Wednesday, January 27, 2016

MIM No5

Merak ediyorum/ Mənə Maraqlıdır.http://dreamhigh-happyday.blogspot.com/

   Bu mimdə ümumi mənim üçün maraqlı olan və ya sevmədiklərimdən qısaca yazacağam. Ümidvaram sizin üçün maraqlı olar. 
http://dreamhigh-happyday.blogspot.com/
*Mənim qədər bir mahnını dinləyəndə təsirlənən və o yeni dinlədiyi mahnını dinlədiyi zaman bu qədər çox içdən sevinən biri varmı? Əlbəttə burada musiqinin rolu böyükdür. 

Monday, January 11, 2016

Jeff Buckley

Mahnılarını dinlədiyim zaman hisslərimi ifadə etməkdə çətinlik çəkdiyim ifaçı.. .. .. http://dreamhigh-happyday.blogspot.com/

Tam adı- Jeffrey "Jeff" Scott Buckley. 
Doğum tarixi- 17 noyabr 1966.
Doğum yeri- Anaheim, Kaliforniya, ABŞ.
Janr- Alternativ rok, folk rok, soul blues.
Sənət- Bəstəkar-müğənni, gitara ifaçısı/gitarist.
Alətlər (çala bildiyi)- gitara, appalachian dulcimerorganharmoniumesraj, bass gitara.
Vebsaytjeffbuckley.com
Fəaliyyətdə olduğu illər- 1991-1997
http://dreamhigh-happyday.blogspot.com/


Ölüm tarixi- 
düzünü desəm, hələ də mahnılarını dinləyib, səsini eşitdiyin və sevdiyin bir ifaçının dünyada olmadığı fikrini qəbul etmək çətin gəlir. Belədə, digər çox sevdiyimiz məşhurların çoxu da varlığını yalnız internetdən gördüyümüz insanlardır. Beləliklə həmin insanın səsinə, musiqisinə əlim hələ də çatırsa, həmin insanın səsində, dünyadakı bir çox insanın səsindəkindən daha çox canlılıq, həyat, hisslər varsa bu insan dünyada olmasa belə uzaqlarda bir yerdə varmış kimi hiss edirəm. Sadəcə canlı konsertini heç vaxt izləyə bilməyəcəm. Amma tam olaraq dünyada olmadığını düşünə bilmirəm. Bir şeyi bilmək başqa, qəbul edib həmin reallığı dərk etmək başqadır. Nədənsə bu müğənniyə ölüb sözünü yaraşdırmıram. Musiqisində səsi hələ də dünyadadır. Tək səsi yox, mahnıları ilə çatdırdığı fikirlər, hisslər, rənglər.- 29 may 1997
http://dreamhigh-happyday.blogspot.com/
Jeff Buckley, 

Monday, November 2, 2015

Jack London Martin Eden

Martin İden axtarılır.


    Bu kitabı oxumağa dəyər. İstənilən dövrun insanı üçün marağını heç vaxt itirməyəcək bir kitabdır. Dünyaya Martinin gözündən baxmaq və onunla birlikdə dəyişmək. Kitabı oxuduğum zaman özümü məhz belə hiss edirdim. Dəyişən təkcə Martin deyildi, həm də dünya dəyişirdi. O bir insan kimi inkişaf etdikcə, kamilləşdikcə dünya da onun əvvəlki gördüyü dünyaya bənzəmirdi. Ən sevdiyim isə bunu yazıçının yox, Martinin öz ağzından oxumağımız idi. Burada Martin Edenin/İden əslində yazıçı Cek Londonun öz avtobioqrafiyası olma ehtimalının da rolu var. 
   Kitabın əsas obrazı, Martin dənizçidir. Həyatının çox hissəsini evdə yox gəmidə keçirir. Martin təsadüfən varlı ailədən olan Arturu küçədə döyməyə çalışan oğlanlardan xilas edir və əvəzində Artur onu öz evinə yeməyə dəvət edir.Məhz bu hadisə həyatının dönüş nöqtəsinə çevrilir. Martin yüksək təbəqənin həyatı ilə tanış olur. Martinin Arturun evindəki ilk təəssüratları oxucu kimi məni kitaba ilk bağlayan şey oldu. Martin evdə nəyisə salıb sındırmaqdan ehtiyat edirdi. Özünü çox kobud hiss edirdi. Martin də digər öz təbəqəsindən olan insanlar kimi idi. Yüksək təbəqəyə heyranlığı görməmək mümkün deyil. Ancaq burada heyranlığın səbəbi heç də düşündüyünüz kimi cah-cəlallı həyat tərzi deyil. Bu insanlar savadlı, oxumuş idi. Məhz bu Martini çox cəlb edirdi. Martin evdə elə stolun üstündəki şeiri görür. Bu zaman isə otağa bir nəfər daxil olur. Arturun bacısı Ruf. Ruf Martinin indiyə qədər gördüyü və tanış olduğu bütün qızlardan fərqli bir qız idi. Martin bu evdə söhbətlərin çoxuna yad idi. Çünki burda hamı ali təhsilli idi. O isə heç məktəbi də tam bitirə bilməmişdi. Ancaq onun kitaba, elmə sevgisi hələ də dəyişməmişdi. Martin Ruf üçün həyatını dəyişməyi qərara alır. Kitabda əsas cahil insanla savadlı, təhsilli insanın fərqi önə çəkilir. Kitabı oxuduğunuz zaman Martin kimi kitab oxumaq sevginiz artacaq. Yüksək təbəqənin göründüyü kimi olmadığını göztərməsi də yazının kitabını mənim üçün daha da dəyərli edir. Kitab sadəcə bir sevgi hekayəsi deyil. Bir insanın inkişaf yoludur. Bir insanın nə qədər dəyişə biləcəyini öyrənirik. Martinin dəyişimi bir anda da baş vermir. Daha çox izlədiyimiz filmlərdə 1-2 saata dəyişən baş qəhrəmanlarla eyni deyil. Çünki bu kitab reallığa daha yaxındır. Digər sevdiyim şey isə, insanların məşhur deyilsə, dəyərli ilə dəyərsizi ayıra bilmədiyini göstərməsi idi. Martin Rufla görüşdən sonra oxumağı və hətta kitab yazmağı, özünə tamamilə yeni həyat yolunu seçir. Yeni insanlarla tanışlıq, köhnə tanışların tez-tez dəyişən davranışları ilə birlikdə biz həm də kasıb bir insanın sıfırdan həyatını yenidən qurma cəhdlərini görürük. Kitabda tez-tez Martin əvvəlki və indiki özünü müqayisə edir. Kitabda həm də Rufu tanıyırıq. Ruf Martinə dərs keçməyə razı olur. O ilk olaraq Martinin qrammatik səhvlərini düzəldir. Ruf tanıdıqca Martini daha çox dəyişməyə çalışır. O Martini öz atası və ya həmişə Martinə nümunə göstərdiyi mister Betler idi. Kitabda ən sevdiyim və yadımda qalan dialoqlardan biri isə Rufla Martinin Mister Betler haqqında olan dialoqlar idi. Qısa yazmalı olsam burada (dialoq kitabda təxminən 3 səhifədir buna görə də dialoqu bir az qısaltsam da əsas fikirlər eynidir, ancaq cümlələr kitabdakı ilə tam eyni olmaya bilər) -həmişəki dərs günlərindən birində Ruf Martinə mister Betleri tərifləyir. Onun həyatına çox aşağı təbəqədən başlayıb sonda isə belə varlı olaraq davam etməsi haqqında ağız dolusu danışır. Mister Betler cavanlığında gündüzlər işləyib, gecələr isə oxuyub, çox çətin vəziyyətdə tək yaşayıb. O qənaətlə yaşamağı öyrənib. Nəticədə bugün o çox varlıdır. Nəhayət istədiyi yerə çatıb. Martin isə buna cavab olaraq onun yaşamaqdan artıq zövq ala bilmədiyini deyir. Mister Betler gəncliyində istirahət etməyib. O həmişə az yeyib, çox işləyib. Yəginki indi onun mədəsi də xarabdır, elə deyilmi? Ruf təsdiq əlaməti olaraq başını tərpətdikdə Martin davam etdi. Əminəm ki, mister Betler həmişə qaraqabaq adamdır. Ətrafında danışıb gülən insanlar olanda oranı tərk edir. Qazandığı 3-4 dollarla yaşamağa çalışmış bir adamın xarakteri başqa cür ola da bilməzdi. Mister Betler həyatının ən gözəl vaxtlarını- cavanlığını qurban verib. Artıq o gəncliyindəki kimi hiss edə bilməz. O öz sağlamlığını, vaxtını pula dəyişib. 
Kitabdakı Martin İden obrazını çox bəyəndim. O dərəcə çox ki dünyada belə insan olsa da onunla söhbət edə bilsəm dedim. Elə buna görə də, başlığa Martin axtarılır yazmışam. Kitab haqqında çox yazmaq istəmirəm, ancaq mütləq oxumalı olduğunuz kitablardan olduğuna əminəm. Sizə nə isə qatacaq, sizi dəyişəcək bir kitabdır. Kitabın sonunu isə daha çox bəyəndim. Sonu bundan fərqli ola da bilməzdi. Kitabı oxuduğum zaman onu bitirmək heç istəmirdim. Kitab 463 səhifəlik olsa da bu sizə çox az gələcək. Klassik ədəbiyyat sevən ya sevməyən hər yaşda insan oxuya bilər. (uşaq kitabı olmadığını qeyd edim) Oxuduqca sizi düşündürən kitab axtarırdınızsa artıq tapmısınız. 

Sunday, September 13, 2015

Anime İzləmək istəyirəm..

Anime Fanı olmağa Könüllü Axtaranlar üçün.

http://dreamhigh-happyday.blogspot.com/2015/05/one-ok-rock.html
Hamıya salam. Burda yazı olaraq paylaşacaq dərəcədə anime izləmək istəyirəm.! Ancaq problem o məni hər bölüm daha da özünə bağlayacaq anime i tapa bilməməkdir. Azdan çoxdan demək olar ki, bütün məşhur animeləri tanıyıram və hadisələri baş qəhrəmanlarını bilirəm. Ən sevdiyim anime desəniz- Cavabım Digimon və Death Note olar. Əlbəttə ki, bu ikisinin yeri ayrıdır. Xüsusilə yaponların animelərə çox ciddi yanaşmasını sevirəm. Məsələn Death Note soundtrackları ən məşhur filmlərin belə soundtracklarından daha yaxşıdır. O dərəcə keyfiyyətlidir. Mövzuya layiq soundtracklarla sözsüz ki, məşhur olmalı idi. Death Note uşaqlıqdan bəri serial şəklindəki anime ləri izləməyən biri olaraq məni özünə bağladı. 
Soundtracklarını telefona yükləmişəm və tez-tez həmin soundtrackları dinləyirəm. Uzun-uzun yazmaq istərdim ancaq death note yazısında daha geniş yazaram. 
Bu yazının məqsədi anime izləyənlərdən anime məsləhəti almaqdır. Death Note dan sonra heç bir anime diqqətimi o qədər cəlb etmir. Death note dan daha möhtəşəm ancaq 200-300 bölüm kimi uzun olmayan bir anime bilirsinizsə yazın. Yəgin ki, yazacağınız anime lərin də çoxunun haqqında oxuşuş, araşdırmış olacam buna görə də sizdən xahişim spoisiz anime haqqındakı düşüncələrinizi filan yazmağınızdır. Death Note dan sonra romantik bir anime ə baxa bilməzdim. Bənzər anime də olmur, çünki təkrarçılığa qarşıyam. Soyuqqanlı obrazların olduğu anime olsun istərdim. Ancaq izləyəndə bu da fantastikanı da keçib deyəcək dərəcədə xəyal dünyamızın sərhədlərini aşmasın. Yəni anime lərdə ən sevdiyim tam olaraq dünyadan fərqli bir dünyanı bizə təqdim etmələridir. 
Bu cür səhnələr olan anime lərdən uzağam.
Xarakterim elədir ki, çox romantik olan film ya anime fərq etməz xüsusilə çox şablondursa baxmayacam. Ancaq eyni zamanda hər dəqiqə ölüm, qan, vəhşilik də insanı darıxdırır. Həm də iyrənc görünür. Ən əsası isə, buna baxmaq üçün psixoloji problemli olmaq lazımdır. İzləyən varsa, bunu təhqir kimi qəbul etməsin sadəcə bənzər bir şeyə baxmaq axır əvvlə insana mənfi təsir edər. (soldan yuxardakı şəkli nəzərdə tuturam)
Ağıllı oyunları olan, şablonlardan uzaq (ki yaponlar üçün bu çox da çətin deyil) və davamlı anime izləyicisi olmağım üçün də çox anormal qətl və qan dolu da olmamalıdır. Romantik sevmirəm deyil sadəcə həddində. O həddin hansı hədd olduğunu düşünənlər üçün deyim ki, cavabını tam bilmirəm. Hər halda bütün dünyası sevgilisindən ibarət bir anime izləyə bilməyəcəm. Komediya janrında anime tam olaraq necə olardı, izləyə bilərəmmi bilmirəm. Bir sözlə ən böyük problemim özüməm :D Bu dəfə mən sizə izləmək üçün məsləhət vermirəm, məsləhət alıram. Ümidvaram yazdıqlarım sizə çox qəribə gəlmədi. Ən əsası ümidvaram çoxlu məsləhət olan animelərlə bağlı fikirləriniz olan bol rəylər alaram bu yazıdan. Ən çox da Tokyo ghoul və Blech diqqətimi çəkir. Ancaq son zamanlar normal yeni serial, filmə belə baxmağa həvəsim yoxdur. Buna görə də başlayacağım anime keyfiyyətcə orta olsa əminəm ki, yarımçıq qalacaq. Anime sevərlər həmişə könüllü anime izləmək xüsusilə də fan/otaku dərəcəsində olacağı bir anime istəyən insan hələm-hələm çıxmaz. Bu fürsəti qaçırmayın. :D Vaxt ayırıb başdan sonadək oxuyanlar-(plus rəy yazanlar;) oxuduğunuz üçün sağ olun. Rəy/Comment/yorum yazmadan getməyin, fikirləriniz mənim üçün dəyərlidir. ^_^
http://dreamhigh-happyday.blogspot.com/

Not: Narutoya bir bölüm baxıb atmışam. Sizin bu haqda da fikrinizi bilmək istərdim. ;)

Wednesday, September 9, 2015

2013 Sentyabr ayında.

Bir Bloqun doğum günü olursa.

http://dreamhigh-happyday.blogspot.com/

dreamhigh-happyday.blogspot.com  İlk bloqu açanda, ya da ilk yazını yazanda nə düşündüyümü özüm də tam xatırlamıram. Sadəcə yazmaq istədim. Bəyəndiyim Koreya dramalarından məlumat vermək istədim. Qeyd edim ki, Koreya və kpop, k-drama, kmovie haqqında azərbaycanca ilk bloqun sahibiyəm. ^_^ 

 Amma elə ilk gündən yalnız koreya ilə məhdudlaşmamağını qərara almışdım. Məhz buna görə də, ad olaraq da fərqli ad seçdim. Dream High Happy Day- tərcüməsi çoxlarınız üçün aydındır. Bir mimdə də bu haqda yazmışdım. Bloqu davamlı izləyicilər bunu artıq bilir. 

Saturday, September 5, 2015

Jang Keun Suk

Fərqli SƏS, ZÖvq, Gülüş, Musiqi, Dramaları sevən fərqli insanlar siz artıq EELS-siniz.!http://dreamhigh-happyday.blogspot.com/

Ad- Jang Keun Suk
Hangul(Koreyaca) - 장근석
Doğum Tarixi-  4 avqust 1987 ci il.
Təhsil- Nelson Kolleci, Han Yang Universiteti (Theater and Film major/ixtisaslaşmış teatr və film fakültəsi)
Boy- 1.82 sm.
Çəki- 62 kq.
Qan Qrupu- A. (bizdəkinə uyğun tam bilmirəm neçənci qrup gedir)
Twitter- @AsiaPrince_JKS
Rəsmi web saytı- www.princejks.com
İstedad Şirkəti/Çalışdığı Şirkət- TreeJ Entertainment
Səhnə adı/ləqəb- Asia Prince/ Asiya şəhzadəsi

Fanlarının adı- EELs
http://dreamhigh-happyday.blogspot.com/
 

Saturday, August 22, 2015

Bir Fransız Filmi İzləmək İstəsəniz..

Eyjafjallajökull - adını bilmədiyim o ən sevdiyim komediya filmi deyəcəksiniz.!

   Bu filmi ilk dəfə aztv də izləmişdim. Maraqsız bir film olacağını gözləyirdim ancaq tam yanıldım. Ən sevdiyim şablon komediya filmlərindən fərqlənməsi idi. Yenə baş rollar kişi və qadın idi. Ancaq maraqlı obrazlar düşünülmüşdü. Yəni, şablonu fərqli təqdimat sayəsində filmi mütləq izləniləsilər sırasına daxil edə bilərsiniz.  Təsəvvür edin film bitdiyi an mən onu internetdə yalnız baş rolların sayəsində tapa bildim. İngiliscə film haqqında demək olar məlumat tapmadım. Wikipediada belə ingiliscə məlumat yoxdur. Tərcüməsini bilmədiyim bu film son zamanlarda baxdığım ən çox güldürən komediya filmidir. Filmin adı İslandiyada yerləşən bir vulkandan (vulkan dağından) götürülüb.

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...