BİR AZ SONLANAN YAY, BİR AZ PAYIZ, BİR AZ DA O MAHNI. . . . . .
Salam. Başlıqda dediyim kimidir hər şey. Payız, bir az kədəri çox sevən fəsil kimi görünüb mənə. Bu yağışı olsun, sərinliyi olsun, bunlar romantik yox qəmgin notların ortaya çıxmasını istəyən fəslin izahı kimidir. -Payızın. . . Bu mahnını dinləyərək oxuyun. Nəsə yenə "təsadüf" sayəsində qarşıma çıxdı bu mahnı. Aranızda təsadüflərə inanmayan var? Mənim kimi.!.
İstəyirəm ki, bu mahnını dinləyib sevəsiniz. Çox sevəsiniz, çünki mən sevdim bu mahnını. Bu yazımı bir azda İts Ok Thats Love da yazarın sonda
Als olma ehtimalından qorxumla başladım. :/
Biz bir serialın baş qəhrəmanının bu cür xəstələnməsini istəmirik, ancaq dünyada minlərlə insan bəlkə də bu xəstəliyi yaşayır. Və biz buzlu su əyləncəsi olmasa çoxumuz bu xəstəliyin varlığından da xəbərsiz yaşayacaqdıq. Als xəstəsinin hələ ilk dönəmində olan bir xəstənin buzlu su videosunu görməsəm bu dərəcə anlamazdım. Dərk edə bilməzdim. Həyat çox qəribədir. Həyatı anlamağa çalışanda deyim ki, daha da qarışır hər şey. Biz insanlar isə həyatın, dünyanın qəribəliyini bu dərəcəyə gətiririk, varlığımızla. Səhv başa düşməyin mən, torpağı korlayırıq, heyvanların nəslini kəsirik kimi mövzuları nəzərdə tutmuram, bunlar haqqında yetərincə danışıblar həm, elə deyil?. Bizim qəribə taleyimiz, yaşam tərzimiz, bir-birimizə bu dərəcə bağlı olaraq yaşamağımız və bunu əslində dərk etməməyimiz. Bunlar qəribədir.
Als olma ehtimalından qorxumla başladım. :/
Biz bir serialın baş qəhrəmanının bu cür xəstələnməsini istəmirik, ancaq dünyada minlərlə insan bəlkə də bu xəstəliyi yaşayır. Və biz buzlu su əyləncəsi olmasa çoxumuz bu xəstəliyin varlığından da xəbərsiz yaşayacaqdıq. Als xəstəsinin hələ ilk dönəmində olan bir xəstənin buzlu su videosunu görməsəm bu dərəcə anlamazdım. Dərk edə bilməzdim. Həyat çox qəribədir. Həyatı anlamağa çalışanda deyim ki, daha da qarışır hər şey. Biz insanlar isə həyatın, dünyanın qəribəliyini bu dərəcəyə gətiririk, varlığımızla. Səhv başa düşməyin mən, torpağı korlayırıq, heyvanların nəslini kəsirik kimi mövzuları nəzərdə tutmuram, bunlar haqqında yetərincə danışıblar həm, elə deyil?. Bizim qəribə taleyimiz, yaşam tərzimiz, bir-birimizə bu dərəcə bağlı olaraq yaşamağımız və bunu əslində dərk etməməyimiz. Bunlar qəribədir.
Dünyanın o biri başında bir nəfər bir mahnı yazır. Mahnı ona elə gəlir ki, məşhurların mahnılarından heç geriyə qalmır. Sonra bir az sevilir də. 500nəfərə yaxın insan youtube da dinləmiş olur mahnını. Ancaq heç çox adam dinləmədən, bu mahnı unudulur. Sonra məsələn sənin bilmədən/təsadüfən rastına çıxır. Mahnı. Və elə anda ki, sanki bu mahnını sən yazmısan, ya da sənin hisslərinin təzahürü imiş kimi. Əslində isə heç sözlərini də bilmirsən, çünki bilmədiyin dildədir. Dünyada nə qədər çox dilin olduğunu düşünürsən o anda. Sonra hardansa ağlına bu gəlir. İndiki ilə qədər nə qədər dil danışılıb və sonra bəziləri dəyişib, digərləri isə unudulub. Unudulan bu dillər digər dillərə nəsə qatıb amma, elə bu mahnının sənə nəsə verdiyi kimi. Bəs o qədər dil gedibsə, niyə ancaq latın dili qalıb? Niyə hələ də Amerikada məktəblərdə bu dili keçilir və bütün dünyada bu dillə bağlı fakültələr var. Niyə indinin özündə də yeni tibbi və ya digər kəşflərin adlandırılmasında bu dildən istifadə edirlər?. Xüsusilə də dili danışan xalq da yoxdursa ?.? Hə, yenə beynimiz tamamilə əlaqəsi olmayan mövzuları birləşdirə bilib. Hardan hara gəldi fikirlərim. :/
Həyatda da belə olur çoxları. Başqa bir şeylə başlayıb, tamamilə başqa bir yerdə olduğunu görür. Hansı daha düzgün idi?! Məsələn Tablo. (Məşhur C.Koreyalı reper. Epik High ın Tablosu) Bir az sizin də bildiyiniz Cənubi koreyaya da bağlayaq mövzunu, qatmaqarışıq olsun yazı.!. Bilirsiniz ki, o ingilis ədəbiyyatı fakülətsini bitirib? Sonra ailəsinin onun reper olmasına qadağa qoyduğu üçün onun bu işdən əl çəkdiyini bəs? Ən əsası isə Tablo öz dostuna onun arzularını davam etməsini dediyini? Bundan çox az müddət sonra isə həmin dostunun xərçəngdən öldüyünü necə? Bilirdiniz? Bundan sonra Tablo öz arzusunun dalınca gedib. Və indi biz onu tanıyırıq.!.. Siz öz arzunuzu həyata keçirmək üçün hansısa yaxın insanın ölməsini istəmirsizsə niyə elə bu dəqiqədən etibarən məqsədinizin ardınca getmiyəsiz?! .(Aman boş arzular olmasın bu, unutmayaq Tablo da o istedad vardı, fakültəsi də indiki dərin mahnı sözlərinin kökünü təşkil edir)
Hardan hara hə? Əlbəttə ki, (bu sözü yazılarımda çox işlədirəm hə?) əgər bütün cümlələri oxuya bildinsə. ;) Bu yazım azca qarışıq oldu hə? Bir az həyata bənzəsin istədim. Çox duyqusala(halhazırda bizim dildəki tərcüməsi ağlıma gəlmir) bağlamağı heç sevmirəm mən. Sadəcə səmimi, öz yazı olsun. Düşündürsün istəyərəm. Alınsa. Axı biz fəqrli düşünən insanlarıq. Əgər azca da olsa oxşar, ya da maraqlı nəsə tapdınızsa rəyə yazın. Əgər yox dursa , cavabın., bu yazını heç görməmiş, heç oxumamış kimi unut getsin hər şeyi. Yaxşı?.! ;) Bəzən hamımız mənasız danışır və ətrafımızdakıların həm bizi başa düşməsini istəyirik, həm də heç kimin bizi anlamaması xoş olur. Bu hiss bizə zövq verir. ;)
Not. bloguma bugün bir nəfər bu cür axtarışla gəlib.(blogda google da axtarıb bura gəlmisizsə axtardığınız söz, cümlə bloggerlərə görünür :D) - - Özünü asan insan-- Ya arkadaş sən o bağlantıyı nasıl kurup da bu bloga gələ bildin hala şaşkınım O.o(hə türkcə gəldi ağlıma ola bilər deyilmi?- yazım da qarışıq olub onsuz da) Bilmirəm məqsədi nə olub. Bəlkə də pis bir şey olmayıb sadəcə işlə, dərslə bağlı imiş. Tibb tələbələrinin internetdə bu cür min xəstəlik axtarıb dəxlisiz saytlara girə biləcəyini nəzərə almamaq mümkün deyil. Hər halda axtardığını olmasa da, ümidvaram ki, daha vacib nəsə tapmış olsun blogda. ^_^
yaşasıN sonsuZ optimizM. =) hələlik. Ən bərbad qarışıq yazım da beləcə bitdi. . (Mahnını bəyəndin?) Hələlik.
Salam.Yazilariniz cox tebiidir.Sizde menim kimi Korea fanatisiniz.Bu cehetinizi beyendim.
ReplyDeleteSalam, əvvəla rəy üçün təşəkkürlər. :) çox təbiidir -cümləsini kompliment kimi qəbul etdim ;) Koreya dramalarını və mahnılarını çoox bəyənirəm, blogu açmaq səbəbim olacaq dərəcədə. Bəyəndiyinizə sevindim . ^_^ yazılarımda yeni rəylərini gözləyəcəm ;))
Delete