Saturday, August 15, 2015

İLK BÖLÜM DRAMANIN KEYFİYYƏTİNİ GÖSTƏRİRMİ?

İLK SEVMƏDİYİM DRAMANIN İKİNCİ BÖLÜMÜNÜ İZLƏMƏYƏ ÇALIŞSAM NƏ OLAR?http://dreamhigh-happyday.blogspot.com/Belə bir başlıqla başlamaq istədim. Əminəm ki, sizdə də olub belə bir şey, olmayıbsa da olsun! :P Koreya serialları var ki, mən ilk bölümünə baxıb bəyənməyib yarıda atmışam. Ancaq sonra müxtəlif səbəblərdən yenidən izləməyə çalışmışam. Bu səbəblər bəzən serialın çox tərifli olması, bəzən baxmağa heç nə tapmamağımdır. ;) Dramalar var ki, ilk bir neçə dəqiqə izlədikdən sonra bezib atmışam, lakin sonra yenidən izləyəndə sadəcə bir az səbr etməli olduğumu anlamışam. Sizə o dramaların adını və əlbəttə ki, azca məlumat verim dramalar haqqında ;)

http://dreamhigh-happyday.blogspot.com/

Əvvəlcədən qeyd edim ki, siyahıda çox sevilən və təəccüblənəcəyiniz dramalar var. Əyləncəli bir yazını oxumağa davam edin.


1. 49 Days/ 49 Gün.
http://dreamhigh-happyday.blogspot.com/
Bu dramaya ilk yalnız 5-10 dəq. baxa bilmişdim. Səbəb isə şablon ssenari qorxusu olmuşdu. Çünki bildiyiniz ( və ya bilmirsinizsə də izləyin bilin ;)) kimi serial bir qızın öz nişanına gecikməsi ilə başlayır.  Yolda nişana gecikdikləri üçün maşından düşüb piyada gedirlər, dikdabandakı nişana tələsən qız ayaqqabısının dabanını qırır onun yanındakı rəfiqələrindən biri isə öz ayaqqabısını ona verir. Bəli özü ayaqyalın gedir. Bu dramanı həmin anda gözümdən bir və çox əsas pillə yerə saldı. Sadəcə bundan sonra çox kiçik bir səbəb belə yetərdi. 
Səbəb isə özünü çox gözlətmədi. Nişan ab-havası, nişanlanan qızın varlı olması. Bütün bunlardan əlavə bir oğlanın da qıza qarşı hissləri olması artıq minlərlə çəkilmiş film və serialları xatırlatdı. Mən də serialı atdım. 
http://dreamhigh-happyday.blogspot.com/
Sonra təsadüfən yenidən başlamaq qərarına gəldim və əslində serialın o ən darıxdırıcı dəqiqələrinə dözsəydim super bir serial izləyə bilərmişəm. Mən atdığım serial əslində bu imiş? deyib gördüyünüz qız kimi qaldım. Dramanı atma səbəblərim sırasına həm də baş rol oğlanı bəyənməməyimi əlavə etmək olar. Sanki rol üçün çox yaşlı idi. Digər əsas baş rol qız oğlandan guya daha yaşlı idi ancaq elə bir yaş fərqi görünmürdü. Hələ həmin oğlan öz yeniyetmə məktəbli dövrün özü oynayanda xüsusilə bu yaş fərqi diqqəti şəkir. Ancaq yenidən atmaq üçün bir səbəb ola bilmədi bu. 
http://dreamhigh-happyday.blogspot.com/Əksinə bu drama sayəsində çoxları kimi, Jung İl Woo nu tanıdım. Serialın əsas oğlanı da çoxumuza görə o idi. Təkcə xarici görünüşə görə yox, daha çox öz roluna və bu rolu əla oynadığına gör belə idi. 
2. Queen In Hyun's Man.
http://dreamhigh-happyday.blogspot.com/
Bu serial ən romantik seriallardandır. Serial haqqında daha geniş məlumat üçün _bura_ klikləyin.;) Bəs ilk bölümü atacaq dərəcədə nə baş vermişdi? Buna daha çox nə baş verməmişdiki deyə cavab verərdim. Çünki ilk bölüm çox qarışıq başlamışdı.
http://dreamhigh-happyday.blogspot.com/
Məni dramanı atmağa məcbur edən hissə
 O dərəcə ki, mən ilk dəqiqədən bəlkə 3-4 cü bölümü açmışam səhvən deyə düşünmüşdüm. Xüsusilə də, dramada hadisələr keçmiş və gələcəkdə eyni zamanda baş vermişdi. Əsasən keçmişdəki bir saraya edilən basqınla başlaması da insanı hansısa tarixi bir filmin ortasından baxdığına inandırır. Buna görə də, bu serial mənlik deyil deyib atmışdım. 

http://dreamhigh-happyday.blogspot.com/
Bir neçə həftə sonra təsadüfən və yəginki baxmağa serial tapmayıb yenidən ancaq qaldığım yerdən davamını izlədim. Ağlıma bu seriala qaldığım yerdən davam etmək gələndə Sam (eynəkli oğlan)də olduğu kimi oldum. İzlədikcə bu cür serialı sadəcə azca səbr etmədyim üçün izləyə bilməyəcəyimi anlamışdım. Halbuki izlədikdən sonra ən sevdiyim seriallar arasına gir bilib. 
İlk bölümdən diqqətimi əlbəttə ki, baş rol qızın şirinliyi çəkdi. Sonra da baş rol oğlan da roluna tam oturmuşdu. Əlavə məlumat istəyənlər də yəginki artıq drama haqqındakı yazımı oxuyub. ;)
3. The Rooftop Prince.
http://dreamhigh-happyday.blogspot.com/
Bu dramanı atmağımda və hətta uzun müddət bütün təriflərə baxmayaraq izləməməyimin səbəbi isə yuxarıda gördüyünüz şəkildir. Çox qıcıqlandırıcı olduğu üçün serialı gözümdən salırdı.Yoochun da qız da duruşu ilə dramaya mənfi hisslərimin səbəbkarı ola bilmişdilər. Növbəti dramanın ilk bölümlərində hadisələr sadəcə keçmişdə daha dəqiq Joseon(Coson) dövründə baş verir. Hər şey mənə o qədər də maraqlı gəlməmişdi, şablon görünürdü. Yenə də, ilk bölümdən sonra atdım! Sonra hər yerdə hamı yenidən izlə deyirdi. Deməkdən çox yazılırdı. Youtube-da ən yaxşı k-dramalar sırasında həmişə ilk sıralarda olurdu. Baxdım ki, dünyadakı bütün Koreya serialları izləyənlər izləyib bəyənib. Bu qədər insanın da xətrinə dəyməyim dedim, baxdım. (Aşağıdakı giffdə Deanin yerindəydim. :P)
http://dreamhigh-happyday.blogspot.com/










Bəs sonra nə oldu?

http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/Gecə izlədiyim zaman gülüş səsindən evdə hamını oyatdığım bölümləri oldu məsələn. O ilk baxışdan şəkildəki pozası ilə gözümdən düşən Yoochun burada məni heyran etdi. Həqiqətən keçmişdən gələn imperator olduğuna sizi inandıra bilir. Həm də çox gülürsüz buna. 




4. It's Ok, That's Love.
http://dreamhigh-happyday.blogspot.com/
http://dreamhigh-happyday.blogspot.com/
istədiyim alqış tipi :D
O çox təriflədiyin, hər serial məsləhəti istəyənə dediyin həmin o drama?- deyirsiniz yəgin. Bəli. Bütün sevgilər nifrətlə başlayır. (bu bərbad zarafatım üçün alqış istəyirəm :P :D)
Drama haqqında tam yazımı oxumaq üçün klikləyin. Yox səbirsiz olanlar və bir neçə dramalar birlikdə məlumat yazdığım yazıma buyurun.
İndi bu serialın ilk bölümünü izləyənlər üçün mövzu baxmayanlardakından da qarışıqdır, əminəm. Çünki, ilk bölümdə o qədər də atılası bir bəhanə yox idi. :P İlk bölümdə ən çox sevmədiyim yəginki D.O. idi. 
http://dreamhigh-happyday.blogspot.com/
(ExoL lər sakit, dərindən nəfəs alın və davamını oxuyun ;)) D.O. nun ilk vaxtlarda rolundanmı bilmirəm ancaq çox süni gəlirdi. Bu da daha çox yaltaq bir fan kimi göründüyü üçündür. Sonra fikrim əlbəttə çox dəyişdi. Digər bir səbəb isə serialın bir az açıq olması idi. Yəni baxdığımız digər k-dramalarla müqayisədə açıq idi. İlk bölümdən əsas rolların aralarındakı bağ haqda olan kiçik tanışlıq və serialın qərbə fərqliliyi insanı narahat edir.
http://dreamhigh-happyday.blogspot.com/

 Ancaq ən tez izləməyə qayıtdığım serial oldu. Təbriklər! 




http://dreamhigh-happyday.blogspot.com/




Aşağıdakı şəkil serialın ilk teaserindəndir. Və hətta bu teaser belə məni dramadan uzaqlaşdıra bilməmişdi. :P Sonradan ancaq icazəsiz başqa bir film/serialdan götürüldüyü üçün dəyişdirilmişdi. 


http://dreamhigh-happyday.blogspot.com/Finala hazır olun!. Ən sürpriz dramanı yenə də sona saxlamışam.








5. Secret Garden.
http://dreamhigh-happyday.blogspot.com/
 Bu serialı izləməyən insan hələ Koreya serial aləmini yaxşı tanımır.- Bir Nana atalar sözü :D Dramanı ilk izlədiyim vaxt k-drama aləminə yeni gələnlərdən idim. Yəgin təxmini 3-4 il olar. Hamının artıq ən sevdiyi dramalar sırasında ilk yerdə görməyə öyrəşdiyi bu serialı da ata bilmiş insanam.! ha ha :D
http://dreamhigh-happyday.blogspot.com/
Bu da mənəm :D

İlk 2 bölümünə baxdıqdan sonra serialın çox şişirdildiyinə qərar verib serialı atmışdım. Hətta bu iki bölümü də zorla izləmişdim. Dramanın ilk bölümündə hər şey çox qarışıq gəlmişdi. Baş rolları o qədər də bəyənməmişdim. Xüsusilə oğlanla qızın ruhunun yer dəyişməsi kimi şablon bir ssenari də bunda az rol oynamamışdı. 

Hələ Oskanı ilk gördüyüm vaxt heç sevməmişdim. 






secret garden izləyəndə mən :D
Beləliklə serialı atdıqdan bir neçə ay sonra tez-tez qarşıma çıxdığı üçün yenidən izləməyi qərara aldım. Ən çox gözlətdiyim serial elə ən çox təsirləndiyim oldu. Həm bol komediya, həm romantika vardı. Ən əsası isə, araya girməyə çalışan insanlar yox idi. 

Seriallarda bu cür cütlüklərin arasına girməyə çalışanlar sayəsində 10-100 arası bölümü uzada bildiklərindən siz də xəbərdarsınız. ;) Heç gəlinini sevməyən qaynana da problemə çevrilmədi. Əvəzində isə biz daha maraqlı mövzularla qarşılaşdıq. Bu iki zidd insanın yola gedə bilməsi idi. Serialı mənə sevdirən də bu oldu. Əlbəttə, Hyun Binin və Oskanın da yeri tam ayrıdır.
Yeni möhtəşəm drama tapanda ətrafda bax bu cür gəzirəm. :D Bilməyənlər də gifdəki kimi olurlar. ha ha :D Əminəm ki, aranızda eyni vəziyyətdə olanlar çoxdur. ;)

Bəs sizsə bütün bunlardan sonra yeni serial izləyəndə daha səbrli olmağa çalışırammı?- YOX. Həm də heç yox. Çünki əgər doğrudan da keyfiyyətli dramadırsa, yenidən necəsə qarşıma çıxacaq və mən də onu məmnuniyyətlə izləyəcəm. Həm inanın, belə daha maraqlı olur. Sonradan qədri bilinən dramalar bir başqa olur. ;) Nə edə bilərəm, insanlar o qədər də çox dəyişmir. ;) 

Sona isə bu Secret Garden dən ən çox bəyəndiyim şəkli sizlərlə paylaşıram. Şəkil, poza sizcə də hər şey çox mükəmməl görünmür ?!...

15 comments:

  1. Nanaaa aynıyızzz! Ben de genellikle bir bolum izler birakirim sonra yeniden baslayinca bayılırım! Vee Senin gibi secret garden'da da öyle olmuştu ve ben ikinci izleyisimde coook sevmistim :) güzel bir yazı olmus ellerine sağlık^^

    ReplyDelete
    Replies
    1. Doğrudan da biz çox oxşayırıq :)) Çox sağ ol :)

      Delete
  2. xexe secret garden 2dəfə atmışam birində 3cü bölüm ikinci dəfə isə 10cu bölümdən.hələki sonuna baxmaq fikrim yoxdu)

    ReplyDelete
    Replies
    1. niyə?? məncə bax ;) sırf fantastika deyil o serial. ;)

      Delete
  3. &
    Artık Misaki burada da var! Çünki anonim yorum varr!! Şimdi (indi) Nana, kendim hakkımda bilgiler: hemen hemen her postanyorum yazarım, internetdeki en sosyal aktivitem yorum yazmak, başka sosyal şeyde yokum. Blog sahibi değilim. Yorumumda & işaretini kyarım ki, Misaki olduğum anlaşılsın^^
    Çooooook sevdiğim littleagashisdiary bloğunu bu blog sayesinde buldum ve şimdi buradayım! Başardığım kadar azerbaycanca yazıcam, çünki bu dili öğrenmem gerekiyor. Ve de anladığım kadarıyla dilin kendisini öğrendikten sonra bir de arkadaşlar arasında mesajlaşma kelimelerini öğrenmeliyim. Anlıcağın, işim zor. Ama zaten sen yardım edeceğin için no problem^^ It is ok, that's Azerbaijani.
    ŞİMDİİİİİ, gelelim yorumuma:(ALAHIM nolur yardım et!) yarıda attığım serialların heç birine başlaya bilmirem. secret garden, coffe prince, modern farmer, 49 days ve s. hele ki baxmağı fikirleşmediklerimin arasındadır.
    Dilini katlettiği için SORRY UNNI ^^

    ReplyDelete
    Replies
    1. Salam Misaki. Tanışlığımıza şadam. :) Narahat olma "katletmedin_ dili :D littleagashisdiary blogundan bu blogu ya mənim nlogumdan o blogu tapdın bilmədim :D İşarəndən onsuz da tanıyacam amma sonda yenə də Misaki yazarsan rəylərinə ;)) Çox maraqlıdır niyə azərbaycanca öyrənmək istəyirsən? :)

      Delete
    2. Littleagashısi burdan tapmışam. Baş üste, sonda Misaki yazaram^^. Bir müddetliyine Bakıda yaşamaq mecburiyetim var. Bu sebebden öğrenmeliyem ki, "hı?" elemeyim.:) Amma başa düşmürem, ne üçün regionlara göre danışmaq ferqlidir?

      Delete
    3. Türkiyədə də bu var. Məsələn hər bölgənin bir ləhcəsi olur. Hər ölkədə belə olur. Yəni bizdə də olması normaldır ;) Ailəvi gəlirsiniz onda Bakıya? Geniş məlumat üçün g+ dan mesaj da yaza bilərsən ;)

      Delete
    4. Haaa Anladımmmm. Iti olan şu ki gerçekten azerbaycanca yazmana rağmen anladımmmmmm!!!!
      Ve de evet ailevi geliyoruz değil geldik bile:) üzgünüm ama g+ ve başka sosyal şeyleri sadece ders için falan kullanıyorum. Kendime sözüm olduğu için sosyal ağlara hayır diyorum:)

      Delete
    5. OOo xoş gəlmisiniz. Anladığına sevindim. :) Neçə yaşın var ki? məktəbə də burda başlayacaqsan yəgin? ^_^

      Delete
    6. O kadar da büyük sayılmam:) Evet okula da burda başlıcam.

      Delete
  4. Aynen bende böyleyim ya hatta yarıda bırakıp hala izlemediğim diziler bile var.Son olarak Scholar Who Walks the Night'ı iki bölüm izledim sonra nedense izleyesim gelmedi,o gün bu gündür izlemiyorum diziyi inşallah yakında başlarım:D Ben şu Secret Garden'ı bi sevemedim ya herkes çok sevmiş -özellikle kardeşim bayılıyor bu diziye- ben nedense izlemedim hep birinci bölümü izleyip kapattım :/ Ona da yakında bakarım inşallah :) Bu arada yazındaki giflere bayıldım çok komik :D :D

    ReplyDelete
    Replies
    1. ha ha :D secret garden e 3üncü bölümdən başla ;) mənə də ilk 2 bölüm maraqsız gəlib atmışdım :D Yarıda atdığım və başlamadığım dramaları yazsam burda başqa posta yer qalmaz :D Bir bilsən nə qədər vaxta axtarıb o gifləri tapmışam :D

      Delete
    2. Secret Garden'a tekrardan bir bakayım zaten internet bozuldu iki-üç gündür öldüm belki biraz iyileştirir beni aslında bakıcam diyorum da gene bir erteleme ne zaman kurtulacağım şu huyumdan bilmiyorum *_* aynen benimde anime,dizi hatta film bile var yarıda bırakıp izlemediğim.:D

      Delete
    3. İzlə izlə sevəcəksən ;) sevməlisən bu qədər insan yanılıb deyək amma mən yanılmış ola bilmərəm :P :D O dramanı sevəcəksən başqa yolun yoxdur :D

      Delete

Dağınıq düşüncələr

    Xatirələr çox qəribədir. Hətta ən nifrət etdiyin insan belə olsa nə qədər güclü iradən və özünə, düşüncələrinə hakim beynin olsa belə 1 ...