Blogların gücü
Blog oxumağı da, yazmağı da çox sevirəm. Bloq yazmağı boşluq, işsizlik kimi görənlərə isə yaxşı ki varsınız deyirəm. Niyə?- Çünki, onların sayəsində blog yazarları çox deyil. (mənə görə) Bir insan bloqdan nələr öyrənə bilər bir düşünək. Ən başlıcası qarşımda bir insanın təcrübələri var. Musiqi, film, kitab haqqında, və ya elə həyatın özü haqqında. Bu insan təcrübəsi nə qədər səmimi olursa o qədər çox oxuyuram. Bloq sayəsində haqqında heç nə bilmdiyim kitablar haqqında bilgim olur. İçlərindən bəyənəcəklərimi seçib oxuya bilirəm. Yeni mahnılar kəşf edirəm. Fərqli düşüncə tərzləri ilə tanış oluram.
Bloggerlər olaraq bir-birimizi çox yaxından tanımağa ehtiyacımız yoxdur. Sadəcə yazdığımız qədər tanıyırıq bir-birimizi. Ancaq bloq yazıları sayəsində çoxdanın tanışı hissini verir. Bu hissəni də çox sevirəm. Bu tanımadığın hər hansı bir insanı müşahidəyə bənzəyir. Və ya tanımadığın insanla kiçik bir söhbətə, hansı ki o insanı heç tanımağa ehtiyac da yoxdur. Sanki bloqla tamam başqa dünyaya keçirəm. Bir toxunuşla dünyanın digər ucundakı bir insanın çox sevdiyin film haqqında eyni fikirləri bölüşdüyünü görə bilərsən. Bloqu hər kəsin yazmağını və bloq yazmağın dəb olmağını da heç istəmirəm. İnstaqram məsələn dəbdir. Hər istifadə edəndə neçə saatımız gedir, amma çox lap çox vaxtımız getsə də düşünürəm ki son zamanlar xüsusilə reallığı itib. Az qala hər kəsin Cənnətə bənzər həyat yaşadığı yerdir İnstaqram. Çoxluq da şəkillərində effektlərlə dəyişikliklər edir. Və hər kəsin bir profili var. Dünya görüşü sənə uyğun olan, olmayan və ümumiyyətlə dünyagörüşü yox dərəcə olanlar. Bloq dünyası ancaq mənə görə elə deyil. Burda daha çox istədiyim, düşüncəmə uyğun yazılar tapa bilirəm. Özünə uyğun bloqları mütləq tapacaqsan. Bloq yazıb fikirlərimi, izlədiyim, dinlədiyim, oxuduqlarım haqqında təəssüratlarımı paylaşmağı da sevirəm. Siz də öz səbəbinizi yaza bilərsiniz, istər bloq yazarı, istər bloq oxuyucusu olaraq.






















