Corc Oruel 1984
Janr: Utopya və disutopya ədəbiyyatı, siyasi ədəbiyyat, sosial elmi fantastik ədəbiyyat
Çap Tarixi: 1949.il 8 iyun
Orijinal dil: İngilis dili.
Uinston Londonda yaşayan və Həqiqət Nazirliyində işləyən adi vətəndaşdır. Uinston Smisin yaşadığı dünyada hamı, hər yerdə hətta insanlar yaşadığı evlərində quraşdırılan teleekranlar sayəsində izlənilir. Uinstonu digərlərindən fərqləndirən isə partiyaya olan gizli hər gün bir az da artan nifrətidir. O düşünməyi və ətrafındakı hər şeyi sorğulamağı bacarır. Uinstonun işinin də bunda rolu var. Belə ki, o tarixi qəzet və kitablarda qeydləri dəyişməklə məşğuldur. Hər dəfə bəzi insanları Partiya tarixdən siləndə onların keçmişdəki işləri də silinir. Bu zaman keçmişdə həmin şəxslərin qəzet və kitablardakı adları, xəbərlərini dəyişmək Uinston kimi işçilərə düşür. Digərləri isə nə qədər qəribə olsa da bütün bu dəyişikliklərdən xəbərsizdir. İnsanlar Böyük Qardaşın dediyi hər şeyə inanır. Hər yerdə Böyük qardaşın şəkli var. Uinstonun yaşadığı Okeaniyada düşüncə azadlığı qadağandır və düşüncə cinayəti adındakı bu növ ən dəhşətli cəzaların verildiyi bir cinayət növüdür. İndividual insanın varlığı deyəndə ağla gələn hər şey Okeaniyada Partiya tərəfindən qadağan edilib. Burada evlilik də yalnız partiyaya olan borcu yerinə yetirmək üçündür. Əgər tərəflər arasında sevgi hiss olunsa onların evliliyinə icazə verilmir. Uşaqlar kiçik yaşlarından casus kimi böyüdülür. Tarix yalnız partiyaya aiddir. Hər ixtira partiyanın adına yazılır. Ancaq Uinstonun öz uşaqlığı az da olsa yadındadır. Onu həmişə yuxularında narahat edən, kabus görməsinə səbəb olan ailəsi həmişə onu narahat edir. Ancaq o tam olaraq heç nə xatırlamır. Uinston bir dəfə özünə gündəlik alır. Bundan sonra isə o artıq öz düşüncələrini gündəliyə yazmağa başlayır. Hər şey də bundan sonra başlayır. O artıq düşüncə cinayətini həyata keçirirdi. Yalnız adını eşitdiyi partiyaya qarşı olan qardaşlıq təşkilatı və Goldstein haqqında maraq hər zaman ona üstün gəlir. Uinston qara camaat adlanan insanlara qibtə edir. Baxmayaraq ki, status olaraq onlardan qat-qat yuxarıda idi.
Okeaniyada aşağıdakı nazirliklər fəaliyyət göstərir.
Sülh Nazirliyi, Həqiqət Nazirliyi, Sevgi Nazirliyi və Varlılıq/bolluq Nazirliyi. Hər nazirliyin isə iş prinsipi demək olar ki öz adının əksi idi. Məsələn müharibə ilə bağlı işlər Sülh Nazirliyinə aid idi.
Arasında ən qorxuncu isə Sevgi Nazirliyi idi. Bu nazirlikdə yalnız partiyaya və Böyük Qardaşa sevgi aşılanırdı. Sevgi Nazirliyində insanlara ən ağır cəzalar verilirdi. Ən qorxunc otaq isə 101 nömrəli otaq idi. Bu otağa göndərilənlərin sonu hamıya qaranlıq idi.
Okeaniyadan başqa yalnız iki ölkə vardı. Avrasiya və Şərqiasiya. Okeaniya həmişə bu ölkələrdən biri ilə sülh digəri ilə isə müharibə şəraitində idi. Ancaq hansı ölkə ilə müharibə, hansı ilə sülh şəraitində olduğunu dəqiq demək olmurdu.
Əsas obrazlar: Big Brother/Böyük Qardaş- Qara gözlü, bığlı, Partiyanın təcəssümü olan Okeaniyanı idarə edən şəxs.
Winston Smith/Uinston Smis- hekayədəki qəhrəman, fleqmatik/soyuqqanlı, adi vətəndaş
Julia/Culia- Uinstonla eyni yerdə işləyir. Sonradan Uinstonla münasibətləri dəyişəcək.
qeyd. Culia obrazı yazıçının ikinci həyat yoldaşı Sonia Oruell-dən təsirlənək yaratdığı bir obrazdır.
O'Brayn- Uinstonla eyni yerdə işləyir. Nədənsə ilk baxışdan həmişə Uinston onu özünə dost hiss edir.
Emanuel Goldstein- Okeaniya partiyasına qarşı yaradılan qardaşlıq gizli birliyin lideri.
Syme- Bu obrazı xüsusilə ona görə qeyd edirəm ki, onun sayəsində yeni şeylər öyrənəcəyik. Yeni dilin, lüğətin yaradılması və bunun arxasındakı əsas niyyəti bizə Syme izah edir. Ancaq əlbəttə ki, o bunu fəxrlə deyir.
Mənim kitab haqqında fikirlərim. Kitab sizə yeni bir dünyanı təqdim edir. Gələcəkdəki həyat həmişə insanları çox maraqlandırıb. İnsanlar bənzər mövzuda oxumağı, eşitməyi sevir. Bu kitabda da eyni mövzu işlənib. Ancaq bu yeni dünya, gələcək gözlədiyiniz kimi deyil. Kitabın ilk səhifəsindən etibarən özünüzü yaşadığınız dünyadan uzaq hiss edəcəksiniz. Kitabı oxuyanda onu yaşamaq tam da bu kitabı oxuduğum zaman həmin hissləri yaşadım. Yazıçı bu qurduğu yeni dünyasında hər şeyi ən kiçik incəliyinə qədər qeyd edib bizə təqdim edir. Kitabın adı da o zaman yazıçının təxminən kitabın çap olunduğu ilin tərsi olaraq adlandırdığı, seçdiyi ildir. Əslində isə yazıçının ikinci bir seçimi də vardı. The Last Man in Europe/ Avropada Son Adam. Ancaq sonradan indiki adı seçir.
Daha maraqlısı isə kitab haqqında araşdırığım zaman qarşıma wikipediadan çıxan bu şəkil oldu. Bu isə yazıçının daha çox gələcək adı altında günündəki problemləri göstərdiyini deməyə əsas verir. Kitabı oxuduğumuz zaman da biz bunu hiss edirik. Sanki kitab tam olaraq gələcək ya da keşmiş deyil. Kitab mənə keçmişlə gələcəyin arasında ilişib qalan zaman kimi göründü. İlk şəkil 1930-cü illərin ortasında çəkilib və ikinci şəkildən fərqli olaraq Stalinin yanında dayanan şəxs isə Nikolay Yezovdur, hansı ki 1940-cı ildən sonra yeni versiyada artıq yoxdur və silinib.
Xüsusilə sonu heç gözləmədiyim kimi bitdi. İnsanı düşündürən kitabdır. Eyni zamanda kitabı oxuduğunuz zaman kitabın qəhrəmanı kimi izlənildiyiniz hissi sizə hakim ola bilər. Kitabın təsirlərindən biridir. Eyni zamanda bu kitab müasir dövrdəki insanların Cctvlər və digər texnoloji yeniliklər sayəsində izlənildiyini nəzərə alsaq həqiqətən də yazıçı gələcəyin, inkişafın müəyyən mənada getdiyi inkişaf yolunu təxmin etmiş də ola bilər. Aşağıda son olaraq kitabdan bəzi hissələr oxuyacaq və kitabın müxtəlif illərdə üz qabığı ilə tanış ola biləcəksiniz.

Sonia Orwell |

Əgər fikirlər dili korlaya bilirsə, dil də həmçinin düşüncəni korlaya bilər. |

ingilis sosializmi. qeyd:bu şəkil filmdəndir, kitabda partiyanın buna bənzər bir simvolu haqda yazılmayıb |
Müharibə Sülhdür
Azadlıq Köləlikdir
Cahillik Gücdür
Böyük Qardaş sizi izləyir
Birin Azlığı
Mən səni Satdım&Sən Məni Satdın
İki plus İki Beş Edir
Bizim Əmrlərimiz "Sən İncəsənəti"
O Azadlıq idi
O əsl Söz idi
Reallıq zahiri deyil
Fikir Cinayəti, Onlar bunu belə adlandırdı
Onlar heç vaxt üsyan etməyəcək
Bu yaxşıdır, Hər şey yaxşıdır
Əziyyət Bitirildi/Sonladı
Kim ki Keçmişi idarə edir, Gələcəyi də idarə edir. Kim ki, İndiki zamanı idarə edir Keçmişi idarə edir.
Güman ki insan sevilməyi başa düşülmək/anlaşılmaq qədər istəməzdi.
Bu kitabı merak ediyorum, Hayvan Çiftliği kitabından sonra bunu da okuyacağım mutlaka. Kitapla ilgili yorum çok güzeldi ve bilmediğim bir kaç yeni bilgi edindim. Teşekkürler. :)
ReplyDeleteSalam. Məncə də oxuyun. Kitab insanı düşündürür. Spoi olmasın deyə yazmadığım bilgilər var kitabda. Çox həyəcanla, maraqla oxuyacağınıza əminəm. Bəyəndiyinizə sevindim. :)
DeleteGeorge Orwell haftası mı var, ne Nana! tüm bloggerlar da kitabını görüyorum.
ReplyDeleteNe güzel detaylı incelemişsin kitabı, hayran kaldım. Hiç bir yeri atlamamışsın tebrik ediyorum.
Çok beğendim, kalemine sağlık!
Bu arada google plus adresimi değiştirdim, yorum yapabiliyorum ;) Sıkıntı benden kaynaklanıyormuş için rahat olsun ;)
Məncə təsadüf olub ;) Çox təşəkkürlər, xüsusilə də g+ unu dəyişib yenə də bu yorumu/rəyi yazdığın üçün :)) Həqiqətən narahat olmuşdum. Sən də xəbər verdiyin üçün çox sağ ol ^_^
DeleteEtkinlik varmış, bu ay George Orwell'in kitabını okumuşlar ondanmış :)
DeleteRica ederim Nana! Düzeldiğine çok sevindim ;)
Məlumat üçün sağ ol, mən də hər yerdə G.O. görüb nə olub görəsən deyirdim :)
DeleteSpoiler yeme korkusuyla okuyamadım yorumunun tamamını, ama kullandığın görseller çok güzelmiş yaa ^.^ Kitabı bitirip hemen buraya damlayacağım ^,^
ReplyDeleteGözdə narahat olma, mən spoilərlə kitab rəyi yazmıram ;). Ümumi məlumatdır sadəcə, düşüncələrim.
DeleteKitap çok akıcı, beğenerek okumuştum. Filmini de izlemeyi çok istedim ama bir türlü fırsat bulamıyorum. Sevgiler...
ReplyDeleteKitabı mən də çox sevirəm. Filmi kitab qədər olmaz məncə. Təşəkkürlər .
DeleteEvet ya aslında spoiler yokmuş ama kitabı bitirdikten sonra yorumunu okumak daha iyi oldu :D Beni de çok etkiledi kitap ki böyle olacağını biliyordum.. Korkutmadı desem yalan olur ve ben de söylediklerine katılıyorum, sanki o güne yapılmış bir eleştiri gibi kitap daha çok. Ve paylaştığın resim çok garip ya daha da ürküttü beni o.O
ReplyDeleteKitab daha çox bu gün bunları qəbul etsəz gizliliklər daha real gələcək olacaq deyir o zamanki və bütün zamandakı oxucusuna.. Deyilmi ?- insan istər istəməz ürkür gerçək payı olduğunu biləndə..
Deleteİade-i ziyarete geldim !! Bloğunu çok beğendim canım :)))
ReplyDeleteSalam, təşəkkürlər :))
DeleteSelam gardaş ❤
ReplyDeleteSalam, xoş gəldin. ;) ^_^
DeleteMerhaba..Anlatımından sonra okunacaklar listesine aldım kitabı...Sevgiler
ReplyDeleteSalam. Nə gözəl, oxuyub bitirdikdən sonra kitab haqqındakı fikirlərini də bilmək istərdim. :)
Deleteçok sevdiğim bir yazar, başyapıt niteliğinde bir kitap =) teşekkürler Nana =)
ReplyDeleteYazarı mən də çox sevirəm. Xoşdur :))
Delete