Thursday, November 27, 2014

SUAL VERMƏK GÜNAH İMİŞ..



   Bu aralar ebay və bənzəri online alış-veriş, satış saytları çox məşhurdur. Əlbəttə mən də bunu nəzərə alıb bir şey sifariş etmək fikrinə düşdüm. İlk dəfə ebay dən mən də bir şey alım dedim. Bu hissədə problem olmadı, Şükür. Ancaq malın gəldiyi poçt idarəsindən sifariş etdiyim malı götürəndə kiçik bir problem yaşadım, hansı ki bu problem bu yazımın əsasını təşkil edir. Bu cür sifariş verənlərin bəlkə də çoxunun ilk ağlına gələn bir sual normal olaraq mənim də ağlıma gəldi. 

Bu da aldığım mala görə poçta ödəməli olduğum pul ilə bağlı idi. Əvvəlcədən bu haqda internetdə axtarıb, araşdırdım. Düzü əvvəlcə bu ödəməli olduğumuz pulun gömrük haqqı olduğunu düşünürdüm, ancaq araşdırdıqdan sonra məlum oldu ki, bu bir növ poçt haqqı imiş. Hər halda bunun qanuni olduğunu düşünürəm, çünki buna görə ödəniş qəbzim də var.;) Elə əsas məsələ də bu cür suallarımın cavabını poçt işçisindən soruşduğum vaxt başladı. Əvvəlcədən qeyd edim ki, bu ilk sifarişim olduğu üçün bir şeyi -tam adresimi qeyd etməmişdim sifariş zamanı. Yaşadığım şəhər və rayondan əlavə hal-hazırda yaşadığım məhəllə və mənzilin nömrəsi də yazılmalı/qeyd edilməli imiş sifariş vaxtı. Poçtda işçidən bu ödənişin çəkiyə əsasən necə aparıldığını, yəni nəyə əsasən ödəniş etdiyimizi sual verdim. Məndən əvvəl bir neçə nəfər də sifarişini qəbul etmişdi və mən diqqət yetirmişdim ki, heç kimin belə bir sualı yoxdur (artıq cavabını bilirlər yəgin), poçt işçisinin dediyi məbləği ödəyib sifariş etdikləri malı alırdilar. Ödəniş dediyim də 500q-a qədər mallar 0.80 AZN, 500q dan səhv etmirəmsə 2kq a qədər olan çəkidə mallara görə isə 1.40AZN(1manat 40 qəpik) alınır. Bu o qədər də çox pul deyil ancaq ödədiyim pulun səbəbini bilmək də mənim normal haqqım deyilmi? Poçt işçisi etiraf edim sakit, mehriban bir kişi idi. Bəli İDİ,  Çünki mən bu ödəniş haqqında sual verdiyim anda inanılmaz dərəcədə dəyişdi. Səs tonu yenə aşağı ancaq bu dəfə hissediləcək dərəcədə aqressiv idi. Sualıma cavab əvəzinə isə elə hey siz adresi düzgün qeyd etməmisiniz və mən əslində bunu geri qaytarmalı idim- deyirdi. Halbuki bunu artıq əvvəldən demişdi  və sifarişimi də gətirmişdi.
 Məndə ilk online sifari təcrübəm olduğu üçün, adresi tam qeyd etməli olduğumu bilmirdim dedim. (elə əvvəldə bu haqda dediyi zaman da belə demişdim) Və dedim ki, bunun sualımla nə əlaqəsi var ki?. Sizcə də bunun sualıma cavab olması anormal deyilmi?. 

Mən də izah etməyə çalışdım ki, mənim sualımın adreslə heç bir əlaqəsi yoxdur və mən ödəniş haqqında sadəcə məlumatlandırılma istəyirəm. Ancaq mənə mənim 40 yaşında oğlum var deyəndə həqiqətən anlamadım.O.o (Bu əsasən qadınların daha çox işlətdiyi cümlədir, kişilərdən eşitməmişdim) Mən səsimi yüksəltmədən, normal sual vermişdim sadəcə. Ancaq özümdən yaşlı bir işçi ilə qarşılaşmışamsa sual verməməliydim? Bu böyüklərə hörmətsizlik kimi mi dəyərləndirilir? Nəhayət eyni sualı verib, eyni adreslə bağlı problemim haqqında eşitdim, bir neçə dəfə. Sonunda nəhayət anlada, izah edə bildim deyəsən. Bu zaman da ödəniş etdiyimlə bağlı çek/qəbz verəcəyini dedi. Əslində sual verməsəydim bu qəbz də verilməyəcəkdi. Çünki özümdən əvvəl 4nəfər (yaddaş yaxşıdır;)) dən heç birinə ödənişə görə çek verildiyini görməmişdim. Həm poçt işçisi mənə qəbzi vermək üçün bir az gözləməli oldum, kompyuter hesablamalı idi, dəqiq ödənişi. Belə başa düşdüm ki, poçt işçisi pulu özünə götürür deyə şübhələndiyimi düşünüb. Kompyuteri çox gözlədik və məcbur digər kompyuterə keçdi, çünki kompyuterdə nəsə problem yaranmışdı. Digər işçi qadının gəl bu kompyuterdən hesabla deməsi bunun heç də təəccüblü bir şey olmadığını göstərdi, ancaq bu o dərəcə də mənə maraqlı deyil. "Bir də sizdən sifariş gəlsə bu cür yarımçıq adreslə, artıq  sifarişi geri qaytaracam, mən əslində bunu da qaytarmalı idim"- dedi həm də işçi. Bir də növbəsini gözləyən bir kişi qızım sakit olun filan dedi- görən də deyər səsimi qaldırıb qışqırıram. -_- Sadəcə kiçik mübahisə oldu. Çünki işçi ya anlamadı məni, ya da anlamaq istəmədi. Sonunda isə nəhayət qəbzim gəldi və poçtdan çıxdım.^_^ Ancaq hələ də anlamıram, ödənişlə bağlı sualıma niyə siz əslində adresi düzgün yazmamısınız, mən bunu geri qaytarmalı idim deyilsin ki? Bir də poçt işçisi internetdən araşdıraydın demişdi mənə, bu da başqa qəribəlikdir. Bildiyi cavabı desəydi əvvəldən bu qədər uzanmazdi. 
Başqa bir qəribəlik isə odur ki, adresi tam yazmağın əslində nə üçün olduğunu da anlamıram. Hər iki halda sifariş verən vətəndaş özü poçta gedib, malını götürür. Evə çatdırılma olsaydı başa düşərdim. 

Oxuduğunuz üçün təşəkkürlər. Hələlik.

7 comments:

  1. men de poctdan unvan haqqinda sorusanda onemli deyil bizim pocta gelmesi kifayetdir demisti.Və dediyin kimi orda pulu qəbzə vurmamaqlarindaki məqsəd pulu mənimsəməkləridi.o senin suali bilərək verdiyini düşünb cox guman ki :) sifarisini alib cixmisan yaxsi ki :)

    ReplyDelete
    Replies
    1. This comment has been removed by the author.

      Delete
    2. nc nc , hərəyə bir cür deyirlər ki. -_- hə orda qoyub gəlməzdim ;))

      Delete
  2. Selam Türkiyeden :)
    "Poçt" neki ve "ə" bizdeki hangi harf :)

    ReplyDelete
  3. Salam, bloguma xoş gəlmisən. :) poçt - posta . ə isə sizin dildə məsələn, güzel yazılır və ordakı e hərfinin səslənməsi Emre sözündəki e ilə eyni deyil. sizin dildə neytrallaşmış e kimidir. Ancaq bu bizim dildə hərf olaraq da var. Sizin Güzel (bizim dildə eyni söz gözəl yazılır və oxunur) dediyiniz zamankı e ilə uyğundur bizim Ə. ümidvaram izah edə bildim. :)

    ReplyDelete
  4. Hoşbulduk, anladım(%50) :)

    ReplyDelete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...