Thursday, March 27, 2014

2PM- SƏS+ RƏQS + MÜKƏMMƏL GÖRÜNÜŞ

RƏQS VƏ MUSİQİNİN MÜKƏMMƏL AHƏNGİ

Cənubi Koreyada ən güclü qruplardan biridir. K-POP dinləyən biri 2PM in ən azı 1 mahnısını bəyənir. Mən demək olarki grupun bütün mahnılarını dinləmişəm və bəyənirəm.
    Bu grupu, ilk internetdən izlədiyim və Koreya serial/musiqisinə yönəldiyim serial BOF (Boys over Flowers) sayəsində tanımışam nə qədər qəribə olsa da. Kim Hyun Joong u tanımıdım əvvəl( ki BOF izləyibdə Kİm Hyun Joong u araşdırmayan insan təsəvvür belə edə bilmirəm ;)) Qarşıma çıxan bir Kanada blogunda dinləmişdim ilk dəfə, ama gəl gör ki , mahnının nə adı, nə də kimin oxuduğu haqqında məlumat yox idi blogda. :/ Koreya mahnılarında ingilis dilində sözlərin olması köməyim oldu . Eşitdiyim cümlə " I can't" idi. Youtube dan I can't  yazıb axtaranda əlbəttəki çox seçim olur. :/ Qısası 2PM grupunu belə tanımışam. Sonra da digər mahnılarını dinlədim , dinlədim və dinlədim :D Keçək nəhayət ki, yazımın səbəbkarları haqqında olan hissəyə =))

JYP Entertainment -lə işləyir qrup. Yarandığı il yəni 2008 ci ildə qrupun 7 üzvü vardı. Onlar :

Qrupdan ilk onu tanımışdım. Reperidir grupun. 
Taecyun haqda onu deyə bilərəmki, heç bir söz başa düşməsəndə onun rep hissəsini eşidəndə istər-istəməz qulaq asırsan. Qarşısındakına fikrini çatdırmaqçün necə səy göstərdiyin hiss edirsən eləbil.

Ok. Taecyeon həm də film və seriallara da çəkilir. Ən məşhurları DREAM HİGH 1 və Who are you (bu serillar haqqında da yazacam ;)


 Digər üzvü 박재범 Park Jae Bum :
Səhnə adı - Jay Park
Doğum tarixi - 1987 aprel 25
boy - 174 sm
2010 cu ildə şirkətlə mübahisələrindən sonra grupdan çıxır. İndi reper solo fəaliyyət göstərir. Kim hyun Joong la olan Unbreakable mahnısından tanıyarsınız onu ;) bu da o mahnı eşitməyənlərçün =) Klipə baxanda üstündə çox əmək olduğu və yüksək səviyyəli olması hiss olunur..



Hmm belə harda qalmışdıq? - indi də grupun Flowerboy u olan ( bütün grup üzvləri yaraşıqlıdı əlbəttə ama Nichkhun sırf flowerboy stilinə uyğun gəlir) 닉쿤  Nichkhun haqda: 
tam adı - Nichkhun Buck Horvejkul
Doğum tarixi - 1988 iyun 14
Boy - 182 sm.
 Nichkhun Koreyalı deyil o Kaliforniyada doğulub və Taylandlıdır. Buna görə də ona Tayland Şəhzadəsi deyilir K-pop da. Qrupda ingiliscə yaxşı bilən iki nəfərdən biridir ( digəri Taecyeondur).Dream High da qonaq aktyor kimi olub. We got Married proqramında F(x) qız qrup üzvü Viktoriya ilə proqram üçün də olsa evlilik yaşamışdı, bu proqramı izləyin çox maraqlıdı. Ən çox da toy geyimində olan o möhtəşəm fotosesiyalarçün. Mənim sırf fotosesiya diqqətimi çəkir o dərəcə.  :D 

Ama deməsəm də olmaz bu proqramda Kim Hyun Joong la Hwang Bo ilə olan bölümləri tapib izləyin. Serial kimidi və daha artıq. Xüsusilə qızla oğlan sevgidən əvvəlki mübahisələri sevənlər vaxt itirməyin izləyin deyirəm, əsas səbəbi də Hwang bo  Kim Hyun dan yaşca böyük olmasıdı. ;) ( 2PM lə başlıyıb Kim Hyun a gətirdim yenə mövzunu :/ ama bu aşağıdakı şəklə baxın haqq verərsiz mənə məncə ;) )

Əslində nilmirəm niyə seriallara çəkilmir. Olsa baxardım mən =) ;) 

 .
2PM - Hands Up


Hər qrup üzvünə1 mahnı deyib grupun ən sevdiyim mahnılarilə də tanış edim səni ;) 


Nichkhun
flower boy 


Tam Adı - Hwang Chan-Seong 
Doğum Tarixi- 1990 fevral 11
Boy- 184 sm.
Həm rep həm digər hissələrin oxuyur mahnıların. 1 neçə film və seriallarda rolları var , elə Dream High da da kiçik rolu olub.
Aşağıdakı klipi paylaşdım çünki çox səmimiydi hələ Taecyeonun ağlaması :( :) 

2PM - AGAİN AGAİN 

































JUN K. 김민준grupda ən güclü səs onundu. Xarizması və xüsusi cazibəsi ilə seçilir.
Tam Adı- Kim Junsu 
Doğum tarixi-1988 15 yanvar(26yaş)
Mahnı sözləri yazır. Musiqi bəstələyir, reperdi, aktyorluq da var, səs də mükəmməl. 10 barmağında 10 marifet :D Və 1 də pianino çalmağı bacarır.( ən sevdiyim və həmisə çalmaq istədiyim pianino :))  

Withou You mahnsı da ən sevdiyim 2PM mahnılarındandı. Klipdə ilk saniyələrdə yağış və yağış altında çalınan pianino. Yağışın səsi və musiqi mükəmməl alınıb o hissə az da olsa. Nəysə siz dinləyin , favorit mahnılarınız sırasına girəcək ;) 

 Jun K. əslində əvvəl Bigbang grupunu da çalışdığı YG entertainment lə birgə işliyib sonradan JYP entertainment ə keçib. Və bigbang grup üzvləri ilə də dostdurlar. 
Səhnə adı -Junho .
Tam Adı - Lee Jun Ho 이준호
Doğum tarixi- 1990 25 yanvar
Boy- 178 sm.
1-2 filmdə çəkilib. Gitara çalmağı bacarır. JYP entertainment dən əvvəl bir neçə mahnı yarışmalarında iştirak edib və bu yol da onu JYP entertainment ə məşhurluğa gətirib.. Onu Bi Rain ə bənzədirlər. Çox oxşayırlar ..

Heartbeat - bu mahnının klpi də var ama bu çıxış daha qəşəngdi. səbrlə izliyin ;) 


Wooyung 우영

Tam Adı- Jang Woo-Young
Doğum Tarixi- 1989 30 aprel
Boy- 178 sm.
Dream high serialındakı Jason roluyla daha da məşhurlaşıb. 2PM grupu üçün bu serialı ziləyin siz :D 


  Bu da A.D.T.O.Y - ALL DAY THINKING ABOUT YOU.. 
 Super klip, ifa və rəqs. klpinin ağ-qara olması da yerinə düşüb.



 bu da son ..  Rəy/yorum/comment yazmağı unutmayın ;)

No comments:

Post a Comment

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...