KOREYA DRAMALARINDA SEVMƏDİKLƏRİM

KOREYA SERİALLARI DA MÜKƏMMƏL DEYİL .

Koreya dramalarında da sevmədiyim mövzular, xoşuma gəlməyən hissələr var. 
1. İçki sevdası..- SOJU XÜSUSİLƏ
dreamhigh-happyday.blogspot.comƏn çox sevmədiyim də elə budur. Koreya seriallarına baxıb da içki sevgisini görməmək mümkün deyil! Nəzərə alaq ki, bu seriallara istənilən yaçda insanlar baxır. Və baxdığımız serial, filmlərdəki əsas qəhrəmanların bu cür içki içməsi istər-istəməz izləyiciyə təsir edir. Bu da əsas reallıqdır. Televizorda bir neçə il əvvəl belə bir xəbər vardı. Yeniyetmələrin daha çox içkiyə meylinin səbəbi həm də izlədikləri film/seriallarda insanların çoxlu içki içməsidir. Xüsusilə də, içkini çox dadlı bir içki növü kimi düşünürsən izlədiyin an. Bu düzgün deyil. Əlbəttə bu sadəcə Koreyanın bizim ölkədən fərqidir. Çünki, orda məsələn bir dramada - Man From The Stars dramasında baş rol qızımıza atası böyüyəndə səninlə birlikdə içki içə biləcəyik deyir. Bu bizim ölkədə qəbul edilməzdir. Ancaq Koreyalılara görə normaldır. Bu hissəni keçdim. Amma seriallar var ki, içki içilən hissələr digər hissələrdən çoxdur. Bu cümləyə ən uyğun drama isə Marry Me Mary/Mary Stayed Out All Night dramasıdır. Drama çox sevdiyim seriallardandır. Baş rolları Jang Geun Suk, Kim Jae Wook, Moon Geun Young bölüşür. Çox sadə mövzü ancaq əyləncəlidir drama əslində.. 
dreamhigh-happyday.blogspot.com
Həm də Jang Geun Suk un oxuduğu drama ostları da seriala rəng qatır . Jang Geun Suk səsi bir başqadır ;) Ancaq, dramada ən çox işlədilən sözlərdən biri də "Haydi gedək içək" olurdu. Yaxşı və ya pis hadisəni içməklə qeyd edirdilər. Bekarşılıq olanda da həmçinin. Xüsusilə də gənclərin bu qədər içməsi. Bəyənmirəm. 
dreamhigh-happyday.blogspot.com 
 Bildiyimiz kimi də ən çox bu cür yerlırdə içki içilir. Bu serialdakı içki sevdasını bu video ilə müqayisə etdim mən :D "Hadi oynayalım"  və "Haydi içək"  . :P Məncə bənzərlik var.
Amma sırf buna görə də bu serialdan qalmayın. Tezliklə bu drama haqqında yazacağam ;) 2-3 günə bitirmişdim serialı. Çox maraqlı idi. Bir sevmədiyim hissəsi içki idi. Amma o ən çox əvvəllərdə çox idi. Ortalarda artıq bu problem həll olur. Azalır və yox olur. =) Dram isə romantik-komediya janrındadır. ;)
dreamhigh-happyday.blogspot.com
2. Çox ağıllı əsas oğlan və tam onun əksi olan əsas qız..
 Bu da ən əsəbləşdiyim səbəblərdənri. Oğlan super ağıllı olur. Qız isə az qala uşaq kimi olur. Qızları saf göstərməyi sevirsiniz anladım amma bu qədər də olmaz! Ilk ağlagələn - Playfull Kiss dir amma ;) Məsələn. Queen İn Hyuns Man- serialdan stat- əsas qızımız- Mən elə də ağıllı biri deyiləm biz sevgili olsaq nələr olar? - O qədər gözəl serial idi ki, bu heç serialda gözünüzəə görünmür sə ;) Baxın Peşiman olmazsınız!..

dreamhigh-happyday.blogspot.comBaxdığım ən şirin seriallardandır. Tarixi sanmayın. Hər ikisi də var- həm üasirdi, həm də tarixi. İlk bölümü səbrlə izləyin. ;) Baş rolları çoooooox sevəcəksiniz əminəm!!. İzləyin BƏYƏNMƏSƏNİZ BURA YAZA BİLƏRSİNİZ O DƏRƏCƏ ƏMİNƏM SEVƏCƏYİNİZƏ :P
REPLAY 1997 (blogumdakı ilk yazımdı bu serial) bu dramada da əsas qız dərslərdən uzaq idi- hə yenə də çox maraqlı bir serialdır və baxmağı məsləhət görürəm =) . Amma mənim dediyim tək dərslər deyil. Deyək ki düzgün geyinməyi belə əsas oğlandan öyrənən əsas qızlarımız var baxdığımız seriallarda. Bu ona görə yazıram ki, çox dramalarda var. Bundan başqa çox dramalarda bu halı görmüşük. Sizin də yadınıza düşən seriallar var.
3.Falçılar..
Heç anlamıram, necə olur ki, insan özü etməli olduğu seçimləri hansısa heç vaxt görmədiyi, onu tanımayan, özünün də tanımadığı insana həvalə edir. Və çox vaxt bu seçimlər çox məsuliyyətli və gələcəyini insanın yönləndirən seçimlər olur. Evlilik, universitet kimi. Ən pisi də odur ki, bu sadəcə seriallarda belə deyil. Yenə tv dən xəbərlərdə izləmişdim. Cənubi Koreyada insanlar hansı universitet, hansı fakültə seçimini belə falçılarla qərar verir, daha doğrusu onların əvəzinə falçılar qərar verir. Başqa insanlar səni səndən daha yaxşı tanımır, unutma bunu. Nə etmək istədiyini başqasından eşitməyi gözləmək gülünc olardı. Bunları ilk bölümdə yalnız gördüyüm bir romantik-komediya draması var. FlowerBoy Ramen Shop- Əsas qız işə girmək üçün imtahandan keçə bilib-bilməyəcəyini və bir də ona uyğun insanı(sevgi)ın necə biri olduğunu öyrənir. Ümumilikdə serial haqqında da məsləhət istəyən dost həqiqətən bəyəndiyim serialdır. Düzünü deyim ki, bunu oxusam mən də bu qızın bəyənmədiyi bir serial varmı? -_- deyərdim amma tam əksinə hər seriala sona qədər baxa bilmirəm.
dreamhigh-happyday.blogspot.com Trot falı Roommate show-da da görmüşdük, elə ən çox bu məşhurdur yəgin. (FlowerBoy Ramen Shopda da gördüyüm trot falı idi).
4. Baş rol qız makyajsız gözəl, ikinci qız makyaj və əməliyyat gözəli.
Baş rol qızların çoxunda gördüyümüz bir az makyaj var. Həmişə baş rol qızların makyajı bilinməməməlidir. Geyim də həmçinin çox diqqət cəlbedən, cazibədar olmamalıdır. Personal Taste dən bir misal:
dreamhigh-happyday.blogspot.comdreamhigh-happyday.blogspot.com
 Amma sevgi 3bucağı varsa, o ikinci qızın əməliyyatlı olduğu belə deyilə bilir. İkinci qız ən şık geyimləri geyir, makyajsa çox olur. Sanki makyajdan asılı olur sevgi. :/ Bu eynilik bezdirir axı. Bildiyimiz kimi çox qız makyajı sevir. Hamı mükəmməl makyaj edə bilməz ama hər qız ən az bir dəfə normal makyaj edib ən azı 1dəfə :P ;) Burda misal yazmıram halhazırda izlədiyiniz dramanı düşünün, orda da elədir yəginki =D Deyilsə ondan əvvəlki serial olsun :P ;)
Bu qədər bəsdir. Ağlıma indi gələnlər bunlar oldu. Bu yazım da çox uzun olmasın, son vaxtlar yazılarımın çoxunun çox uzun olduğunun fərqinə vardım və bu oxuyanları-sizi yəgin ki, yorur. Ona görə də qısa yazmağa çalışdım. :)) Bu arada gec yazdım ama,  RAMAZAN BAYRAMIMIZ MÜBARƏK. EİD MÜBARƏK. Əgər sizin də sevmədiyiniz şeylər çoxdursa yazın oxumaq istərdim ;) Blogger dostlarım isə bunlardan fərqli fikirləri varsa və çoxdursa bunu bir MİM olaraq düşünə bilərlər və yaza bilərlər. Mim olaraq düşünənlər sizin adınızı yazdım sayın ;) MİM(əslində bu sözün mənasını tam bilmirəm :D) ləndiniz bloggerlər.. (Mənim Xatirə MİM im var hələ də yazmamışam yadıma düşdü.. :() Bir daha RAMAZAN BAYRAMIMIZ MÜBARƏK. dreamhigh-happyday.blogspot.com
Share on Google Plus

About Nana Happy

This is a short description in the author block about the author. You edit it by entering text in the "Biographical Info" field in the user admin panel.
    Blogger Comment
    Facebook Comment

10 yorum:

  1. Haqlisan her dramada soju sehnesi var.

    ReplyDelete
    Replies
    1. sojusuz drama olmaz deyir insan artıq =D

      Delete
  2. (y)
    mənim sevmədiyim səhnələr isə, başlanğıcda qız heçnəyi bacarmır ama sonlarda artıq gözəl geyinir ( varlı olsa da olmasa da), nədənsə birdən ağıllı olmağa başlıyır.
    ikinci isə mənim diqqətimi çəkən ayaqqabılar olur. Serial başlıyıb qurtarana qədər min cür paltar geyinirlər, bircə ayaqqabıları dəyişmir

    ReplyDelete
    Replies
    1. ha ha ayaqqabiya o qədər fikir verməmişəm bundan sonra gərək diqqətlə baxım ;)

      Delete
  3. he icki sehnesiyle tamamile raziyam.hetta seriallarda goresen bu seriyada da icecekler? deye kecir fikrimden))bir de yemek yeyerken şap şup seslerr ederek yemeleri meni deli edir:))

    ReplyDelete
    Replies
    1. Düzü Koreya dramalarının müsbətləindəndirki yeməkləri mənim iştahımı o qədər də açmır. Ramen düzdü dadlı görünür)) Yemək şap şuplarında da ən çox sonda kasanı başa çəkmə mərasimindəki səs yadmda qalıb indi Nurlana :D

      Delete
  4. Yazı iyi güzel ama yazı tipinden dolayı okumakta zorluk çektim

    ReplyDelete
    Replies
    1. təşəkkürlər ) Nəzərə aldım ;)

      Delete
  5. Koreyada içki medeniyyeri var duzu yaxsi hal deyil amma onlarin medeniyyetidi içlki ile insanlarin daha da yaxinlasdigini stersden bu gun cekdiyi eziyyetlerden azad oldugunu fikirlesirlerş koreyada eer biri icmeyi teklif edirse redd etmek hormetsizlik kimidi hetda bildiyim qeder ile mlm bele telebelerin icmeye aparirir yaxsi hal deyil amma medeniyyetleridi. birde dramada ne qeder kasib rol olsada hamisinin paltarlari yaxsi olur ve gunde birini geyinirler dyismeyen sey ayaqqabidi :D qizlari da cox ezirler hemise oglnadan asagi olur amma yene de maraqlidi )))

    ReplyDelete
    Replies
    1. aha düzdü Simi. Hələ müdirlər də işçiləri ilə içir. Səhv eləmirəmsə SM in Ceo suydu hansısa məşhurla( Tao deyəsən) İçki içdiyi şəkli instaqramda məşhur paylaşmışdı. =) Qızlar hə əvvəl əzib sonra da aşiq olub sevirlər =D

      Delete