Sunday, July 22, 2018

Sing Street

Siz keçmişdəsiniz, amma mən gələcəyi yazıram.



Filmin istehsal olunduğu il- 2016 
Rejissor: John Carney
Ssenari: John Carney
Filmin müddəti: 106 dəqiqə
Ölkə: İrlandiya, ABŞ(Amerika Birləşmiş Ştatları), BK (Birləşmiş Krallıq)
Filmin dili: İngilis dili
Büdcə: 4 milyon $
Qazanc: 13.6 milyon $
Filmdə çəkilmiş 
aktyor heyəti:                 Ferdia Walsh- Peelo          
                                       Lucy Boynto
                                      Maria Doyle Kennedy                                                Aidan Gillen
                                       Jack Reynor
                                       Kelly Thornton

Film İrlandiya, ABŞ və BK ortaq istehsalıdır. Filmdə hadisələr İrlandiyada cərəyan edir.
Bəzən ən gözəl iş məhz ən ümidsiz, ən pis həyatlarda ortaya çıxır. 
Film 80.illərdə gənc oğlanın ətrafında cərəyan edən hadisələri göstərir. Film keçmişə aidliyi və sadəliyi ilə diqqəti çəkir. Təkcə bu belə filmi izləmək üçün mükəmməl səbəbdir. Heç bir xəyalı olmayan oğlanın birdən elə arzuları yaranır ki, hər şey xəyal dünyasından reallığa doğru sürətlə keçir.

Filmin əsas qəhrəmanları yeniyetmələrdir. Hər biri də istər ailəsi, istər də ətrafı tərəfindən təcrid olunan gənclərdir. İrqinə, geyiminə, davranışına görə fərqlənən insanların təcrid olunduqları zaman belə bir həyatdan zövq almaq üçün bir yol tapmasını izləyəcəksiniz. Filmdə Jack Raynor (böyük qardaş rolunda) mənə nədənsə Nirvananın əfsanəvi solisti Kurt Cobain-i xatırladırdı. Əminəm ki, filmi izlədiyiniz zaman eynisini siz də düşünəcəksiniz.



 Film haqqında daha çox yazmağa ehtiyac yoxdur. Musiqini sevən,  kiçik bir yerdə ilişib qalsa da böyük xəyalları olan hər kəs izləsin. Bəlkə bu sizə xəyallarınızın arxasınca getmək üçün səbəb olar.  Ama möhtəşəm təsirli nəsə gözləyərək yox, film haqqinda heç nə oxuyub araşdırmadan açıb izləyin. Filmi hər şeyiylə o qədər çox bəyəndim ki, indicə baxdığımçün yazdığım zamankı qəribə sevinc və həyəcanımı yəgin təsəvvür edərsiniz. 
Bundan sonrasını isə yalnız filmi izlədikdən sonra yenidən yazıya qayıdıb oxumağı məsləhət görürəm. 
Filmdə irəliyə gedən ümidli 2gənc var. Həm də geridə qalanlar var. Geridə, həmin kiçik dünyada sadə insanlar arasında qalan bir adam seçilir. Əbədi arzularının xəyallara çevrilmiş forması içində yaşayacaq bir adam. 
Evin ilk oğlu. Filmdə əslində hər şey məhz onun üçün daha çətin idi. O həm kiçik qardaşının musiqi zövqünü formalaşdıran və onun əsas tənqidçisidir. Kiçik qardaşı həvəsləndirən və bu arzunu ona verən demək olar elə o özüdür. Onun qardaşı üzərində olan təsirini ilk andan hiss edəcəksiniz.  Kiçik qardaşın əsas dayağı, onun həyatının daha asan olmasının səbəbi də o özüdür. Filmdə kiçik ama mənə unudulmaz görünən hissə məhz bununla bağlı idi. Hər şeyin yoluna girdiyi üçün qardaşı üçün sevinsə də ortada bir həqiqət vardı. Kiçik qardaşı onun xeyalına doğru gedirdi. Onun ailəsinə qarşı bu yol üçün mübarizəsi boş, mənasız olmamışdı. O qardaşı üçün yol açmışdı. Təbii olaraq, o həm də buna görə kiçik üsyan da edir. Haqlı ancaq həm də buna baxmayaraq yenə də olduğu yerdə qalacaq insan. Onun üçün hər şey gec idi və o yenə qardaşının qanadları olmalıdır. Filmdə bu hissə sizə bəlkə də o qədər çox təsir etməzdi. Ancaq həmişə insan həyatında ən çox yer tutan: peşmanlıq və hər şeyin artıq gec olması. Bunları gördüyüm an üstündən sadəcə keçə bilmirəm. Çünki bu mənimçün insan həyatının ən pis dönüm nöqtəsidir. Sizlərə hər şeyi həmin anda yaşamağı və yalnız kiçik və gülümsətən peşmanlıqlar olan, mənalı həyat arzu etmək istədim. 
Image result for singstreet

Friday, June 29, 2018

Delicacy/ La Délicatesse/ Zəriflik

Təsadüfən qarşınıza çıxan və düşünmədən, tərəddüdsüz izlədiyiniz həmin film.Image result for delicacy movie picture

Bu qədər uzun başlıq cümləsiylə tanıtmaq  bu filmə ən uyğunudur.
Filmi niyə sevdim.
Çünki filmin qəhrəmanları yetkin insanlardır. Onlar heç də adətən filmlərdə gördüyümüz şeyləri böyütmürlər. Bəlkə də tam olaraq nə axtardığını bilən yox ama nəyi, məhz nəyi sevmədiyini və bunun dəyişməyəcəyini bilən qadından söhbət gedirsə film əlbəttə mənə maraqlı gələr. Başqalarının görmədiyini görmək yox. Xüsusi heç nə. O (əsas roldakı qadın və eləcə də baş roldakı kişi) mükəmməl deyil, onu xüsusi olaraq heç bir keyfiyyəti insanlardan fərqləndirmir. 
http://dreamhigh-happyday.blogspot.com/
Onu xüsusi edən zərifliyidir. İncə insandır. Filmin yaratdığı hisslərim isə film qədər sadə və ən sadənin ən gözəl olduğunu göstərəndir. Sadəcə rahatlıq, ruhun, düşüncələrin, uzun yorğunluqdan sonrakı və durğunluqdan sonrakı həyata gələn rahatlıq ən gözəlidir. Çətin tapılan daha dəyərli olduğu üçün filmi sevdim çünki artıq fikirlər yox idi. Lazım olan yerdə sevinc verəcəksə detalları hiss etdirən. Amma rahatliği pozacaqsa detallardan qaçan film. Baş roldaki qadini -Audrey Tautou
Related image
 nu Amelie filmindən sevirsizsə, bu filmdə onun necə daha yetişkin qadın olduğunu görəcəksiniz. Mənə bu çox xoş oldu. Bu qadında xüsusi nəsə var. Məhz gülümsəməsində ya da kədərli baxışlarında nəsə var hansıki, ona çox yaraşir. Kədərli baxışın mənalı olmasıdır bəlkə də bizi həm də kədərə çəkib aparan. Filmin əvvəldən sona izləyin. Sadəlik necə xoşdur, xüsusilə də Nathalie (filmin əsas qəhrəmanının adı) kimi Yoko Ono ya bənzədilən qeyri adi qadın üçün. 
Bunlar filmi izlədikdən sonra düşündüklərimdir, hansını ki həmin anda telefonda notlara qeyd etmişdim. İndi isə sizinlə bölüşmək qərarına gəldim. 
Filmi ən gözəl onun soundtrack-ları hiss etdirər. Ən sevdiyim 2 mahnını paylaşıram. Emilie Simon - Something More və fransızca filmin əsas fransız havasını verən Emilie Simon - Franky Knight - Bel Amour
Film haqqında isə heç nə demək istəmirəm. Filmin digər əsas obrazı haqqında da heş nə deməyəcəm. Trailer/Treylerini belə izləməyin. Sadəcə filmin özünü izləyin. Zövq alın. Fikirlərinizi gözləyəcəm. 

Obyektiv yaşamaq mümkündür.


Image result for bus drawing inside
Öz adına özün yaxşılıq et başqasını məcbur etmə.
Xüsusilə metroda və ya avtobusda dəfələrlə gördüyümüz və ya başımıza gələn bir hadisədir ki, gənci (əksər hallarda bu gənc qız olur) hansısa yaşli (əksər vaxtlarda yaşlı qadınlar) ayağa qalxıb kiməsə yer verməyə məcbur edir. Ümumilikdə düşünə bilərik ki, bu necə də gözəl bir ənənə və ya adətdir. 
Image result for metro and  bus rush hour azerbaijanAncaq əgər həmin şəxs yer vermək istəmirsə açığı deyim məncə tam haqqlıdır. Gediş haqqı yaşlılara artıq olsaydı bəlkə vəziyyəti başa düşərdim. İşdən sonra gənclər müasir dünyada 50 yaşli adamdan da yorğun olur və əyləşib gəlməkçün bəzən 1az artıq yol getməyə də razı olur. Yaşlı olsam kimsə yer verməsə buna bu dərəcə gənc insan düşməni kimi yanaşmayıb qarşımdakının da insan olduğunu və onun da əyləşmək istəyi, yorğun, xəstə ola biləcəyi barədə düşünəcəm. Yer verməyən gəncin üstünə ağırlığını verən yaşlı olmaq istəmirəm. Elə yaşlı adama heç kim məncə hörmət etməz. Xüsusilə 40 dan sonra artıq yaşlıyam deyə düşünənləri çoxdur. Nədənsə yaşlılar çox eqoist olur. Avtobusda yayda günəş vuran oturacaqda oturmayıb gəncin qarşısında dayanıb yer ver havasiyla dayanan insan hansı yaşda olsa bunu görəndə bəyənmirəm. Mənə bu artıq adət-ənənədən sui-istifadə kimi gəlir. Məsələn gəncdirsə az qalırlar canı çıxsın ayaq üstdə qalsın deməyə. Mən bu halı xüsusilə dünyagörüşlü olduğu hər halından hiss olunan yaşlı insanlarda heç görməmişəm. Məncə hər şey yenə də kitaba, dünyagörüşünə gəlib çıxır. Uzun sözün qısası siz yaşlıya yer verməyəni yaxşi qəbul etməyə bilərsiniz və məncə isə kimisə məcburi yerindən edib kiməsə yer verməyə məcbur etmək yaşından asılı olmadan əslində özü mədəniyyətsizlikdir. (qalx mən oturum deyən insanları nəzərdə tuturam) Çünki kiməsə yer vermək istəkdən asılı olmalıdır. Gözəl olan adəti çirkinləşdirməyək. Cəmiyyətdə nədənsə belə şeylərə diqqət yoxdur.
Qeyd. Yazılanlar məhz yaşlı insanlara ümumilikdə aid olunmayıb. Ancaq artıq hər dəfə şahidi olduğum problem haqqında yazmaq istədim.

Tuesday, March 27, 2018

Yolun sonunda nə var?heç düşündünüzmü?


Image result for don't live the same year 75 times
Yolun sonunda nə var? heç düşündünüzmü?
Bütün günü işləyirsiniz. Səhərdən axşama dayanmadan daha yaxşı iş axtarışlarıyla bərabər işləyirsiniz. Bəzi insanları görəndə işləməkdən işin ağırlıgından ya da sizə uyğun olmadığından şikayətlənirsiniz. Hər şikayətin özünün ünvanı olan insanlar var etrafınızda. Sonra işinizi nə qədər çox sevdiyinizi, məhz işlədiyiniz üçün necə həyatin yaxşı olduğu haqqında danışdığınız insanlar da var. Siz heç vaxt nə tam xoşbəxt nə də bədbəxt ola bilməyənsiniz. Daim həyatınız haradan baxılmasına bağlı olaraq ya ediləsi çox şey var ya da çox yol qət etmiş kimi görünür yol sizə. Ən nəhayətində haradan baxsaq tam da yolun ortasındasınız. Və getmək istəsəniz də istəməsəniz də yol sizi özü aparır. Seçim etsəniz də etməsəniz də irəliləyirsiniz. Siz hətta geriyə getsəniz de yolda irəliyə getmiş olursunuz. İrəli qaçınılmaz yeganə istiqamətdir. 
Image result for working hardHəmişə kiminə görə dünyanın ən xoşbəxtisiniz, kiminə görə isə boşuna yaşayan adi bir insan. Sizin üçün də belə insanlar var. Başqalarına fikir vermədən yaşamaq lazımdır deyilir. Həmin başqalarından biri olaraq yaşayırsınız. Heç özünüz də tam olaraq qərar verə bilmirsiniz həyat sizinlə yaxşı ya pis olub. 3-4 məqsəd qurursunuz və buna gələcək və ya arzu adını verirsiniz. Yaxşi ev, ailə ve iş xoşbəxtliyin açarına çevrilir. Hansıki siz hal hazırda əslində həmin o ailədəsiniz.
 Çatılması daha çətin arzular seçin. Arzulara çatmaq asan olanda həyat daha mənasızlasır. Arzular uğrunda daha çox çalışanda ona çatmaq xəyalı da şirin olur. Bəs əgər şablon motivasiyaedici cümlələr sizə də süni gəlirsə? Bax o zaman yolu düşünün. Sizə əvvəldən danışdığım həmin o yolu. O yolun sonunda nə var? Ümumiyyətlə o yolun sonu var mı? Yolun sonunda nə var? Bu barədə heç düşündünüz mü? Həyatınızda olduğunuz dəfələrdən daha çox səmimi olun və düşünün. Hər kəs özü ilə səmimi olmağa layiqdir. Dərin düşündükdən sonra da boş verin getsin. Qaldığımız yerdən davam edək yaşamağa. 
Image result for smile gif

Monday, January 1, 2018

Cem Adrian dinləyərək yazdım.

Keçən il nə qoyub keçdi

Related image
Resme baxanda qapıdan keçib çıxmaq istədiniz ya durub pəncərədən izləmək?
2017ni heç sevmədim. Uzun-uzun ədəbiyyat yaradıb, acı hekayələr danışmaq heç istəmirəm. Nə o məni sevə bildi, nə mən onu. Qarşılıqlı anlaşdıq 2018ə keçdik deyək. Yarı zarafat yarı ciddi. Bu il vaxt yoxluğunu daha çox problem edə bildim özümə. Dorian Greyin portreti kitabı ilə əslində günahın necə şirin ola bildiyini sadəcə oxumadım, hiss etdim. Ağıllı insan seçilmiş cümlələrlə sadəcə 10 dəqiqədə belə günahı sizə sadəcə sevdirməz, ən əsası sübhə və dünyanızın, düşüncələrinizin tam dəyişməsinə səbəb ola bilər. 

Image result for abstract painting
Bəlkə də dünyaya səhv tərəfdən baxmışam cümləsini hətta bir anlıq oxucuya belə düşündürə bilən bir güclü obrazı olan kitab düşünün. 2017nin bəxtinə düşən kitabı yay aylarında oxudum. Keçən ildə Alfred Adlerin Yaşamaq Sənəti kitabını da aldım. Amma oxumadım. Və bəlkə də heç vaxt oxumayacam. Seçimlərimiz bəzən məhz heç bir səbəbsiz olur ya da səbəbin kitaba dəxli olmur. 
Related image
Daniel Keyes in Elcernon üçün çiçəkləri-ni oxudum, çox lap çox bəyəndim və ən qəribəsi bu qədər çox bəyənməyim bitirməyim üçün səbəb ola bilmədi. Kitabları bəzən oxuyanda sanki məhz həyatımızın o anında oxuyaq deyə qarşımıza çıxıb, heç yazar da yazmayıb sadəcə haradansa məhz sən(biz ya da elə mən) o günlərini kimləsə söhbət, ya da bənzər kiçik həyat hekayələri ilə sənə, hisslərinə güzgü olan kitabı bitirmək bəzən düşündüyümüzdən çox daha çətin gəlir. Elcernonu bu ilə 2018ə keçən ilin hədiyyəsi kimi qəbul etdim. İnsanlar üçün əsl dəyərin nə olduğunu çox düşündüm və cavab heç də kitablar, öyrənərək böyüdüyümüz  reallıqların cavab olmayacağı kimi qarışıq cavablardan yenə suallar doğdu sualdan. Bir insan özü üçün belə tam bir sirdir, əminliklə arxasında dura biləcəyi çox az şey var. Zaman hər şeyi dəyişir. (insan buna daxil deyil o məhz dəyişimdən ən çox payını alandır.) Sonra SYML-Mr.Sandman mahnısını sevdim. Okean Elzi qrupunu özüm üçün kəşf etdim. Əslində bəlkə daha çox şey var amma, keçmiş nə qəribə şeydir ki, 1 il belə olsa 5il əvvəlki xatirələrlə birləşib bir bütün keçmiş olublar beynimdə artıq. Dəqiq olmağa çalışdığın zaman çox şeyi demirsən və çox düşünürsən. Bu il hamı kimi həm çox sevildim və həm də çox nifrət edilən oldum. Hamı üçün yaxşı anlayışının olmadığını özümə artıq qəbul etdirməkçün iri bir addım atdım. 
Image result for abstract painting
Ceron Devid Selincerdən Çovdarlıqda Uçurumdan Qoruyan kitabını oxudum. Kitab uzun müddətlik oxuyabilməmə problemi olan, vaxt azlığını bəhanə edə bilən mənim üçün çox tez təxminən 1həftəyə bitdi. Kitabda təmiz yeniyetmə oğlanı gördüm və ən sevdiyim isə adı oldu. Adı əsas obrazın təmizliyi göstərirdi, yalanların arxasında gizlənən saflıq vardı. Uşaq/yeniyetmə zəifliyi və acizliyini oxuanda hiss etdim. 17-18 yaş artıq böyümək deyil amma öz qərarlarını heç verə bilməmək də deyil, ikisinin arasında bir şeydir. Sonra tez Jose Saramago nun Korluq kitabını oxudum. O da sürətlə bitdi. 
Ölülərin yanından keçib onları görməmək insanların çoxdankı adətidir.(səh.361) 
Bilirsən biz hamımız hansı maddədən ibarətik- laqeydliklə alçaqllığın qarışığından. (səh.45)
Kitabdan mənə təsir edən cümlələri oxuduğum zaman seçmişdim. Bunlar da seçilmişlər içindən seçilənlər idi. Dünyada hər şey alış-verişdir ya mənası daha dərindir. -Cümləsi bəzən sizə də daha çox pulun açar olduğu yerdə düşündürücü gəlir mi?
Həyata bacardığımız qədər daha çox məna qatmalıyıq. İtməmkçün, ruhumuzu, düşüncələrimiz itirməməkçün. Bugünkü yazımı Cem Adrian sayəsində yazdım. Gecə Cem Adrian dinləyən insan necə düşüncələrlə yaza bilərsə,musiqinin təsiri ilə hansı ab-havayla, düşüncələrlə yaza bilərsə məhz elə də yazdım. 2017də Cem Adrian sevdim. Yazdığım anda isə Geçecek(Keçəcək), Gidemem (gedə bilmərəm) və Tut elimi (əlimi) mahnılarını dinlədim. ən azı bir cümlədə özünüzü tapdınızsa, ortaq cəhətimiz oldu deməkdir. 
Image result for abstract painting
Qış günbatımı kimi bir resm.Solğun ama rengarəng

Wednesday, November 22, 2017

Orijinaldan daha yaxşı Cover. Volume 1

Həmişə ilklər ən gözəl olmur.
https://dreamhigh-happyday.blogspot.com/

  Biz həmişə orjinalların ən gözəli olduğunu düşünmüşük. İstər kitab baxımından, istər film və ya mahnı olsun. Ancaq bəzən bir mahnının coverini eşitdiyin zaman mahnıda orjinaldan fərqli, sanki tam başqa yeni bir şey tapırsan. Sanki orjinal olmasaydı, orjinalı eşitməsən, bu cover deyil deyəcəksənmiş kimi hiss etdirir. Cover mahnının orjinalını kölgədə belə qoya bilir. 
Bu cover üzərində işləyən insanların istedadından asılıdır. Orjinalı sevilən mahnını cover etmək xüsusi bacarıqdan əlavə həm də güclü duyumu və hissləri birləşdirib musiqini korlamadan dəyişməkdir, ona özündən nəsə qatmaqdır. Gəlin mənim sevdiyim mənə təsir etməyi bacaran mahnı coverlərini(kavrlar) və orjinallarını dinləyib müqayisə edək.
1.  İlk olaraq The NBHD( Neighbourhood-un qısa forması) dən bir cover seçdim. İlk dinlədiyim zaman cover olduğunu bilmirdim və öyrənən kimi orjinalını da axtarıb tapdım. Ancaq bu versiyanın yeri tam başqadır. Əslində The NBHD mahnının mashup  formasını yaradıb. Mashup- mahnıları birləşdirib yeni 1 şey yaratmaq. "Cry me a river/ Say my name" .  Destiny's child  qrupunun səsləndirdiyi versiyanı/"Say my name"  (Bilməyənlər üçün Destiny's Child qrupunun əsas ifaçısı Beyoncé olub və məhz bu qrupda məşhurlaşıb.) Justin Timberlake-in "Cry me a river" mahnısını qarısdırıb yeni və sevdiyim bir mahnı çıxaran The NBHD qrupu həm də mənim kimi araşdırmağı sevən insanların bu iki mahnını xatırlaması və ya bu mahnıları da ilk dəfə üçün dinləməsinə şərait yaratdı. 

2. "Eyes, Nose, Lips" mahnısına Epik High-dan Tablo-nun cover/kavr-ı da mükəmməllər içindədir. Həm əsas versiyanı və həm də bu versiyanı dinləməyi məsləhət görürəm. Qeyd edim ki mahnının ifaçısı Bigbang qrupundan Taeyang-dır və Tablonun rep cover/kavr-ında da yenə Taeynag mahnını səsləndirir. 
3. Jeff Buckley "Calling you". Bu mahnı və Jeffin Cover-i haqda Jeff Buckley haqqında yazdığım yazını oxusanız məlumat ala biləcəksiniz.  
                                    
4. Mad World - Jasmine Thompson. Mahnının orjinal versiyasını Gary Jules ifa edib. Mən hər iki versiyanı da çox sevirəm. 

                                 
5. Wicked Games Charlotte Cardin. Mahnı XX əsrin mahnısıdır. Əsas ifaçısının adını bəlkə eşitməmisiniz ancaq bu mahnınıəminəm ki eşitmisiniz. Həm də məhz onun- Chris İsaak in ifasında eşitmisiniz. (İfaçının adını klikləyərək orjinalı dinləyin)

                           
6. Unlike Pluto - No Scrubs ft. Joanna Jones. Mahnının orjinalı yenə XX əsrin mahnısının cover-idir. Amerika qrupu TCL (mahnının orjinalı üçün qrupun adını klikləyin) No scrubs mahnısını eşitsəm açığı bəyənməzdim. Amma cover-i sevdim. 
Bu arada ən möhtəşəmi ən sona saxladım. Sona qədər dinləyin hər mahnını. 
7. Taka (One Ok Rock qrupunun solisti) - Hello. One Ok Rock mənim çox sevdiyim yapon rok qrupudur. One Ok Rock qrupuna şans vermək istəyən oxucu qrupun adına klikləyərək sevimli qrupum haqda məlumat və əsası ən sevdiyim mahnılarını dinləyin. 
Qrupun solisti Taka məşhur müğənni Adele-in Hello mahnısını çox gözəl oxuyub. 
8. Ən sona ən əfsanı mahnını saxladım. (təbii ki mənim üçün) Mahnını yaxşıca araşdırdığım zaman çox təəccüblənmişdim. Orjinal və indiki versiya arasında yeganə ortaq cəhət sanki mahnının sözləridir. Əvvəla qeyd edim ki Mr. Sandman- əsasən nağıllarda istifadə olunan sehrli obraz olub. Adının mənasında qumadam olmasının səbəbi isə gözə sehrli qum töküb insana şirin, sehrli yuxu verməsinə inanılmasıdır. Mahnının ilk versiyası  Vaughn Monroe tərəfindən ifa edilib. Ardınca eyni ildə  The Chordettes qrupu da ifa edib. (xüsusuilə bu versiyanı bəyənmirəm. Zövqlər müxtəlifdir ;)) Hər iki versiya üçün ifaçı/qrupun adını klikləyin.  Mahnının yaşı da az deyil. mahnı 1954-cü ilin mahnısıdır. Mənim adına uyğun sehrini hiss etdiyim versiyanı isə SYML ifa edib. 
Mahnını dinləyəndə real dünyanı unuduram. Belə hiss etdirə bilən musiqi çox azdır. Ən sevdiyim mahnını da sizilə bölüşdüm, daha nə istəyirsiz ki . Musiqidən zövq alın ;) 

Tuesday, September 5, 2017

Utopya

Yaxşı ilə pisin arasında.


   Siz çox eqoistsiniz. Dünyanın gözəl yer olduğunu düşünürsünüz. Siz nəyisə dəyişdiyinizi nəyisə yaxşılığa dəyişdiyinizi düşünürsünüz. Amma hardasa bir kənddə bəlkə də dünyanın ən ağıllı adamı doğulub ve o kənddə məktəb olmadığı üçün ömrünü adi kənd sakini kimi ordaca başa vuracaq. Bəlkə də sizin o çox sevdiyiniz ən sevdiyiniz müğənninin səsindən qat qat gözəl səsi olan insan hal hazırda tam fərqli bir işdə vaxt öldürür və biz o səsdən, o beyindən məhrum olmuşuq. Hardasa dünyanın ən gözəl qızı da var amma o heç vaxt gözəllik yarışmasına qatılmayıb. Boş verin gördükləriniz ƏNləri. Ən ağıllı olan, ya ən güclü olan yoxdur.  Sadəcə düzgün anda düzgün yerdə olan  o yerçün ən düzgün insan var. Onu da bacara bilsəniz. Və bəlkə də siz ömrünüzün sonuna kimi heç vaxt sizin üçün olan düzgün yeri tapa bilməyəcəksiniz. Bəlkə də problem düzgün anı tapa bilməməkdədir. 
Sizin 1 nəfərə kömək etdiyiniz an əslində 10 nəfər itir gedir. İtkinin qarşısını ala bilərsiniz? Ümumiyyətlə həqiqətən mi, siz insanların, istisnasız hər kəsin yaxşı yaşamağını istəyirsiniz?  Siz sadəcə bunu istəmirsiniz. Insanların çoxu digərlərinə həqiqətən yaxşılıq etmək istəmir, sadəcə bizdə vicdan adlı hiss var ve bunu sakitləşdirməsək yaşamaq daha çətinləşər. Insanların çoxu dilənçiyə çörək, ya pul verməklə az qala 1 anlıq Cənnəti görmüş kimi hiss edir ya da qəhrəman kimi.  Digər insan isə o anda öz insanlıq borcunu yerinə yetirmişdir. Başqa bir insan isə o zaman özünü daha hörmətli, özünə arxayın hiss edib. Hər halda sonra hami öz həyatına geri qayidir. O dilənçini heç vaxt orda görməmiş kimi öz işiylə məşğul olur. Bəs dilənçi? O hələ də ordadir. Siz özünüzü yaxşi hiss edəsiniz deyə o hər gün orda durub dilənir. Bunu düşünmək bəlkə də sizə xoş təsir belə edə bilər. Axi dünyanın sizin, məhz sizin etrafinizda dönməsi hissini bir anliq düşünəndə belə yaşadiğiniz o sevinc sizinçün əvəzolunmazdir. Tanımadığınız bir yana siz heç tanıdığınız neçə nəfərə işiniz düşdü deyə yox bütün səmimiyyətinizlə sadəcə necə olduğunu necə yaşadığını bilməkçün yazmısınız? 
Belə bir çin atalar sözü var: 1 insana 1 balıq ver və sən onu 1 günlük yedizdirdin. Ona balıq tutmağı öyrət, və onu bir ömür yedirmiş ol. ( ümidvaram çincə yazacağımı düşünmədiniz).
   Image result for chinese proverb fish
 Aclığın qarşısını almağa çalışmırsız. Siz sadəcə ərzaq yardımı edərək yaxşı insan ola bilərsiniz.Sizin etdiyiniz kömək deyil siz özünüzə kömək etmişdiniz bütün ömrünüz boyu yalnız özünüz üçün yaşamısınız. Əsl kömək, problemi tam kökündən aradan qaldırmaqdır. Nəticəsi sizə ziyan gətirsə belə yaxşılıq edə bilərsiniz? Hətta maddi ziyana (milyonluq bir ziyan düşünün) gətirib çıxaracaqsa belə, siyasətçün, media üçün, etrafda yaxşi ad qazanmaqçün yox sirf istədiyinizçün yaxşılıq edin. Çalışın yaxşı ilə pisin arasında gedib gəlməyin. Yaxşı olmağa çalışın bir də baxacaqsınız artıq yaxsı insansınız. Dünya nə gözəl yerdir, nə də pis. Dünya çox qəribədir və onu daha çətin yaşanacaq vəziyyətə gətirməmək üçün özünüzü dəyişin. Bu yazınını sonunda sizdə nə dəyişdi?

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...