Anime, Film ya da Myuzkl Yox, Serialı gəlir.!!
Bu xəbər mənim üçün də möhtəşəm sürpriz oldu. Xüsusilə də bu xəbəri oxuduğum vaxt Death Note -un myuziklından mahnılar dinləyirdim (həmin vaxt dinlədiyim mahnıları dinləmək üçün rəngli yazıya klikləyin ;)) və tamamilə təsadüfən qarşıma bu əla xəbər çıxdı. Death Note anime ini çox bəyəndiyim üçün serialını səbirsizliklə gözləyirəm. Serialdakı heç bütün cast/rollar açıqlanmayıb. Ancaq 3 rol oynayacaq insanların adları bizə bəllidir.
Serial Yaponiyanın NTV kanalında yayımlanacaq. Həftənin bazar günləri yayımlanacaq serialın rejisoru belə bəlli olmayıb. Bəs axı bu qədər bəlli olmayan bir serialı sizcə yazma səbəbim və böyük ümidlərimin olmasınən əsas səbəbi sizcə nədir?- Cavabım isə aşağıdakı şəkildir. Bu serialın bəlli olan 3 aktyor/aktrisasının şəklidir. Və ən çox Light anime dəki Light a oxşarlığı ilə diqqətimi çəkdi. Light-a oxşayırsansa bu, avtomatik Jaejoonga da oxşamaq deməkdir. Mərkəzədki aktyorun həm də Jaejoonga bənzərliyini görürsünüz. ;)
Light Yagami ---- Masataka Kubota
Yaponca adı--------窪田正孝 (くぼた まさたか)
Doğum Tarixi------6 avqust 1988
Doğum yeri---------Kanagawa Prefecture, Yaponiya
Boyu-----------------1.75sm.
Qan qrupu ----------B.
Çalışdığı şirkəti----Stardust Promotion

Bu aktyor həqiqətən də Light-i xatırladır. Əslində aktyorun rolun öhdəsindən necə gələcəyini bilmirəm. Ümidvaram ki, ümidlərim boşa çıxmaz. Çünki anime boş anime deyil. Əslində yapon myuzkl-ını da bəyəndim, əlbəttə ki səs olaraq tam uymuşdular nəyinki görünüş, ancaq bu myuzkl üçün normaldır. Səslər, mahnılar ab-havanı yenidən yaşadır. Əgər anime i izləmisnizsə.;)
Death Note da ən maraqlı ikilidən digəri isə L dir. Mənim çox sevdiyim L rolunu isə (Light ı da çox bəyənirəm rol olaraq izləyənlər bilir niyə L mənim üçün bir addım öndədəri, spoi olmasın deyə yazmıram)
Yaponca adı------------山崎賢人
Doğum tarixi-----------7 sentyabr 1994.
Doğum yeri------------ Tokio Yaponiya.
Boy---------------------1.78sm
Qan qrupu-------------A
Çalışdığı şirkəti----Stardust Promotion
Kento hələ çox gənc bir aktyor olaraq L rolunu alıb. Sözsüz bu onun uğurudur.
L-DK romantik bir filmdirsə də, Another tam əksinədir. Baxmayanlar şəkillərlə də müqayisə edə bilər. Hər iki filmdə də məktəbli və baş rol oynayıb.
Həm də xarakter və hadisələrin inkişaf xətti uyğun getmirdi. İlk dəqiqələrdən hətta L i izləmədən sırf bu səbəbədən filmi izləmədim.
Adı: Mio Yuki
Yaponca adı----優希美青
Əsl adı------------Rina Kanno (菅野莉奈)
Doğum tarixi---- April 5, 1999
Doğum yeri------Yamagata Prefecture, Japan
Boyu--------------- 158 cm.
Qan qrupu------- O
Twitter------------@mioyukihoripro
Serial haqqında yeni məlumatlar gəldikcə burda da yazımı yeniləyəcəm, buna görə də bu yazını tez-tez yoxlamağı məsləhət görürəm. ;)
