Başlığı. Dünyada Yaşayan Yad.. Almağı düşünmədiyiniz ancaq necəsə həmişə qarşınıza çıxıb diqqətinizi çəkən həmin kitab.
Necə kitab olardınız? Əlbəttə ki, kitab mənim kimi olacaqdı, hər yazıçı kitaba bütün fikir və duyğuları özündən qatdığı kimi. İlk baxışda sadə ancaq oxuduqca mürəkkəbliyini anlayıb sevdiyiniz kitab. Həm çox sadə, həm çox çətin başa düşülən. Kitabda bacardığım qədər hər şey olardı. Dünya kimi olardı mənim kitabım. Bir səhifəsi rəngarəng, digər səhivəsi boz.. Bəzən oxuduqca hadisələrin yalnız ağ və qara rənglərin var olduğu bir dünyada baş verdiyini düşünəcəyiniz. Bəzən isə rəngsiz ancaq bununla da daha çox insanı cəlb edən sakitliyi sizə bəxş edən hüzünlü səhifələr olardı. Ancaq ən sevdiyim isə sizə ən rəngarəng səhifələrin qarışıqlığını göstərmək olardı. Dünyanın rəngarəng olmasının əslində, bir neçə rəngin, musiqinin, duyğuların, düşüncələrin bir insanda toplanmasının necə yaşamağı çətinləşdirdiyini göstərərdim. Yazmaq yox göstərmək, çünki biz yazıları hərf kimi sadəcə oxumur hər şeyi görürük, yaşamış qədər oluruq. İçimdəki, bütün duyğulardan, dinlədiyim bütün musiqilərdən, düşündüyüm bütün fikirlərdən bir az olardı bu kitabda. Buna görə də hər kəsin sevdiyi kitab olmazdı, ancaq səbrlə oxumağı bacaranlar, kitaba şans verənlər dünyaya başqa gözlə baxa biləcək dərəcə dəyişərdi. Əslində elə bütün kitabların yazılma məqsədi də budur. Kimə həsr olunardın? Heç kimə. Ancaq həm də hamıya. Eyni zamanda yalnız özümə. (Belə kitabın ola biləcəyinin mümkünsüz olduğunu düşünməyin.) Üz qabığı. Ya çox tünd ya da tam ağ rəngdə olsun istəyərdim. Yalnız bir mövsümdə yox bütün zamanlarda seviləcək bir görünüşü olsun deyə.
Önsöz'ündə bunlar yazılardı
Hamıya yad həm də bəzən çox doğma hiss edən bir insan. Mehriban olanda belə, həmin anda dünyadakı bütün adətlərdən, söhbətlərdən uzaq olan insan. Sanki doğulduğu yerdəki insanlar kimi düşünməyə can atsa da həmişə bir yadlıq hiss edən insan. Bütün ömrü böyu özünə dost axtarsa da əsl dostunu tapmayan insan. Qarışıq fikirlərinə baxmayaraq qəti məqsədləri, qərarları ilə yaşayan insan. Bu insan həm siz hamınız ola bilərsiniz, həm də heç biriniz. Çünki hər insanın özündə gizlətdiyi bir tərəfi olur. Kitabda hekayəsi yazılan insanın sizə nə qədər yaxın olduğunu yalnız oxuduğunuz an anlayacaqsınız. Həm çox təəccüblənəcəyiniz, həm də çox şablon yazılmış səhifələrin vəhdətini təşkil edən bu kitab dünya və insanın nümunəsində yazıldığı üçün belədir. Ən sevdiyiniz kitabları qoyduğunuz rəfdə həmişə yeri boş qalan kitabı oxumaq şansınızı dəyərləndirin. Kitabın son söz hissəsi/arxa qabığında yazılan Bu hissəni boş qoyardım. Kitabı oxuyub bitirdikdən sonra oxucu özü buranı kitabdan olan təsir ilə düşündüklərini istədiyi və son söz olaraq gördüyü kitab və özü haqqında düşüncələrini yazardı. İmza günümdə də hamısın bir-bir oxuyardım :P (İndidən xəbərdarlıq edirəm kitab yazmaq fikrinə düşüb bu ideyalarımı oğurlamaq ağlınıza belə gəlməsin.. ) Sonda bu mimi oxuyanlara belə bir sual siz olsaz belə bir kitabı almaq istəyərdiniz? (bu orjinal mimdə yoxdur bunu mən özüm sizə verirəm cavablarınızı gözləyəcəm). Mimi Viva (Vivamakyaj),Mydestiny və Sawako ya pasladım/göndərdim. Mim üçün isə Reyhana təşəkkür edirəm.
Romantik-Komediya axtarışlarımın ən uğurlu nəticəsi..
Bu dramanın belə olacağını heç gözləmirdim. Həm gözləmədiyimiz dramaların çox maraqlı olması mükəmməl hisdir. Sırf baş rollara görə başlamışdım. Ən çox da No Min Woo-nun instaqram hesabından tez-tez şəkil və videolar paylaşması sayəsində dramaya başladım. Heç peşman olmadım. Belə dramaya çoxdan idi, ki ehtiyacım vardı. Fərqli hekayəsi ilə şablon baş rol oğlan və qızlarsız da baxılası serialın çəkildiyini sübut edən dramadır. Elə sırf bu səbəbdən də əvvəl bir az tərəddüd edirdim ancaq ilk bölümdən dramanı çox sevdim.
Bu aralar mim şəhzadəsiyəm. Mimlərə cavab yazmaq da insana məşhur havası verir. Sanki jurnalist və ya aparıcının suallarına cavab verən ulduzam. :D
Mimin əslində adında kiçik dəyişiklik etmişəm. Əsl adı Ben küçükken-dir , bu da bizim dildə mən kiçik ikən kimi olur ancaq nədənsə mimi gördüyüm andan ağlımda bu ad dəyişdi. Ümidvaram məni bu əyləncəli mimə mimləyən Rana üçün problem olmaz bu. ;) Elə isə başlayaq.
Bu xəbər mənim üçün də möhtəşəm sürpriz oldu. Xüsusilə də bu xəbəri oxuduğum vaxt Death Note -un myuziklından mahnılar dinləyirdim (həmin vaxt dinlədiyim mahnıları dinləmək üçün rəngli yazıya klikləyin ;)) və tamamilə təsadüfən qarşıma bu əla xəbər çıxdı. Death Note anime ini çox bəyəndiyim üçün serialını səbirsizliklə gözləyirəm. Serialdakı heç bütün cast/rollar açıqlanmayıb. Ancaq 3 rol oynayacaq insanların adları bizə bəllidir.
Ən maraqlısı isə odur ki, bu il-2015 ci ildə həm də Death Note un myuzkl-nın Koreya versiyası Cənubi Koreyada 11 iyun-11 avqust tarixlərində baş tutacaq. Death Note un serialı da 2015 ci il iyul ayından yayımlanacaq. Hələ ki serialın bitiş tarixi, yayımlanacaq bölüm sayı da məlum deyil.
Serial Yaponiyanın NTV kanalında yayımlanacaq. Həftənin bazar günləri yayımlanacaq serialın rejisoru belə bəlli olmayıb. Bəs axı bu qədər bəlli olmayan bir serialı sizcə yazma səbəbim və böyük ümidlərimin olmasınən əsas səbəbi sizcə nədir?- Cavabım isə aşağıdakı şəkildir. Bu serialın bəlli olan 3 aktyor/aktrisasının şəklidir. Və ən çox Light anime dəki Light a oxşarlığı ilə diqqətimi çəkdi. Light-a oxşayırsansa bu, avtomatik Jaejoonga da oxşamaq deməkdir. Mərkəzədki aktyorun həm də Jaejoonga bənzərliyini görürsünüz. ;)
Bu aktyor həqiqətən də Light-i xatırladır. Əslində aktyorun rolun öhdəsindən necə gələcəyini bilmirəm. Ümidvaram ki, ümidlərim boşa çıxmaz. Çünki anime boş anime deyil. Əslində yapon myuzkl-ını da bəyəndim, əlbəttə ki səs olaraq tam uymuşdular nəyinki görünüş, ancaq bu myuzkl üçün normaldır. Səslər, mahnılar ab-havanı yenidən yaşadır. Əgər anime i izləmisnizsə.;)
Death Note da ən maraqlı ikilidən digəri isə L dir. Mənim çox sevdiyim L rolunu isə (Light ı da çox bəyənirəm rol olaraq izləyənlər bilir niyə L mənim üçün bir addım öndədəri, spoi olmasın deyə yazmıram)
Kento hələ çox gənc bir aktyor olaraq L rolunu alıb. Sözsüz bu onun uğurudur.
Gənc olmasına baxmayaraq Yamazaki Kento artıq çoxlu filmlərə çəkilib. Bunlardan anime sevərlərin çoxunun izlədiyi və ya haqqında bildiyi Another/Başqa adlı anime-in 2012ci il çəkilən filmində rol alıb. Son olaraq isə L-DK adlı yapon filmində baş rol oynayıb.
L-DK romantik bir filmdirsə də, Another tam əksinədir. Baxmayanlar şəkillərlə də müqayisə edə bilər. Hər iki filmdə də məktəbli və baş rol oynayıb.
Əslində Kento ilə bağlı bir az narahatam. Çünki oğlan L rolu üçün gəncdir. L anime də də gənc idi, ancaq dünyagörmüş və tez olqunlaşmış, böyümüş bir obraz idi. Bu mənada Kento Yamazaki üzdən həllə də uşaqsı görünür. Anime in filminə sırf Light saysəində baxa bilməmişdim. Çünki anime ilə uyğun gəlməyən təkcə görünüş deyildi.
Həm də xarakter və hadisələrin inkişaf xətti uyğun getmirdi. İlk dəqiqələrdən hətta L i izləmədən sırf bu səbəbədən filmi izləmədim.
Əvvəldən də qeyd etdiyim kimi 3 rol bizə məlumdur. Üçüncü rol isə N/Near dir. Mən əslində daha çox ilk üçlü kimi misa ya da Ryukun bəlli olmasını gözləyirdim. Near haqqında oxumaq istəyənlər təəssüf ki bu obraz haqda yazmaq anime in ən başlıca spoisi deməkdir. Bircə onu deyə bilərəm ki, Near məncə anime də qız deyildi. Məhz buna görə də ilk şəkli görəndə çox təəccübləndim. Ancaq əslində eyni şey digər ölüm mələyi ilə də olmuşdu. Ən çox bəyənmədiyim budur. Death Note romantikanın ola biləcəyi növ drama deyil. Əgər məqsədləri budursa anime dən fərqli olacaq və izləyici itirəcəklər.
Yaponiyanın məşhur rok qruplarından olan One Ok Rock qrup olaraq fəaliyyətə 2005 ci ildən başlayıb. Bu zaman qrup üzvləri təhsil alırdı. Qrupun yaranmasında əsas rol Toru Yamashita nındır. Əslində çoxumuz qrupun yaranmasında niyəsə həmişə solo ifaçının əsas rol oynadığını düşünürük. Belə ki, Toru hip-hop rəqs qrupu Heads (başlar) in üzvlərindən olan Ryota Kohama dan bass (gitara) öyrənməsini istəyir. Bundan başqa Toru Alex Onizawa və sinif yoldaşı Tomonu da qrupa cəlb edir. O vaxtlar Taka Moriuchi (qrupun hazırkı solisti) Chivalry of Music adlı başqa bir qrupda ifa edirdi. Ancaq Toru onu öz yeni qurduğu rok qrupuna keçməyə razı sala bilir. Bunda Takanın əvvəlki qrupuyla münasibətlərinin o qədər də yaxşı olmaması da rol oynayır. Qrupun debütü zamanı qrupda 6 üzv olub. Sonradan Tomo ailəsinin musiqinin rok qolu ilə məşğul olmasına etirazı səbəbi ilə qrupu tərk edib. ( adları bənzər olduğu üçün səhv salmayın, xüsususilə qeyd edim Tomo və Tomoya ayri-ayrı insanlardır) Tomoya Kanki isə həmin vaxt başqa bir şirkətin qrup üzvü idi və həmin qrupun işləri heç də yaxşı getmirdi. Tomoya bu səbəbdən 2006-cı ildən qrupa qoşulsa da yalnız qrupun 2007-ci il debütündə rəsmi olaraq qrupun üzvü kimi tanınıb.
Salam, yepyeni Mimlə gəldim. Yeni mahnılar, musiqi axtarışında olanlar bu yazımı dəyərləndirin. Mimə görə littleagashisdiary.blogspot.com blogunun sahibəsi Ranaya təşəkkür edirəm. Mimi çox bəyənib sonradan mimləndim əslində :D Öz istəyimlə oldu biraz. ;) Rananın (bizdəki Rəna adıdır məncə :)) eyni adlı yazısını oxumaq istəyənlər rəngli yazını/bloggerin adını klikləyin. ;)
Əvvəlcə yazmalıyam ki, depresiyaya tez-tez girənlərdənəm. Hətta depresiyanı sevirəm. Telefonumda dinləyəndə insanı depresiyaya salacaq mahnılardan ibarət playlistlərim var. :D Musiqi demək olar, həmişə mənlədir. Mənim üçün evdən çıxanda qulaqcıq və tam batareyası dolu telefon ən vacib şərtdir. Mim sahibi özü cəmi 7 mahnı paylaşıb. Amma sari ( man from the stars dakı baş rol qızın dediyi üsulla sorry :P) Rana amma məndə mahnı çox olacaq.
Depresiyada olanda, ya da əsəbləşəndə insanlar əsasən ya sakit/lirik musiqiləri üstün tutur, ya da rock kimi musiqiləri. Məndə hər ikisi var. Hər şey o andan asılıdır. İndidən deyim ki, mahnılar az qala hər ölkədən olacaq. ;)
1. İlk notlarından insanı qəmginləşdirən, ağlında o an heç nə olmasa da düşündürən mahnı və səslə Miri Yusif lə başlayıram mahnılara.
Miri Yusifin üslubu və səsi fərqlidir. İstirahət edirəm səsi ilə, depresiya üçün də əvəzolunmaz seçimdir. İlk sevdiyim Miri Yusif mahnısı olan MƏKTUB u dinləyin. Əminəm çox bəyənəcəksiniz.
2. Bu mahnı çox yenidir. İfaçının səsi mükəmməldir. Bu qrupu yeni tanımışam. Əslində bu Mim əvvəla düşdü, mən bbu qrup haqqında yazımı paylaşacaqdım. Ancaq qrup haqda yazı həmişə uzun olur. Şəkil seçimi, məlumatları toplamaq, axtarmaq, dəqiqləşdirmək, mahnıları seçmək bir neçə günümü alır. Mim i mimləndiyim gün də yaza bildiyim üçün daha asan gəldi. Həm bəyəndiyim mahnını sizlərlə də paylaşım dedim.
Yaponiya rok/rock qrupu One Ok Rock dan Heartache/ürək ağrısı adlı mahnı.
3. Yeni bir başqa ifa, Death Note musicalında L üçün yazılmış mahnı- the game begins. (ətraflı məlumat üçün rəngli yazını klikləyin)
Xia Junsu Cənubi Koreyada profesional ifaçı adlandıra biləcəyimiz ifaçılardandır.
4. Death Note un adı hallandısa Light ən mahnısını da əlavə edim.
Mahnıda qəribə kədərlə birlikdə fəqrli bir şeylər var. Tam anime ə uyğundur. Həyat davam edir deyə hiss etdirən, ya da başqa adlandıra bilmədiyim soyuq duyğular var mahnıda.
5. Bir ara uzunmüddətli depresiyadydım və One Republic qrupunun All fall down- mahnısını çox dinləyirdim. İndi dinləyəndə o dərəcə depressiv gəlmir sanki amma, yeni çıxdığı vaxtlarda depresiyadaydım və bütün gün bu mahnını dinləyirdim.
6. Bu mahnının xüsusilə sözlərini bəyənirəm. Linking Park-Leave out all the rest. Mənim vaxtım gələndə (ölməyi nəzərdə tutur) etdiyim səhvləri unut və mənə kömək et ki, məndən ötrü darıxmağın üçün səbəblərin olsun (təxmini belədir nəqarəti)
7. Koreya indie rok (hindistanla əlaqəsi yoxdur rokun bir qoludur) qrupu olan Nell. Təkcə solistin səsi bəsdir əhvalınızı dəyişməyə. Nell- Slip away
8. 2007ci ilin mahnısı olan bu mahnının yeri tam ayrıdır. Roya və Samir in duetini çox bəyənirdim. Heyf ikinci mahnı yoxdur. Royanın da Samirin də buruq saç vaxtlarıdır. Xüsusilə Samirin səsini çox bəyənirəm. Səsində şirinlik var, insanı bezdirmir.
9. Evanescence dən Lithium mahnısı da depresiv olanda dinlənməyə dəyər.
10. Rana sağ olsun onun yazısından yadıma düşənlər də oldu. Pinhani kimi. Nə gözəl güldün mahnısını çox sevirəm. Kavak yelləri serialını bu mahnıdan sonra tanımışdım, amma heyf tam baxa bilmədim, serial uzandıqca mən baxa bilmirəm. Mahnıdan ən sevdiyim hissə-yalandan da olsa..... nə gözəl güldün o axşam.. (öz dilimizdə yazdım çünki elə bir fərq də yoxdur :D)
11. Türk mahnılarına keçmişkən Emre Aydın olmazsa olmaz. Emre Aydın az qala depresiya ifaçısı kimidir mənim üçün. Səsini və musiqisini ççox bəyənnirəm. Bu yağmurları ilk dinləyəndə çox depressiv və əsəbi idim. Mahnı dərman kimi təsir etmişdi. Emre Aydının demək olar bütün mahnılarını dinləmişəm və çoxunu da bəyənirəm.
12. Miri Yusifi çox bəyənirəm və tezliklə onun mahnıları və özü haqda bir yazı da yazmalıyam. Bu mahnı əslində depresiya və romantikanı birləşdirir. Sevgisində tərəddüd edən bir insan ağlıma gəlir mahnını eşidəndə. Ən sevdiyim sözlər- Bu deyil Sevgi, Bu deyil Vərdiş- bu artıq həyatin tərzi.
14. Depresiyada olan insan üçün ən yaxşısı rokdur. Çünki rok mahnıların nəqarətində əsasən sanki susub dayanan insanın hislərinin tufanı var. Bu səbəbdən depressiv zamanlarda rok mükəmməl təsir edir. Manga -cevapsız sorular.
15. Teenwolf (serial haqda oxumaq və digər soundtrackları dinləmək üçün rəngli yazını klikləyin) sayəsində tanıdğım və çox bəyəndiyim mahnı.
Whitaker-my own/
16. Tom Odell - an another love mahnısı isə başqa çox sevdiyim mahnıdır. Mahnı çox dinlədiyim üçün seçim qarşısında qalıram və hansı mahnıları sizlərlə paylaşım bilmirəm, həqiqətən çox olduğu üçün. Mahnının nəqarəti sanki ifaçının içindəki hislərin ən gözəl şəkildə əksidir. (ooooo hissəsini nəzərdə tuturam :D)
17. Ən xoş anınızda belə sizi qəmginləşdirəcək ifa, mahnı sözləri isə tam başqa gözəldir. Tünzalə Ağayeva-Pərvanə (digər mahnılarını dinləmək üçün ifaçının adını klikləyin ;)).
18.Çoxunuzun tanımadığı mənim hədsiz çox sevdiyim bir ifaçı- Jeff Buckley. Gənc yaşında dünyasını dəyişməsəydi kaş. Onu Alim Qasımovla olan cəmi bir festival üçün olan duetləri sayəsində tanıdım. Xüsusilə muğam sevər olması mahnılarında hiss olunur. Rok və muğam sintezi var. Əlimdə olsa bütün mahnılarını paylaşardım. İfaçının mahnıları insanı sanki başqa aləmə aparır. Ola bilsin ilk dinləmədə sizə qəribə gəlsin. Öyrəşmədiyiniz tərzdir, ancaq ikinci dinləyişdə sevəcəksiniz mahnını. Jeff Buckley- I'm calling you.
19. Bu mahnı isə tamamilə başqadır. Ən çox muğam və şərq musiqisinə olan marağını ifaçı məhz bu mahnıda göstərib. Sadəcə gözlərimi yumub mahnıya dalmaq istədiyim mahnıdır. Sözün əsl mənasında dunya off musiqi on olur. Jeff Buckley-Dream brother.(mahnının adı)
20. Koreya serialı Nice Guy ostlarını hətta dramanın özündən çox sevirəm. Bu mahnı isə ən sevdiyimdir. (serialın digər ostlarını dinləmək üçün dramanın adını klikləyin) Ost un adı- Empty Heart/boş ürək..
21. Yapon draması Nabuto Wo Produce dan olan bu ost da isə narahatlıq hissi var sanki. Bu serialı da məsləhət görürəm və hə bu haqda da yazacam. :P
22. Bigbang dən T.O.P un dünyasını dəyişən fanına yazdığı mahnı- Oh MOM. Mütləq dinləyin. Topun səsinə rok çox yaraşır. YG papa imkan ver TOP rok oxusun çoxlu.
23. T.O.P un "Act Like Nothing's Wrong" adlı mahnısının konsetdə oxuduöu bu versiya isə pik nöqtəsi, ifaçının harmonika çalıdığı yerlə daha çox bəyəndiyim, təsir edən, kədərli mahnıdır. Mahnının 4.33 cü dəqiqəsindəki harmonika mahnının ən təsirləndiyim hissəsidir. Harmonikanı TOP özü çalır. ;)
24. Epik High dinləyin. Ən sevdiyim qruplardandır. Şirkət sayəsində mahnı yazılan, oxuyan, məşhur olan qrup deyil Epik High. Nocturne adlı mahnı da mimin mövzusuna uyğundur.
25. Epik High- Pieces of you. Deyilənə görə Tablo mahnının sözlərini atasına yazıb/həsr edib.
26. Tablo və Taeyang ın - No Tomorrow mahnısı da superdir. Sözləri xüsusilə.. Repi sevməyənlər belə Tablo sayəsində rep dinləyəcəyi mahnı.
27. JaeJoong- Mine xüsusilə əsəbi olanda əla seçimdir. Depresiya səbəbi kiminsə sizi əsəbləşdirməsi, incitməisidirsə dinləyin.
28. Jack Garrat-worry. Super bir mahnıdır.
29. the Vampire Diaries in soundtrackı olan bu mahnı tam depressiya mahnısıdır. Stateless- Bloodstream.
30. Qrupun yeganə bəyəndiyim ifası. Hypnogaja - Here Comes The Rain Again
31. Ən Sonda (umidvaram yorulmadan sona gələ bildiniz).
Tokio Hotel - İnvaded. Qrupun son albomu tamamilə məni qrupdan uzaqlaşdırdı. Yeganə bu mahnıdan başqa... Dinləmədən qərar verməyin deyirəm.
Bu Mim sanki insanı depressiv əhvala salmaq üçündür. :D Mimin sahibi cəmi 7 mahnı paylaşıb, amma mən mahnı varsa seçim edə bilmirəm. Əslində hələ seçib bunları paylaşdım sizlərlə. Ümidvaram bu mahnıların içindən ən azı birini bəyənərsiniz. Və qəmgin anlarınızda dinləyəsiniz.
Siz də öz depresiyada olanda dinlədiyiniz mahnıları yazın, bəyəndiyiniz və bəyənmədiyiniz mahnılar haqqında da yaza bilərsiniz. İnsan həmişə gülərüz, xoşbəxt ola bilməz. Bəzən səbəblərdən, bəzən səbəbsiz, bəzənsə havadan( ayızda məsələn) insan özü depressiyaya yönəlir. Əsas odur ki, tezliklə depressiyadan çıxa biləsiniz. Mənik kimi ;) Yaşasın Optimizm. :P Oxuduğunuz və mahnıları dinlədiyiniz üçün sağ olun.
Death Note sevərlərin maraqla gözlədiyi anime in Koreya musical/myuzikl ı və kimlərin rol alacağı bəlli oldu. Junsunun işlədiyi şirkətin bu musical ı öz üzərinə götürməsi və Junsunun bu sahədə öz sözünü demiş olması onun bu heyətdə yer alacağına tam əmin olmaq üçün bəs idi. Ancaq əsas məsələ o idiki hansı obraz olacaq. Light ya L? Sonda L rolunu öhdəsinə götürdüyü məlum oldu. Death Note izləməyənlər çox şey itirirsiniz, xüsusilə anime olduğu üçün izləməyənlər siz daha çox itirirsiniz.
Keçək musicala , C-Jes entertainment in rəhbərliyi ilə hazırlanan musicalda əsas