BURDA QATİLLƏRİ POLİS YOX DAHA TƏHLÜKƏLİ QATİLLƏR HƏBS EDİR!! !!
Drama : Bad Guys (Pis adamlar)
Koreya dilində : 나쁜 녀석들
Rejisor: Kim jung Min
Yazar: Han Jung Hun
Yayımlandığı kanal : OCN
Ümumi bölüm sayı: 11
Janr: Dedektiv, polisiyə, sirr, triller.
Yayımlandığı müddət: 4 Oktyabr- 13 Dekabr 2014
Yayımlandığı gün: Şənbə 22:00
Dil: Koreya dili
Ölkə: Cənubi Koreya
Sujet:
Şəhərdə kriminal hadisələrin sayı artır. Yeni peyda olan manyak isə hər keçən gün öz qurbanlarının sayını artırır. Polis isə bu cinayətin qarşısında acizdir. Çünki qatil heç bir barmaq izi, ya da polislər üçün işin açılmasında kömək ola biləcək ip ucu/ səhv buraxmır.
Bu qatilin obyekti/qurbanları isə gənc qızlar/qadınlardır. Serial qatili tutmağa çox yaxın olan gənc bir polis işçisinin ölümü ilə başlayır. Bu polis işçisi isə Seul polis idarəsinin müdiri Nam Goo Hyun (Kang Shin İl-in oynadığı obraz) un oğludur. Gənc polis işçisi evli idi və balaca bir oğlu var idi. Nam Goo Hyun oğlunun qatili olan bu manyakın hələ də azadlıqda olması səbəbi ilə artıq tamamilə fəqrli bir üsul seçir. O işindən sui istifadəyə görə uzaqlaşdırılmış Oh Goo Tak a bu cinayəti həll etməyi tapşırır.
Oh Goo Tak (Kim Sang Joong) - Bu polis cinayətkarları yaxalamaqda çox bacarıqlıdır. İşinə görə çılğın/quduz köpək (it) ləqəbini alıb. Ancaq qızının qətlindən sonra cinayətkarı tutmaq üçün işindən sui istifadə etdiyinə görə işdən uzaqlaşdırma almışdır və buna cavab olaraq istefa etmişdir.
Bu qətl hadisəsindən sonra gününü daha çox içki içməklə keçirirdi. Əvvəlcə Nam Goo Hyunun təklifini qəbul etməsə də onun oğlunun bu yaxınlarda bu qatil tərəfindən öldürülməsi səbəbi ilə qatili tapmağa razı olur. Lakin onun da öz şərtləri vardı, hansı ki, bunları eşidəndə onun köməkçisi kimi Goo Hyun tərəfindən bu işə cəlb olunan qadın polis (ilk şəkildəki qadın)Yoo Mi Yong (Gang Ye Won) bu şərtlə razılaşmaq istəmir. Lakin Nam Goo Hyun , Mi Yong un bu şərtlə bağlı məruzəsindən sonra razılığını bildirir.
O bilirdi ki, Goo Tak işini çox yaxşı bilən bir polisdir. Şərt isə belədir : Ən təhlükəli 3 qatildən ibarət dəstə. Bu qatillər isə həbsxanada idi və onların az qala ömürlük həbs cəzası vardı. Bəs bu qatillər niyə başqa qatilləri tutmağa razı olsun?- Cavab isə çox sadədir. Hər tutulan qatilə görə cəza müddətləri bir neçə il azalacaq. Ancaq bu 3 nəfərdən yalnız qatili həbs edəcək şəxsin cəzası azalacaq! Bəs bu 3 təhlükəli cinayətkar kimlərdir?
Park Woong-Cheol -
(Ma Dong-Seok) Goo Takın tələb etdiyi qatillərdəndir. Görünüşündən də onu istəməsinin səbəbi bizə aydın olur. Woong-Cheol çox güclüdür. Ancaq mənfi cəhəti isə o qədər də ağıllı olmamasıdır. Gələcək bölümlərdə onun həbs olunma, öldürmə səbəblərini öyrənəcəyik. Serial bölüm-bölüm bizə əsas obrazları tanıdacaq.
NOT. Bu rolu oynayan aktyor əsasən seriallara çəkilmir. Daha çox film aktyoru kimi tanınır. İlk görəndə onun aktyor olmadığını və hansısa idmançı olduğunu və rola uyğun görünüşünə görə seçildiyini düşünmüşdüm. Ancaq izləyənlər artıq bilir ki, əla aktyorluq bacarığı var.
Jung Tae-Soo.
(Jo Dong Hyeok)
Pul qarşılığında killerlik edir. Əgər özü könüllü təslim olmasaydı, heç bir polis onu həbs edə bilməzdi. Çünki nəyinki barmaq izi, Tae-Soo nun öldürdüyü insanlararın cəsədini belə polis tapa bilmir. Goo Tak onun bu istedadından istifadə etmək fikrindədir. İkinci bölümdən etibarən onun haqqında kiçik məlumatlar alacağıq. Serialda xarizmatik olması ilə çox seçilir. Aktyorun özü də xarizmatik olduğu üçün ona çətin olmuyub bu. ;)
Aktyor sizə tanış gəlirsə qeyd edim ki, Jo Dong Hyeok həm də İnspiring Generation/ Age of Generation serialında rol alıb.
Əgər siz də mənim kimi Park Hae Jin səbəbi ilə dramaya başlasanız, bu aktyor sizin üçün surpriz olacaq. Yaxşı ki, bu rolda bu aktyoru seçiblər. Aktyor bədən quruluşu və görünüşü ilə əslində heç də Woong-Cheol dan geri qalmır. Aşağıdakı şəkil də sizə bariz sübut. ;) (yəgin boş vaxtlarında aktyorluq qalan vaxtlarında isə idmanla məşğuldur. :D)
ÇOX BAXMA GÖZÜN AĞRIYAR :P |
Lee Jung-Moon
(Park Hae-Jin) Bu qatil isə qeyri-adi intellekti ilə seçilir. Çox ağıllı olduğunu qeyd etdiyim qatil öz ailəsini belə amansızlıqla qətlə yetirmişdir. Lee Jung Moon ən gənc seri (bizim dildə tərcüməsi yadıma düşmür heç cür) qatildir. Bu qədər ağıllı insanın tutulma səbəbi bəs nə olub? Bunu izlədiyiniz zaman, elə ilk bölümdən biləcəksiniz. Qeyd edim ki, Lee Jung Moon törətdiyi heç bir cinayət əməlini xatırlamır. Bu da onun hansısa psixoloji problemi ola biləcəyini düşündürür.
Mən Lee Jung Moon a sirr küpü deyirəm. Məni ən çox da onun keçmişi maraqlandırır. Serialda səssiz, soyuqqanlı, az danışan, daha çox tək hərəkət edən, nə düşündüyünü bilmədiyimiz obrazdır.
Çoxumuz bu aktyoru Doctor Stranger (bu drama haqqında oxumaq üçün dramanın adını kliklə)serialından tanıyırıq və sevirik. Bu serialda daha gənc görünür və bu serialla nə qədər fəqrli rollar oynaya biləcəyiniz sübut edir.
Bu 3 qatil axtarılan cinayətkarı ilk tapıb həbs etmək üçün rəqabətdədirlər. Qatillərin rəqabətini görmək isə serialın fərqliliyidir. Onların komanda kimi işləməsini görsəydim, ilk bölümdən bu heç reallığa uyğun olmazdı. Əlbəttə rəqiblər cinayətarlardırsa, o qədər də təmiz rəqabət gözləməyə dəyməz. Ancaq elə anlar olacaq ki, bu cinayətkarların belə heyvan adlandırdıqları qatillər görəcəksiniz. Bu isə sizə onların insanlıqdan o qədər də uzaq olmadığını göstərəcək.
Onlar polislər kimi cinayətin baş verdiyi yerə gedəcək, bu işi araşdıracaqlar. Ancaq qatilləri daha yaxşı tanıdıqları, qatil psixologiyasını bildikləri üçün polislərdə 2 addım irəlidə olacaqlar. Ancaq qanunlara görə bunun mümkün olmadığı məlumdur. Bəli onların işi sirr kimi saxlanılır. Cinayət yerinə getdikləri zaman belə onlara tapşırılır ki, ehtiyatlı olsunlar. Çünki polislər onları görüb tanıya bilər. Onların bu işindən çox az adam xəbərdardır. Qatillərin qaçma ehtimalına görə isə onların ayaqlarına qol saatına bənzər qurğu yerləşdirilir ki, bu da onların yerlərini müəyyən etmək üçündür.
Bu köhnə kilsə isə onların iş yeridir. |
Serialda Goo Tak 3 qatilə rəhbərlik edir və onları cinayət hadisəsi ilə tanış edir. Toplanılmış dəlillər, cinayət baş verən yer barəsində məlumat verir. Həm də onları heç vaxt gözdən qoymur. Məlumdur ki, bu cür qatillər bir gündə polis oyunu oynamağı qəbul etməz.
məktəblilərə oxşayırlar burda ^_^ |
Qadın polis Mi Yong isə bir az araşdırma nəticəsində qəribə bir təsadüf tapır. Goo Tak ın istefas və hər 3 qatilin həbsi demək olar ki, eyni il və çox yaxın vaxtlarda baş verib. Polis əmindir ki, bu təsadüf deyil. Ancaq bunu şefi/müdiri Nam Go Hyun a bildirdikdə o polisə bunu araşdırmamasını deyir. Bu da o deməkdir ki, serialın mərkəzində başqa bir əsas, böyük sirr yatır.! Bunu isə yalnız serialı izləyənlər öyrənəcək.
Serialın teaser lərini burdan izləyə bilərsiniz. -AsianWiki.com
Cəmi 11 bölüm olmasını və həftədə 1 dəfə yayımlanmasını sevmədim, ən azından 16 bölümlük ola biləcək mövzusu var. Yəgin romantika olmadığına görə risk etməyib rejisor. ;/ Düzdür 2.sezon haqqında oxumuşdum ancaq məncə, olsa da aktyorlar/3qatil digər sezonda dəyişər .
Son olaraq serialın ilk bölümlərindən və əsasən setdən şəkillər. Hələlik.
not-serial/yazım haqqında düşündükləriniz rəy/yorum olaraq görmək istərdim
Serial sayəsində gülməyi unudublar bu da sübut ;) |
ssenariya maraqlidi.siyahima elave etmiwem.Inwallah baxacam yaxin gelecekde.xebere gore ch
ReplyDeleteRəy üçün təşəkkürlər Nura.
DeleteGap Dongdan sonra gözüm o tipli dramalar axtaran vaxti tam vaxtinda çixdi bu drama.Başladiği günden izleyirem superdi.Gap Dongdaki psikopat karakteri Ryu Tae Oh [Lee Joon] dan sonra Lee Jung-Moona [Park Hae-Jin] qarşi ister istemez simpatiyam yaranib =D =D
ReplyDeletePsixopatlara olan marağımız var :D günah bizdə deyil ki, psixopatları həmişə mükəmməl aktyorlar oynayır. ;)
Deletemaraqlidi xususen 3luy ) olar arasindaki munasibet
ReplyDeletehə, haqlısan, Mələk. ;)
Delete