Sunday, November 30, 2014

BU DRAMALARI ÇOX SEVİRSİNİZ! ANCAQ..

BU DRAMALARI ATDIĞIMI BİLSƏNİZ MƏNİ DÖYMƏK İSTƏYƏCƏKSİNİZ. :D

http://dreamhigh-happyday.blogspot.com/

http://dreamhigh-happyday.blogspot.com/Bu yazımı belə adlandırma səbəbim, hər kəsin çox sevdiyi, tərifli, möhtəşəm, bəyənilən aşağıdakı Koreya seriallarını yarıda izləməyi dayandırmağım, başqa sözlə atmağımdır. Əlbəttə, səbəblərini və həmin dramalar haqqında da yazdığımı nəzərə alsaq, oxumağa dəyər. ;) P.s. Ən sona ən çox təəccüblənəcəyiniz serialları yazmışam.

dreamhigh-happyday.blogspot.com
Həqiqətən də çox bəyənmişdim. Drama haqqında bu yazımda (kliklə) geniş yazmışam. Bəs yarıda atma səbəbim nə oldu? Dramanı ilk bölümdən çox sevmişdim əslində. Xüsusilədə baş rol oynayan qadın Jun Ji Hyun u. Sadəcə yadplanetlimizlə əsas qızın sevgili olmağına az qalmış darıxdırdı serial. Mən ən çox qızla oğlanın sevgili olmazdan əvvəlki o atışmalarını sevirəm.^_^ Mənim üçün serialların, filmlərin ən əyləncəli hissədir. Sonrası isə rejisorun qabiliyyətindən asılıdır. ;) Bu serialda hər şey yaxşı idi, ancaq bir hissədən sonra artıq sanki serialda nəsə çatmırdı. Mənfi rol var idi, yadplanetlimiz də var idi, komik baş rol qızımız da ancaq sanki serialın axışı ağırlaşdı. Mən də uzun-uzun başlamışkən bitirim bu serialı deyib, dramanı izləyən biri deyiləm. Buna görə də bu serial da yarımçıq qaldı. Yəni tam da böyük səbəbi yox idi. İzləsəniz çox sevərsiniz. Sadəcə mən əvvəldən hər seriala baxa bilən səbrdə deyiləm yəgin. ;) Mənim kimilər üçün bu sevgini finala qədər aparıb sonra etiraf etsəydi baş rollar daha maraqlı olardı. 
2. To The Beautful You.
Bu drama Asiyada məşhur və şablon mövzu olan qızın oğlan geyimində, özünü oğlan kimi tanıdıb, oğlanların, xüsusilə yaraşıqlı oğlanların olduğu bir yerdə yaşaması ilə bağlıdır. Bu mövzunun kralı mənim üçün You are Beautiful dur. Bu seriala da başladım, baxmayaraq ki, şablon mövzuları sevmirəm. Çünki you are beautiful u həqiqətən çox bəyənmişdim. Lakin heç ilk bölümünü tam izləmədim. İzləyə bilmədim. Yəgin ki, seriala baxanda artıq təxmini sonunu təsəvvür etmək olur deyə izləmədim. Ancaq serialı izləyənlər komediya hissələrinin bol olduğunu deyir. 
3. Heartsrings. 
http://dreamhigh-happyday.blogspot.com
Bu seriala əslində böyük həvəslə başlamışdım. Park Shin Hye ilə Yong Hwa nın serialı ən azından. İlk bölümlərini çox bəyəndim. Xüsusilə də gənclər üçün bir serial olmasını sevmişdim. Serialda mənim ən sevdiyim isə Cnblue dan Kang Min Hyuk oldu. Bütün serial boyu artıq onun olduğu səhnələri gözləyirdim. Uşaq kimi şirin olmağı əla bacarırdı. Ancaq bir insana görə bütün serialı izləmək də çətin olar deyilmi?. Serialda bildiyimiz mövzuları birləşdiriblər. 

http://dreamhigh-happyday.blogspot.com/
bu serialı da mı atsam?
Əsas oğlanın özündən böyük müəlliminə aşiq olması, əsas qızla bir-birinni sevməməsi, atışmaları, əsas oğlanın əsas qızı qul kimi işlətməsi, ailələr, keçmişlər. Ancaq drama mənə artıq 4-5 bölümdən sonra cansıxıcı gəldi. Demək olar ki hər şey bəlli idi, bənzər dramaları da artıq izləmişik. Serialın yeni bölümlərinə baxmaq üçün bir səbəb görmürdüm, serialı izlədiyim zaman bitəcəyi anı gözləyirdim. Özümə çox əzab vermədim, izləmədim. Heç peşman deyiləm. :P
4.Love Rain.(Sevgi Yağışı)
http://dreamhigh-happyday.blogspot.com

  Bu seriala nə ümidlərlə, nə xəyallarla başlamışdım. Xüsusilə You r Beautiful dramasını izləyənlər Jang Geun Suk un yeni serialını axtardığı üçün məni əla başa düşər. İlk bölümləri əsas qızın anası və  oğlanın atasının gəncliyi ilə başlayır, təxmini ilk 5 bölümdə keçmişə gedirik. Xüsusilə ilk bölümdən Jang Geun Suk u tanımadığımı qeyd edim. Heç tanımamışdım. Hardan biləydim ki, keçmişdəki və gələcəkdəki qızla oğlan eyni adamlardır. Stil olaraq Jan Geun Suk a uyğun gəlməmişdi həm. Həqiqətən hər şey yaxşı idi. Keçmişlə bağlı olan filmləri sevənlər bu 5 bölümü sevərək izləyə bilər. Ən sevdiyim hissə isə Jang Geun Suk un Yoona nı ilk gördüyü an oldu. 1,2,3 və mən aşiq oldum. - Serialdan ən sevdiyim stat bu oldu. Cəmi 3 saniyəyə tanımadığı qıza vurulan oğlan, nə qədər vaxt keçsə də onu unuda bilmir. Və eyni qıza vurulan ən yaxın dostu.-Bunu normal qarşıladım, çünki köhnə filmlərin çoxunda bunu görə bilirik. Spoi vermədən yazım ki, keçmişdəki bu sevgi alınmır. Və onsuz da çox baxa bilmədim, müasir vaxtlara gəldiyi bölümə keçdim. Başlanğıc o qədər də pis deyildi. Lakin, sonra tezliklə baş rollarımız sevgili olurlar. Ailələrinin keçmişini bilmədən.
http://dreamhigh-happyday.blogspot.com/ Bu film bizim Bəyin Oğurlanması filmini yadıma saldı. Valideynlər bir-birini sevib lakin alınmayıb, indi isə övladları bir-birini sevir. Ancaq sözsüz Bəyin Oğurlanması filmini izləyənlər bilir ki, film necə bitdiyini bilmirsən.-yəni çox maraqlıdır. Və filmin əsas mövzusu bu olsada başqa mözular da var. Əsasən komediya janrında çəkilmiş film sevdiyim filmlərdəndir. 
Love Rain isə sanki bir müddət sonra digər sadəcə boş vaxtlarında izləyə biləcəyin seriallardan birinə çevrildi. Halbuki elə dramalar var ki, vaxtı özün ayırıb izləmək istəyirsən. Çünki növbəti bölümlərdə nə olacağı maraqlı gəlir. Düşünün Jang Geun Suk belə serialı bitirməyim üçün səbəb ola bilmədi. 
5. Replay 1994
http://dreamhigh-happyday.blogspot.com/
Drama seviləcəyi bəlli olan seriallardandır. Ən azından, Reply 1997 sevərlər bunu izləyəcəkdi. Mən reply 1997 ni çox sevmişdim. Bu serialı isə yayımlandığı vaxt yox altyazılı bütün bölümlərin bitdiyi zaman izləməyə başladım. Bu da o deməkdir ki, sonunu internetdən, dostdan,tanışdan eşitmə ehtimalım böyükdür. Nəticədə sonunu bilə bilə başladım. Məqsəd gülmək olduğu üçün. ;) Əslində yayımlandığı vaxt ilk bölümünə baxıb, reply97-nin daha keyfiyyətli, əyləncəli olduğunu düşünüb atmışdım, ancaq çox sevildiyini görüb və də əyləncəli başqa serial tapa bilmədiyim bir vaxtda yenidən başladım. İnsanı güldürür izlədikcə. Lakin, komediya olsun deyə hər şey edirlərmiş kimi görünürdü. Serial reply97 nin ikinci sezonu kimi çəkilsə də dəyişikliklər olsaydı daha yaxşı olardı deyə düşündüm.
http://dreamhigh-happyday.blogspot.com/
Qızımız yenə ailənin oğlu kimi gördüyü birinə vurulur. Həmin oğlan ilə uşaqlıqdan bir-bir ini tanıyırlar. Ümumilikdə baxdıqda eyni cür uğurlu, sevilən olsun deyə ikinci sezon ilk sezona bənzəməli deyildi məncə. Əsas ideya keçmiş və gələcəyə gedib-gəlmələr var idi. Bundan əlavə bənzərliyə ehtiyac yox idi. Reply97 dəki qızın fangirl olması ilə bu sezondakı qızımızın fangirl olmasını müqayisə edə bilərik.Replay97dəki həyəcan burda olmadı. Reply97nin sonunu bilsəydim belə sona qədər izləyərdim. 
6.Gu Family Book.
http://dreamhigh-happyday.blogspot.com
Gu Family Book ən sevdiyim seriallardan ola bilərdi. İlk 2 bölümündə kədərlənmiş, hətta azca ağlamışdım. Çox təsirlənmişdim. Serial o qədər gözəl başlamışdı ki. Bəs davamında nə oldu?- Davamında da heç bir problem yox idi. Sadəcə yarıya qədər izlədim. Sonra baxdım tükənirəm. Serial çox dramatikdir. Qəhrəmanlarımız hər bölüm başına nəsə gələ bilir. İçim daralırdı izlədiyim zaman. Kimi qınayacağını bilmirdin.
http://dreamhigh-happyday.blogspot.com/
Tükəndim..
 Kimə kədərlənəcəyini bilmirdin. Bir azca güldürdüyü zaman, ardınca ikiqat dramatik hadisələr baş verirdi. Nəticə olaraq yetər dedim. Əslində atdığım üçün peşmanam, ancaq çox dram olduğu zaman insanın gündəlik əhvalına da mənfi təsir edir. Məncə doğru qərarı verdim. Həm hər ehtimala qarşı sonunu tam olaraq öyrənmirəm izləyənlərdən.;)
7.City Hunter.
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/
İlk bölümünü çox bəyəndiyim bir başqa serial. (Lee Min Ho fanları şok olmaz yəgin.) Dramada Lee Min Ho çox yaraşıqlıdır. Filin üstündə görəndə Tarzan yadıma düşdü. Bəs niyə atdım?- şablon intiqam mövzusu. Peşmanammı?- HƏ.! Bir ara yenidən izləyəcəm, söz. ;) Mənim ən sevdiyim Min Ho serialı isə Personal Taste dir.-izləyin. Bəzən şablon mövzuları belə sevə bilərik, hər bölümü diqqətlə düşünülmüş şəkildə çəkiləndə, insan şablon mövzunu daha çox sevir.
8.NİCE GUY.
http://dreamhigh-happyday.blogspot.com/
Bu serial bir başqadır. İzləyənlər çox təəccüblənib əminəm. Song Joong Ki kimi uşaq sifətli(babyface :D) insanın soyuqqanlı simasını görməyə dəyər. Serialın Ostları isə möhtəşəmdir. Bu haqda Nice Guy ostları adlı yazımda yazmışdım. Qeyd etdiyim yazıda həmin sevdiyim soundtrack ları da dinləyə bilərsiniz.
Bu qədər təriflədiyim serialı niyə atdım, peşmanam mı?- BƏLİ. Bir gün qaldığım yerdən yenidən izləyib bitirəcəyimə əminəm. Ancaq yarıda qalma səbəbim isə budur.- Serialı izlədiyim vaxt bir-birindən maraqlı yeni seriallar yayımlandığı zamana təsadüf etdi. Nəticədə buna hər zaman baxa bilərəm, yayımlanan seriala başlayım dedim. Həm də qızın yaddaşını (spoi oldu amma artıq bir spoi ilə heç nə olmaz ;)) itirməsi ilə sanki seriala olan həvəsim də azaldı. Ancaq bu da bir gün bitirəcəyimə əmin olduğum serialdır. Xüsusən də, o gözəl soundtrack ları hər dinlədiyimdə buna əmin oluram.
9.PLAYFUL KİSS
http://dreamhigh-happyday.blogspot.com
Bu serialı izləməyən qalıb?. Kim Hyun Joong sayəsində daha çox izləyici qazanan və Koreyadan çox digər ölkələrdə çox sevilən bir drama. Serialı daha çox anime sevərlər bəyənəcək. Yapon anime lərini xatırladan bir dramadır. Səbəbi də elə yapon mangasından götürülməsidir. Bu serialı atmış da sayılmıram. Final bölümünü izləməmişəm.
http://dreamhigh-happyday.blogspot.com/

Son bölümü hələ də yolumu gözləyir, inanmır ki sonda ata bilərəm. :D 

Spoi olacaq hissədir. Ona görə də çətin oxunan etdim. 


Əlbəttə final bölümünə bir bölüm qalmış qızla oğlan evlənəndə bunun olması normaldır. Evlilik finalda olar. :P Artıq youtube bölümlərini izləyib izləməməyimlə bağlı sual belə verməyə dəyməz deyilmi?!

http://dreamhigh-happyday.blogspot.com/Ancaq əyləncəli serial idi.
DİQQƏT SONA GƏLİRİK. ƏN SÜRPRİZ SERİALI SONA SAXLAMIŞDIM.
10. BOYS OVER FLOWERS
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/
Fangirl modundakı mən :D
Çoxumuzun Koreya serialı və K-pop sevgisinin mənbəyi bu dramadır. Youtube da təsadüfən görmüşdüm və izləmişdim. kim Hyun Joong a ilk saniyədən heyran qalmışdım. O sakit, soyuqqanlı obraz necə də yaraşırdı Kim Hyun Joong-a. 
Sarı saç, ağ heyimlə çox fəqrli görünürdü. Yarıya qədər izlədim sonra atdım. Səbəb- baş rol qızı ilk bölümdən sevməmişdim. Qızı gözəlləşdirdikləri bölümdə mən qızdan daha çox uzaqlaşdım. Sanki gözəllik adı ilə qızı daha da çirkinləşdirmişdilər. Qız f4lə müqayisədə yaşlı görünürdü. Hər ən yaraşıqlı oğlanın da belə bir qıza vurulması inandırıcıdan çox qıcıqlandırıcı gəlməyə başlamışdı. Bir də son nöqtə mənim üçün, qara geyimli məşhur modelin gəldiyi an oldu. Bu oğlan da bu qıza vurulduğunu görməmək üçün izləmədim. Həm ən azından Ji Hoo(Kim Hyun Joong) xoşbəxt olsaydı, ancaq o da olmamışkən necə izləyəydim?! Sonradan blogların birində(adı yadımda deyil) Lee Min Ho nun yaddaşını itirdiyini oxuyanda düzgün qərar verdiyimi anladım. 

http://dreamhigh-happyday.blogspot.com/
Seriallarda yaddaş itmə statistikası normal həyatdakından dəfələrlə yüksəkdir. :D Yalnız Time Between Dog and Wolf - dramasında çox yerində idi. Lee Jun Gi sevənlər izləyib. İctimai Tv də dublajlı izləmişdim. Çox bəyənmişdim. Ancaq 16 bölüm olması təəccüblü gəlmişdi. Bilmirdim ki, Koreyada normalda ən baxımlı seriallar 16 bölüm olur.
Bu qədər. Bu yazımla bağlı fikirləriniz xüsusilə maraqlıdır. ;) 
Hələlik.
http://dreamhigh-happyday.blogspot.com/
NƏHAYƏT YAZIB QURTARDIM. ^_^

15 comments:

  1. Çox maraqlı yazmısan.Menimde yarıda qoyduğum dramalarım olub eslinde .Ancaq bu dramalar arasında yalnız üst üste düşen BOF du.O biri dramaların hamısına sona qeder böyük bir keyif ala ala baxmışam👍👍👍2,5,8 nömreli dramalar xaric heç olara başlamamamışam mövzuları çox xoşuma gelmediyi üçün😊Bes en sevdiyiniz aktyor lee min honun draması niye desez men City hunter ve the heirs bu iki dramadan başqa lee min honun dramalarına sona qeder baxmamışam sebeb se kinonun mövzusun sevmediyimnen yox Min ho nu qısqandığımnandı🙈🙈🙈
    Ellerine sağlıq bir daha çoxx maraqlı bir mövzu seçib çoxx da maraqlı yazmısan👍👍Sonda etiraf edim ki en meşur k drama olan Secret garden mende onu yarıda qoymuşam ruhlar deyişdiyi annan sonra dramanı seve bilmedim .yazdıqlarını keyif alla ala oxudum ve fikrimi yazdım👍😊
    @k_pop_k_drama

    ReplyDelete
    Replies
    1. Gül çox sağol comment üçün. yazdığımı oxuyub bəyənən olduğunu görmək həqiqətən çox sevindirdi. Lee Min Ho nu qısqanmağın :D caan. Haqq verirəm Personal taste ə baxıb qısqanmamaq heç cür mümkün deyil. -_- Secret garden- ooo sen lap çox təəccübləndirdin. Əslində ruhları dəyişəndə aralarındakı fərqə görə çox əyləncəli olmuşdu mənim üçün, Hyun Bin qız ruhlu oğlan olduğunu düşündürürdü izləyənə. :D @k_pop_k_drama sağol ;))

      Delete
  2. sağol canım menim üçün xoşdu yazdıqlarını oxumaq:))Vaxt tapdıqcada yazdığın mövzuları keyifnen oxuyuram:***

    ReplyDelete
  3. Bak diğerlerine ben de katılıyorum ama The Man From the Stars ve Reply konusunda kesinlikle aynı fikirde değiliz :D Ben her ikisini de bayılarak izledim :D

    ReplyDelete
    Replies
    1. digərlərində eyni olmaq da yaxşıdı. tək deyiləmmiş ;)

      Delete
  4. Maraqlı yazmısan həqiqətən :)

    ReplyDelete
  5. men rey yazmisdim hara getdi dastan yazmisdim ^(((

    ReplyDelete
    Replies
    1. Simi yəgin internetdə problem olub. Blogda yoxdu. məndə də olub bloglara rəy yazanda , amma mən tərsliyimə düşüb təzədən yazırdım :D səni əla başa düşürəm. :)

      Delete
  6. inanmıram. bunu nəyə görə indi görürəm. hətta City Hunter belə :D :D

    ReplyDelete
  7. Çoğuna katıılııııyooooruuuummmm. Bu kadar nasıl benzeyebiliriz :D Yalnızca city hunter'da(siyasi kısımlar hariç) neredeyse hiç sıkılmamıştım onu belirtiyim. Bof'u uzattıkça uzattılar o yüzden sıkıldım. Playfull kiss'te konu yoktu resmen, gu fmily book'un hala 13.bölümündeyim. Loe rain'e 6. bölümden başladım nerdeyse sonra da zor bitirdim, man from the stars da güel ilerledi ama sonlara doğru azıcık baydı, Heartstringteki atışmalar dışında konu eksiği var senaristi tebrik edemiyorum. Öyle işte. Benim gibilerini görmek güzel :)

    ReplyDelete
    Replies
    1. oooo nə qədər bənzərmişik. Eyni fikirdə olduğuna sevindim ;)

      Delete
  8. Yaaaa City Hunter'ı nasıl bırakırsın :D Bence de devam et, ben sonunu pek beğenmemiştim ama yine de olaylar için bile izlemeni tavsiye ediyorum :D Ben Jan Di'yi başta senin gibi gıcık buluyordum ama gittikçe alıştım hatta çok sevdim :D Oğlanlardan daha büyük göründüğü doğru ama, bu bir gerçek :D

    ReplyDelete
    Replies
    1. Ha ha :D City Hunter bilmirem izleye bileremmi drama tapmasam belke ;) Jan Di haqda ise yalan deyilki :D Atma sebebim sirf o qiz olub belke de :D

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...