Tuesday, October 28, 2014

EPİK HİGH COMEBACK

EPİK HİGH YENİ ALBOMU - SHOEBOX

Epik high ən sevdiyim k-pop qruplarındandır. Elə bu səbəbdən də yeni albom, yeni mahnıları 4 gözlə gözləyirdim. Epik High dan xüsusilə Tablonu hamımız tanıyırıq. Tablonun solo albomu haqqında isə söz yoxdur. Mükəmməl idi. Tablo yenə solo albom hazırlasaydı əla olardı. ^_^ Epik High Koreyada həmişə fərqlilikləri ilə seçilən qrup olub. Əslində bu yazımdan əvvəl Tablo haqqında daha geniş yazı yazmaq istəmişdim və əlbəttə ki, Epik high haqqında da yazım olmalı idi. Birinci bu albom haqqında yazası oldum. 

Thursday, October 9, 2014

TEEN WOLF SEASON 1

YENIYETMƏ CANAVAR ADAM! dreamhigh-happyday.blogspot.com

  Son zamanlar Koreya seriallarından uzaqlaşmaq fasilə vaxtının gəldiyini hiss edirdim, bu hiss sizə də tanışdır. Dramalar əvvəlki kimi maraqlı gəlmir. Belə bir anda nə izləsəm dedim. Hər dəfə necəsə qarşıma çıxıb izlə məni deyən Amerika serialı nəhayət istədiyini aldı.! Fantastika varsa film ya da serialda mütləq nəzər yetirirəm. Çoxumuz Harry Poter kimi filmləri də bu fantastika marağımız sayəsində izləmədikmi?! :) Twilight, Vampire Diaries kimi fantastikdir. Amma burda vampir yoxdur.

dreamhigh-happyday.blogspot.com Hal-hazırda 4cü sezondayam (hətta artıq tamamilə bitirdim :(_) və yeni fantastik varlıqlar görürəm serialda amma vampirlər heç yoxdu.- nəzərə alaq ki, uşaqlıqdan az qala bütün fantastik filmləri və serialları sevə sevə izləyən biriyəm və fantastik varlıqların çoxunu sizin kimi tv dən yaxşı tanıyıram. :D  Amma vampirləri heç axtarmayacaqsınız da. Burda əsas canavar adamlardır. Hadisələrin məktəbli yeniyetmələrin başına gəlməsi də ikiqat baxımlı edir serialı. Çünki bu cür hadisələr yeniyetmələrin başına gələndə hadisələr daha əyləncəli baş verir. Serialı həm də seçdikləri soundtracklara görə bəyəndim. Soundtrack ları aşağıda paylaşmışam. ;) Şəkildəkilər K-drama üslubunda desək, Teen Wolf oppalar ^_^. 

Thursday, September 18, 2014

IRON MAN/BLADEMAN/DƏMİR ADAM

Lee Dong Wookla yeni  drama.
dreamhigh-happyday.blogspot.com

  İLk 2 bölümü bitirdiyim anda yazmaq üçün bloga gəldim. Çoxdandır nə yazım deyirdim, əlbəttə bu fikirlə başladığım 3-4 yazım da var. ;) Serial 20 bölümdən ibarətdir. KBS2 kanalında həftənin çərşənbə və cümə axşamları yayımlanır. Sentyabrın 10-undan yayıma başlayan drama 13 noyabr 2014 cü ildə bitəcək. 
dreamhigh-happyday.blogspot.com  Serialda ilk dəqiqələrdən varlı və ən əsası əsəbi, çox əsəbi bir şirkət sahibini görəcəksiniz. (Baş rol oynayan Lee Dong Wook roommate də daha yaraşıqlıdır, ilk bölümdən saç düzümünü o dərəcə bəyənmədim. ;) )Onun nə dərəcədə əsəbi olduğunun da şahidi olacaqsınız. Bu kompyuter oyunları şirkətinin sahibi digər insanlardan fərqlənir. Amma bundan özünün də xəbəri yoxdur. 

Sunday, August 31, 2014

HƏYAT KİMİ BİR YAZI/ CIZMA QARA

BİR AZ SONLANAN YAY, BİR AZ PAYIZ, BİR AZ DA O MAHNI. . . . . .

Salam. Başlıqda dediyim kimidir hər şey. Payız, bir az kədəri çox sevən fəsil kimi görünüb mənə. Bu yağışı olsun, sərinliyi olsun, bunlar romantik yox qəmgin notların ortaya çıxmasını istəyən fəslin izahı kimidir. -Payızın. . . Bu mahnını dinləyərək oxuyun. Nəsə yenə "təsadüf" sayəsində qarşıma çıxdı bu mahnı. Aranızda təsadüflərə inanmayan var? Mənim kimi.!.
İstəyirəm ki, bu mahnını dinləyib sevəsiniz. Çox sevəsiniz, çünki mən sevdim bu mahnını. Bu yazımı bir azda İts Ok Thats Love da yazarın sonda

Saturday, August 30, 2014

19/NINETEEN/ON DOQQUZ

T.O.P.  , Seungri bir filmdə.! 3 Gənc , hər 3ünü bağlayan bir qətl..

dreamhigh-happyday.blogspot.com
   2009 cu ildə çəkilmiş filmin baş rollarını Bigbang-dən T.O.P, SEUNGRİ və Huh Yi Jae paylaşır. 
Film 103 dəq. təşkil edir. Film Yaponiyanın TvAsahi və C.Koreyanın SBS kanalının birlikdə layihəsidir. İki kanal 7 filmin çəkilişindən sonra ilk olaraq kinoteatrlarda sonra isə C.Koreyada SBS, Yaponiyada isə Tv Asahi də ilk olaraq yayımlanmasını qərara alıb.  İlk olaraq filmin trailer ini də izləyək.


   Bu 3 gənc əvvəllər bir-birini tanımırdılar. 

Saturday, August 23, 2014

IT'S OK THAT'S LOVE

BU DƏLİXANANIN OSTLARI SİZİ DƏLİ ETMƏYƏ YETƏR. ! .

dreamhigh-happyday.blogspot.com
Əhvalınızı dəyişəcək pozitivlik həddini aşmış ostlarla qarşı qarşıyayıq.! Mahnıların çoxu Koreya mahnıları deyil və qarışıqdır. Dramanın dadını ostlar sayəsində biləcəksiniz. (dad hə nə olsun -_- :P) Drama haqqında qısa və öz bu (rəngli hissəni kliklə) İt's ok, That's Love  yazımda oxuya bilərsiniz. Mahnıları telefonuma köçürdüm mən. Mənim telefonum bildiyin mp3 əvəzidir, nəyinki msj yazmaq, zənglərə cavab vermək. :D Bu yazımı yazma səbəbim Kore delisi nin bu yazısı oldu.
Ilk mahnı. Twin Forks- cross my minds .

Thursday, August 21, 2014

YENI DRAMALAR

THE NIGHT WATCHMAN, HIGH SCHOOL! LOVE ON, IT'S OK, THAT'S LOVE, FATED TO LOVE YOU, JOSOEN GUNMAN, MY SECRET HOTEL.- 2014ün reytingli yeni dramaları.

dreamhigh-happyday.blogspot.com
Salam. Bu yazımda bir drama haqqında məlumat vermirəm. Yazı daha rəngarəng olacaq, çünki adlarını gördüyünüz dramalar haqqında məlumat verəcəyəm. Həm də yormayacaq sizi bu yazım, eyni vaxtda 6 drama haqqında yazı oxumuş olacaqsınız. ^_^.
1.The Night Watchman- Gecə Keşikçisi./ A Diary of a Night Watchman/ A Journal of a Night Watchman- Bir Gecə Keşikçisinin gündəliyi.

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...