Lee Dong Wookla yeni drama.
İLk 2 bölümü bitirdiyim anda yazmaq üçün bloga gəldim. Çoxdandır nə yazım deyirdim, əlbəttə bu fikirlə başladığım 3-4 yazım da var. ;) Serial 20 bölümdən ibarətdir. KBS2 kanalında həftənin çərşənbə və cümə axşamları yayımlanır. Sentyabrın 10-undan yayıma başlayan drama 13 noyabr 2014 cü ildə bitəcək.


Kəskin iybilməsi onun baş rol qızı tapmasına səbəb olur. Bildiyimiz kəskin iybilmə deyil bu daha kəskindir, yuxarı mərtəbədən ayrı-ayrı mətbəxdəki yeməklərin, soyuducudakı vaxtı keçmiş ərzaqın ətrini biləcək dərəcədə. Baş rol qızın (Son Se Dong) ətri ona keçmişdə yaxın olmuş bir insanı xatırladır..
Son Se Dong haqqında deyə biləcəyim ilk :bu qız, anasevgisi bolluğu xəstəliyindən əziyyət cəkir. Övladıymış kimi davranır dostlarına :D Ama bele xəstəlik kəşf olunmayıb deyə bilən yoxdur -_- Baş rol qızımızı, digər işçilərlə birlikdə aldadıblar və şirkətə(mini şirkət də deyə bilərik çünki şirkəti elə bu işçilərlə sahibi bankdan kredıtlə qurmuşdu). Bu işdən atılan 3-4 oğlan bizim qızın evinde qalır. Qızın ev sahibinin tək şərtinin evə oğlan ayağı dəyməməsi olsa da. O ev sahibi evə qəflətən gəlsə bəs? Yazıq oğlanlar: D Çox şirin görünürlər •﹏• Bunlara uşaq kimi baxmasın da neyləsin :D Aşağıdakı şəkildə qırmızı geyimli aktyoru Baekyunu, ağ geyimli də Chanyeolu xatırladır mənə sizi bilmirəm :P
Son Se Dong özünü müdafiə edə bilən qızdır. :D


Joo Hong Bin (Lee Dong Wook) u şəkildəki kimi simada tez tez görəcəksiniz. Baş rol qızımıza bu əsəbi insanı sakitləşdirmək düşəcək və işi heç də asan olmayacaq. ;)
Ceo Hong Binın çox əsəbi olması ən çox işçilərinə təsir edir, əvvəlcə Ceo onları qəşəng döyür və işdən qovur. Proses zamanı notbuklar, stullar havada uçur, indi o işçilərin vəziyyətini təsəvvür edın. Ancaq xestexanaya onların yanına gələn Ceo bu dəfə onların vəzifəsini yuksəldir :D Yeni drama fərqlidir bir azca ;)
Bir də qəddar ata var dramamızda. Hər şey elə onda gizlidir. Ailəsini istədiyi kimi görməyə çalışan bir ata. Ceo öz ailəsindən uzaqlaşıb, hətta öz qardaşı haqqında onu tanımıram demişdi.

Bir də baş rolun balaca bir oğlu var, serial təsadüfləri sevdiyi üçün bu uşaqla qızın yolları kəsişir.. -_- Atasının uşağın varlığından sonra xəbəri olacaq. Uşağın həyatı dramanın sirrli hissələrindəndir. O polisi gördüyü an dayanmadan ağlayır.

Bu da dramanın teaser i. Ümumilikdə yeni başlamış və hələ də davam edən dramalardan hələ ki, bu dramada bir ümid var.
No comments:
Post a Comment