaliyyəti daha maraqlıdır. Sizə isə bütün mahnılarınıdinləməyi məsləhət görürəm. Bəyəndiyiniz ən az 5 mahnı çıxavaq.

Jeff i özüm üçün yeni kəşf etdiyim zaman isə (2014-cü il) ən pisi artıq yeni mahnılarının olmayacağı, canlı onu eşidə bilməyəcəyim oldu.
Son mahnı olaraq isə daha ritmli mahnı seçdim. "Vancouver"- Jeff Buckley.
Ən sondakı şəkli isə xüsusilə sona saxladım. ;)





















Jeff Buckley'den çok az şarkı dinliyormuşum meğer. Grace'i ve So Real'ı severek dinliyorum ama önerdiğin şarkıların hepsi çok güzelmiş. Sayende güzel şarkılar keşfetmiş oldum. Bu arada ölümü hakkında seninle aynı görüşteyim.. :/ Film hakkındaki haberler gerçektir umarım ve bir an önce çekilir, dediğin gibi James Franco süper olurmuş ama diğer aktör de fazlasıyla benziyor Jeff'e..
ReplyDeleteƏslində bu yazımı yazanda çox adam tanımaz deyirdim Jeff Buckley i . Nə gözəl sənin də sevdiyin məşhurlardandır. :)Ən sevdiyim mahnıları/şarkıları paylaşdım mən də ;) Mən də əvvəl James Franco deyirdim amma Reeve Coray da çox bənzəyirmiş başqa bir namizəd/aday da olubmuş əvvəl amma o qədər bəyənməyib bənzətmədim ki, seçilməyib deyə və şansı az olduğundan heç yazmadım onu :D
Delete