Saturday, December 6, 2014

Azərbaycan filmlərindən soundtrack lar.

Keçmişə səyahət....

dreamhigh-happyday.blogspot.com
Ən sevdiyim filmlərdən çox sevdiyim mahnıları dinləməyə hazırsınız? 
İlk Filmin adı " Gün Keçdi" dir. Eyni adlı mahnı/soundtrackı isə Flora Kərimovanın bənzərsiz səsi ilə eşidirik. 
Flora kərimova - Gün keçdi

Filmdən hissələrlə. Bilməyənlər üçün. ( Bilməyən Azərbaycanlı yoxdu əminəm ki.) film iki insanın bir günlük görüşünü əks etdirir. Oqtay adsız bir teleqram alır. Teleqramda yazan şəxs Bakıya gələcəyi təyyarənin vaxtını, nömrəsini yazmışdı. Başqa heç nə yazılmamışdı. Böyük maraqla bu qonağı qarşılamaq  üçün hava limanına gedən Oqtay (Həsən Məmmədov) onu gördüyü anda tanıyır, bu qonaq onun heç gözləmədiyi insandır, yəni Əsmər (Leyla Şıxlinski). Bu iki insan gənclikdə bir-birinə vurulmuşdu. Ancaq oğlanın özünə inamsızlığına görə bir-birinə bunu etiraf edə bilməmişdilər. Hamı onları sadəcə bir məhəllədə yaşamış uşaqlıq dostu, sinif yoldaşı kimi tanıyır. Qız o zaman, başqa bir oğlanla evlənib Azərbaycandan getmişdi. Filmdə həm də köhnə Bakı və o zaman üçün yeni Bakı arasındakı fərqi də görürük. Neçə illər sonra bir-birini görən iki insanın hissləri, düşüncələri, peşmanlıqları, etirafları filmi mükəmməl edir. Filmdə Azərbaycanın ən yaxşı aktyorlarından Həsən Məmmədov baş roldadır. Bu aktyorun xarizması təkcə görünüşündə deyil, həm də səsindədir. O qədər gözəl səsi var ki..... 
Filmi youtube-a da atıblar. Bura da atmaq üçün yarım saatdır kinoya baxıram. Fürsətdən istifadə edib yenidən izlədim. ;) Köhnə amma bir o qədər də müasir Bakı görürük filmdə. Hər şey o qədər gözəldir ki.. Baş rol (Həsən Məmmədov) Oqtay bu yaşına qədər heç özünə də Əsməri (Leyla Şıxlisnkaya- çox gözəl qadındır) sevdiyini etiraf etmiyib, anlamayıb.


O QIZI TAPIN. Sonu çox pis təsir edib bu filmin.. ..:(( Filmə baxmağı məsləhət görürəm.  Ən yadda qalan soundtrac isə Oqtay Ağayevin ifasında "Kimsən Sən?" mahnısıdır. Əminliklə deyirəm ki, bu mahnını Oqtay Ağayevdən başqası ifa etsə bu dərəcə sevməzdim. Dinləyənlər anladı.. Filmdə bu mahnını baş roldakı qızın sevgilisi sevdiyi qız üçün oxuyur. Çox da yaraşıqlıdır. ;) Filmdən olan hissəni izləmək üçün linkə klikləyin. ;) - http://www.youtube.com/watch?v=wJamyLcn1Ck Mahnını tam dinləmək üçün aşağıdakı videonu açın. :)



Şərikli Çörək. 1941-45 müharibəsi dövründə müharibə səbəbi ilə tək qalan balaca Vaqifin hekayəsi.. Sizi filmin sonundakı soundrackı dinləməyə dəvət edirəm.
Oqtay Ağayevin ifasında - Sən ey uşaqlıq. Müğənninin fərqli səsi var. Belə səsi heç Holliwudda da tapa bilməzsiz.! 
Bu yazımda yalnız 3 filmdən soundtrackları sizinlə paylaşdım. Yazımın sevilməsindən asılı olaraq bənzər postlar gələcək. ;) Hələlik.

3 comments:

  1. әn sevdiyim 3 soundtrack) sәn ey uşaqlıq mahnısının isә xüsusi bir yeri var playlistimdә :)

    ReplyDelete
    Replies
    1. MƏn də çox sevirəm. bu mahnıların yeri tam başqadır.

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...