Thursday, March 13, 2014

GOOD DOCTOR / YAXŞI HƏKİM

Gənc və istedadlı həkim, ya balaca uşaq ?! 


 İlk bölümdən yox, artıq ilk dəqiqələrdən ən sevdiyiniz seriala çevriləcək bir Koreya serialı axtarırsan? -Onda düz ünvanda axtarırsan! ;) Serialda əsas qəhrəman autizm xəstəliyindən əziyyət çəkən Park Si On dur. Park Si On uşaqlıqdan autizm xəstəlisi olduğu üçün özünü qəribə aparırdı və əlbəttəki, yaşıdları ilə oynamaq əvəzinə onlar tərəfindən döyülürdü.
dreamhigh-happyday.blogspot.com
Si On əlində dovşan olan uşaq
Qeyd edimki, autizm psixoloji xəstəlikdir. Xəstələrdə əsasən özünü ifadə etmək, fikrini düzgün şəkildə qarşısındakı insana çatdırmaq qabiliyyəti çox zəif olur. Ancaq eyni zamanda beyin bir sahədə daha yaxşı inkişaf edə bilir. Bu cür insanlarda xüsusi qabiliyyət, istedad olur. Bunlara Savant lar da deyilir. Dünyada autizmdən əziyyət çəkdiyi ortaya çıxan və ya autist olduğundan şübhələnilən bir çox məşhur insan var. Onları tanımaq sənin üçün də maraqlı və gözlənilməz olacaq.. Ümumilikdə autist məşhurlar yazsan google da düşündüyündən də çox məlumat tapacaqsan, ama düzünü deyimki internetdə olan məlumatların həmişə bir problemli cəhəti var. Bu da doğru olub olmamasıdır. :/  Çünki bəzi adlar mənə o qədər də inandırıcı gəlmədi.Məs. Abraham Lincoln və ya Bill Gates kimi . Ancaq digər tərəfdən də doğrudan da autist istedadlar var: Məşhur yapon bəstəkarı Hikari Oe , yazıçı Virgina Woolf kimi.
      Serial haqqında məlumata davam .. Kiçik yaşlarında qardaşını bir bədbəxt hadisə nəticəsində itirir. O vaxtlarda həmin ərazidə həkim işləyən Choi Woo Seok Si on da uşaqlıqdan bu istedadı kəşf edir və ona həkim olmaq arzusunu həyata keçirməkdə kömək edir.Universiteti yüksək nəticə ilə bitirməsinə baxmayaraq, autizm xəstəliyindən əziyət çəkdiyinə görə onun heç staja başlmasına da icazə verilmir. Lakin professor Choi Woo Seok , hansiki, artıq ölkənin ən yaxşı xəstəxanalarından birində müdirdir, Si On a kömək üçün xəstəxanada qanunla söz haqqına sahib olan heyət qarşısında Si On un stajyer olaraq qəbul edilməsi üçün iclas keçirir. Sonda onların razılığı üçün öz istefasını gözə alır. Yəni Si On la bağlı problem çıxdığı an professor öz istefa məktubunu yazmalı olacaq. İş yerində isə əlbəttəki, bunu mudiri iş yerindən uzaqlaşdırmaq üçün əla fürsət kimi dəyərləndirənlər var :/ Si On un qatıldığı heyət isə əsasən gənclərdən ibarətdir. Bu arada Si On pediatrdır. Və xəstəliyi ilə əlaqədar olaraq onun əqli yaşı 10 dur.. Bu rolu oynamaq aktyor주원Joo Woon un öhdəliyindədir.
  
 Aktyorun işi doğrudan da çətindi, çünki 10 

yaşlı həkim rolunu oynamalıdır.
  
Bu aktyoru məşhur Bridal Mask serialndan da tanıyırıq.


Si On un qatıldığı heyətdə əsas həkim gənc lakin artıq özünü sübut etmiş, professor Woo Seok   digər tələbəsi Kim Do Han ( aktyor Joo Sang Wook) dır. Və tez-tez Si Onla mübahisələri olur, çünki Si On bəzən verilən əmrlərə uymur. Həkim Do Han , Si On u hər şeyi bilən robot kimi görür və həkimin verməli olduğu qərarları onun verə bilməyəciyini düşünür. Ancaq müəlliminin ondan Si On qarşı mülayim olmasını xahiş etməsi etməsi ona Si On u qovmağa mane olur. Bu o demək deyilki, Do Han mənfi obrazdır. Yox, sadəcə izləsən ona da haqq verəcəksən ;) 



İndi isə serialda əsas qız Cha Yoon Seo haqda yazım. 
Bu rolu Moon Chae Won ifa edir. Bu aktrisa Nice Guy serialından yaxşı tanığımız bir simadır. Si On a ən çox o kömək etməyə çalışır. Si On la ilk tanışlıqları  səhvən axşam xəstəxananın həkimlərinə verdiyi binada, öz keçmiş mənzilinə gəlməsi və bunu ancaq səhər yuxudan oyananda başa düşməsi ilə bitən bir hadisəyləbaş verib. Hətta serialı izləməsən də bilərsənki o Si On u sevəcək. Ancaq autist birini sevməyin çətinliklərini təsəvvür etmək çətindir, izləmək lazımdır. ;P 

Serialda hələ çox sirlərin üstü açılacaq gələcək bölümlərdə hissi var içimdə . ( çünki hələ ilk bölümlərindəyəm, ancaq təsiri o qədər qüvvətli oldu ki, belə tezliklə bu yazını yazdım.





     
    1 Sözlə əməliyyat, sevgi, rəqabət olan serialları 

sevənlər üçündür. Həkimlər, tibb bacıları, ağ xalatlı 

insanların çoxluğu ilə seçilən bir serialı izləməyə dəvət 

edirəm səni..



 Oxuduqdan sonra yazım haqqında fikirlərinizi rəy olaraq  (comment/yorum)  yazsanız sevinərəm ;) 

Sunday, March 9, 2014

DÜNYA İÇİNDƏ MUSİQİ DÜNYAMIZ =)

music

Mən musiqini çox lap çox sevirəm. O dərəcə ki daş dövrünə geri qayıdırıq desələr ağlıma ilk gələn BES QULAQ ASDIĞIM MAHNILAR? O.o sualı olar.Nə televizor, nə radio, heç telefon da yox. . . .Məni dünyaya həm bağlayan, bəzənsə  gündəlik problemlərdən qaça bildiyim yeganə yerdir musiqi. Bilirəmki, bu təkcə məndə belə deyil, yoxsa qulaqciq (nauşnik) istifadə edənlərin sayı bu qədər artmazdı ;) Sadəcə yeni mahnılar axtarmaq üçün kompyuterin başında saatlarca oturduğum vaxtlar o qədər çoxdurki. Və yeni mahnılar tapdığım o andakı sevincim... (heç şişirtmirəm)  yeni mahnılar tapdığım gün bayrammış kimi sevinirəm və əlbəttəki bütün gün qulağımda qulaqcıq mahnılardan bezənə qədər qulaq asıram  Əslində bu xasiyyətimnən xoşum gəlmir ama əlimdə deyil :/  Mənim sırf fanı olduğum müğənni, ya da grup yoxdur. Çünki mən elə musiqinin vurğunuyam, əsas olan hansı qrupun, hansı müğənninin oxuduğu yox, mahnının necəliyidir mənimçün. Bəzən sevdiyim mahnını hamının dinləməsini istəyirəm, bəzənsə mahniya qarşı qısqanclığım olur istəyirəm heç kim qulaq asmasın O.o (dedim axı musiqi dəlisiyəm-bu da normaldı ona görədə ;P) Ən rahat yazdığım yazı əlbəttə ki musiqi haqqında olur.Serial haqqında yazanda ama əməlli başlı axtarışda oluram- hansı şəkilləri seçim, hansı rəsmi məlumatlar.. bunları axtarib yazmaq məndə daha çox vaxt aparır. 
     1-2 ƏN SEVDİYİM MAHNIlardan burda paylaşım istədim.Həm də tək K-POP dan yox, ama əlbəttəki K-pop dan başlayaram ;) 
   İlk olaraq ilk dinlədiyim mahnını paylaşım. Çoxomuzun tanıdığı 1 serialdan və çoxumuzunda sevdiyi bir qrup. Ən tez ağla gəlsin deyə bu cümləni də yazım - Koreya seriallarına çoxumuz bu serialla başlamışıq.=) BoyS OveR FloweR dan ən sevilən OST SS501- Beacuse İ'm stupid  
 Etiraf edimki yuxardakı video ya baxdığım üçün yenə bu seriala baxmaq istədim. Əlbəttəki Kim Hyun Joong sağ olsun ;P  bu mahnının digər versiyası da eladır.
 Bu serialda Kim Hyun Joong un rolu bir başqa gözəl idi, serialdakı ütün obrazlar, bütün hadisələr bir yanda Ji Hoo bir yanda . Elə buna görədə müğənni bir müddət Ji Hoo adı ilə yaddaşlarda qaldı və sırf bu roluyla ürəklərə yol tapdı. <3 Ama sonradan insanların gözündə ancaq Ji Hoo olmadığını sübut etmək və Kim hyun Joong kimi özünü tanıtmaq üçün az çalışmıyıb. 
 Kim Hyun Joong la başlamışamsa, elə onun ən sevdiyim ilk solo ifasını yada salmadan keçmiyim.-Please be nice to me ah aaaaaaah nə çox qulaq asdim bu mahnıya və hələdə qulaq asıram. Mahnının klipini yox konsertdən olan çıxışı paylaşacam, çünki Kim Hyun Joong un rəqsi və ümumilikdə xareoqrafiya superdir.
Kim Hyun Joong dan hələlik bu qədər çünki yazımı tam ona həsr eləmiş oluram yoxsa =))P.S. hər paylaşdığım mahnıya yenidən qulaq asıram, arada fasilə olur ona görə də yazım uzanır :D 
  Digər mahnı Green Day və Oasis rok gruplarının birgə ərsəyə gətirdiyi mahnıdır. Bu mahnının ilk notlarından üzümə qəribə bir təbəssüm qonur. Optmisit oluram niyəsə, halbuki sözləri elə də optimist deyil O.o Mahhnının adın yazmaq yadımnan çıxmamış yazim mən - "Wonderwall(bəzi yerlərdə Boulevard) of Broken Dreams" mahnını dinləyin sevəcəyinizə əminəm ;) 


Oasis qrupundan söz açıb da "Stop crying your heart out" mahnısının üstündən keçmək olmazdı. Çox kədərlidi mahnı, hələ soundtrackı olduğu " butterfly effect" (kepenek effekti) filminə də baxsanız nə demək istədiyimi biləsrsiz. . . . Çox romantik filmdi, filmə baxanda  ağlamağı sevənlər hec vaxt itirməsin burda hətta :D Əla filmdi  əgər baxmamısızsa elə indi baxın , peşman olmazsız. =) 

 Növbədə kim var deyə baxdım və Dima Bilan varmış. Bir vaxtlar xüsusilə çox sevilirdi bu ifaçı. Avroviziyanın qaliblərindəndi və çoxları onu elə avroviziyadan tanıyır. Ama mən qalib olduğu mahnını yox digər mahnılarını paylaşacağam. (çünki avroviziyada onu qalib edən mahnını sevmədim heç) Hansı mahnısın seçim deyə çox fikirləşdim və qərarım əsas 2 mahnısı oldu. 

 Bu mahnının klipindən də çox xoşum gəlir.

 bu mahnı isə çox çox sevdiyimdi, ad günü təbriki ilə başlıyıb ayrılığa keçən bir mahnı :'( 
 2 dedim 4 oldu :D  daha çox ola da bilərdi çünki qəsəng mahnıları çoxdur. Bu mahnının klipi orijinal və fəqrlidir. ;)
 Emre aydın bu ifaçıdan hansı mahnı olsun? Bütün mahnılarını sevirəm hamısı çox gözəldi və 1 insan bəstələsə də oxşar deyil ən əsası 1 əvvəlki 1 də yeni albomundan olan mahnı paylaşım. İlk qulaq asdığım mahnısını yəni " Bu yağmurlar"
 bu müğənni bilir insanın ən dərin duyğularına mahnıyla necə təsir etmək olar, yəni işinin usatısıdır. Növbəti çox sevdiyim mahni ' Eylül"  sözləri də bir başqa gözəldi mahnının . . . 

Və Manga . Bu qrupu da çox xoşlayiram. Cevapsız sorula- mahnısı

 Alışırım gözlərimi kapamaya 


2PM Koreyanın ən sevdiyim gruplarından biri bəlkədə birincisi, demək olar bütün mahnılarına qulaq asmışam və hamsını da bəyənirəm. Sırf 2PM imzası olduğuna görə yox mahnılarda çox gözəldir. Yenə çətin seçim qarşısındayam və ...

2PM_하.니.뿐. (A.D.T.O.Y.) bu mahnı burda yer almalıydı ;) ist

 istər klip, istər səs, istərsə də mahnı baxımından..


Klipin təsirindən qara rəngli yazıya keçdim =)) 
Digər mahnı "Without you" xüsusilə yağış və piano ikilisi yadda qalan təsirə malikdir.


2PM dən ayrıca yazacağam, bütün mahnıları da orda paylaşaram ;) 
Chery Cole və Will.I.Am
3words (I LOVE YOU)




Huang YiDa - Set me free 
Əslində Çin mahnılarına qulaq asan deyiləm ama .. sadəcə dinlədikdən sonra nə demək istədiyimi anlayacaqsınız.


One Republic dən də All the right moves 



Bigbang dan mahni olmazsa olmaz əlbəttəki ;) 
Bigbang ın ilk sevdiyim mahnısı "BLUE"


Bigbang grup üzvü Seungri Gotta to talk to you
çooooooox sakit, super səs və musiqidir.... =)


Beast -dən Fiction klipə baxın rəqslərini xüsusilə sevdim ;) 


Beast varsa onda Yong Junhyung un Flower mahnısı da burda olmalıdı dedim və buda o mahnı (1vaxtlar telefon zengim olub bu mahnı =))


CNBLUE dan ilk sevdiyim mahnı İ'm sorry mahnısı və klipi. Klipə baxın əladır. (bilirəm paylaşdığım bütün mahnıları tərifliyirəm və demək olarki hamısının da kliplərinə 'baxın çox gözəldi' yazmışam ,ama doğrudanda belədir çünki burda seçmələrdir ;)) 


Tablo dan da ən sevdiyim mahnı Bigbang grupundan Taeyang la duetləridir.


Tablo dan digər mahnılar və Tablonu daha yaxşı tanımaq üçün kliklə =)
Əslində burda ola biləcək mahnı əlbəttəki çox idi ama mən yazıb bitirə bilməzdim onda ;/ 
Son olaraq bu yazini yazmağımda böyük rol oynayan ilham verən CNBLUE dan  COLD LOVE  Cnblue nun yeni comeback geri dönüş albomundan olan və həmin albomdan ƏN SEVDİYİM mahnı. Telefon zəngimdi bu mahnı artıq o devdim ;)


BU da son .. İnanıramki dinləyəcəksiniz və bəyənəcəksiniz. Rəy lərinizi də yazsanız sevinərəm ;)

Thursday, March 6, 2014

Man From The Stars

ULDUZLARDAN GƏLƏN SEVGİ ..

dreamhigh-happyday.blogspot.com
Baxmasan bilmərsən ;)
Cənubi Koreyanın SBS kanalında yayımlanan serialın baş rollarını Gianna Jun yəni Jeon Ji-Hyeon (전지현) və Kim Soo Hyun (김수현) paylaşır.
dreamhigh-happyday.blogspot.com
 Serial əslində 20 bölüm nəzərdə tutulmuşdu ama yüksək  reytinqinə görə 1 bölüm də artırıldı və 21 bölümlük oldu və hətta 2. sezonun çekilməsi mümkündür, bu da serialın uğurundan xəbər verir. ;) Serial haqda ilk olaraq ümumi məlumat verim, bu drama da 1 serialda ola biləcək hər şey var :D - 

dreamhigh-happyday.blogspot.com


Yaraşıqlı 1 yadplanetli (not. əslində bu aktyoru o qədərdə yaraşıqlı hesab etmirəm ;)) , özündənrazı, çox gözəl və 1 o qədərdə sərt, açıqsözlü 1 qiz həmdə aktrisa olduğunu da unutmayaq, digər 1 yandan 15 il əsas qızımızı sevən və hər dəfə də ona sevgisini etiraf edib yox cavabı alan varlı, yaraşıqlı 1 oğlan, bu 15 il ərzində elə həmin bu oğlana vurulan və bu oğlanın ən yaxın dostunu (əsas qızı) sevməsi səbəbiylə sevgisini gizlədən və istər bu istərsədə kariyeradakı uğurlarına görə onu qısqanan ən yaxın rəfiqə və MANYAK -həmdə bu manyak qarşılıqsız Song Yi ni sevən oğlanın böyük qardaşıdır. 1 seriala baxmaq üçün bu qədər səbəb yetər, hətta bu seriala sadəcə baxmaq üçün yox serialı ən sevdiyiniz seriallar sırasına daxil etməy üçün də bu yetərlidir. Ümumi giriş üçün bu qədər bəsdir. Keçək obrazlarla tanışlığa ))

dreamhigh-happyday.blogspot.com

Cheon Song Yi (Jeon Ji-Hyeon)-

həm şirindi və həmdə daha 

çox cazibədardi. Çox məşhur və sevilən aktrisadi, bu aktrisa

dreamhigh-happyday.blogspot.com
dreamhigh-happyday.blogspot.com

Thursday, February 13, 2014

Two weeks


Romantik- komediyadan bezənlər üçün , Ciddi serial ;) 

best k-drama

Two weeks serial 2013-cü il 7 avqustdan MBC kanalinda yayıma başladı. Seriala baxmaq üçün sadəcə Lee Joon Gi (이준기) nin baş rolda olması belə yetərlidi əslində, çünki bu aktyor adi 1 hekayesi olan  seriala çəkilmir, məsələn sadəcə romantika və azca komediya olan seriallarda bu ada rast gəlmək mümkün deyil əsasən. Lee Joon Gi nin seriallari həmişə uğur qazanıb. Bu drama da onların sırasına qatılacaq və bəlkədə aktyorun ən uğurlu serialidir.
Ama əlbəttəki serialın üstünlüyü tək 1 aktyorda deyil. Digər aktyor heyəti də işində profisionaldır : Mənfi baş qəhrəmanlardan tutmuş Lee Joon Gi nin qızını canlandıran balaca qıza qədər . 
myblog
k-dramaJang Tae-San (Lee Jun Ki) üçün həyat mənasızdı. O ölüm vaxtını gözləyən insan kimi yaşayır  və 1 gün onun 8 il əvvəl ayrıldığı Seo İn-Hye onun iş yerinə gəlir, onun həyatında ciddi dəyişikliklərin başlandığı gün idi əslində o gun. İn-Hye ondan sümük iliyi testi elətdirməsini istəyir və 8 yaşlı lösemiya xəstəsi qızının həyatda qalması üçün son şansın atasının (Jang Tae-San) iliyi ola biləcəyini deyir. Heç vaxt görmədiyi qızı üçün xəstəxanaya gələndə balaca 7-8 yaşlarındakı qız ona ata deyir və bu qız doğrudanda onun qızıydı, anası qıza atasının öldüyünü desədə anasının cırıb atdığı şəkildəki adamın onun atası olduğunu bilmişdi o. ( qız çox şirindi :)) Atasına 1 oyuncağ verir onunçün sağalana qədər saxlasın deyə.(həkimlər ona oyuncağın materialına görə qadağan etmişdi belə oyuncağları) Bu oyuncağın şəklini də bura atdım, çünki serialın az qala hər bölümündə var oyuncağ :D 
dreamhighhappyday


Sümüy iliyi əməliyyatı üçün vaxt 14( 2həftə- two weeks) gün sonraya təyin olunur və bu vaxt ərzində Seo So-Jini (qızı) əməliyyata hazırlayaqdılar və Tae-San əməliyyata gəlməsə qızının öləcəyini ona bildirirlər. Jang tae-San Seo İn-Hye dən gangster Moon İl-Seok a görə ayrılmışdı, Moon İl-Seok İn-Hye nin həyatının qarşılığı olaraq Tae-San dan insan öldürdüyünə görə onun yerinə polisə təslim olmasını tələb etmişdi. (Öldürülən adamın qızı Park Jae-Kyung gələcəkdə Moon İl-Seok üçün baş ağrısına çevriləcəydi və prokuror(türkcə savcı) olduğu üçün də onu öldürmək asan deyildi o dövlət adamıdı çünki.) Tae-San Oh Mi-Sook (Park Jae-Kyung tərəfindən gizlicə Moon İl-Sook un  yanına yerləşdirilmişdi, onu ifşa etmək üçün) adlı daimi müştəri olan (1 azda saf qızdı) qızın xəstə olduğu üçün onu çağırdığını eşidir  və onun ev adresini alıb ora gedir ( ama hələdə başa düşə bilmirəm niye?! özünə bu sualı versəydi Tae-San vaxtında, bu hadisələr də olmazdı bəlkədə  :P :D ). Evin qapısı açıq olduğundan içəri girir və başına arxadan aldığı zərbədən sonra oyananda artıq korean drama
yanında Mi-Sookun cəsədi elində bıçaq vardı və o an əlbəttəki polis evə daxil olub onu həbs edir və  Tae San sağ qalmağ üçün həbsdən qaçır (əslində qaçışı planlamamışdı sadəcə maşın qəzası olur və o da bundan istifadə edir). Tae-San indi qızını xilas edə bilmək üçün 2 həftə polislərdən və Moon İl-Sookun adamlarından gizlənməlidi. Artiq Koreyada onun qaçaq qatil olduğu bütün kanallarda yayımlanıb və heç kim qatilə kömək eləməz. Həmdə o bu müddətcə sağ qalmalı və ən əsasə yara almamalıdı, çünki yaraya düşə biləcək infeksiya əməliyyat üçün təhlükəlidir. Bu da ilk bölümlərdən olan şəkil :)))))two weeks Əsas rollari taniyaq :)
Baş rolda Lee Joon Ki nin olduğunu əvvəldən bildirmişdim və onun haqqında məlumat da verdim yuxarida ;) Novbədə Kim So-Yeon (김소연) dur. O serialda Park Jae-Kyung rolunu canlandırır ve deməliyəmki rolunun öhdəsindən əla gəldi. =) Bütün ömrünü atasının qatillərinin həbsinə həsr edib deyə bilərik. two weeks
dreamhigh-happyday.blogspot.comÇox sevdim bu aktrisani bu serialda, şəkildə də göründüyü kimi 1az oğlansıdir. Park Jae Kyung çox ağıllıdir və düşmənlərini də yaxşı tanıyır, 1cə Tae San da səhv eləmişdi :D Bu aktrisanın oynadığı rol barədə deyiləsi çox söz yoxdu əslində, seriala baxanda artiq her şey aydın olur. Bu aktrisanı artıq İRİS, İris1 və Athena Goddes of war seriallarından tanıyırıq ;) 
two weeksPark jae Kyung əslində atasının ölümünün şahidi olub və media da az qala mələk kimi taninan millət vəkili olan Jo Seo Hee və əslində mafya görünürdə ama iş adamı olan Moon İl-Seok u birlikdə görür və başa düşür ki qadının mələk simasinin altında necə 1 insan durur. Ancaq məhkəmədə onun şahidliyi hakim tərəfindən sayılmir, cünki o həm hələ yeniyetmeydi və də öldürülən şəxs onun atasıydi və Moon İl-Seok un (məhkəmədə isə Tae San in çünki o hər şeyi boynuna alıb təslim olmuşdu) vəkili qızın atasının ölümüylə bağlı şok keçirdiyini nəzərə alınmasını tələb etmişdi. :/ 
dreamhigh-happyday.blogspot.comSeo İn-Hye rolu Park Ha-Sun (박하선)  un öhdəsindəydi serialda. Bu aktrisa haqda ilk əvvəl deməliyəmki çox gözəldi :D Seo İn-Hye qızına görə ata anasından ailəsindən də ayrı düşür. Heyatda tək istəyi qızının xəstəlikdən sağalması olan bir anadir o. Bu arada o 1 polislə nişanlıdır və bu polis də hadisələrin mərkəzinə düşür bilmədən. 
dreamhigh-happyday.blogspot.com

dreamhigh-happyday.blogspot.comDediyim polis İm Seung -Woo rolunu  Ryu Soo Yung ( 류수영) canlandırır. O Tae Sanın həbsi ilə məşğul olan polisdir. Sonradan Tae San ın sevdiyi qadinla olan keçmiş bağını öyrənəndə onun üçün də çox çətin olur hər şey. Çünki 1yandan o qatildi və digər tərəfdən Seo İn Hye nin qızının sağalması üçün bu adam yeganə şansdır. En böyük problem isə budur ki, o sevdiyi qadin və onun qızını yəni yeni hələ tam qazana bilmdəiyi ailəsini itirı bilər.korean drama

 Digər tərəfdənsə(nə çox tərəf oldu :D) o bu adama nifrət 

edir, çünki qadını uşaqla birgə atib bu adam.

love

Və növbədə mənfi obrazlardi!!!!!! Serialin uğurunda mənfi rolların da rolu danılmazdır. 
Moon IL-Seok rolunu Jo Min-Gi , onun oğlu profisional killer 

korean dramaolan Killer Kim obrazını isə Song Jae-Rim 송재림(NoT. bu aktyor halhazırda çekilməkdə olan və mükəmməl 1 serial olan "İnspiring Generation" da da rol alib və əlbəttəki bu serialdakı rolunun məhz bu aktyorun seçilməsindəki təsiri danılmazdı) canlandırır.korean drama

korean dramaVə  Kim Hye-Ok rolunda isə Jo Seo-Hee çəkilib. Bu qadın insanlara kömək edən müxtəlif xeyriyyə cəmiyyətlərinin üzvüdü ANCAQ bu sadəcə gözdən pərdə asmaqçündü.Əslində isə o Moon İl Seok la əlbirdir və elə ən çətini də bu qadının əsl simasını üzə çıxarmaqdır. korean drama

Bundan sonrasını isə seriala baxmaqla öyrene bilersiz ;) Baxanlar peşman olmur  :P


korean drama

Soundtrack / ost isə əla seçilib , drama nın həyəcanıni hiss elətdirir.

korean drama



Tablo

TABLO/MUSİQİbest rapper ever

    Günümüzde bizə ən yaxın olan əslində musiqidi.  Demək olarki, mahnılara qulaq asmayan yada telefonunda mahnilar olmuyan yoxdu, xüsusilədə biz gənclərçün mahnılar əvəzolunmaza çevrilib və elə buna görədirki şəhərdə gənclərin çoxu qulaqciqla( nauşnik ;D ) gəzir. Seriallariyla daha çox diqqəti cəlb edən Cənubi Koreyada musiqi də ən az seriallar qədər inkişaf edib. Təkcə seriallarin  Ost - soundtrack ları buna bariz nümunədir. Ama soundtracklardan yazmaq istəmirəm, daha çox K-pop dan  yazacam. Yuxarda gördüyünüz ( və bəlkədə indi qulaq asdiğınız ) mahnilardan da artıq hansı qruplara qulaq asdığım sizə məlumdur və buna görədə playlistdə olmuyan 1 müğənni / reper haqda yazmaq fikrinə gəldim. Bu Tablo (타블로)  dur. 


Əsil adi 이선웅 / Lee Sun
Woong (Daniel Armand Lee) olan reper YG entertainment şirkətilə / agentliyi ilə işləyir  . Tablo həmdə mahnı sözyazarı və aktyordur. 
TabloTablo  aktrisa və model olan 강혜정 / Kang Hye Jung (Gang Hye Jeong) ilə evlidir və 1 şirin qızı (Haru) var.Onu da deyimki, The Return of Superman adlı C.Koreya proqramı var, orda atalar tək uşaqlarına baxmalıdı. Bu proqrama da baxın, çünki çox əyləncəlidi. Xüsusilədə Haru və atası Tablo olan bölümə baxın. Haru çox ağıllıdı və atasının da onunla davranışını çox bəyəndim mən, həmdə çox güldüyüm proqramdi :D 

Ailəsi ilə olan 1-2 şəklini də elavə 

etdim bu yazıma xüsusilə 

qızıyla olan şəkil çox qəşəndi.
Tablo
Tablo
 Nyə Tablo? - Çünki bu reperin səsi diqqəti cəlb edir ki, reperde səs də çox vacibdi və duetləri xüsusilə superdir.  
Mən ilk "Airbag " mahnısına təsadüfən youtube dan qulaq asdım, Naul la olan duet ilk dinlədiyin andan sevəcəyin tipdə mahnıdır. - Məndə belə oldu məsələn və ardinca da digər Tablo imzası olan mahnıların axtarışına çıxdım ;) 
TabloTablo  hip-hop qrupu Epik High ın tərkibində tanınıb. 
Epik High ın düzü  "Heaven" (1də "umbrella ")  mahnısını bəyəndim hələki )))  

Əlbəttəki növbə bu yazını yazmağıma səbəb olan "Airbag" mahnısındadır. 


Tablo nun mahnılarından bəyəndiklərim əsasən lirikdi və bu siyahıya aid digər 1 mahnı hansıkı sonlarına yaxın rok dan da istifadə olunub və yenədə duetdi - Lee Sora ilə olan "Home" ( Ev) mahnısıdıki, mahnının xüsusilə bu hissəsini sevirəm "ThiS iS mY homeE, leavE mE alonE " 

"Expiration Date " adli mahnıdan sevdiyim sözlər- " heÇ vaxT oxunmayacaQ kitaB, heÇ vaxT dinlənilməyəcəK musiqİ olmaQ.." 

Bu mahnını Tablo tək ifa edib və uğurıu da alınıb , hüzünlü mahnılar reperdə ela alınır :( 

Younha ilə olan "MemorY" dueti də dinləməkçün gözəl seçimdi . . . 



BUMKEY ilə olan duet . Mahnının adı "at/from the botttom"  Duetlərində əməkdaşlıq etdiyi müğənnilərin hər birinin səsi də həzindi və bu da mahnilarının üstünlüyüdur ;) 



korean dramaYounha ilə olan ikinci mahni isə "umbrellA" dı hansıki Epik High grupu ilə yazılıb mahnı. Klipinə baxanda yadıma düşdü, əslində bu mahnıya çoxdan qulaq asmışdım və bəyənmişdim xüsusilədə klipi ama heç bilmirəm niye sonradan unutdum o vaxt bu mahnını . . .  :/  
klipi çox qəşəngdi ...

MAMA - da Epik High ın Lee Hi ilə olan dueti - "It's cold" la "Don't Hate Me" mahnısını birləşdirib möhtəşəm ifa sərgiləyiblər , izləməyə dəyər ;)




tablo
Vəəəəəəəəəəəə SoN olaraq Bigbang dan Tae Yang la olan dueti paylaşıram. Tae Yang ın sesi haqda əslində deyilsəi elədə çox söz yoxdu, çünki artiq Bigbang qrupunun tərkibində çoxları onu tanıyır və necə ifaçı olduğunu bilir .. Klip də yaxşıdı )) Xüsusilədə mahnının sözlərinə diqqət, sözlərinin tərcuməsinə baxdiqdan sonra daha da sevdim mahnının, Tablo nun mahnılarında ümumilikdə həmişə sözlər çox mənalə olur, həmdə romantik :)


BU mahnıları eşitdiyim gündən hər gün bu mahnılara qulaq asıram, telefonumda artıq playlist də elavə etmişem  və dinləməkdən bezmirəm ;P  Və sizi də DİNLƏMƏYƏ DƏVƏT EDİRƏM . . . . .
best rapper ever


Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...