Thursday, February 13, 2014

Tablo

TABLO/MUSİQİbest rapper ever

    Günümüzde bizə ən yaxın olan əslində musiqidi.  Demək olarki, mahnılara qulaq asmayan yada telefonunda mahnilar olmuyan yoxdu, xüsusilədə biz gənclərçün mahnılar əvəzolunmaza çevrilib və elə buna görədirki şəhərdə gənclərin çoxu qulaqciqla( nauşnik ;D ) gəzir. Seriallariyla daha çox diqqəti cəlb edən Cənubi Koreyada musiqi də ən az seriallar qədər inkişaf edib. Təkcə seriallarin  Ost - soundtrack ları buna bariz nümunədir. Ama soundtracklardan yazmaq istəmirəm, daha çox K-pop dan  yazacam. Yuxarda gördüyünüz ( və bəlkədə indi qulaq asdiğınız ) mahnilardan da artıq hansı qruplara qulaq asdığım sizə məlumdur və buna görədə playlistdə olmuyan 1 müğənni / reper haqda yazmaq fikrinə gəldim. Bu Tablo (타블로)  dur. 


Əsil adi 이선웅 / Lee Sun
Woong (Daniel Armand Lee) olan reper YG entertainment şirkətilə / agentliyi ilə işləyir  . Tablo həmdə mahnı sözyazarı və aktyordur. 
TabloTablo  aktrisa və model olan 강혜정 / Kang Hye Jung (Gang Hye Jeong) ilə evlidir və 1 şirin qızı (Haru) var.Onu da deyimki, The Return of Superman adlı C.Koreya proqramı var, orda atalar tək uşaqlarına baxmalıdı. Bu proqrama da baxın, çünki çox əyləncəlidi. Xüsusilədə Haru və atası Tablo olan bölümə baxın. Haru çox ağıllıdı və atasının da onunla davranışını çox bəyəndim mən, həmdə çox güldüyüm proqramdi :D 

Ailəsi ilə olan 1-2 şəklini də elavə 

etdim bu yazıma xüsusilə 

qızıyla olan şəkil çox qəşəndi.
Tablo
Tablo
 Nyə Tablo? - Çünki bu reperin səsi diqqəti cəlb edir ki, reperde səs də çox vacibdi və duetləri xüsusilə superdir.  
Mən ilk "Airbag " mahnısına təsadüfən youtube dan qulaq asdım, Naul la olan duet ilk dinlədiyin andan sevəcəyin tipdə mahnıdır. - Məndə belə oldu məsələn və ardinca da digər Tablo imzası olan mahnıların axtarışına çıxdım ;) 
TabloTablo  hip-hop qrupu Epik High ın tərkibində tanınıb. 
Epik High ın düzü  "Heaven" (1də "umbrella ")  mahnısını bəyəndim hələki )))  

Əlbəttəki növbə bu yazını yazmağıma səbəb olan "Airbag" mahnısındadır. 


Tablo nun mahnılarından bəyəndiklərim əsasən lirikdi və bu siyahıya aid digər 1 mahnı hansıkı sonlarına yaxın rok dan da istifadə olunub və yenədə duetdi - Lee Sora ilə olan "Home" ( Ev) mahnısıdıki, mahnının xüsusilə bu hissəsini sevirəm "ThiS iS mY homeE, leavE mE alonE " 

"Expiration Date " adli mahnıdan sevdiyim sözlər- " heÇ vaxT oxunmayacaQ kitaB, heÇ vaxT dinlənilməyəcəK musiqİ olmaQ.." 

Bu mahnını Tablo tək ifa edib və uğurıu da alınıb , hüzünlü mahnılar reperdə ela alınır :( 

Younha ilə olan "MemorY" dueti də dinləməkçün gözəl seçimdi . . . 



BUMKEY ilə olan duet . Mahnının adı "at/from the botttom"  Duetlərində əməkdaşlıq etdiyi müğənnilərin hər birinin səsi də həzindi və bu da mahnilarının üstünlüyüdur ;) 



korean dramaYounha ilə olan ikinci mahni isə "umbrellA" dı hansıki Epik High grupu ilə yazılıb mahnı. Klipinə baxanda yadıma düşdü, əslində bu mahnıya çoxdan qulaq asmışdım və bəyənmişdim xüsusilədə klipi ama heç bilmirəm niye sonradan unutdum o vaxt bu mahnını . . .  :/  
klipi çox qəşəngdi ...

MAMA - da Epik High ın Lee Hi ilə olan dueti - "It's cold" la "Don't Hate Me" mahnısını birləşdirib möhtəşəm ifa sərgiləyiblər , izləməyə dəyər ;)




tablo
Vəəəəəəəəəəəə SoN olaraq Bigbang dan Tae Yang la olan dueti paylaşıram. Tae Yang ın sesi haqda əslində deyilsəi elədə çox söz yoxdu, çünki artiq Bigbang qrupunun tərkibində çoxları onu tanıyır və necə ifaçı olduğunu bilir .. Klip də yaxşıdı )) Xüsusilədə mahnının sözlərinə diqqət, sözlərinin tərcuməsinə baxdiqdan sonra daha da sevdim mahnının, Tablo nun mahnılarında ümumilikdə həmişə sözlər çox mənalə olur, həmdə romantik :)


BU mahnıları eşitdiyim gündən hər gün bu mahnılara qulaq asıram, telefonumda artıq playlist də elavə etmişem  və dinləməkdən bezmirəm ;P  Və sizi də DİNLƏMƏYƏ DƏVƏT EDİRƏM . . . . .
best rapper ever


3 comments:

  1. coooox sevirem Tablonu))onun sesi mukemmeldir))

    ReplyDelete
    Replies
    1. mən də çox bəyənirəm Kəmalə , həm səsi, həm ailəsi, Haru ilə olan danışıq tərzi çox qəşəngdi ^_^

      Delete
    2. duzdu)) bele baxanda C.Koreyalilar hemiwe belediler))

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...