YENIYETMƏ CANAVAR ADAM! 
Son zamanlar Koreya seriallarından uzaqlaşmaq fasilə vaxtının gəldiyini hiss edirdim, bu hiss sizə də tanışdır. Dramalar əvvəlki kimi maraqlı gəlmir. Belə bir anda nə izləsəm dedim. Hər dəfə necəsə qarşıma çıxıb izlə məni deyən Amerika serialı nəhayət istədiyini aldı.! Fantastika varsa film ya da serialda mütləq nəzər yetirirəm. Çoxumuz Harry Poter kimi filmləri də bu fantastika marağımız sayəsində izləmədikmi?! :) Twilight, Vampire Diaries kimi fantastikdir. Amma burda vampir yoxdur.
Hal-hazırda 4cü sezondayam (hətta artıq tamamilə bitirdim :(_) və yeni fantastik varlıqlar görürəm serialda amma vampirlər heç yoxdu.- nəzərə alaq ki, uşaqlıqdan az qala bütün fantastik filmləri və serialları sevə sevə izləyən biriyəm və fantastik varlıqların çoxunu sizin kimi tv dən yaxşı tanıyıram. :D Amma vampirləri heç axtarmayacaqsınız da. Burda əsas canavar adamlardır. Hadisələrin məktəbli yeniyetmələrin başına gəlməsi də ikiqat baxımlı edir serialı. Çünki bu cür hadisələr yeniyetmələrin başına gələndə hadisələr daha əyləncəli baş verir. Serialı həm də seçdikləri soundtracklara görə bəyəndim. Soundtrack ları aşağıda paylaşmışam. ;) Şəkildəkilər K-drama üslubunda desək, Teen Wolf oppalar ^_^.

Scottun ən yaxın dostu Stiles bir gecə onu meşəyə getmək üçün razı salır. Səbəb isə, cəsəd idi. :D Styles atasının şerif olması səbəbi ilə yaşadıqları şəhərdə bütün kriminal hadisələrdən xəbərdardır. ^_^ Meşədə Scottu bir canavar dişləyir. Əslində isə Scott canavar hesab etdiyi canavar adam idi. Scott canavardan (canavar adam) xilas ola bilir. Ancaq səhər artıq heç bir yara izi yox idi. Asma xəstəliyidən əziyyət çəkən Scott artıq bu xəstəlikdən də xilas olmuşdu və tam sağlam idi. Ən əsası isə Scott özündə bir sıra dəyişikliklər hiss edir : uzaq məsafədən insanları aydın eşidir, daha güclü və sürətlidir- normalda insanın ola biləcəyindən daha çox. Məktəbdə o qədər də seçilməyən biri olan Scott bir günə dəyişir.
Nəhayət, məktəbin lakros komandasında əsas heyətə düşə bilir. Ancaq bu işin sadəcə yaxşı tərəfi idi. Artıq onun öhdəlikləri var, özünün də bilmədiyi. Ayın bütöv olduğu gün canavar adamlar qana susayır və özlərini idarə edə bilmir. Scott bunun öhdəsindən gələ biləcək? Əlbəttə ki, düşmənlər də var. Digər canavar adamlar və ovçular- qeyri adi məxluqları ovlayanlar. Bu ovçular canavar adamların düşmənidir. Hekayədən bu qədər bəsdir. Keçək hekayəni daha maraqlı edən insanlarla tanışlığa.


Scottun ən yaxın dostu Stiles bir gecə onu meşəyə getmək üçün razı salır. Səbəb isə, cəsəd idi. :D Styles atasının şerif olması səbəbi ilə yaşadıqları şəhərdə bütün kriminal hadisələrdən xəbərdardır. ^_^ Meşədə Scottu bir canavar dişləyir. Əslində isə Scott canavar hesab etdiyi canavar adam idi. Scott canavardan (canavar adam) xilas ola bilir. Ancaq səhər artıq heç bir yara izi yox idi. Asma xəstəliyidən əziyyət çəkən Scott artıq bu xəstəlikdən də xilas olmuşdu və tam sağlam idi. Ən əsası isə Scott özündə bir sıra dəyişikliklər hiss edir : uzaq məsafədən insanları aydın eşidir, daha güclü və sürətlidir- normalda insanın ola biləcəyindən daha çox. Məktəbdə o qədər də seçilməyən biri olan Scott bir günə dəyişir.

Scott McColl- baş rol. Əsl adı Tyler Posey. - anası ilə tək yaşayan adi bir yeniyetmə, canavar adamın onu dişləməsi sayəsində Werewolf-canavar adam olur. Scottun canavar adam olması və bu axtardıqları cəsəd (Stiles sağ olsun :D) hələ hadisələrin sadəcə başlanğıcı idi. Scott sonra öz dostlarını və digər şəhər sakinlərini qorumalı olacaq.

Bu serialda baş rol hamının sevimlisi olmadı. Scott rolunu sevəcəksiniz bu sözsüz belə olacaq, amma digər rollar, obrazlar daha seviləsi ola bilər. Çox vaxt seriala baş rola baxıb qərar veririk, (hamımız əsasən baş rolun xarici görünüşü və rol qabiliyyətini həmişə əsas tutmuşuq boynumuza alaq ;)) amma bu serialda mənim daha çox bəyəndiyim insanlar vardı. ;) Ümumilikdə, baş rol bu oğlan olmasaydı demədim ancaq heç. Deməli, rolunun öhdəsindən gəlib. ;)

Bu serialda baş rol hamının sevimlisi olmadı. Scott rolunu sevəcəksiniz bu sözsüz belə olacaq, amma digər rollar, obrazlar daha seviləsi ola bilər. Çox vaxt seriala baş rola baxıb qərar veririk, (hamımız əsasən baş rolun xarici görünüşü və rol qabiliyyətini həmişə əsas tutmuşuq boynumuza alaq ;)) amma bu serialda mənim daha çox bəyəndiyim insanlar vardı. ;) Ümumilikdə, baş rol bu oğlan olmasaydı demədim ancaq heç. Deməli, rolunun öhdəsindən gəlib. ;)
Bu da serialın ilk teaseridir. Ancaq 2 və 3cü sezonun teaserlarını daha çox bəyəndim.

Stiles heç də populyar olmayan adi məktəblidir. Heç ən yaxın dostunun canavar adam olması da ona məşhurluq üçün kömək olmur. 3-cü sinifdən məktəbin ən məşhur qızı Lydia ya vurulub. ;)
Stiles özünü cool ( tərcüməsini dəqiq ifadə edə bilmədim bu sözün bilən yazar ;)) göstərməyə çalışan amma bacarmayan tipdir. Və mən onu elə buna görə bəyəndim bəlkə də, həm də zarafatcıl olması.
LYdia Stilesı görməzdən gəlir, həmişə.. Amma Stiles heç bu sevgisindən əl çəkmir. :D

Stiles da canavar adam olsaydı, cümləsini heç işlətməyəcəksiniz, Stiles çünki olduğu kimi daha yaxşıdır. Onun güclü olmağa ehtiyacı yoxdur, güclü olsa özünü qorumaq üçün beyzbol çubuğunu kim götürəcək?! :P Mən bu qədər təriflədim, gıcık olub da sevməməzlik etməyin.! Sırf Stiles üçün belə o 4 sezonu izləməyə dəyərdi.!
Stiles çox ağıllıdır. Dərslərində həmişə A alır. ( məktəbli dilində 5 :D) Ancaq Lakrosda ilk dəfə lakros oynayan bir insan qədər uğurludur. ha ha :D

Əsas heyətə düşmək isə yuxu kimi uzaqdır onun üçün. :D


Bəzən də atasından kriminal hadisələrlə bağlı söz almaq üçün bu cür hiyləyə əl atır.
Stiles əslində onun əsl adı deyil. Bəs onda onun əsl adı nədir?- Bilmirəm! Siz də bilməyəcəksiniz. 4 sezon boyu yeganə sualım bu oldu, yeganə cavabsız qalan sualım. -_- Bildiyimiz tək o olacaq ki, adı gülməli olduğu üçün bu adı işlətmir və bu ad onun ana babasının adıdır. Stiles ın anası xəstəlikdən ölüb.(xəstəliyin adı yadımda deyil ancaq simptomlarını deyə bilərəm :D beyin həcmi getdikcə kiçilir sözün qısası )

Lydia- məktəbin əsas qızı. Ən gözəl qızı. Həmişə şık, gözalıcı geyinən, brend geyən varlı ailədən olan qız tipimiz. Bu tipi bütün Amerika məktəbli film/seriallarında görmüşük. Hamıya aşağı tipli kimi baxan , həmişə qıcıqlandığımız, insanlara əziyyət edən qız tipi. Lakin bizim Lydia tam fəqrlidir.

Özünü heç nə bacarmayan, o qədər də ağıllı olmayan biri kimi göstərir. Halbu ki, dərslərində çox yaxşıdır. Məktəbin ən yaraşıqlısı,məşhur oğlanı, lakros komandasının kapitanı Jakson un sevgilisidir. Lydia baş rol qızımız deyil. Narahat olmayın, Scott, Stiles və Lydia 3lüsü kimi sevgi üçbucağı görməyəcəksiniz. Mənim şəxsən belə sevgi 3bucaqlarından heç xoşum gəlmir.


Canavar adam Derek Hale- Tyler Hoechlin. soyuqqanlı, həmişə tək görəcəyiniz kədərli keçmişi olan Derek. Yaraşıqlı sima +mükəmməl bədən quruluşu =Derek Hale :D
Aydınlıq gətirim izləməyənlərə canavar adamın 3 növü var: Alfa , Betta, Omega. Alfa ən güclüdür, yalnız alfa insanı dişləməklə canavar adama bettaya çevirə bilir. Omega həmişə tək olan canavar adamdır. Və bir də solda gördüyünüz Derekin tam olmayan canavar adam formasıdır. Tam canavar adam olduğu zaman onların üzü daha çirkin və tüklü olur. Aşağıdakı şəkildəki Scott kimi. Hamısı elə görünür.
Jakson isə budur. Onun haqqında nə desəm Spoi olur deyə və yazmaqdan çox yoruldum deyə yazmıram. ^_^
Digər sezonlardan çox şirin aktyor və aktrisalar gələcək seriala. Serialın digər sezonları haqqında da yazı yazmaq istəyirəm. Ancaq bu sizdən asıldır. Əgər bu yazımı bəyənsəniz və digər sezonları da yazmağımı istəsəniz rəylərdə bildirin, sevə sevə yazaram ;) Çünki digər sezonlarda da haqqında danışmaq istədiyim sevimli aktyor/aktrisalar var. Burda onlar haqqında yazmaq 1.sezondan yeni başlayacaq olanlara ədalətsizlik olardı deyə yaza bilmədim. Həm bir yazı daha nə qədər uzun olsun. Heç bilmirəm neçə nəfər tam oxuyacaq. :(

Uzuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuuun uzadı yazıb sizi yormaq, hətta bezdirmək istəmirəm. NOT.Çox yazıramsa deməli çox bəyənmişəm. Danışmağa sözüm çoxdur buna görə. ;)
Düşünməyin ki, Stiles ancaq şirin olacaq arada şəkildəki kimi olacaq. ^_^

Stiles olmadığı hissələrdə gözünüz onu axtaracaq. Məndən demək. Nə qədər Stiles şəkli vardı bura atmaq istədim sorry :D






Bəzən də belə qəmgin olacaq Stiles. (bilirəm Stiles Stilinski-Dylan O'brian ın yaradıcılıq günü deyil :P_) Çox səmimi deyilmi sizcə də.?!




Özünü ifadə etmək şəklini çox sevirəm Stiles ın :D


Hər rolu oynaya bilən aktyorlardandır, serialda bunun şahidi olacaqsınız. Ümumilikdə serialın əsas komediya hissəsi onun üzərinə düşür.

Lakros oyunu heç oynaya bilməyən Stiles qol vuranda :



Bu qədər Stiles bəsdi bugünlük :D


Ona nifrət etməyəcəksiniz. Əksinə ən sevdiyiniz obrazlardan olacaq. Görünüşü belə insanı qıcıqlandıran o qız tiplərini xatırlatsa da serial da hər bölüm daha çox sevəcəksiniz onu.


Şirinliyə baxın siz. ^_^



Gülüşünü çox bəyəndim Lydianın



Lydia və Jakson cütlüyü.

Baş rol qız isə Allison dur. 

Allison məktəbə yeni gələndir. Scott ona ilk baxışdan vurulur. Və bu spoi deyil ki, sevgili də olurlar. Ancaq Leyli ilə Məcnun kimi ailələri düşmənə dönəcək kimi bir şey var. :D Allisonun ailəsi Argent lər ovçudurlar. Scott kimiləri ovlayırlar və axır əvvəl Allison da ailə sənətini davam etdirməlidir. Bəs o zaman Allisonun seçimi necə olacaq?


Bu şəklin burda olma səbəbini K-drama fanlarına sual olaraq qoydum. Sizə hansı dramanı xatırlatdı? ;)

Allison məktəbə gələn kimi məktəbin ən populyar qızı Lydia ilə dost olur. Ən yaxın dost olurlar. Bu şəkillərdə də gördüyümüz kimi.





Hətta Jakson da Allisonun dostları sırasına girir.

Şəkildə Jakson, Lydia və Styles a diqqət :D

Scott ilə Allison sevgisindən bir şəkil. :P Düzü seriala baxdığım zaman Allisonu 16 yaşlı qıza oxşatmadım, əsl həyatda olmasa da ən azından oxşasa daha yaxşı olardı. ;) Scott dan daha çox başqa bir nəfərlə yaraşdırırdım və sonradan həmin oğlan ilə əsl həyatda bir müddət münasibətlərinin olduğunu da öyrəndim. ;) İlk sezonda o aktyor yoxdur, gərək digər sezonları da izləyəsiniz.

Bu qədər yazdım amma hələ yazmadığım adamlar qalıb baxmayaraq ki, ancaq əssa rolları seçib yazıram :/
Əziyyətimi nəzərə alıb sona qədər oxuyun ;)
Derek Hale haqqında yazmamaq olmaz. !!


Bilirəm mən mükəmmələm deyir sanki aşağıdakı şəkildə :D Ancaq Stiles ı keçə bilmədi mənim üçün :P Sizdə bilmirəm necə olar.

Derekin maşınını çox bəyəndim. Mən maşınlara o qədər də fikir verib, tərifləməyi sevmirəm amma bu maşın başqaydı :D

Burda Stiles Lydia ağladığı üçün üzünü gizlədəndə, ona belə də çox gözəl göründüyünü deyir. :)





Teenwolf əsas aktyorların fotosesiyası superdir, mən də belə şəklim olsun istəyərdim -_-




Stiles və Derek atışmaları da komik hissələrdəndir. :D Stiles ondan qorxur. :D

Lakros komandasının məşqçisi də məktəbdəki müəllimlərdən biridir. O da komik obrazdır. Lakros nədir? deyənlərə- bir növ xokkey kimidir. Mən daha çox amerikan futboluna oxşatdım. Lakros haqqında serialı izləyəndə Scott sizə daha doğrusu Allisonun atasına geniş izah verəcək.;)
Serialda orta yaşlı amma xarizmatik 2 nəfərdən biri də Allisonun atasıdır. Digəri isə Peter dir. Hər sezon daha yaraşıqlı olur sanki. :D Peterin kim olduğunu izləyib öyrənin spoi olur yoxsa.






Serialın ilk 2 sezonu ilə müqayisədə digər 2 sezon daha fərqli idi. Yeni insanlar gəldi dediyim sezonlarda və serialı daha maraqlı etdi. Serialın ən uzun sezonu 3cü və 4cü sezonudur. Digər sezonlar cəmi 12 bölüm idi. Digər sezonların açılış hissəsini çox bəyəndim.
Sezon 2. dən başlayaraq digər sezonlar da demək olar eyni açılış oldu azca dəyişiklik daha maraqlı etdi. Bu da 2ci sezonun açılışı. İzləməklə 37saniyənizi itirəcəksiniz. :)


Ən əsası isə serial sayəsində yeni bir-birindən gözəl mahnılar dinləyəcəksiniz. Ən sevdiklərimi paylaşım.
Xüsusilə də rok sevərlər bunu çox sevəcək. ! thousand foot krutch- War of Change/
Digər mahnı. Bunu indi rastıma çıxdı, bəyəndim deyə paylaşdım.
Bu mahnı əvvəl qıcıq etdi amma çox sevdim sonra. Mahnı adı və ifaçı.poisened with love- Neon Hitch
Zola Jesus- Night
Lirik bir mahnı .Whitaker- my own
Mourning Ritual - Bad Moon Rising
Stiles ın mahnısıdır. :P Yaraşmışdı mahnı ona 3cü sezonda. Deyəsən ən maraqlısı elə 3cü sezon oldu.
Bu da daha ritmik soundtrack- bunlarınn çoxu sadəcə bir dəfə səslənsə də o anda mahnını bəyənib axtarışa çıxırsan.
Kids of 88- Just a little bit.
Teddy Bear- cobrastyle
Yalnız sevdiyim soundtracklar burdadır.
Season 3dən bu teaser sizə çox maraqlı gələcək.!


TeenWolf(Teenager Wolf-teenager werewolf-yeniyetmə canavar adam) fanları yazsa sevinərəm. Halhazırda 2015ci ildə yayımlanacaq 5ci sezonu gözləyirəm. ;)
HƏLƏLİK!
Ben de boyle kore dızılerınden sıkıldıgımda bır bolum ızlemıstım lakın devamı gelmedı :D sen baya bıtırmıssın
ReplyDeleteniyə? davam etsəydin məncə bəyənərdin ;) bitirdim indi də 5ci sezonu gözləyirəm ^_^
Deletesona qədər də oxudum :) being human izlyrdim sonradan sixdi, vampire diaries de 4.sezonda bezdirdi artiq.teen wolf da benzer movzu sanki.ama bu yazindan sonra 1 seriya izleyecem))
ReplyDeleteçox sağol oxuduğun üçün :)) Vampire diaries təriflənən dərəcədə maraqlı gəlmədi.. :/ 1 seriya baxma çox bax :D
Deletemen indi 3-cu sezondayan seriali beyendi esas da stiles ve derek cutluyunu :D atismalari eladi 3-de heleki jakson yooxdu amma onda da xosum gelir qayidacaq goresen )_)
ReplyDeleteStiles ve Derek ele serialin canidi :D Jackson haqqinda spoi de olsa deyim ki, Jackson yalniz 2sezon oyunuyur, sonra Arrow serialina gedr ;)
Deleteayyy ən sevdiyim serial əladı e bu serialın yerini heç bir serial tutmur hətta The Vampire Diaries belə
ReplyDeleteMənim də. 5. sezonu da hər həftə izləyirəm. Tamamilə haqlısan ən sevdiyim Amerika tv showdur. ;)
DeleteBazen gidişatı sevmesem de düzenli izlediğim dizilerdendir :)
ReplyDeletegedişatdan çox aktyorların gedişinə görə deyək biz ona daha çox ;)
DeleteExcellent article. I definitely love this website. Thanks!
ReplyDeleteI'm extremely inspired along with your writing skills and also with the structure on your blog.
ReplyDeleteIs this a paid topic or did you customize it your self?
Anyway stay up the nice high quality writing, it is rare to look a nice weblog like this one nowadays..
Nice post. I was checking constantly this blog and I'm impressed!
ReplyDeleteVery helpful info specifically the last part :) I care for such info much.
I was looking for this certain information for a very
long time. Thank you and best of luck.
Hey would you mind letting me know which hosting company you're
ReplyDeleteusing? I've loaded your blog in 3 completely different
internet browsers and I must say this blog loads a lot quicker then most.
Can you recommend a good internet hosting provider at a honest price?
Kudos, I appreciate it!