Wednesday, April 20, 2016

George Orwell 1984

Corc Oruel 1984

Janr: Utopya və disutopya ədəbiyyatı, siyasi ədəbiyyat, sosial elmi                       fantastik ədəbiyyat
Çap Tarixi: 1949.il 8 iyun
Orijinal dil: İngilis dili.
    Uinston Londonda yaşayan və Həqiqət Nazirliyində işləyən adi vətəndaşdır. Uinston Smisin yaşadığı dünyada hamı, hər yerdə hətta insanlar yaşadığı evlərində quraşdırılan teleekranlar sayəsində izlənilir. Uinstonu digərlərindən fərqləndirən isə partiyaya olan gizli hər gün bir az da artan nifrətidir. O düşünməyi və ətrafındakı hər şeyi sorğulamağı bacarır. Uinstonun işinin də bunda rolu var. Belə ki, o tarixi qəzet və kitablarda qeydləri dəyişməklə məşğuldur. Hər dəfə bəzi insanları Partiya tarixdən siləndə onların keçmişdəki işləri də silinir. Bu zaman keçmişdə həmin şəxslərin qəzet və kitablardakı adları, xəbərlərini dəyişmək Uinston kimi işçilərə düşür. Digərləri isə nə qədər qəribə olsa da bütün bu dəyişikliklərdən xəbərsizdir. İnsanlar Böyük Qardaşın dediyi hər şeyə inanır. Hər yerdə Böyük qardaşın şəkli var. Uinstonun yaşadığı Okeaniyada düşüncə azadlığı qadağandır və düşüncə cinayəti adındakı bu növ ən dəhşətli cəzaların verildiyi bir cinayət növüdür. İndividual insanın varlığı deyəndə ağla gələn hər şey Okeaniyada Partiya tərəfindən qadağan edilib. Burada evlilik də yalnız partiyaya olan borcu yerinə yetirmək üçündür. Əgər tərəflər arasında sevgi hiss olunsa onların evliliyinə icazə verilmir. Uşaqlar kiçik yaşlarından casus kimi böyüdülür. Tarix yalnız partiyaya aiddir. Hər ixtira partiyanın adına yazılır. Ancaq Uinstonun öz uşaqlığı az da olsa yadındadır. Onu həmişə yuxularında narahat edən, kabus görməsinə səbəb olan ailəsi həmişə onu narahat edir. Ancaq o tam olaraq heç nə xatırlamır. Uinston bir dəfə özünə gündəlik alır. Bundan sonra isə o artıq öz düşüncələrini gündəliyə yazmağa başlayır. Hər şey də bundan sonra başlayır. O artıq düşüncə cinayətini həyata keçirirdi. Yalnız adını eşitdiyi partiyaya qarşı olan qardaşlıq təşkilatı və Goldstein haqqında maraq hər zaman ona üstün gəlir. Uinston qara camaat adlanan insanlara qibtə edir. Baxmayaraq ki, status olaraq onlardan qat-qat yuxarıda idi. 
Okeaniyada aşağıdakı nazirliklər fəaliyyət göstərir.
Sülh Nazirliyi, Həqiqət Nazirliyi, Sevgi Nazirliyi və Varlılıq/bolluq Nazirliyi. Hər nazirliyin isə iş prinsipi demək olar ki öz adının əksi idi. Məsələn müharibə ilə bağlı işlər Sülh Nazirliyinə aid idi. 

Arasında ən qorxuncu isə Sevgi Nazirliyi idi. Bu nazirlikdə yalnız partiyaya və Böyük Qardaşa sevgi aşılanırdı. Sevgi Nazirliyində insanlara ən ağır cəzalar verilirdi. Ən qorxunc otaq isə 101 nömrəli otaq idi. Bu otağa göndərilənlərin sonu hamıya qaranlıq idi. 
Okeaniyadan başqa yalnız iki ölkə vardı. Avrasiya və Şərqiasiya. Okeaniya həmişə bu ölkələrdən biri ilə sülh digəri ilə isə müharibə şəraitində idi. Ancaq hansı ölkə ilə müharibə, hansı ilə sülh şəraitində olduğunu dəqiq demək olmurdu. 
Əsas obrazlar: Big Brother/Böyük Qardaş- Qara gözlü, bığlı, Partiyanın təcəssümü olan Okeaniyanı idarə edən şəxs.
 Winston Smith/Uinston Smis- hekayədəki qəhrəman,                                                                        fleqmatik/soyuqqanlı, adi vətəndaş
Julia/Culia- Uinstonla eyni yerdə işləyir. Sonradan Uinstonla                                münasibətləri dəyişəcək.
Sonia Orwell
qeyd. Culia obrazı yazıçının ikinci həyat yoldaşı  Sonia Oruell-dən təsirlənək yaratdığı bir obrazdır.

O'Brayn- Uinstonla eyni yerdə işləyir. Nədənsə ilk baxışdan həmişə                 Uinston onu özünə dost hiss edir.
Emanuel Goldstein- Okeaniya partiyasına qarşı yaradılan                                                 qardaşlıq gizli birliyin lideri. 
Syme- Bu obrazı xüsusilə ona görə qeyd edirəm ki, onun sayəsində             yeni şeylər öyrənəcəyik. Yeni dilin, lüğətin yaradılması və               bunun arxasındakı əsas niyyəti bizə Syme izah edir. Ancaq               əlbəttə ki, o bunu fəxrlə deyir.
Əgər fikirlər dili korlaya bilirsə, dil də həmçinin düşüncəni korlaya bilər.

Mənim kitab haqqında fikirlərim.   Kitab sizə yeni bir dünyanı təqdim edir. Gələcəkdəki həyat həmişə insanları çox maraqlandırıb. İnsanlar bənzər mövzuda oxumağı, eşitməyi sevir. Bu kitabda da eyni mövzu işlənib. Ancaq bu yeni dünya, gələcək gözlədiyiniz kimi deyil. Kitabın ilk səhifəsindən etibarən özünüzü yaşadığınız dünyadan uzaq hiss edəcəksiniz. Kitabı oxuyanda onu yaşamaq tam da bu kitabı oxuduğum zaman həmin hissləri yaşadım. Yazıçı bu qurduğu yeni dünyasında hər şeyi ən kiçik incəliyinə qədər qeyd edib bizə təqdim edir. Kitabın adı da o zaman yazıçının təxminən kitabın çap olunduğu ilin tərsi olaraq adlandırdığı, seçdiyi ildir. Əslində isə yazıçının ikinci bir seçimi də vardı. The Last Man in Europe/ Avropada Son Adam. Ancaq sonradan indiki adı seçir. 

Daha maraqlısı isə kitab haqqında araşdırığım zaman qarşıma wikipediadan çıxan bu şəkil oldu. Bu isə yazıçının daha çox gələcək adı altında günündəki problemləri göstərdiyini deməyə əsas verir. Kitabı oxuduğumuz zaman da biz bunu hiss edirik. Sanki kitab tam olaraq gələcək ya da keşmiş deyil. Kitab mənə keçmişlə gələcəyin arasında ilişib qalan zaman kimi göründü. İlk şəkil 1930-cü illərin ortasında çəkilib və ikinci şəkildən fərqli olaraq Stalinin yanında dayanan şəxs isə Nikolay Yezovdur, hansı ki 1940-cı ildən sonra yeni versiyada artıq yoxdur və silinib. 





Xüsusilə sonu heç gözləmədiyim kimi bitdi. İnsanı düşündürən kitabdır. Eyni zamanda kitabı oxuduğunuz zaman kitabın qəhrəmanı kimi izlənildiyiniz hissi sizə hakim ola bilər. Kitabın təsirlərindən biridir. Eyni zamanda bu kitab müasir dövrdəki insanların Cctvlər və digər texnoloji yeniliklər sayəsində izlənildiyini nəzərə alsaq həqiqətən də yazıçı gələcəyin, inkişafın müəyyən mənada getdiyi inkişaf yolunu təxmin etmiş də ola bilər. Aşağıda son olaraq kitabdan bəzi hissələr oxuyacaq və kitabın müxtəlif illərdə üz qabığı ilə tanış ola biləcəksiniz.

http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.com/
ingilis sosializmi. qeyd:bu şəkil filmdəndir, kitabda partiyanın buna bənzər bir simvolu haqda yazılmayıb

http://dreamhigh-happyday.blogspot.com/
Müharibə Sülhdür
Azadlıq Köləlikdir
Cahillik Gücdür
Böyük Qardaş sizi izləyir
Birin Azlığı
Mən səni Satdım&Sən Məni Satdın
İki plus İki Beş Edir
Bizim Əmrlərimiz "Sən İncəsənəti"
O Azadlıq idi
O əsl Söz idi
Reallıq zahiri deyil
Fikir Cinayəti, Onlar bunu belə adlandırdı
Onlar heç vaxt üsyan etməyəcək
Bu yaxşıdır, Hər şey yaxşıdır
Əziyyət Bitirildi/Sonladı








Kim ki Keçmişi idarə edir, Gələcəyi də idarə edir. Kim ki, İndiki zamanı idarə edir Keçmişi idarə edir.
Güman ki insan sevilməyi başa düşülmək/anlaşılmaq qədər istəməzdi.
http://dreamhigh-happyday.blogspot.com/


http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/


http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/http://dreamhigh-happyday.blogspot.com/

Tuesday, March 22, 2016

Gecikmiş 8 mart yazısı olsun.

Kim dəyişməlidir?.http://dreamhigh-happyday.blogspot.com/

  Bərabərlik bir birinin zəif və güclü tərəflərini bilib qəbul etməkdir. Bərabərlikdə bir tərəf digərinə görə özünü qurban verməli deyil. Bərabərlik birlik olmaqdır. Bərabərlik eyni zamanda bir-birinin ən güclü tərəfi olub onu müdafiə etmək və həm də ən zəif tərəfi olub həmin insanın ən çox incitməkdən qorxduğu və sevdiyi tərəf olmaqdır. Qadın və kişi bərabərliyini mən məhz bu cür görürəm. Əslində isə görmək yox, daha çox belə düşünürəm. 
http://dreamhigh-happyday.blogspot.com/
Dünyada qadınlar üçün və uşaqlar üçün gün var. Demək olar ki, bütün dünya ölkələri tərəfindən ən çox da bu günlər qəbul olunub. Səbəb isə məhz qadın və uşaqların müdafiəyə daha çox ehtiyacı olduğu bir dünyada yaşamağımızdır. 
Kişilərə görə qadının yeri mətbəxdir. bunu nə cür izah etmələrindən asılı olmayaraq. Və yenə də kişilər məhz belə deyir: Kişilər qadınlardan daha ağıllıdır, üstündür. Hər sahədə demək olar ki, kişilər qadınlardan daha irəlidədir. Alimlərin, cərrahların, məşhur dedektiv yazarlarının, prezidentlərin çoxu da məhz buna görə qadın deyil. - Əslində biz bunun səbəbini də yaxşı bilirik. Ailə qadınların arzularından uzaqlaşmasına səbəb olur. Ancaq belə olmaya da bilər. Ailə qadına da kişiyə olduğu kimi arxa, dayaq olmalıdır. 
http://dreamhigh-happyday.blogspot.com/

Gələcəkdəki seçimlərində qadın da kişiyə (qadın tərəfdən) olduğu kimi inam və ümid verən birinin onun yanında olduğunu hiss etməlidir. Evdən işə gələndə yeməyin, çayın hazır stolun üstündə olmağı isə təəssüf ki, bütün dünya kişilərinin çoxunun istədiyi qadın obrazında cəmləşir. Qadınların nə düşündüyü isə  bəzən o qədər də maraqlı olmur. Məncə isə ən pisi məhz eyni cür düşünən qadınların olmasıdır. Ən çox da həyatda ikinci olmağı, arxa planda qalmağı qadınlara xas bir şey kimi qəbul edən qadınlar bunu daha çox qoruyur. Çünki, uşaqlara tərbiyə verən dünyanın hər yerində daha çox onlara təsir göstərə bilən elə qadınlardır. Hələ uşaqlıqdan fərqli böyüdülür.
http://dreamhigh-happyday.blogspot.com/
Niyəsə qadının başı həmişə aşağı olmalıdır. Niyəsə qadın çox danışmamalıdır. Qadının kariyerası ailəsi və övladlarına yaxşı baxmasıdır deyən insanlar da az deyil. Kariyera dalınca gedən qadın mütləq ailə və iş arasında seçim etməli olacaq deyə düşünənlər də çoxdur. Ancaq qadın hər ikisinin öhdəsindən uğurla gələ bilir. Mənim üçün kişi və ya qadın olmaq üstünlük deyil. Sənin uğuruna inanan tək bir insan belə olsa sən o işi bacaracaqsan. Sadəcə bütün cəmiyyətə, inamsız insanlara qarşı tək olmadığını bilmək belə yetər.
http://dreamhigh-happyday.blogspot.com/
Ədalətli olun. Hər birinizə eyni. Ən azı böyüyüb, Mikey nin heç bir yaxşı səbəbsiz daha çox alacağı vaxta qədər..
Bəzən adətdir və ya belə görmüşük böyüklərimizdən deyilir. Bu söz çox vaxt istəmədiyiniz biri olmağa sizi məcbur edə bilər. (qadın və ya kişi olmağınızdan asılı olmayaraq) Adət ənənələr deyirik, ancaq tam olaraq bunlar da nə vaxtsa ilk olaraq bir insan tərəfindən qəbul olunub, düşünülüb. Və heç də bütün adətlər eyni və xüsusilə də müdrik insanlar tərəfindən düşünülmüşdür deyə bilmərik. 
http://dreamhigh-happyday.blogspot.com/Dünyada bütün yaşlılar ağıllı və müdrik deyil. Gənclikdə o insanın necə yaşadığını və dünyadan nə götürdüyünü bilmirik. Çünki necə insan olmağından asılı olmayaraq hamı yaşlanır. Burada əsas demək istədiyim odur ki, biz keçmişimizə hörmət edib, tarix və adət ənənələrimizi sevməliyik. Ancaq necə ki inkişaf adı altında bizim olan adət-ənənələrimizi, tariximizi silmək fikrimiz yoxdur. Eləcə də sadəcə insanlıq üçün gerilik olan adət adını sonradan almış yazılmamış bəzi qanunları da qəbul etməyək. Hələ də az da olsa qızların oxumağının yararsız olduğunu, oxuyan qızın yaxşı ailə qadını ola bilməyəcəyini deyən insanlar tapa bilərik. Bu cür insanların yalnız bizim ölkədə olduğunu düşünməyin. Dünyanın hər yerində belə insanlar var. Biz onları dəyişə bilərik.


http://dreamhigh-happyday.blogspot.com/
Kişilər feminizmi məhz belə təsəvvür edir.
Feminizm isə nədənsə çox insanların və xüsusilə də oğlanların/kişilərin sevmədiyi bir kəlmədir. Halbuki feminizm qadınların kişilərdən üstün olduğu bir cəmiyyət uğrunda mübarizə aparmır. Sadəcə feminizm qadın hüquqlarının tapdalanmasına qarşıdır.

http://dreamhigh-happyday.blogspot.com/Eyni işə görə kişinin daha çox maaş almalı olduğunu da düşünənlər yetərincə çoxdur. Səbəbi isə kişinin ailə dolandırmasıdır. Sanki qadının ailəsi yoxdur. Ailəyə kimin çox pul gətirməsi əsl ailədə önəmsizdir! Əgər daha çox pul qazandığınız üçün həmin pulu xərcləmək üçün daha çox haqqınız olduğunu, ya da daha çox söz haqqına sahib olduğunu düşünürsünüzsə siz hələ tam ailə deyilsiniz.  Aşağıdakı əsl bərabərlik haqqındakı cümlə və şəkli həmin anda həmişə xatırlasaz da daha yaxşı olar. 
http://dreamhigh-happyday.blogspot.com/

Bərabərlik hamıya eyni qədər qayğı, kömək deyil. Əsl bərabərlik hamıya uğurlu ola biləcəyi qədər eyni şeydən verilməsidir. 



Cəmiyyət bu kimi problemlərin başlıca dayaq nöqtəsidir. Buna gündəlik həyatda ən çox işlədilən sözləri belə aid edə bilərik. Məsələn: Kişi kimi sözünün üstündə durmaq. Kişi kimi sözün düzünü demək. Ancaq qadın kimi sözünün üstündə durmaq deyilən bir söz yoxdur. Ümumilikdə isə xarakter insanların qadın və ya kişi olmalarına görə dəyişmir. Yəni yetərincə çox dürüst qadınların varlığından danışmasaq da çoxunuz belə insanları tanıyırsınız. 
http://dreamhigh-happyday.blogspot.com/
Kariyera baxımından da təəssüf ki, qadınlar geridə qalır. Üstünlük həmişə işə götürüləndə kişilərə verilir. Çünki, qadınların uşaq dünyaya gətirmək, uşaq baxmaq kimi məsuliyyətləri var, hansı ki iş yeri üçün bu sadəcə lüzumsuz tətillər və boşa axan pul deməkdir. Artıq bu problem də nisbətən həll olmaqdadır. Məncə kişilərə də atalıq məzuniyyəti verilməsi vəziyyəti daha yaxşı edə bilər. 
http://dreamhigh-happyday.blogspot.com/
Doğrudan da yaxşı kariyera- bərabər imkanda işçi

Əlbəttə, əgər bu məzuniyyətdə analara kömək etsələr. Ümumilikdə həmişə işdə kişilər, qadınlara nisbətən daha tez kariyerada qalxa bilir. Qadın və kişi arasında seçim həmişə kişinin xeyrinə baş verir.

Əslində isə bu həm də kişiləri də, qadınları da müxtəlif yük altına salır. Kişilər də müxtəlif peşələri seçəndə əslində qadınlar kimi problem yaşayır. Çünki peşələr də qadın və kişi işi olaraq artıq ayrılıb. Kişilər evdə qadına kömək edirsə belə, onu dostları məsxərəyə qoyub, qadından qorxduğunu deyirlər. Heç bir kişi köməyə ehtiyacı olduğunu açıq deyə bilmir. Xüsusilə də qadından kömək istəmək kişi üçün ən dəhşətli hal olar. Kişilərin nəyisə bilməyib qadından soruşduğu halla həyatda neçə dəfə rastlaşmısınız?-Məncə çox olmaz.
http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.com/"Mən qadın kimi geyinməkdən utanmıram, çünki mən qadın olmağın utanc olduğunu düşünmürəm."- İggy Pop






Dünyaya baxışınızı dəyişin. Sizə sadəcə düzgün kimi gələn bəzi şeyləri heç vaxt sorğulamadığınızın fərqinə varacaqsınız. Haqqında düşündüyünüz zaman isə mənasız olmasına baxmayaraq necə qorunan bir fikir olduğunu görəcəksiniz. İnsanlığın ən güclü silahı elm və inamdır.-imza MƏN.
http://dreamhigh-happyday.blogspot.com/

Thursday, February 18, 2016

Our Times/Bizim Vaxtlar

Ən Sevdiyim filmlərdə ilk 10-a girən film.http://dreamhigh-happyday.blogspot.com/

   Həmin 10-luğa bir Tayvan filminin girə biləcəyini heç düşünməmişdim. Filmin mükəmməliyi sadəliyidir. Yəni, qeyri adi ssenarilərdən bezdiyiniz vaxt üçün ayırın bu filmi. Məktəbin çirkin qızı ilə məktəbin sevilməyən, davakar, qanqster oğlanının filmini zövqlə izləyəcəksiniz. Bu ara sırf izləmək istədiyim tipdə bir film idi. Belə filmlər çox azdır. Xüsusilə reply1988də Jung Palla bağlı kədərinizi nəzərə alsaq bu film sizə dərman olacaq. Çin dilində dəfələrlə film və ya seriala baxmağa çalışsam da alınmayıb. Amma bu film mükəmməl idi. Bayağı, şişirdilmiş heç nə olmadı. Eyni zamanda filmdəki məktəb həyatı, məktəblilər sizə anime ləri xatırladacaq. Sanki bütün obrazlar animedən çıxıb. 
http://dreamhigh-happyday.blogspot.com/

Baş rollar isə rolu çox gözəl oynayıb. Film 2 saat olsa da əmin olun, filmin çox tez bitdiyini və bu film yerinə bir drama olmuş olsaydı deyə düşünəcəksiniz. Həmişə məktəblilərin həyatı, sevgisi film və ya serial olaraq daha çox diqqət çəkir və sevilir. Çünki məktəblilər daha dürüstdür, onların hissləri daha səmimi görünür. Dadı damağımda qalan bu filmi bütün romantik film sevərlərə məsləhət görürəm. Xüsusilə də şişirdilmiş romantika olmadığı üçün rahat izləyin. Bəlkə də baş rol qızın görünüşünə görə bir az filmdə rolunu bəyənməməkdən çəkinirsiniz. Amma əksinə qız əla aktrisadır. İzləyənlər mənimlə razılaşar. Film yalnız məktəb sevgisi haqda deyil. Bu da filmi daha maraqlı edir. Romantik komediya sevərləri üçün əla seçimdir. Çox komediya bol deyil ancaq, güləcəyiniz yerlər var.

Tuesday, February 16, 2016

Double S 301 Comeback!

Ur man is Back!http://dreamhigh-happyday.blogspot.com/

   Çoxdandır bütün dünyadakı tripleS lərin gözlədiyi comebacklardən biri gəldi. Demək olar ki SS501 i tanımayan bir Koreya fanı yoxdur. Varsa da araşdırsın, itirdiyi çox şey var. Bu qrupun yeri apayrıdır. İlk sevdiyim Kpop qrupudur. SS501 qrup üzvləri ayrı solo fəaliyyətə tam da məşhurluqlarının ən zirvəsində başlamışdılar. Qrup ayrı fəaliyyət göstərsə də tam olaraq ayrılıqla bağlı rəsmi qərar yox idi. Bütün fanlar artıq 6 ildir ki, ümidini itirmədən qrupun yenidən birləşəcəyi anı gözləyir. Nəhayət keçən il qrupun alt qrupu olan SS301 qrupunun yeni bir albomla qayıdacağı xəbəri 

Friday, February 5, 2016

The Voice Azerbaijan/ Səs Azərbaycan

Ən sevdiyim tv yarışması.http://dreamhigh-happyday.blogspot.com/

   The Voice yarışmasının fərqli ölkələrdə olan versiyaları içindən ən layiqli yerlərdən biri məhz Azərbaycanın The Voice/Səs yarışmasıdır. Düzünü desəm hələ yarışma proqramını tvdə gördüyüm zaman da maraqlı olacağını düşünürdüm.

_47A0471.jpg
 Ancaq, gözlədiyimdən də möhtəşəm bir layihə ortaya çıxdı. Yarışmaçıların hər birinin mükəmməl səsi və istedadı var. Münsiflərin işi həqiqətən də çox çətindir. Bunu sadəcə şablon tərif kimi yazmıram. Əminəm ki, proqramı izləyənlərin çoxu mənim bu fikirlərimlə razılaşar. Bu qədər gözəl və yaxşı ifalar, səslər məni çox sevindirir. 
_47A0210.jpg

Elə ilk səsvermə günündən yarışmadan çıxan iştirakçılara görə nə qədər kədərləndim. Yarışmanın döyüş/battle hissəsində isə bəzən hər iki ifaçının qalmağını istəyirdim. Ən əsası isə izləyici olaraq verilişdən zövq alıram. 
http://dreamhigh-happyday.blogspot.com/
Yarışmanın münsiflər heyəti: xalq artistləri Mübariz Tağıyev, Faiq Ağayev və əməkdar artistlər Tünzalə Ağayeva və Manana Caparidze-dir. 
Münsiflərdən Faiq Ağayevin iradlarını xüsusilə bəyənirəm. Çox vaxt da izləyici olaraq eyni düşünürəm.
Mənim ən sevdiyim iştirakçılar. Yəgin ki, siyahıya baxıb başqa kimsə qaldımı deyə düşündünüz. :)) Hələ siyahını azaltmışam. ;)

Wednesday, January 27, 2016

MIM No5

Merak ediyorum/ Mənə Maraqlıdır.http://dreamhigh-happyday.blogspot.com/

   Bu mimdə ümumi mənim üçün maraqlı olan və ya sevmədiklərimdən qısaca yazacağam. Ümidvaram sizin üçün maraqlı olar. 
http://dreamhigh-happyday.blogspot.com/
*Mənim qədər bir mahnını dinləyəndə təsirlənən və o yeni dinlədiyi mahnını dinlədiyi zaman bu qədər çox içdən sevinən biri varmı? Əlbəttə burada musiqinin rolu böyükdür. 

Monday, January 11, 2016

Jeff Buckley

Mahnılarını dinlədiyim zaman hisslərimi ifadə etməkdə çətinlik çəkdiyim ifaçı.. .. .. http://dreamhigh-happyday.blogspot.com/

Tam adı- Jeffrey "Jeff" Scott Buckley. 
Doğum tarixi- 17 noyabr 1966.
Doğum yeri- Anaheim, Kaliforniya, ABŞ.
Janr- Alternativ rok, folk rok, soul blues.
Sənət- Bəstəkar-müğənni, gitara ifaçısı/gitarist.
Alətlər (çala bildiyi)- gitara, appalachian dulcimer, organ, harmonium, esraj, bass gitara.
Vebsayt- jeffbuckley.com
Fəaliyyətdə olduğu illər- 1991-1997
http://dreamhigh-happyday.blogspot.com/


Ölüm tarixi- 
düzünü desəm, hələ də mahnılarını dinləyib, səsini eşitdiyin və sevdiyin bir ifaçının dünyada olmadığı fikrini qəbul etmək çətin gəlir. Belədə, digər çox sevdiyimiz məşhurların çoxu da varlığını yalnız internetdən gördüyümüz insanlardır. Beləliklə həmin insanın səsinə, musiqisinə əlim hələ də çatırsa, həmin insanın səsində, dünyadakı bir çox insanın səsindəkindən daha çox canlılıq, həyat, hisslər varsa bu insan dünyada olmasa belə uzaqlarda bir yerdə varmış kimi hiss edirəm. Sadəcə canlı konsertini heç vaxt izləyə bilməyəcəm. Amma tam olaraq dünyada olmadığını düşünə bilmirəm. Bir şeyi bilmək başqa, qəbul edib həmin reallığı dərk etmək başqadır. Nədənsə bu müğənniyə ölüb sözünü yaraşdırmıram. Musiqisində səsi hələ də dünyadadır. Tək səsi yox, mahnıları ilə çatdırdığı fikirlər, hisslər, rənglər.- 29 may 1997
http://dreamhigh-happyday.blogspot.com/
Jeff Buckley, 

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...