Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni İl- 2015 !!!
Salam, bugün 31 dekabr dünyanın demək olar ki, hər yerində 2014cü ilin son günüdür. Bu günün qədrini bilin... İlin son günü bizə zamanın dəyərini dərk etməyə kömək olsun, İnşaAllah. Mənim üçün daha əsas olan isə bugünün Dünya Azərbaycanlılarının Həmrəylik günü olmasıdır.!
Dünyanın istənilən yerində yaşayan bütün Azərbaycanlıları bugün münasibətilə təbrik edirəm. İnşaAllah həmişə biz bugün olduğu kimi, Azərbaycanlı olduğumuz üçün fəxr edək və həmişə birlik olaq! Həqiqətən də Azərbaycanlı olduğum üçün fəxr edirəm, Vətənimi, xalqımı sevirəm.! Bayram yazım da bu qədər. Bütün Dünyanın Yeni ilini təbrik edirəm. Yeni ildə dünyada ədalət, sevgi, sülh olmasını arzu edirəm. Bu il qoyun ilidir və qoyun da ruzi bərəkəti təmsil edir.
Yeni ildə dünyada aclığın yox dərəcədə azalmağını, insanların bir-birinə anlayış göstərməyini, bir-birini başa düşməklərini, irqinə, dininə görə ayırmadan sevməyini, bir-birinə kömək etməsini arzu edirəm. Bu da 2014 cü ilin son yazısı. Həmrəylik Günümüz mübarək. Yeni ilimiz mübarək!. Hələlik.
Not: səhər yazmağa vaxt olmayacağı üçün gecə yazdım. Səbəbi də hamımıza məlumdur. Əvvəlcə bayram süfrəsinin hazırlığı sonra da istirahət. :P
Not: səhər yazmağa vaxt olmayacağı üçün gecə yazdım. Səbəbi də hamımıza məlumdur. Əvvəlcə bayram süfrəsinin hazırlığı sonra da istirahət. :P
BAKI, AZƏRBAYCAN |