Yapon draması. Piece
Baş rolda Yuma Nakayamanın olması sayəsində izlədim. Yuma nın ilk izlədiyim draması isə Vampire Boy/Koishite Akuma/Vampir Oğlan idi. Dramanın adına klikləməklə o drama haqqında da oxuya bilərsiniz. ;)
Piece adlı bu serial da çox maraqlıdır. Yuma baş rola çəkildiyi serialları əla seçir. Serial indiyə qədər baxdığınız seriallardan fəqrlidir. Biz hadisələri əsasən Suga adlı bir qızın dilindən öyrənirik. Və buna uyğun olaraq da dünyaya onun gözündən baxmış oluruq. Mən bu obrazı çox sevdim. Həm də çox gözəl qızdır.
boy: 166sm.
Bir az Park Shin Hye yə oxşayır. Çox vaxt dramalarda qızların rolu məni qıcıqlandırır. Amma bu rol yox. Çox hissə də onu anladım. Suga-chan sinifin ən yaxşı şagirdlərindəndir. (İnək də deyə bilərik =)- zarafat) Və həm də, özünə qapalıdır.
Bu serialda sevdiyim hissə odur ki, bizə sinif yoldaşı olmuş insanların, həyat fəlsəfəsini, dünyaya baxış tərzini göztərir. Və ən əsası onları anlayırıq. Suga-chan ideal bir övladdır. O nə valideynlərinin, nə də müəllimlərinin sözündən çıxmır. Suganın heç vaxt sevdiyi biri olmayıb. Burda Narumi ilə Suga nın ilk başda nə qədər fərqli insanlar olduğunu görürük. Ancaq sonra anlayacaqsınız ki, görünənlər hər şey deyilmiş. Serialı sevmək səbəbim reallığa çox oxşamasıdır. Düşüncələr, fəqrli insanlar.. Həyat seriallarda göründüyü qədər də asan deyil.. Hər kəsin özünə görə səbəbləri var. Sirrləri var.
Və heç kim ağlına da gətirmir ki, başqaları da onun kimi ola bilər. Gözləmədiyimiz insanlardan gözləmədiyimiz hadisələr. Əslində uzun müddət eyni sinifdə sinif yoldaşı olduğunuz insanları nə qədər tanıyırsınız? - Bu serialda bu hissəni də çox sevdim. Sinif yoldaşların uzun müddət sonra görüşməsi anı.
Və heç kim ağlına da gətirmir ki, başqaları da onun kimi ola bilər. Gözləmədiyimiz insanlardan gözləmədiyimiz hadisələr. Əslində uzun müddət eyni sinifdə sinif yoldaşı olduğunuz insanları nə qədər tanıyırsınız? - Bu serialda bu hissəni də çox sevdim. Sinif yoldaşların uzun müddət sonra görüşməsi anı.
Ancaq görüşmə səbəbləri kədərli bir hadisədir. Sinif yoldaşları xərçəng xəstləyindən dünyasını dəyişib. Suga bu görüş sayəsində keçmişə gedir xəyalən. Narumi ilə olan o qəribə münasibətlərinin olduğu xoşbəxt vaxtlarına.
Qəribə çünki, bu münasibət tam olaraq nə dostluq, nə də sevgi deyildi. Və ən əsası bu onların sirri idi. Bu iki nəfərin sirri. Ölən qızın anası Suga dan qızının keçmiş sevgilisinin kimliyini soruşur. Çünki qızı ona Suga nın ən yaxın dostu olduğunu demişdi.
Reallıq isə fəqrli idi. Suga ilə qızın aralarındakı dostluq yox idi. Heç vaxt danışmamışdılarda. Ancaq o zaman, Suga-chan ömründə ilk dəfə biri üçün bir şey etmək istəyir. Bu oğlanın kimliyini tapmaq.
Bu yolda o çoxdandır görmədiyi sinif yoldaşları ilə görüşür, Onları tanıyır. Niyə tanıyır? Çünki Suga sinif yoldaşlarından ən yaxın dostunu belə yaxşı tanıyacaq qədər yaxın deyildi. Və bu təkcə ona aid deyil. Və ən əsası o yenidən Naruminin olduğu şəhərdə idi. Suga nın Narumi haqqında düşüncələri haqqında bu yazımda məlumat vermişdim. ;) Və ən sevdiyim tərəfi də budur bu dramanın.
Qəribə çünki, bu münasibət tam olaraq nə dostluq, nə də sevgi deyildi. Və ən əsası bu onların sirri idi. Bu iki nəfərin sirri. Ölən qızın anası Suga dan qızının keçmiş sevgilisinin kimliyini soruşur. Çünki qızı ona Suga nın ən yaxın dostu olduğunu demişdi.
Reallıq isə fəqrli idi. Suga ilə qızın aralarındakı dostluq yox idi. Heç vaxt danışmamışdılarda. Ancaq o zaman, Suga-chan ömründə ilk dəfə biri üçün bir şey etmək istəyir. Bu oğlanın kimliyini tapmaq.
Bu yolda o çoxdandır görmədiyi sinif yoldaşları ilə görüşür, Onları tanıyır. Niyə tanıyır? Çünki Suga sinif yoldaşlarından ən yaxın dostunu belə yaxşı tanıyacaq qədər yaxın deyildi. Və bu təkcə ona aid deyil. Və ən əsası o yenidən Naruminin olduğu şəhərdə idi. Suga nın Narumi haqqında düşüncələri haqqında bu yazımda məlumat vermişdim. ;) Və ən sevdiyim tərəfi də budur bu dramanın.
Gələk Narumiyə.
Əvvəlcə playboy adı çıxarmış biri olduğu üçün sevməyəcəyiniz, tanıdıqca bəyənəcəyiniz biridir. Nə yaxşı ki, bu rolu Yuma Nakayama oynayıb =D dedim izlədiyim zaman.
Narumi həyatını istədyi kimi yaşayır. Məktəbdə az qala görüşmədiyi qız qalmayıb. Və qızların dediyi kimi, o gözəl kompliment deməyi bacarır. Ancaq Suga ilə münasibətləri tam fərqli idi. Suga onun evinə dəvət edtiyi ilk qız idi. Suga-chan da ancaq evdə xidmətçi olduğu zaman gəlməyə razılaşdı.
Narumi rolundakı Yuma Nakayama Vampire boy serialındakı Yumaya heç oxşamır. İlk dəfə görəndə heç inanmamışdım eyni adam olduğuna.
Yuma çox arıqlayıb. Yaponiyada insanlar üçün çəki bildiyimiz kimi çox önəmlidir. Maraqlı bir məlumat yazım: Obezite (həddindən artıq çəki xəstəliyi) yə qarşı ən çox tədbir görən ölkələr sırasındadır. Baxmayaraq ki, məsələn Amerika və digər bu sıradakı ölkələrlə müqayisə belə etmək olmur. Çünki yaponlarda bizim normal dediyimiz insan kök sayılır. Onların qorxulu yuxusu köklükdür yəni. İstər oğlanlarda, istə
qayidaq seriala...
Naruminin ailəsi onunla yaşamırdı. Suga-chanın normal olaraq Narumiyə verecək sualları vardı.
Ancaq Narumidən soruşsa da cavab almırdı. Nəyinsə qəribə olduğu əvvəldən hiss olunurdu. Narumi Suga-chana bir sual vermişdi. Elə bu sual Suganın həyatını dəyişmişdi. - Həyatda nəyisə sırf lazım olduğu üçün, olmalı olduğu üçün yox istədiyin üçün etmisənmi?- Suga nın cavabı yox idi. O nə qədər fikirləşsə də cavab tapa bilməmişdi.(nağıl kitabları kimi yazdım deyəsən -_-)
Əvvəlki postumda da yazdığım kmi bu şəkili çox sevdim.
Sözlər çox mənalı olduğu üçün.
4 NÖV İNSAN MÖVCUDDUR. HEÇ VAXT SƏHV AVTOBUSA MİNMƏYƏNLƏR, HƏMİŞƏ SƏHV AVTOBUSA MİNƏNLƏR, SƏHV AVTOBUSA MİNƏN ANCAQ TEZ DÜZGÜN AVTOBUSU SEÇƏNLƏR VƏ SƏHV AVTOBUSA MİNDİYİNİ BİLSƏ DƏ YOLUNA DAVAM EDƏNLƏR.. -PİECE
BƏS SƏN HANSI NÖVƏ AİDSƏN ?..
Serial tam olaraq Suga ilə Narumi arasındakı münasibətlərdən ibarət deyil. Hətta arada Yuma olmayacaq bu bölümdə? deyə sual verəcəksiniz ;) Yuma həyatda heç bir bağlılığı olmayan bir insandır.
Suga üçün yeganə maraqlı insan. Suganı dəyişən insan. Suga-chan yalnız onun yanında özü kimi olurdu. Məktəbi bitirib universitetə getdikdən sonra isə əvvəlki qapalı, soyuq Suga olmuşdu.
Bəs bu ikilinin münasibətlərinin bu cür soyumasının səbəbi nə idi? Bunu izləyəndə biləcəksiniz. Serial haqqında məlumatı çox versəm artıq seriala baxmağın mənası olmazdı deyilmi? ! ;)
Bir az da şəkillərə baxaq ;)
Dramada dünyasını dəyişən qız və sinif nümayəndəsi. Ancaq bu şəkli görüb də hər şeyi anladığınız sanmayın. ;) Şəkillər çox olduğu üçün bəzilərini daha kiçik şəkildə atdım. Şəkli klikləməklə rahat baxmaq mümkündür. :)
Uzun olmasın siz də yorulmayın. Dramaya aid çoxlu videolar ar və ən sevdiklərimi sizlərlə paylacağam. Bir də əlbəttə ki, dramanın Ostlarını. Yuma Nakayama özü müğənni olduğu üçün Ostları da o ifa edib. Drama bu ostla başladığı üçün ən çox bunu eşidəcəksiniz. Və seriala uyğun bir mahnıdır. Ost un adı Missing Piece -dir. (Əksik hissə). Maraqlı sözləri var. Türkcə altyazılı mv ni bura atmaq olmur niyə bilmirəm :/ Linkini buyurun. https://www.youtube.com/watch?v=pgehv3hqZg8 .
Yuma Nakayama da gözləri çox gözəl olan aktyor və aktrisalar sırasındadır. Digər bir Ost isə budur. 水の帰る場所 (Mizu No Kaeru Basho) - Yuma Nakayama
Mahnıların youtube versiyasını tapmaq olmur. :( siz pleer.com dan dinləyərsiniz. Orda dəqiq var. ;)
Bundan başqa serialda Machtbox20 qrupunun (asiya qrupu deyil) 2 mahnısı da yer alıb. Yaxşı ki, də alıb. Həmin qrupun digər mahnılarına da baxdım. Qrupun ən yaxşı 2 mahnısını da götürüblər ;)
Bu da " I Will " adlı digər mahnı. Optimist mahnılardı. Əvvəl düşünürsən ki, yəgin elə bu drama üçün imiş. =)
Ancaq serialın ostu olmasa da aşağıda paylaşdığım video və mahnının bu qədər uyğunluğu super alınıb. Mütləq baxın. Katty Perry nin mahnısına bu daha yaxşı klip olardı :P. Əminəm bu videonu bəyənəcəksiniz. )
Sonda bu şəkillərlə sağollaşıram :) Şəkil çox oldu. ^_^
Əslində Narumi Suganı tanımaq istəyirdi. Amma Sua-chan ı heç vaxt anlaya bilmirdi. Necə ki, Sug-chan onu anlamırdı.
No comments:
Post a Comment